DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə89/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   85   86   87   88   89   90   91   92   ...   99

gündü  ki,  yatmırdım.  Həmin  gün  Meydanın  kənarında,  maĢında  yatdım,  ancaq  yuxum 
gəlmirdi,  yata  bilmirdim.  Gözümü  yuman  kimi  beynimdə,  qulaqlarımda  "Təbriz!",  "Təbriz!" 
sədaları səslənirdi. Gözümü açandasa Meydanda heç nə eĢidilmirdi. "Təbriz!" harayı, sadəcə, 
mənim beynimdə qalmıĢdı. 
Millətin  "Təbriz!"  çığırması,  mərkəz  Azərbaycandan  və  güneydən  də  gələn  insanların  orada 
çıxıĢları,  sərhədboyu  yurddaĢlarımızın  ayağa  qalxması  -  bunların  hamısı  Azərbaycanın 
bütövlüyünə  gedən  bir  yoldur.  Bu  Ģüar  artıq  Ģüurlara  yeriyib.  Azərbaycan  Xalq  Cəbhəsinin 
Məramnaməsi yazılarkən oraya bir bənd salındı ki, AXC Azərbaycanın birləĢməsi və bütövlüyü 
uğrunda mübarizə aparır. Bu bəndi mən oraya çox təkidlə saldırdım. 
Yadımdadır ki, Cəbhənin qurultayında bu maddə qəbul olunanda güclü müqavimətlə rastlaĢdı.
 
Bəli. Doğrudur, mən istəyirdim bu tezis daha geniĢ - 2-3 bənd olsun, ancaq alınmadı. Bunu 
niyə Məramnamədə əks etdiririk? Sabah problemdən danıĢanda deməsinlər ki, özünüzdən söz 
çıxarırsınız.  Biz  onda  deyə  bilək  ki,  Məramnamədə  olduğuna  görə  partiyanın  heç  bir  üzvü 
onun əleyhinə gedə bilməz. 
Sonralar  baĢqa  partiyalar  da  öz  proqramlarına  bu  müddəanı  saldılar.  Ancaq  az  qala  bütün 
partiyaların  proqramında  olmasına  baxmayaraq  heç  biri  bu  sahədə  bir  iĢ  görməyib.  Biz  də 
fikirləĢdik ki, Bütöv Azərbaycan Birliyi yaradılsın və bu sahədə iĢ görülsün.  
Deməli,  bu  ideya  artıq  biĢmiĢ  və  yetkindi,  cəmiyyətdə  özünə  yer  tutmuĢdu,  sadəcə, 
gerçəkləĢdirilməsindən  ötrü  təĢkilata  ehtiyac  vardı.  Mən  hələ  Kələkidə  olarkən  bu  məsələni 
qaldırdım.  BAB'ın  fəal  üzvü  olanların  əksəri  bu  iĢə  o  vaxtdan  qoĢulub.  Mən  Kələkidən 
gələndən sonra bu məsələni daha da geniĢləndirdik, Bütöv Azərbaycan Birliyinin yaranmasını 
elan etdik. 
"Mən  onlara  bir  prezident  kimi  deyirdim  ki,  biz  Azərbaycanı  müstəqil  görmək 
istəyirik" 
Hakimiyyətə gəlsəniz Güneylə bağlı hansı məsələləri önə çəkəcəksiniz?
 
Biz hələ hakimiyyətdə olanda da bu məsələylə ciddi məĢğulduq. Onda da istəyirdik ki, bir sıra 
məsələləri  ictimai  təĢkilatlar  yoluyla,  bəzilərinisə  dövlət  səviyyəsində  həll  edək.  Məsələn, 
Təbrizlə  Bakı  arasında  hava  yolunun  açılması  dövlət  səviyyəsində  danıĢılmıĢdı.  Bizim 
dövrümüzdə  sınaq  uçuĢu  keçirildi  və  tamamilə  normal  qəbul  edildi.  Bizdən  sonra  niyəsə 
həyata keçmədi.  
Sonra,  Arazın  üstündə  bir  neçə  körpü  salınmalıydı.  ġahtaxtı  körpüsü  geniĢləndirilməliydi, 
Ordubad  körpüsü  salınmalıydı,  Xudafərin  körpüsü  təmir  olunmalıydı.  Bizim  dövrümüzdə 
Xudafərin  təmir  olundu  və  açıldı.  Bizdən  öncə  oradan  maĢın  iĢləməyib.  Bizim  vaxtımızda 
Güneylə  danıĢıldı,  ondan  sonra  körpü  təmir  olundu  və  biz  fikirləĢdik  ki,  hətta  Naxçıvana 
gedən  maĢınlar  da  Xudafərindən  keçsin  -  maĢınlar  bu  körpüdən  keçib  Arazboyu  Naxçıvana 
getsin. O yolun yarısı çəkildi, bizdən sonra yarımçıq qaldı. 


Təbrizdə  konsulluğun  açılması  da  bizim  vaxtımızda  danıĢılmıĢdı,  hətta  nümayəndə  də  təyin 
edilmiĢdi. Əlyazmalar Ġnstitutunda iĢləyən Möhsün Nağıyev’lə danıĢmıĢdım, o da, [xarici iĢlər 
naziri]  Tofiq  Qasımov  da  razılaĢmıĢdılar.  Möhsün  bəyin  müavini  Söhrab Bayramov  olacaqdı. 
[1993'də]  yayda  konsulluq  açılacaqdı.  Sadəcə,  hakimiyyət  devriləndən  sonra  bu  məsələyə 
baxmadılar.  Mən  istəyirdim  ki,  Azərbaycana  səfər  edən  "güney"li  yurddaĢlarımız  Tehrandan 
yox, Təbrizdən viza alsınlar və təyyarəylə birbaĢa Bakıya gələ bilsinlər. 
Bundan baĢqa, mən o körpülər düzələnə qədər Təbrizlə Füzuli və Lənkəran arasında vertolyot 
əlaqəsi də yaratmaq istəyirdim. Bunlar dövlət səviyyəsində nəzərdə tutulan iĢlərdi. 
Biz Tehran recimiylə danıĢırdıq ki, Azərbaycanın "güney"ində vətəndaĢlarımıza siyasi, mədəni 
fəaliyyətçün Ģərait yaradılsın, islahatlar aparılsın. Onlar hətta buna da razılaĢmıĢ, demiĢdilər 
ki,  məktəblərin  açılması  da  mümkündür.  Hətta  belə  bir  fikir  vardı  ki,  Azərbaycanın 
"güney"ində  ilk  məktəbi  mən  gedib  açacaqdım.  Sadəcə,  bir  məsələ  vardı  ki,  mən  Tehrana 
səfər etmək təklifiylə razılaĢmırdım, çünki deyirdim bu tədbirləri görəndən sonra gələcəyəm. 
Digər  tərəfdən  də,  Azərbaycanın  azadlığı  məsələsi  vardı.  Mən  onlara  bir  prezident  kimi 
deyirdim ki, biz Azərbaycanı müstəqil görmək istəyirik. Bunu hamı bilir. 
Bəs onlar bunu dövlətin daxili iĢinə qarıĢmaq kimi qiymətləndirmirdilər?
 
Onlar  belə  deyəndə  mən  də  bildirirdim  ki,  Tehran  rejimi  bizim  daxili  iĢlərimizə  qarıĢır  -  o, 
bizim  torpaqlarımızı  iĢğal  edib.  Bütün  bunları  yadda  saxlamalısınız;  bu  gün  də  olmasa 
gələcəkdə xalqımız bu məsələni həll etməlidir. 
Biz "güney"dən quzeyə xüsusi turist səfərləri təĢkil etmək istəyirdik. 
Azərbaycanın  "güney"ində  tibbi  xidmət  yarıtmaz  olduğuna,  həkim  çatıĢmadığına  görə  biz 
oraya  çoxlu  həkim  göndərəcəkdik.  Onlar  dedilər  ki,  biz  özümüz  dəvət  edə  və  maaĢ  verə 
bilərik.  Mən  də  razılaĢdım  ki,  lap  yaxĢı;  qoy  bizim  həkimlər  gedib  o  sərhəd  rayonlarında 
camaata yardım eləsin; yarı maaĢı siz, yarısını da biz verə bilərik. 
Tehran rejimi nə qədər qəddar olsa da bizimlə çox ehtiyatla danıĢırdı.  
Bizdən  dəfələrlə  xahiĢ  edirdilər  ki,  böyükləriniz  gəlsin  bura.  [Milli  Məclisin  sədri]  Ġsa  bəy 
[Qəmbər]’i dəvət etdilər. O da mən deyən tələbləri qoydu. Onlar bir az tərəddüd edəndə baĢa 
saldıq  ki,  bu,  bizim  komandanın  ümumi  siyasətidir.  Ancaq  bir  dəfə  döyüĢ  məsələsində, 
Qarabağ  problemində  Tehran  rejimiylə  müəyyən  danıĢıqlar  aparmaq  lazım  gəldi  və  [dövlət 
katibi]  Pənah  bəy  [Hüseynov]  [1993'ün  Aprelində]  Tehrana  getdi.  Dedi  ki,  Ermənistanın 
tərəfini saxlamayın. Onlar da bildirdilər ki, bu məsələdə sizin xeyrinizə müəyyən dəyiĢikliklər 
edə bilərik. 
O  zaman  Bütöv  Azərbaycan  Konqresi  yaratmaq  istədik;  bununçün  müəyyən  hazırlıq  da 
gedirdi. Mən o iĢlə məĢğul olan adamların adını indi çəkməyəcəyəm, çünki bəziləri Türkiyədə, 
bəziləri Avropadadır. DanıĢmıĢdıq ki, Konqres Bakıda yaranacaq, mən onlara bina verəcəyəm. 
Onun  proqramı  da  hazırdı  (indi  də  qalır).  O  vaxt  həmin  adamlar  mənə  dedilər  ki,  dövlət 
səviyyəsində göstəriĢ verilsin, Bütöv Azərbaycan Konqresi təcili yaransın. Mən bildirdim ki, bu 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə