DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə2/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   2   3   4   5   6   7   8   9   ...   99

böyük, güclü ozan indi bu kənddədir, sabah obiri obadadır; on il, iyirmi il gəzə-gəzə hər yeri 
dastanlaĢdırır, səhnələĢdirir, nağıllar gətirir, söz gətirir, musiqi gətirir. 
Bizim Azərbaycan ədəbiyyatının, musiqisinin həmin hissəsi yaxĢı öyrənilməyib. Sən özün yaxĢı 
bilirsən:  bir var yazılı ədəbiyyat,  bir var Ģifahi ədəbiyyat,  bir də var aĢıq-dastan  ədəbiyyatı, 
poeziyası  -  bu,  baĢqa  Ģeydir.  Buna  tamamilə  baĢqa  bir  səpkidən  yanaĢıb  təhlil  etmək 
gərəkdir. Bu, xüsusi mədəniyyətdir və türk xalqlarına məxsusdur. Bütün dastanların hamısını 
götür.  Məsələn,  son  vaxtlar  iki  dənə  balaca  dastan  tapmıĢdılar,  deyirdilər  ki,  italyan 
dastanlarıdır, sonradan sübut etdilər ki, türklərindir. «Ġqor polku dastanı» məsələsi də elə. 
Dastan sxemi xalqa vəhdət üzərində qurulub. Onun bənzəri dünyada yoxdur. Onu ən çox elat 
tayfaları yaradır. 
ġer, rəqs, musiqi - hər üçü dastanda birləĢir…
 
Bəli. ġəhərdə oturaq əhali ayrı-ayrılıqda rəqsə də, musiqiyə də gedir, poeziyaya da qulaq asır; 
dastan  isə  onları  sintez  edir.  Dastan  ehtiyacdan  doğur  -  dörd  zurnaçı,  dörd  qavalçalan 
götürüb  elatları  gəzmək  olmur  axı;  bir  nəfər  sənətkar  lazımdır.  Böyük  ansamblla  gedib  40 
nəfərlik obada konsert vermək də adama gülməli gələr. 
Ananızdan nə götürmüsnüz?
 
O, çoxlu nağıllar bilirdi. 
Adı nə idi?
 
Mehrinisə.  Nağıllardan  baĢqa,  həddən  atrıq  atalar  sözü  də  bilirdi.  Dağlarda  bitən  dərman 
otlarının hamısının adını tanıyırdı və hamısının da hansı dərdə dərman olduğunu deyirdi. 
Müalicə ilə də məĢğul olurdumu?
 
Bizdə,  dediyim  kimi,  elat  idi,  maldar  olublar.  Çöldə-bacada  kimin  əli-ayağı  yaralandı  -  filan 
otdan  qoysun,  ilan  çaldı  -  filan  otdan.  Hamısı  türkəçarə  idi.  Özləri  çox  vaxt  həkimə 
inanmırdılar,  deyirdilər  ki,  həkim  lazım  deyil,  türkəçarə  ilə  əlac  edin.  Ayaq  yaralanıb 
simləyəndə qoyulan simotundan tutmuĢ baĢqalarınadək məni yığmağa o qədər göndərib ki, 
indi  mən  də  bu  otların  çoxunu  tanıyıram.  Hansı  otun  yarpağını  əzib  verməyi,  hansının 
kökünü,  toxumunu  verməyi  bilən  adamlardandı  anam.  Bir  o  idi,  bir  də  Xanzeynəb  xala 
dediyimiz  qadın  (Allah  rəhmət  eləsin!);  onlar  bir-birinə  çox  yaxın  adamlardı,  ağbirçəklərdi. 
Bacı  kimi  oturub  söhbətləĢərdilər.  Onlar  çox  dərman  bilərdi.  Güləbətin  xala  da  vardı  -  üç 
cümlədən  bir  atalar  sözü,  hikmətli  söz  deyərdi.  Bu  adam  nə  dedi  -  hər  Ģeyi  bir  məsəllə 
bağlayardı. 
Yəni kəndin özünün hər Ģeyi, tarixi qoruyub saxlamaq ənənəsi var. Cangülümlərdən tutmuĢ 
çox  Ģeyi  yaĢadardılar.  Bayram  günləri  bizi  yığardılar,  cangülüm  keçirərdilər  (çərĢənbə 
axĢamları, baĢqa günlər də eləcə). 


Ümumiyyətlə, ananız taleyinizdə necə rol oynayıb?
 
Mənim taleyimdə iki varlıq həmiĢə ziddiyyət təĢkil edib: anam və xalq. Çox vaxt fikirləĢmiĢəm 
ki, onlardan hansını hansına dəyiĢmək olar? Heç vaxt da bu suala cavab tapa bilməmiĢəm. 
Elə  vaxt  olub  ki,  hirslənmiĢəm,  demiĢəm  ki,  ana  da,  hamı  da  əqidəyə  qurban  getməlidir, 
sonra  fikirləĢmiĢəm  ki,  yox,  ana  məsələsi  çox  ağırdır;  yəni  uĢağı,  ailəni,  qardaĢı,  hamını 
qurban vermək olar (bəlkə baĢqası üçün uĢaq olmaz, qardaĢ olmaz), təkcə anadan savayı. 
Ümumiyyətlə, heç elə vəziyyət yaranıbmı ki, anan desin: oğul, mənim xatirimə bu iĢə getmə?
 
Elə olub, ancaq mən onun sözünə baxmamıĢam. Məsələn, deyib ki, bu Ģeylərdən əl çək, səni 
tutacaqlar;  filan-filan  Ģeyləri  get  de,  qurtarsın-getsin.  Mən  tutulandan  sonra  gəlib  Dövlət 
Təhlükəsizliyi  Komitəsinə,  demiĢəm  ki,  görüĢ  istəmirəm.  Sonra  eĢitmiĢəm  ki,  eĢikdə  oturub 
ağlayır.  Daha  doğrusu,  ağlamağı  yox,  Təhlükəsizlik  Komitəsi  əməkdaĢlarının  yanında 
ağlamağı  mənim  üçün  qəbuledilməz  olub.  Qəbul  eləmiĢəm  ki,  qoy  görüĢüm.  Bir  saat 
görüĢmüĢük, demiĢəm ki, daha bir də buralara gəlib-eləmə. Bax, bu cür toqquĢan anlarımız 
da olub. 
Məhkəmədə  gəlib  oturub,  xahiĢ  etmiĢəm  ki,  o,  burada  oturmasın,  onu  məhkəmədən 
çıxarıblar. Sonra məhkəməyə bir xahiĢnamə yazıb, mən isə demiĢəm ki, o qəbul olunmasın və 
iĢimə  tikilməsin;  tikməyiblər.  Aramızda  belə  ziddiyyətlər  olub.  Yəni  o,  bir  ana  kimi  məni 
istədiyi qədər danlaya da bilərdi, hər Ģey deyə bilərdi, ancaq axırda milli məsələdə o təslim 
oldu.  Dedi  ki,  sən  xalqın  adamısan,  Allahın  adamısan,  səni  tapĢırdım  Allaha,  indi  özün 
bilərsən, daha sənin iĢinə qətiyyən qarıĢmayacağam. Doğrudan da, qarıĢmadı.  
Bu  nədən  irəli  gəldi,  Bəy,  sevgisindənmi,  sənə  inamındanmı,  yoxsa  bir  ana  kimi  öz 
gücsüzlüyünü görüb məcburiyyətdənmi?
 
Vallah,  bunu  mən  bilmirəm,  amma  bəzi  Ģeyləri  ona  danıĢırdım,  inanır,  baĢa  düĢürdü. 
Deyirdim  ki,  bax,  bu  cəmiyyət  belədir;  sənin  özün  görürsən  -  yüzlərcə,  minlərcə  aclar  var, 
yalavaclar  var,  ayaqyalınlar  var,  bunlar  niyə  olmalıdır?  Bunları  kim  edir?  Deyirəm  ki,  buna 
hökumətdir  təqsirkar.  Minlərcə  adamın  qanı  töküldü,  haqsız  tutuldu,  qırıldı,  nə  bilim 
müharibələrdə  məhv  edildi,  sürgünlərdə  getdi,  yetim  qoyuldu,  filankəsi,  filankəsi,  filankəsi 
göndərdilər, Sibirdə öldürtdülər, bir tikə çörəyin üstündə yox etdilər, kolxozda iĢə çıxmadığına 
görə həbs etdilər. Sən özün deyirsən ki, filan ruhanini, filan ağanı, filankəsləri məhv etdilər. 
Bəs bunları eləyən kimdir axı? Bunu məgər bu quruluĢ eləməyib? QuruluĢ eləyib. Mən də ona 
qarĢı  mübarizə  aparıram  də.  Anam  deyirdi  ki,  bu,  qorxulu  quruluĢdur,  məhv  eləyər  səni. 
Əlbəttə ki, məni istədiyindən belə deyirdi. 
Ananla bu mövzuda söhbətlər baĢlananda sənin təxminən neçə yaĢın olardı?
 
Bu söhbətlər tələbə vaxtından baĢlanmıĢdı. 
Onda bəlkə elə tələbə mühitindən danıĢasan - Əbülfəz bəy bu mühitdə necə yetiĢdi?
 
«YetiĢdi» deyəndə, mən onu yetiĢmək saymıram; xırda Ģeydir. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə