DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə4/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   2   3   4   5   6   7   8   9   ...   99

tələbələr arasında təbliğat aparırsan, milliyyətçi, antirus, antisovet təbliğat yayırsan. Bunları 
yerə qoy. Qoymasan həbs olunacaqsan. Bu xəbərdarlığı mənə Dövlət Təhlükəsizliyi Komitəsi 
etmiĢdi. Mən də dedim ki, öz əqidəmdən əl çəkməyəcəyəm! Mənim dediklərim düzdür. 
Sonra mənə dedilər ki, səni tutacaqlar. Mən də cavab verdim ki, məni ona görə tuta bilməzlər 
ki, onların hamısı rüĢvətxorlardır; birincisi, gərək onların özləri tutulsun, bu ölkəni dağıdanlar 
tutulsun, axırda mən tutulum. 
Mənə altı ay vaxt verdilər. Altı aydan sonra bir də gəldilər ki, sən, əksinə, məsələni daha da 
Ģiddətləndirmisən. Çünki məsələ, doğrudan da, qızıĢırdı; sinifdə məndən soruĢurdular ki, səni 
DTK-ya çağırıblarmı, deyirdim ki, bəli; mənə xox gəlirlər (elə bu cür də deyirdim uĢaqlara), 
mən bu yoldan çönən deyiləm. 
Mən o zaman Brejnev’in, Heydər Əliyev’in əleyhinə idim (çıxıĢ edirdim, dərsdə də deyirdim). 
Sonra  fikirləĢdim  ki,  mənə  irad  tutarlar  ki,  dərsi  siyasi  təbliğat  vasitəsinə  çevirirsən.  Mən 
görürdüm  bu  Ģeyi.  Bu,  doğrudan  da,  düz  deyildi,  hüquqi  cəhətdən  də  dərsdən  baĢqa 
məqsədlə  istifadə  etməyə  ixtiyar  yoxdur.  Ona  görə  baĢladım  dərsləri  çox  yüksək  səviyyədə 
keçməyə  (düzdür,  əvvəllər  də  pis  keçməsəm  də).  Ġndi  baĢladım  tənəffüslərdə  təbliğata, 
dərnəklər  təĢkil  etməyə  -  Azərbaycanın  tarixini,  Azərbaycan  inqilabi  hərəkatlar  tarixini 
öyrədən dərnəklər düzəltmiĢdik. 
Universitetin özündə?
 
Bəli, universitetdə. Dərnəkdir də - Azərbaycan tarixini öyrənirik. Yaxud ġərqin siyasi tarixini, 
diplomatiya  tarixini  öyrənmək  adı  ilə  yığırdıq  tələbələri,  gəncləri.  Söhbətimiz  Azərbaycana, 
siyasətə  aid  olurdu.  Qoy  desinlər  ki,  dərnəkdədirlər.  Söhbəti  tənəffüsdə,  bəzən  də 
çayxanalarda  aparırdıq.  Ona  görə  də  ittihamnamədə  yazmıĢdılar  ki,  dərs  zamanı, 
tənəffüslərdə,  dərnəklərdə,  çayxanalarda  daim  tələbələri  baĢına  yığıb  antisovet,  millətçi 
təbliğat aparmıĢdır. 
Söhbətlərin aparıcı xətti nə olurdu?
 
Ən mühüm xətlər bunlar idi - birincisi, quruluĢun özünün düz olmaması. 
Sosializm quruluĢunun?
 
Bəli. Deyirdim ki, bu quruluĢ dağılacaq. Bildiklərimə, oxuduqlarıma əsasən izah edirdim. 
Ġkincisi,  Azərbaycan  müstəmləkədir.  Bunu  dərsdə  də  aydın,  açıq  deyirdim,  çünki  mən 
Hindistanda,  ərəb  ölkələrində  fransız  və  ingilis  müstəmləkəçiliyi  tarixini  keçirdim.  Bizdə 
müĢahidə  olunan  Ģeylər  onlarda  da  sırf  eynilə  özünü  göstərirdi,  əksinə,  bizdə  daha  ağır 
vəziyyətdir.  Dərsliklərdə  yazılırdı  ki,  müstəmləkə  o  ölkədir  ki,  dərslər  baĢqa  dildə  keçirilir, 
milləti öz dilini inkiĢaf etdirməyə qoymurlar və s. Bu, bizim kitablarda da var; götürüb həmin 
sözləri  tətbiq  edirsən  Azərbaycana,  tələbə  Azərbaycanın  o  müstəmləkələrdən  də  ağır 
vəziyyətdə  olduğunu  o  saat  baĢa  düĢür.  Hətta  elə  Ģeylər  vardı  ki,  çox  üst-üstə  düĢürdü. 
Məsələn,  mən  deyirdim  ki,  Hindistanda  məktəblər  müstəmləkə  Ģəraitində  elə  dağıdılıb  ki, 


onlar bütünlükdə xarabaya çevrilib, siniflərdə böcəklər və siçovullar dolaĢır (bunu Moskvada 
çıxan  kitablar  yazır).  Azərbaycan  Dövlət  Universitetinin  otaqlarında  da  siçovullar  gəzir  və 
uĢaqlar  deyir  ki,  müəllim,  bizdə  də  elədir.  Buna  daha  heç  bir  izah-zad  lazım  deyil;  bunlar 
müstəmləkəçiliyin kiçik əlamətləridir və tələbə onları görür. 
Üçüncüsü, rus dilinin assimilyator rolu oynaması. Bir var dil ünsiyyət vasitəsi kimi - ingilis dili, 
ərəb dili kimi, onu bütün xalq öyrənir. Mənə deyirdilər ki, sən rus dilinə qarĢı çıxmısan, bəs nə 
üçün özün rus dilini, ərəb dilini bilirsən? Cavab verirdim ki, elə deyil - dili öyrənmək gərəkdir; 
kim nə qədər bacarırsa dil öyrənsin, ancaq rus dilinin bəlası bundadır ki, ondan müstəmləkə 
aləti kimi istifadə olunur. 
Həyata zorakılıqla girir…
 
Bəli, o, Azərbaycan dilini çıxıĢdırıb çıxarır, Azərbaycan dilinin yerini tutmaq istəyir. Ona görə 
rus dilinin bu cür təbliğinə, tədrisinə qarĢı çox danıĢırdım. 
Sonra,  Sovet  Ġttifaqını  idarə  edənlərin  hamısının  yaĢlı,  oturuĢmuĢ,  savadsız,  intellektual 
səviyyəsiz  adamlar  olduğunu  (Brejnev’dən  tutmuĢ  QriĢin’ədək)  deyirdim.  Hətta  Heydər 
Əliyev’in  özünü  də.  Məsələn,  Heydər  Əliyevin  Azərbaycanda  nə  üçün  dövlət  baĢçısı  ola 
bilməyəcəyini  belə  əsaslandırırdım  ki,  o,  güclü  savad  almayıb  (onda  belə  düĢünürdüm), 
Dövlət Təhlükəsizliyi Komitəsinin məktəbini qurtarıb. DTK haqqında da o zaman eĢitmiĢdim ki 
(xaricdə  olan  bir  azərbaycanlının  yazısı  idi),  Göbbels  qəddarlıqda  Sovet  Ġttifaqı 
«Kaqebe»sində (bu cür ifadə etmiĢdi) iĢləyən adicə bir serjantın əlinə su tökməyə layiq deyil. 
Yəni  bu  sistem  belədir  -  qəddarlıq  sistemidir.  Bunu  hamı  görürdü.  Mən  də  düĢünürdüm  ki, 
Heydər  Əliyev  də  burada  böyüyüb.  EĢitmiĢdim  ki,  25  il  yaxasında  zəhər  gəzdirən 
kəĢfiyyatçılardandır.  Deyirdim  ki,  bu  adam  həyatda  ağır  yollar  keçib,  ölümlə  üz-üzə  gəlib, 
bəlkə  lap  adam  da  öldürüb;  ondan  humanist  baĢçı  ola  bilməz.  Doğrudan,  iddiam  bu  idi. 
Ancaq etiraf edirəm ki, onun savadının nə səviyyədə olduğunu o zaman düzgün bilməmiĢdim. 
Mən  fikirləĢirdim  ki,  o,  tarix  fakültəsini  qiyabi  qurtarıb.  Deyirdim  ki,  tarix  fakültəsində  ona 
dərs deyən müəllimlərin səksən faizi savadsızdır, onu özü də qiyabi qurtarıb - onun nə savadı 
ola bilər? Amma mən bilmirdim ki, Heydər Əliyev xüsusi məktəb keçib. Sonradan gördüm ki, 
onun çox möhkəm yaddaĢı və yüksək qabiliyyəti var. Mən həbsxanaya getdim, həbsxanada 
da  onun  əleyhinə  oldum,  çıxandan  sonra  da  bir-iki  il  onun  əleyhinə  idim.  Sonralar  ki  onun 
bəzi  çıxıĢlarını,  bəzi  manevrlərini  gördüm,  inandım  ki,  o,  çox  idraklı  adamdır,  çox  güclü 
Ģəxsiyyətdir,  onun  güclü  Ģəxsiyyət  olduğunu  qəbul  etdim.  Doğrudan  da,  etiraf  edirəm  ki, 
Heydər Əliyevin təqribən 6 il, 7 il əleyhinə danıĢdığım halda sonradan elə olub ki, 6 il, 7 il də 
onu tərifləmiĢəm, öz-özümə boynuma da almıĢam ki, səhv etmiĢəm. 
Sonuncu fikirdə indi də qalırsanmı?
 
Mən H.Əliyevin güclü Ģəxsiyyət olması, onun güclü məlumat, fenomenal yaddaĢ sahibi olması 
haqqında fikrimdə indi də qalıram. Özü də, çox qəribədir ki, bu sözləri mən demirəm - onun 
ovaxtkı rəqibləri də elə onda mənimlə razılaĢmayıb deyirdilər ki, Əliyevin fenomenal yaddaĢı 
var, savadlı adamdır. Öz düĢmənləri bunu etiraf edirdilər. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə