DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə7/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   2   3   4   5   6   7   8   9   10   ...   99

-Yox, yoxdu. Demək, belə vardı. Hərəkat aparılırdı. Sumqayıtda, bəzi yerlərdə balaca qruplar 
da  mövcud  idi,  onları  Dövlət  Təhlükəsizliyi  Komitəsinə  çağırıb  danıĢdırır,  dilindən  kağız 
alırdılar ki, gedin, nəzarətdəsiniz. Bu cür söhbətlər gedirdi. Ancaq məsələni sırf elmi əsasda 
qoyub elmi istiqamətdə aparmaq yoxdu. Ona görə də cəhd etdilər ki, məni Mərkəzi Komitənin 
təbliğat  Ģöbəsinə  [müdir]  aparsınlar,  beləliklə,  vəzifə  verməklə  məni  bitərəfləĢdirsinlər.  Elə 
Heydər  Əliyevin  hakimiyyəti  dövründə  yanıma  adam  göndərdilər.  Partkom  iki  dəfə  məndən 
xahiĢ etdi, getmədim. Sonradan gördülər ki, daha bitərəfləĢdirmək mümkün deyil, bircə yol 
qalır - həbs etmək, götürmək, 1975-inci ildə həbs etdilər. 
Bəlkə  həbs  dövrün  haqqında  danıĢasan,  Bəy?  Dövlət  Təhlükəsizliyi  Komitəsinin  zindanında 
olmusan iki il…
 
Yox,  mənə  cəmi  il  yarım  həbs  veriblər.  Yarım  ilini  yatmıĢam  Dövlət  Təhlükəsizliyi 
Komitəsində, bir ilini isə daĢ karxanasında aparıb iĢlədiblər. 
Bəlkə elə onlardan danıĢasan?
 
Dövlət  Təhlükəsizliyi  Komitəsində  də,  təbii  ki,  yaxĢı  insanlar  vardı.  Məni,  əlbəttə,  müdafiə 
etmirdilər,  canavar  kimi  üstümə  düĢmüĢdülər,  amma  öyrənmiĢdim  ki,  həbs  olunmağım 
haqqında ayrı-ayrı vaxtlarda bir ay ara verib sonra yenidən səsvermə keçiriblər. Əvvəl həbs 
olunmağıma  səs  verilməyib.  Müəyyən  qüvvələr  tutulmağıma  razı  olmayıb.  Sonradan  mən 
fəaliyyətimi geniĢləndirdiyimə görə daha müdafiə edə bilməyiblər. Məni iki-üç dəfə çağırıblar 
ora. Görüblər ki, daha dayanmıram, məni müdafiə edənlər də aciz qalıb, səs çoxluğu ilə (27 
nəfər lehinə, 7 nəfər əleyhinə) tutdular. 
Kollegiya olub?
 
Hə,  kollegial  səs  verilib  ki,  həbs  olunsun.  Ondan  sonra  həbs  etdilər.  Amma  bəzi  adamların 
rəğbətini hiss edirdim. Görünür, yəqin onlar da mənim dediklərimi oxuyanda fikirləĢirdilər ki, 
düz  deyirəm.  Yəni  burada  səhv  Ģey  yoxdur,  hamı  məsələnin  nə  Ģəkildə  olduğunu  görür, 
amma hərə bir cür düĢünür ki, hələ dövrü deyil və s. 
HəmiĢə qələmlə iĢləyən adamın birdən-birə daĢ daĢıması yəqin ki, çox çətin oldu?
 
Dövlət  Təhlükəsizliyi  Komitəsində pis  davrananlar da vardı, tutmağa meyli  olanlar da vardı. 
Ən  pisi  bu  idi  ki,  istəyirdilər  kollektiv  tutsunlar,  yəni  mənimlə  bərabər  müəllim 
yoldaĢlarımdan,  yaxın  dostlarımdan,  tələbələrimdən  də  bir  neçəsini  tutsunlar,  bunu 
böyütsünlər. Onların bu cür yanaĢmasından duyulurdu ki, təqribən 10-15 nəfər tutulmalıdır. 
Mən də çalıĢırdım ki, tək gedim, yəni ətrafımda tələbələrim, müəllim və yoldaĢlarım olmasın. 
Mən  deyirdim  ki,  hamısını  mən  eləmiĢəm,  nə  varsa  öz  üstümə  götürürdüm.  Hətta  bunu 
dedilər ki, sən hər Ģeyi üstünə götürüb istəyirsən ki, tək gedəsən, yoldaĢlarını xilas edəsən - 
bu  olmayacaq.  Çox  bərk  giriĢmiĢdilər.  Sonra  bunun  qarĢısı  bir  az  alındı,  görünür,  buna 
«yuxarı»da «böyüklər»in təsiri olub ki, cavanlar tutulmasın, ya nəsə. 
DaĢ daĢımağa gəldikdə isə, maddə vardı, özümə oxudular ki, siyasi iĢlər üzrə tutulan adamlar 
islah-əmək düĢərgələrində ən ağır iĢdə iĢlədilməlidir. 


Mən elə bilirdim ki, siyasi dustaqları fiziki iĢlərdə iĢlətmirlər.
 
Mən  də  əvvəl  elə  bilirdim.  Yox,  yox,  əksinə;  guya  onlar  ən  ağır  iĢdə  iĢlədilməklə  islah 
olunacaqlar. 
Məni əvvəl apardılar daĢ kəsilən yerə - daĢ karxanasına… 
Respublikada?
 
Respublikada, Qaradağda.  
Orada həbsxana var, indi, deyəsən, dağıdıb ləğv ediblər. Ora yaĢadığımız yerdən təxminən 1-
2  kilometr  aralı  idi.  Gündə  düzürdülər  itləri  qabağa,  əsgərlər  ətrafımızda,  itləri  üstümüzə 
quĢqurdurdular. Yoldan çıxmaq olmaz. Bir balaca etiraz edən kimi baĢımızın üstündən güllə 
atırlar: «yatın yerə!», nə bilim nə…  
Çox əzab-əziyyət, vəhĢilik içərisində idik. Bir-iki dəfə tüfəngi mənim üstümə dirəyiblər, çünki 
iti  quĢqurdublar  dustaqların  üstünə,  mən  cumub  itə  təpiyimlə  vurmuĢam,  vuranda  tüfəng 
çəkiblər üstümə. Sonra uĢaqlar məni müdafiə ediblər. Orada belə Ģeylər olurdu. Deyirdilər ki, 
gündə  900-950  daĢ  yükləməlisiniz  maĢına,  o  yekə  daĢlardan.  Bir-iki  gün  elə  iĢlətdilər. 
Sonradan uĢaqlar baĢladılar kömək etməyə. Çox vaxt yükləməyi özləri edirdilər; görürdülər ki, 
mənim gücüm çatan Ģey deyil. Məhbusların köməyi olmasaydı orada mənim vəziyyətim yəqin 
ki, çox ağır olardı. 
Siyasi məhbuslar da var idimi?
 
Yox,  bir  nəfər  də  siyasi  məhbus  yox  idi.  Tutulanların  böyük  bir  hissəsi  sürücülərdi  -  yol 
qəzalarında  özünün  qohum-qardaĢı  yanında  ölüb,  tutub  salıblar  bura.  Torpaq  üstündə 
tutulanlar vardı, oğrular vardı, adam öldürənlər var, ev talayanlar vardı… 
Çox maraqlıdır, Bəy, onlar baĢa düĢürdülərmi səni - Bəy nə istəyir? Gülmürdülər ki?
 
Yox. Onlar xüsusən bir Ģeyə görə mənə hörmət edirdilər - Dövlət Təhlükəsizliyi Komitəsində 
yatmağıma. Həbsxanada yatanların bir qanunu var - dostunu, yoldaĢını satmamaq. Heç kimi 
satmamısan, tək özün girmisənsə hörmət edirdilər. Mən ora girməmiĢdən bilirdilər, gələn kimi 
dedilər ki, istəyiblər çox adam tutsunlar, heç kəsi satmamısan, ona görə sənə hörmətimiz var. 
«Vurub-tutan»,  oğru  ideyasını  aparan  uĢaqlar  ki  deyirlər,  onlar  yığılıb  müzakirə  eləyib  belə 
qərara gəlirlər ki, bu adam toxunulmaz adamdır; ona hörmət edilməlidir; bu da imperiyaya 
qarĢı mübarizə aparır, biz də (onlar da özlərini imperiya ilə vuruĢan sayırlar, onların öz ideyası 
var). 
Orada cavanları, elə baĢqalarını da çox suallar maraqlandırırdı: siyasi suallar, həyat sualları, 
SSRĠ-yə dair suallar, dini suallar… Çox vaxt deyirdilər ki, sən o cür bizə onları izah elə, iĢini 
biz  görərik.  Gedib  tez  maĢını  yükləyib  gəlirdilər.  Mən  onlarla  söhbət  aparırdım.  Ona  görə 
mənim hörmətimi saxlayırdılar. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə