DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə10/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   6   7   8   9   10   11   12   13   ...   99

Ġkincisi, biz Xalq Cəbhəsinin içərisində bir sıra böyük qurumlar yaratmalı idik. Məsələn, indi-
indi adını qoymuĢuq analitik və proqnoz mərkəzi (elə onda istəyirdim ki, adını təhlil və təyin 
Ģöbəsi  qoyaq).  O  təhlil  və  təyin  Ģöbəsi  elə  ilk  gündən  yaradılmalı  idi.  Özü  də,  burada 
təxminən  5  nəfər  iĢləməli  idi,  qalan  bütün  institutlarla  əlaqə  yaradılmalıydı.  Hamı,  yəni 
Azərbaycanın ziyalı potensialı iĢə cəlb olunmalı idi, ancaq oluna bilmədi. 
Cəbhənin məlumat bölümü də zəifdir.
 
Bəli. Ümumiyyətlə, Cəbhə qurulmayıb axı. O, bir təĢkilat kimi hələ tam yaradılmayıb. 
Bunun günahı, Bəy, nədədir, kimdədir?
 
Ola bilsin ki, böyük bir hissəsi elə məndədir. Amma biz təĢkilatçılığa öyrəĢməmiĢik. Bir adam 
bir söz deyən kimi qəlbimizə dəyir, tez inciyib gedirik. Mən bəzən dostlarıma deyirəm ki, sən 
filan institutda iĢləyirsən; orada pis adam yoxdur? Deyir ki, var. SoruĢuram ki, bəs niyə iĢdən 
çıxıb  getmirsən?  Deyir  ki,  bunun  mətləbə  nə  dəxli  var?  Qayıdıram  ki,  bəs  nə  oldu,  Xalq 
Cəbhəsində bir pis adam görən kimi qaçıb getmək istəyirsən? Bu, nə bəhanədir axı? «Qapıda 
filan uĢaq mənə pis cavab verdi, mən burada qalmıram». ƏĢi, daha bu, uĢaqdır, bilməyibdir. 
«Yox, bura gərək biz pir kimi baxaq; bura xalq ocağıdır, bura müqəddəs olmalıdır». Yenə də 
baĢa  düĢmürlər  ki,  «müqəddəs»  deyilən  Ģey  nədir.  Dünya  müqəddəsliyi  var,  ancaq  bu 
müqəddəsliyin içərisində heç bir hadisə kənarda qala bilməz. Məkkədə müsəlmanlar hücum 
eləyib bir-birini güllələdilər. Onda Məkkəni bağlasınlar?! 
Müqəddəslik hələ o demək deyil ki, hamı bir-birini görüb, sakitcə baĢ əyib getməlidir. Bu cür 
olmur.  Bu  ola  bilər  bir-iki  yerdə:  mürĢid  ocağında,  məsələn,  hər  hansı  sufi  təkyəsində.  Bu, 
necə olur? Sufi bir-bir öz müridlərini seçir, yığır və onlar əsgəri nizam formasında birləĢirlər. 
Bu  olar yüz  nəfər,  min  nəfər üçün.  Amma  böyük  cəmiyyət  üçün  hər bir  müqəddəslik  onun 
içərisində  hadisənin  olmaması  demək  deyil;  hadisə  ola  bilər.  Dünyanın  böyük,  məĢhur 
kilsələrində,  məscidlərində,  yenə  dediyimiz  kimi,  hətta  Məkkənin  özündə  qan  tökülüb,  bir-
birini öldürüblər. Bu, o deməkdirmi Məkkə bağlansın, kilsələr, məscidlər bağlansın? Hadisələr 
ola bilər və onların gözlənilməsi təbiidir. Hətta bir çox dərviĢlər, sufilər bir-biri ilə küsülü qalıb. 
Bu, o deməkdirmi ki, din məhv olmalıdır? Xalq Cəbhəsi də belədir - bütün hərəkatın içərisində 
aparıcı, böyük təĢkilatlardan birisidir. Burada müqəddəslikdən əlavə, bir müdriklik də lazımdır 
- baĢa düĢməliyik ki, insan səhv edə bilər, insanın bugünkü səhvi isə əbədi deyil - onu sabah 
özü də düzəldə bilər; sadəcə olaraq, ya onu tənqid etmək, ya da səhvinin üstündən keçmək 
lazımdır. 
Bəy, həmiĢə belə bir giley-güzar eĢidirik ki (mən cəbhəçiləri nəzərdə tuturam), Əbülfəz bəy 
barıĢdırıcıdır.  Hətta Cəbhənin  qurultayında da cəbhəçilərdən  biri dedi ki, Bəy,  sən  Allah,  bu 
dəfə barıĢdırmağa çalıĢma. Bax, bu barıĢdırıcılıq missiyasını özün necə qiymətləndirirsən?
 
Bu, vallah, barıĢdırıcılıq deyil. Bu, özü çox lazımi iĢdir, həyatda aparılmalı və görülməli mühüm 
iĢdir.  Dünyanın  tarixində  heç  vaxt  elə  olmayıb  ki,  ortaya  adam  düĢməsin,  aralıqdakı 
ziddiyyətləri götürməyə çalıĢmasın. 
Osman’ı xan seçəndə onun özünün də, atasının da müəllimi olmuĢ Ədəbalı… 


Sözünü  kəsdiyimə  görə  üzr  istəyirəm,  deyəsən,  bu  yaxınlarda  bizim  televiziya  ilə  göstərilən 
türk «QuruluĢ» filmindən danıĢırsan?
 
-Hə. Onu çox gözəl çəkiblər, mənim çox xoĢuma gəldi. Birincisi, ona görə ki, çox yeri «Dədə 
Qorqud»dan götürüblər: ifadələri, tərkibləri… 
Hətta adları…
 
Bəli,  adları,  tayfaların  adlarını.  ÜmumiləĢdiriblər,  Osmanlı  tarixindən,  ədəbiyyatdan  qatıblar, 
yaxĢı bir əsər çıxıb. Ona on dəfə baxmaq lazımdır - müdriklikləri öyrənmək üçün; orada türk 
mənliyi,  türk  psixologiyası,  türk  əxlaqı,  türk  təfəkkürü  o  qədər  ardıcıllıqla  qoyulub  ki,  adam 
istər-istəsəz dərs götürür ki, biz buymuĢuq, amma gör bizi kökümüzdən qoparıb hansı yerə 
gətirib çıxarıblar! 
Orada  iki  xətti  seçdirmək  istəyirəm.  Osmanı  xan  seçəndə  Ģeyx  Ədəbalı  onun  əlini  öpmək 
istəyən Osmana deyir ki, sən daha əl öpməməlisən - nə mənim, nə atanın, nə heç kimin, yəni 
sən  daha  hökmdarsan;  hökmdar  heç  kimin  əlini  öpməz.  Bu  böyüklüyü  saxlamalısan,  bu 
böyüklük  görsənməlidir.  Amma  bundan  sonra  biz  dağıdıcı  olacağıq,  sən  bir  yerə  yığıcı;  biz 
üsyançı  olacağıq,  sən  barıĢdırıcı;  biz  günahkar  olacağıq,  sən  bağıĢlayan.  Baxıb  görürsən  o 
yaxĢı  sifətlərin  bir  qismi  Allaha  aid  edilənlərdir:  Allah  sirr  örtəndir,  sirri  açan  deyil;  Allah 
ədavət yox, birliyi xoĢlayandır; yəni Qur’an’da necə verilirsə, türk adətində necədirsə burada 
da o cürdür. BaĢqa sözlə, əgər hakimiyyətə gedirsənsə yüksək xasiyyətlərə yiyələnməlisən - 
səni söyə də bilərlər, döyülə də bilərsən. BaĢçılıq və liderlik artıq sənin vəzifəndir, borcundur. 
Yoxsa elə götürmək gərək deyil ki, müdriklik yumĢaqlıqdır, libkrallıqdır, «arada söz olmasın», 
«mən ölüm iĢin içindən bir Ģey çıxmasın» deyə çəkinməkdir. 
Onda belə düĢünmək olarmı ki, indiyə qədər Əbülfəz bəyin vuruĢan (belə deyək də) müxtəlif 
qüvvələri  birləĢdirməsi,  barıĢdırması  təbiətindən  irəli  gəlmə  olmayıb  düĢünülmüĢ, 
məqsədyönlü fəaliyyətidir?
 
Yenə  deyirəm:  bu,  mənim  borcumdur,  vəzifəmdir.  Mən  bu  vəzifəni  yerinə  yetirməliyəm. 
Vaxtilə də mən çox fikirləĢmiĢəm, gəncliyimdə görmüĢəm ki, bizim qrupların arasında bu qrup 
da  yaxĢıdır,  o  qrup  da  yaxĢdır,  baĢqası  da,  ancaq  onlar  bir  yerə  yığılmır.  DüĢünmüĢəm  ki, 
millətimizin  bir  ağsaqqalı  yoxdur.  Bir  zaman  Rəsul  Rza  cavanların  arasına  düĢən  ixtilafları 
götürdü,  onları  bir  yerə  yığdı.  Onda  sevindim  ki,  deyəsən,  Rəsul  Rza  ağsaqqallıq  edəcək. 
Elədi də. Doğrudan da, cavanların arasında bir az iĢ gördü. O zaman deyirdim ki, məsələn, 
rəhmətlik Səməd Vurğun kimi bir ağsaqqal lazımdır; o, tələbələri, aspirantları bir yerə yığdı. 
Bizim respublikada bir neçə ağsaqqal lazımdır ki, camaat arasında, özümüz arasında balaca 
bir  küsünü  də  götürsün,  balaca  bir  ixtilafı  da  yox  etsin.  Bəzən  çox  olub  ki,  dalaĢan  hər  iki 
tərəf  peĢmandır,  ortaya  düĢən  yoxdur  ki,  barıĢdırsın.  Bu,  vəzifədir,  borcdur;  onu  görəcək 
insanlar lazımdır Azərbaycanda. 
Bizim bir qohumumuz, əmimiz vardı (ona «Baba» da deyərdik); o adam eĢitsəydi ki, kənddə 
iki  adam  küsülüdür,  gecə  yatmazdı.  Gecə  gələrdi,  qoymazdı  ki,  iĢ  sabaha  qalsın,  böyüsün. 
Gecə birin yarısında eĢitsəydi saat birdə onları tapardı, gətirərdi; özü ruhani adamdı, sözünə 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə