DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə87/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   83   84   85   86   87   88   89   90   ...   99

Türkiyəyə  səfərlərimdə  də  Turqut  bəy  məni  hər  yerə  Ģəxsən  müĢayiət  etdi  və  öz  sevgisini 
göstərdi.  O,  Bakıya  son  gəliĢində  də  yanındakı  heyətə  üz  tutub  dedi  ki,  biz  indiyədək 
Azərbaycanı,  Elçibəyi  yetərincə  qiymətləndirməmiĢik.  Bundan  sonra  Əbülfəzin  dediklərinə 
qulaq asaraq Azərbaycana daha yaxından kömək etməyə çalıĢmalıyıq.  
Yeri gəlmiĢkən, o, Bakıdan dönərkən təyyarədə ağzından "söz qaçıraraq" jurnalistlərə demiĢdi 
ki,  Ermənistana  bir-iki  mərmi  buraxsaq  necə  olar?  Bu  söz  Ermənistanda  dərhal  böyük 
çaxnaĢma  yaratmıĢdı.  Bunula  rəhmətlik  Turqut  Özal  Azərbaycanın  iĢğal  altındakı  yerlərinin, 
xüsusən  Kəlbəcərin,  ġuĢa  və  Laçının  boĢaldılmasına  hər  cür  yardım  edəcəyini  göstərmək 
istəyirdi. Bu məsələyə o, çox ciddi yanaĢırdı… 
H.Əliyev söyləyir ki, Ġyunun baĢlanğıcında 4 gün müraciət edərək onun Naxçıvandan Bakıya 
gəlməsini xahiĢ etmisiniz, o isə Sizə inanmadığı üçün Sizinlə iĢləyə bilməyəcəyini, buna görə 
də Bakıya gəlmək istəmədiyini deyib. Sizin üçüncü zənginizdə isə o heç telefonu götürməyib. 
Sonra isə onun Ģərtləri qəbul edilib və yalnız bu vaxt Bakıya gəlməyə razılıq verib.
 
Ola bilsin ki, ona kimlərsə zəng edib, ancaq mən cəmi bir dəfə ona zəng vurmuĢam, çünkü 
ətrafımdakı  bir  çox  ziyalılar,  baĢqa  Ģəxslər  bunu  məndən  təkidlə  xahiĢ  edir,  onun 
təcrübəsindən  yararlanmağı  məsləhət  görürdülər.  O  demiĢdi  ki,  biz  bir  yerdə  iĢləsək  bu 
hadisələrin  qarĢısını  ala  bilərik.  O  hətta  mənə  demiĢdi  ki,  sənin  siyasi  nüfuzun  və  savadın, 
mənimsə  təcrübəm  bir  yerdə  bütün  çətinlikləri  aradan  qaldırmağa  imkan  verir  və  bu  yolda 
birgə çalıĢa bilərik. ġərtə gəlincə, o zaman heç bir Ģərt qoymamıĢdı. Kiminlə nə söhbət edibsə 
bundan mənim xəbərim yoxdur.  
4 Ġyun ərəfəsində Azərbaycandakı ağır durumu nəzərdə tutaraq H.Əliyev qəzetçilərə bildirir: 
"Əbülfəz Elçibəy belə bir ağır dövrdə məni dəvət etdi. …Onun dəstəyi ilə gəldim, parlament 
məni seçdi. Amma iki gündən sonra məni qoyub qaçdı". Bu deyilənə münasibətiniz?
 
H.Əliyevin bu fikri ilə əvvəl dediyi üst-üstə düĢmür - bayaq deyirdi ki, "Ģərt qoydum", "səninlə 
iĢləyə bilmərəm", indi isə deyir ki, "özü dəvət etdi", "mənə dəstək verdi" və "məni seçdirdi".  
Düzdür, o, Milli Məclisdə seçilməyəcəkdi, bu, qəti idi. Mənim Milli Məclisdə danıĢmağım, millət 
vəkillərini  bunun  zəruriliyinə  inandırmağım  həlledici  rol  oynadı.  Bunun  üstündə  bəzi 
deputatlar, yaxın dostlarım məndən incidilər və bəziləri indi də incikdirlər, çünki onlar deyirlər 
ki,  sən  bu  adamı  gətirib  bizim  baĢımıza  bəla  elədin;  H.Əliyevlə  ikiniz  birsiniz,  bir  oyun 
oynayaraq Azərbaycan xalqını bu günə qoydunuz.  
Bu məsələ üstündə məni dəfələrlə tənqid və təhqir edirlər, deyirlər ki, Əbülfəz bu hərəkata 
ona görə qoĢulmuĢdu ki, H.Əliyevi hakimiyyətə gətirsin və gətirdi də, özü də çıxıb Kələkiyə 
getdi. Müxalifətdəki bəzi dostlarım da bu səbəbdən məndən incik düĢüb.  
Bəy,  təkcə  müxalifətdəkilərin  yox,  ümumən  xalqın  Sizdən  inciməsinin  ən  baĢlıca  səbəbi 
budur.
 
Bəli,  ən  çox  deyilən  fikir  budur  ki,  özün  çəkilirdin-çəkilirdin,  Əliyevi  niyə  hakimiyyətə 
gətirirdin? 


Bunu  hamı  bilir  ki,  mən  olmasaydım  o,  Milli  Məclisə  sədr  seçilməyəcəkdi,  əksinə,  baĢqa 
məsələ olacaqdı. Milli Məclis öz fəaliyyətini dayandırardısa 300'dən yuxarı deputatdan ibarət 
Ali Sovet çağırılacaqdı və orada isə kimin seçiləcəyi bilinmirdi. O zaman belə bir fikir vardı ki, 
parlamentə  baĢqa  adamı  sədr  seçib  Ayaz  Mütəllibovu  geri  qaytarsınlar.  Mənsə  buna  imkan 
vermədim  -  gördüm  ki,  Azərbaycanda  daha  böyük  qatmaqarıĢıqlıq  yaranacaq,  ona  görə  də 
Milli  Məclisdə  H.Əliyevin  sədr  seçilməsini  daha  məqsədəuyğun  gördüm.  FikirləĢirdim  ki, 
onunla  birgə  iĢləyərək  baĢ  verən  hadisələrin  qarĢısını  ala  və  Azərbaycanı  böhrandan  çıxara 
bilərik, Qarabağı geri qaytararıq. Bu, o zaman ən düzgün, yerinə düĢən fikir idi.  
H.Əliyev  də  bununla  razı  idi,  ancaq  çox  təəssüf  ki,  o,  verdiyi  sözün  üstündə  durmadı. 
Parlament sədri seçiləndən sonra prezident hakimiyyətini mənimsəmək uğrunda mübarizəyə 
giriĢdi.  Məhz  onun  təsiri  ilə  Surət  Hüseynov  mənim  istefamı  da  tələb  etməyə  baĢladı. 
(Gəncədə olarkən H.Əliyev onun prezident olmasına razılıq vermiĢdi və S.Hüseynov bu haqda 
"Moskovskiye novosti" qəzetindəki müsahibəsində yazmıĢdı). O, sədr seçiləndən sonra Surəti 
də Bakıya gətirdi, müxtəlif dillər tökdü, baĢ nazir etdi, güc nazirliklərini də ona tapĢırdı, guya 
onu prezidentliyə hazırladı. Sonrası isə məlumdur.  
Siz Kələkiyə gedəndən bir neçə gün sonra qayıtmaq istəyəndə, H.Əliyevin deməsinə görə, o 
heç  bir  maneçilik  yaratmayıb,  əksinə,  Sizə  xəbər  göndərib  ki,  gəlmək  istəyirsənsə  gəl, 
prezidentliyini  et,  ancaq  S.Hüseynovun  Sizi  öldürəcəyindən  qorxduğunuza  görə  Bakıya 
qayıtmaqdan imtina etmisiniz.
 
Dedi ki, gəlirsənsə gəl. 
Mənim qayıdacağımı görəndə, Ģübhəsiz ki, H.Əliyevin adamları təyyarənin qanadını güllələrlə 
deĢdilər və ekipaj bu təyyarədə uçuĢdan imtina  etdi. Beləliklə, mənim geri dönməyim üçün 
heç bir nəqliyyat vasitəsi qalmadı.  
Mənim ikinci fikrim də vardı - düĢünürdüm ki, qüvvələri hələ saxlayaq, Xalq Cəbhəsi səfərbər 
vəziyyətdə qalsın, əgər Azərbaycanda yenidən devriliĢ baĢ versə və rus ordusu Azərbaycana 
qayıtsa  (əsasən  Surət  Hüseynovun  əliylə)  o  zaman  mənim  qanuni  prezident  kimi  ona  qarĢı 
mübarizə aparmağa səlahiyyətim olsun.  
Surət  Hüseynova  gəlincə,  onun  məni  öldürə  biləcək  gücü  yoxdu;  onu  mən  heç  zaman 
saymamıĢam da. O, mənə həmiĢə dəcəl bir adam təəssüratı bağıĢlayıb. Bu devriliĢdə də o, 
20-30'uncu vintlərdən birisidir və diqqət yetirilməyə layiq deyil.  
O  iddia  edir  ki,  Siz  hakimiyyətə  gələn  kimi  bolĢeviksayağı  davranaraq  özünüzdən  qabaqkı 
bütün tarixi inkar etmisiniz. 
 
BolĢeviklərin davamçısı H.Əliyevin özü olub və çox doğru da deyir ki, babaları olan bolĢeviklər 
hər Ģeyi inkar ediblər - Müsavat hakimiyyətini də, Azərbaycanın müstəqilliyini də. Müsavatın 
baĢçılarını  "quldur",  "vətən  xaini"  adlandırıblar.  BolĢeviklərin  davamçıları  olan  kommunistlər 
öz  əcdadlarını  da  danıblar  -  yeri  gələndə  Lenin’in  özündən  tutmuĢ  Plexanov’a,  Stalin’ə, 
XruĢĢov’a  qədər  hamını  inkar  etdilər.  O  inkarçılar  içərisində  H.Əliyev  də  xüsusi  yer  tutur. 
Vaxtilə Brejnev’in yanında olarkən hamını inkar edərək yalnız Brejnevi qaldırdılar. Bu, bir. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə