DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə99/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   91   92   93   94   95   96   97   98   99

də  etməyin,  elə  monarxiyada  qalsınlar,  orada  çabalasınlar.  Yəni  çağdaĢ  dövlət  qurumu 
cümhuriyyətdir - onu quracaqsan və bununla dövlət iĢini aparacaqsan.  
  
Dördüncü bölüm 
"TƏBRĠZĠ AZAD GÖRMƏK ĠSTƏYĠRƏM" 
 
1975'də  məhkəmədə  Sizə  hökm  oxunanda  ittihamlardan  biri  də  buydu  ki,  Siz  Bütöv 
Azərbaycan yaratmaq uğrunda çarpıĢmısınız, universitet müəllimi olaraq tələbələri bu ruhda 
tərbiyə etməyə çalıĢmısınız, bu məqsədlə təĢkilatlar yaratmısınız. Ancaq Vətənin parçalanması 
və onun bütövləĢdirilməsi uğrunda düĢüncələr 1975'dən çox-çox qabaq - 1828'dən yaranmıĢ 
bir problemdir. Buna baxmayaraq, Sovet dövründə Bütöv Azərbaycan ideyasını ilk dəfə məhz 
Siz formalaĢdırdınız, siyasi gündəmə gətirdiniz və Siz Kələkidən Bakıya dönəndən lap az sonra 
-  1997'nin  Noyabrında  Sizin  təĢəbbüsünüzlə  BÜTÖV  AZƏRBAYCAN  BĠRLĠYĠ  yaradıldı. 
BAB'ın məramı, məqsədi nədir? Bu birliyin qarĢıda görəcəyi iĢləri necə təsəvvür edirsiniz?
 
Əslində  bu  ideya  əvvəldən  var  idi.  Azərbaycan  Xalq  Cəbhəsinin  birinci  Proqramı  yazılanda 
mənim  təkidimlə  oraya  belə  bir  bənd  salınmıĢdı  ki,  Azərbaycan  Xalq  Cəbhəsi  Azərbaycanın 
Quzeyinin  müstəqilliyinin  və  gələcəkdə  vahid  Azərbaycan  dövləti  yaranmasının  uğrunda 
mübarizə  aparacaq.  Bəli,  bu,  AXC'nin  Proqramındadır.  Sonradan  belə  bir  maddə  Müsavat 
Partiyasının  da  Proqramına  salındı.  Azərbaycanın  Quzeyində  olan  bir  sıra  partiyaların 
proqramlarında bu, öz əksini tapıb. 
Sadəcə  olaraq,  hər  bir  partiya  özünün  siyasətiylə,  daha  çox  dövlət  və  siyasət  məsələsiylə 
məĢğul  olduğuna  görə,  o  bənd  qalıb,  layiqincə  yerinə  yetirilməyib.  Biz  o  bəndi  götürdük, 
onun  əsasında  geniĢ  Proqram  hazırladıq  və  ayrıca  ictimai-siyasi  hərəkat  yaratdıq.  Bunu 
etməkdə  məqsədimiz o  idi  ki,  hər bir partiya bu məsələyə ikinci dərəcəli yox,  baĢlıca  ideya 
kimi baxsın.  
Bu  gün  Bütöv  Azərbaycan  hərəkatı  ictimai-siyasi  hərəkatdır.  Ola  bilsin  ki,  gələcəkdə  Bütöv 
Azərbaycan Birliyi siyasi partiyaya da çevrilə bilər. Ancaq bu gün məqsədimiz o deyil. 
Bu ictimai-siyasi hərəkatın yaranmasında da yenə türklüyün peyğəmbərlərindən olan Ġsmayıl 
bəy Qaspıralı’nın fikrini əsas götürürük: dildə birlik, fikirdə birlik, iĢdə birlik. Öncə dildə birlik 
olmalıdır, yəni elə etməliyik ki, Təbrizdə, Mərənddə, Ərdəbildə - hər yerdə dinimiz bir olduğu 
kimi  ədəbi  dilimiz  də  bütövləĢsin,  formalaĢsın,  bir  ədəbi  dilimiz  yaransın  (bu,  artıq 
yaranmaqdadır).  
Fikirdə  birlik  hərəkatı  da  baĢlayıb.  SoruĢsanız,  soydaĢlarımızın  hamısı  deyər  ki,  bəli,  biz 
Vətənimizin  birliyinin  tərəfindəyik.  Deməli,  Azərbaycanın  bütövlüyü  üçün  fikir  birliyi  də 
yaranıb. Ġndi baĢlıca məsələ iĢdə birlik yaratmaqdır.  


Biz Bütöv Azərbaycan Birliyini fikirdə birliyi inkiĢaf etdirmək və iĢdə birliyi yaratmaqçün ortaya 
qoyduq. Və bunu mən yaratmamıĢam.  
Mən Kələkidə olanda yanıma Təbrizdən, Mərənddən, Ərdəbildən, Urmiyadan... çoxlu insanlar 
gəlirdi.  Oralarda  yaĢayanların  adlarını  çəkmək  istəmirəm,  çünki  həbs  edərlər.  Ancaq 
Güneydən kənarda olanlardan Çingiz Göytürk bu təĢkilatın yaradılmasını təklif edənlərdəndir. 
Sonra Əjdər Tağızadə, Eldar Qaradağlı və baĢqaları da bu hərəkatın yaranmasının tərəfdarı 
olublar. Mən, Çingiz bəy, Əjdər bəy, Eldar bəy - güneyli-quzeyli hamımız yığıĢıb bu hərəkatı 
yaratmıĢıq.  Etiraf  etməliyik  ki,  Qənimət  Zahidov  da  bu  fikirdə  olmuĢdu.  Azərbaycan  Xalq 
Cəbhəsi liderlərinin də çoxu deyib ki, bu hərəkatı yaradaq.  
TəĢkilatı biz belə yaratdıq.  
Mənə elə gəlir ki, bu təĢkilat qarĢısına qoyulan məsələləri layiqincə yerinə yetirəcək.  
Bəzən deyirlər ki, BAB indiyəcən nə iĢ görüb? Heç bir təĢkilat yaranan kimi iĢ görə bilmir - o 
gərək hələ yaranıĢ, təĢkilatlanma dövrünü keçsin. Biz öncə Nizamnaməni hazırlayıb Mərkəzi 
ġurada qəbul eləmiĢik.  
Məramnaməni  hazırlayırıq;  bu  günlərdə  qurtaracaq.  Məramnaməylə  Nizamnaməni  bir  yerdə 
çap edəcək, sonra ingilis, alman dillərinə tərcümə edərək bütün dünyaya yayacağıq.  
Azərbaycanı  bütövlükdə  əhatə  edən  "Azərbaycan"  adlı  sorğu  kitabı  hazırlamıĢıq.  Bu  kitab 
Bütöv  Azərbaycanın  coğrafiyası,  təbii  sərvətləri,  mədəniyyəti,  tarixi  və  b.  haqqında 
məlumatları  əhatə  edir.  Gələcəkdə  onu  inkiĢaf  etdirib  daha  qalın,  ensklopedik  səviyyəyə 
çatdıra bilərik.  
Təbrizdə,  Mərənddə,  Həmədanda,  Tehranda  yaĢayan  qardaĢlarımıza  ana  dilində  məktəb 
açmağa, mədəniyyət mərkəzləri yaratmağa, öz haqlarını tələb etməyə imkan vermirlər. Biz bu 
haqları  müdafiə  etməkçün  BMT'yə  imza  toplayırıq.  Artıq  200  mindən  çox  imza  toplanılıb. 
Yəqin payızın sonunadək bu imzaların sayını 1 milyona çatdıracağıq. Əslində 2 milyon imza 
toplamaq nəzərdə tutulub. (Təəssüf ki, Elçibəyin vəfatından sonra BAB imzaların sayını artıra 
bilmədi - Ə.T.).  
Dünyadakı  Azərbaycan  türklərinin  yaratdığı  mədəniyyət  mərkəzləriylə,  dərnəkləriylə  əlaqələr 
yaratmıĢıq,  müəyyən  adamlarımız  gedib-gəlir,  əlaqə  saxlayır  və  s.  Amerikada,  Almaniyada, 
Avropada  beynəlxalq  konfranslarda,  yığıncaqlarda,  dünya  azərbaycanlılarının  toplantılarında 
iĢtirak  edir,  fikrimizi  deyir,  yaxud  onların  təkliflərini  qəbul  edib  Azərbaycanda  təbliğ  edirik. 
Əlaqələrimiz hələ bu səviyyədədir.  
Tehran rejimi BAB'dan bərk qorxur və bu rejim bizim fəalların adlarını salıb siyahısına, onları 
bəlkə də haçansa Vətən xaini, rejimin, farsın düĢməni elan edəcək. Bizsə deyirik ki, biz farsın 
düĢməni deyilik, biz Tehran rejiminin düĢməniyik. Tehran rejimi xalqımıza düĢmənçilik edən 
irticaçı  bir  rejimdir.  Biz  onun  dəyiĢdirilməsinin  tərəfindəyik.  Biz  fars  millətinə  yox,  fars 
Ģovinizminə, irançılığa qarĢıyıq.  


Fars Ģovinizmi türk millətinin hüquqlarını zaman-zaman tapdalayıb. O, Tehran rejiminin əlində 
bir alətə çevrilib. Biz hər bir xalqın, o sıradan Azərbaycan türklərinin də öz milli müqəddəratını 
öz torpağında həll etməyin tərəfindəyik və bunun uğrunda mübarizə aparırıq.  
Əbülfəz bəy, fars Ģovinizminin mahiyyətində nə durur? 
 
Fars  Ģovinizmi  mahiyyətcə  Hitler  faĢizmindən  daha  mürtəcedir  -  Hitler  tutduğu  ölkələrdə 
əhalini  qırırdı,  ancaq  onların  mədəniyyətinə  dəymir,  deyirdi  ki,  kim  hansı  kitabı  oxuyur, 
oxusun,  kim  öz  dilində  danıĢır,  danıĢsın.  Hətta  rus  Ģovinizmi  də  insanları  qırır,  onlara  zülm 
edirdisə də məktəblərinə toxunmurdu.  
Fars  Ģovinizmi  o  qədər  qəddardır  ki,  həm  insanları  qırır,  məhv  edir,  ölkədən  didərgin  salır, 
xalqın mübarizəsini sındırır və onun enerjisini dağıdır, həm də öz dilində məktəb açmağa, öz 
mədəniyyətini yaĢatmağa qoymur, nəinki qoymur, hətta o mədəniyyəti də oğurlayır, öz adına 
çıxır;  "Azərbaycan"  adını  oğurlamaq,  bu  adı  silmək,  "türk"  adını  yox  etmək  istəyir.  Yəni 
dünyada bunun qədər qəddar, namərd və alçaq Ģovinizm olmayıb və yoxdur.  
Belə Ģovinizm bir də Jivkov vaxtında Bolqarıstanda olmuĢdu. Orada türkcə danıĢmaq yasaqdı. 
Pasportda  türklərin  adlarını  zorla  dəyiĢdirib  bolqar  adları  qoyurdular.  Türklər  öləndə  adları 
pasportdakına  görə  müəyyənləĢməsin  deyə  öz  əsl  adlarını  mürəkkəblə,  tuĢla  qollarına, 
bədənlərinə  döydürürdülər.  Bolqarıstan  "KQB"si  bundan  xəbər  tutdu,  türklərin  qolundakı, 
bədənindəki yazıları yandırıb sildilər...  
Bu gün Güney və Mərkəzi Azərbaycanda artıq bir milli hərəkat baĢlayıb. Bu yaxınlarda Sizinlə 
doktor Mahmudəli Çöhrəqanlının telefon danıĢıqlarınızın, mübarizə vahidliyinə yaxınlaĢmanın 
Ģahidi olduq. 
 
Siz  həm  Ġran  rejimi  altındakı  ərazidə,  həm  də  Azərbaycandan  kənarda  -  Avropada, 
Amerikada,  baĢqa  ölkələrdə  Azərbaycan  uğrunda  mübarizəni  necə  görür,  necə  təsəvvür 
edirsiniz?  Çünki  burada  ən  müxtəlif  qüvvələr:  millətçilər,  antimillətçilər,  federalçılar, 
istiqlalçılar (qurtuluĢçular), müstəqillik istəyənlər və baĢqaları var. Və bu hərəkatın gələcəyini 
necə görürsünüz?
 
Mən  irançıları  tanımıram,  heç  tanımaq  da  istəmirəm.  Mənə,  sadəcə,  onların  fikirləri 
maraqlıdır. Tutaq ki, biri mədəniyyət uğrunda mübarizə aparır, qəzet,  jurnal buraxır - bunu 
qəbul edirəm. Ən çox qəbul elədiyimsə qurtuluĢçulardır. Mən özüm də qurtuluĢçuyam! Həm 
mədəni, ideoloji və siyasi mübarizə aparan, həm də qurtuluĢçu olan insanlar var. Ancaq elə 
insanlar da var ki, bu mübarizəni aparsalar da qurtuluĢçu deyillər. Mən bunların heç birindən 
imtina etmirəm.  
Azərbaycanın birləĢməsi fikri Azərbaycanda əvvəldən də olub, bu məqsəd uğrunda mübarizə 
aparılıb.  Biz  də  bu  mübarizəni  davam  etdiririk.  Əjdər  Tağızadə'nin  adını  10-12  ildir  bu 
mübarizədə eĢidirəm - biz Xalq Cəbhəsinin ilk qurultayını çağıranda Əcdər bəy gəlmiĢdi. Biz 
Bakıda  hakimiyyətdə  olanda  Çingiz  Göytürk  gəldi.  Ancaq  bundan  da  qabaq  doktor 
Məhəmmədtağı Zəhtabi hər yerdə Azərbaycanın azadlığı uğrunda çarpıĢırdı.  


Doktor Zəhtabi mənim Bakıda müəllimim, ustadım olub. O, PiĢəvəri’nin hökumətində gənclər 
təĢkilatının  aparıcı  Ģəxslərindəndi.  Azərbaycanın  Güneyində  müstəqillik  uğrunda  mübarizə 
aparıb.  
Sonra zaman gəldi, dəfələrlə həbs edildi. Gördü ki, vəziyyət yerimir, dedi ki, siyasi maarifçilik 
zəif olduğuna görə yerimir; gəlin öncə millətimizi maarifləndirək. "Ġranda türklərin tarixi" adlı 
çox sanballı bir kitab yazdı. Bu da bir çıxıĢ yoluydu, yəni türklər öz kökünə qayıtsınlar, bundan 
qürur duysunlar, düĢünsünlər ki, onların tarixi Ġranda farsların tarixindən qədimdir, bu torpaq 
onlarındır, onlar bura gəlmə deyil, əksinə, türklər burada yerləĢəndən sonra farslar gəlib. Bu, 
çox önəmli, həm ideoloji, həm də mədəni iĢdir. Zəhtabi ömrünü elə bu yolda sərf elədi.  
Sonra  mərhum  Əli  Təbrizli’ni  götürək.  Hələ  20  il  bundan  qabaq  Əlyazmalar  Ġnstitutundan 
onun  ərəb  əlifbasıyla  türkcə  yazılmıĢ  "Ədəbiyyat  və  milliyyət"  kitabını  gətirib  kserosurətini 
çıxarıb  oxuyurduq.  Sonradan  onunla  telefonla  tanıĢ  olduq.  O,  Azərbaycanın  müstəqilliyi  və 
bütövlüyü uğrunda ömrünün sonunadək mübarizə aparıb.  
Əli  Kamali  də  o  sıradan.  Səməd  Behrəngi’nin  iĢlərini  necə  unutmaq  olar?  Behrəngi  öləndə 
bizə  dedilər  ki,  onu  Tehran  rejiminin  agentləri  öldürüb  çaya  atıblar,  ancaq  yalandan  bəyan 
etdilər ki, çayda boğulub. Niyə öldürdülər? Çünki o, folklor toplayırdı, folklorun toplanmasısa 
milli ruhun, milli mədəniyyətin özünə qayıtmasıdır. Buna da mane oldular.  
Bəli,  o  zaman  bu  cür  adamlar  vardı və  mübarizə  aparırdılar.  Ancaq  onda  təĢkilat  yaratmaq 
mümkün  deyildi,  indisə  buna  imkanımız  var.  O  böyük  vətənpərvərlərimizin,  o  böyük 
millətçilərimizin  amalını  həyata  keçirməkçün  bu  təĢkilatı  yaratmıĢıq.  YaratmıĢıq  ki,  sonra 
onların qəbirlərini ziyarət edib deyək ki, qəbriniz nurla dolsun, siz azadlıq Ģəhidlərisiniz, sizin 
arzularınız yerinə yetdi.  
Bu gün doktor Mahmudəli Çöhrəqanlı’yla mən bu yolda addımlayırıq. ĠnĢallah, düĢünürəm ki, 
yaxın  bir  ilin  içərisində  Təbrizdə,  Tehranda,  Mərənddə  onlarca,  yüzlərcə  Əbülfəzlər, 
Çöhrəqanlılar, Zəhtabilər yetiĢəcək və birlikdə bu məsələni həll edəcəklər.  
Əbülfəz  bəy,  çox  təəssüf  ki,  mən  indiyə  qədər  Təbrizdə  olmamıĢam.  Arazdan  güneyə  keçə 
bilməmiĢəm...
 
Mən də olmamıĢam ki. 
ĠnĢallah, bir yerdə gedərik. Allah o günü bizə qismət eləsin. 
 
Mən  demiĢəm  ki,  Təbriz  azad  olunmayınca  ora  getməyəcəm.  Arzu  edirəm  ki,  Allah  mənim 
arzumu gözümdə qoymasın. Mən Təbrizi azad görmək istəyirəm.  
Hətta yanılmıramsa, demiĢdiniz ki, Təbriz azad olanda oraya ayaqyalın gedəcəyəm.
 
DemiĢəm. Bu, Ģəksizdir. Culfadan - körpüdən ayaqyalın keçəcəyəm, ayağım qabar olanadək 
gedəcəyəm, daha görsəm yeriyə bilmirəm, onda maĢına minərəm...  


EĢitdiyimə  görə,  Güneydə  belə  bir  məsəl  var  ki,  kim  "mən  inqilabçıyam"  desə  ondan 
soruĢurlar  ki,  Azərbaycandansan?  "Yox"  cavabı versə  deyirlər  ki,  Azərbaycandan  deyilsənsə 
bəs necə inqilabçı ola bilərsən? Ġnqilab Azərbaycanda yetiĢir. Doğrudan da, Təbrizdə 4 inqilab 
yetiĢib. Sizcə, bu yaxınlarda beĢinci inqilabı da görə biləcəyikmi? 
 
Mən  bu  dəfə  Təbrizdən  inqilab  gözləmirəm.  Təbrizdə  inqilab  olsa  da  bu,  əvvəlkilər  kimi 
olmayacaq. Bizimki kimi, yəni Azərbaycanın quzeyindəki kimi olacaq.  
Bir  az  tarixə  qayıdaq.  Bu  söz  bizim  deyil,  Avropada  bir  alim  yazıb  və  rəhmətlik  akademik 
Məmməd Cəfər Cəfərov onu "Ədəbi düĢüncələr" kitabına salıb: Azərbaycan inqilablarına görə 
Asiyanın  Fransası  adlandırılır.  Baxın,  Ģahı  hakimiyyətdən  devirən  Təbriz  inqilabı  olub.  O  biri 
inqilabların çoxu rejimi devirmək istəyirdi.  
ĠnĢallah,  budəfəki  inqilab  milli  inqilab  olacaq,  milli  öz  müqəddəratını  təyinetmə  hərəkatı 
olacaq. Və mənə elə gəlir ki, o dərəcədə böyük qanla baĢ verməyəcək. Hər bir inqilabda 5, 
10, 100 adam ölə bilər; biz bundan çəkinməməli, buna qanunauyğunluq kimi baxmalıyıq.  
Bəy, xaricdə Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan, millətimizin xoĢbəxtliyi, azadlığı 
uğrunda  çalıĢan  çoxlu  soydaĢımız  var.  Xaricdəki  Azərbaycan  lobbisinə,  onların  fəaliyyətinə 
münasibətiniz? 
 
"Lobbi" sözünün o qədər çaları var ki. Məsələn, maliyyə lobbiləri var. Mənim bildiyimə görə, 
Amerikada  yunan  lobbisi  çox  güclüdür,  bir  yunan  hətta  prezidentlik  uğrunda  da  mübarizə 
aparırdı,  lap  axırda  uduzdu.  Belə  lobbini  Azərbaycan  yarada  bilməz.  Çünki  bu,  ənənəvi, 
yüzillik məsələdir. Azərbaycan türkləri bunu orada necə yaratsın? Ancaq get-gedə formalaĢır.  
Yaxud deyək ki, mədəniyyət lobbisi yaranır. Orada yaĢayan varlı soydaĢların hamısı artıq bir-
birini tanıyır. Mədəniyyət toplantıları keçirir, bir-birini tədbirlərinə dəvət edirlər. Ana dilini öz 
aralarında  qoruyub  saxlamaq,  onu  uĢaqlarına  öyrətmək,  mədəniyyətimizi  amerikalılara, 
almanlara,  avropalılara  tanıtmaq  və  s.  uğrunda  mədəni  lobbi  çarpıĢır.  Ancaq  o,  güclü 
olmalıdır. Onun maliyyəsi inkiĢaf etməlidir.  
Çox  təəssüf  ki,  bizim  Avropadakı  varlılarımız  hələ  bu  iĢə  baĢlarını  qoĢmurlar,  çünki  onlarda 
milli Ģüur zəifdir. Ermənidə, yəhudidə, yunanda olan milli Ģüur hələ onlarda yoxdur. Bu, etiraf 
edilməlidir.  
Milli  Ģüurları  olmadığına  görə  qazandıqlarının  hamısını  ciblərinə  qoyur,  millət  yolunda  nəsə 
xərcləməyi  düĢünmür,  "millətin  dərdi  mənə  qalıb?"  deyirlər.  Ancaq  o  varlı  qazandığından 
Azərbaycan mədəniyyətinin inkiĢafına, Azərbaycan lobbisinin yaradılmasına sərf etsə bu onun 
gəlirini  üç  dəfə  də  artırar;  Vətəni  Azərbaycan  müstəqil  olanda  milli  burjuaziyamız  Vətənin 
azadlığında  iĢtirak  edəcək,  ondan  daha  çox  qazanacaq  və  gələcəkdə  özünü  Azərbaycanın 
kapitalistinə çevirəcək.  
Bu günsə həmin adamlar yadırğayıblar, yabançılayıblar. ĠnĢallah, Bütöv Azərbaycan məfkurəsi 
dünyaya  tam  yayılanda  onlar  da  baĢa  düĢəcək  ki,  bu  yol  düzdür.  Onda  onlar  yavaĢ-yavaĢ 
qayıdacaqlar bu yola. Bəziləri deyəcək ki, məni bağıĢlayın, gec baĢa düĢmüĢəm, bəziləri də 


artıq  baĢa  düĢməkdədir.  Milli  məfkurə  bu  insanları  zaman-zaman  lobbi  kimi  bir  yerə 
toplayacaq.  
Onların  fəaliyyətində  artıq  irəliləyiĢ  var.  ABġ'da  Dünya  Azərbaycanlılarının  Konqresi 
yarananda, bizim üçrəngli bayrağımız orada qalxanda öncə etiraz edirdilər, ancaq artıq həm 
Amerikada, həm Avropada olan soydaĢlarımızın əksəriyyəti onu milli bayraq kimi qəbul edir...
 
Bizim istəyimiz odur ki, ideya həyata keçsin. Bunu kim həyata keçirir-keçirsin, kim öz adına 
yazır-yazsın.  Bizə  ad,  Ģöhrət  yox,  əməlin  özü  lazımdır.  HAMINI  QURTULUġÇU  YOLUNA 
ÇAĞIRIRAM.  QUZEYDƏ  ERMƏNĠ  ĠġĞALÇILARINI  RƏDD  ELƏMƏK,  DƏRBƏNDĠ  ALMAQ, 
GÜNEYDƏ  FARS  ġOVĠNĠZMĠNĠ,  ĠRAN  REJĠMĠNĠ  RƏDD  ETMƏK,  AZƏRBAYCANIN 
MÜSTƏQĠLLĠYĠNƏ  NAĠL  OLMAQ  VƏ  AZƏRBAYCANI  BĠRLƏġDĠRMƏK  -  BU  ĠDEYA  QALĠB 
GƏLƏCƏK! Bu, gec də ola bilər, tez də.  
Bir Ģer var. Ġstəyirəm ki, o, bizdə el Ģerinə çevrilsin: 
            Orda bir Yol var uzaqda
 
            O Yol bizim yolumuzdur!
  
            Dönməsək də, varmasaq da 
 
            O Yol bizim yolumuzdur! 
 
Allah o Yolu gedən insanlara yar olsun!  
Tanrı türkə yar olsun!  
Tanrı türkü qorusun! 
  
  

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə