DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə18/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   14   15   16   17   18   19   20   21   ...   99

buna heç kim bir söz demirdi. Bir çox hallarda prezident oraya birbaĢa mübahisəyə gedirdi... 
Üçüncüsü,  məhkəmə  hakimiyyəti  -  o  da  müstəqil  olacaqdı.  Tahir  Kərimlini  Ali  Məhkəmənin 
sədri qoymuĢduq. Desin görək ya Prezident Aparatından, ya da Milli Məclisdən olan təzyiqlə 
nə  vaxt  bir  hökm  çıxarıb.  Əksinə,  məhkəmələr,  bizim  orqanların  iĢdən  kənarlaĢdırdığı 
adamları iĢə bərpa etməklə məĢğuldu.  
O zaman belə söhbət gəzirdi ki, Tahir Kərimli onun xidməti maĢınına 002, parlament sədri Ġsa 
Qəmbərin  maĢınınasa  003  nömrəsinin  verilməsini  tələb  edirmiĢ  -  onun  fikrincə,  məhkəmə 
hakimiyyəti qanunverici hakimiyyətdən irəlidir.
 
Bəli,  o  da  öz  hüququ  uğrunda  mübarizə  aparırdı.  Biz  də  ürəkdən  istəyirdik  ki,  məhkəmə 
sistemi  sərbəstləĢsin.  Ġndi  deyirlər  ki,  onda  hərə  bir  tərəfə  çəkirdi,  anarxiyaydı.  Yox,  o, 
anarxiya  deyil,  sadəcə  olaraq,  demokratiyaya  gedən,  anarxiyanın  qarĢısını  kəsəcək  yolun 
baĢlanğıcıydı.  Təəssüf,  min  təəssüf  ki,  vətəndaĢımız  bunu  baĢa  düĢmədi!  Çünki  xalqımız 
gözünü açıb dövlətin idarəçiliyinin bir əlin altında olduğunu, bütün dəyirmanın da onun əlində 
fırlandığını görüb. Bizsə bu yolu seçə bilməzdik. Biz dünyanı tərəqqiyə aparan hakimiyyətlərin 
həqiqətən  bölündüyü  demokratik  prinsiplər  yolunu  bəyəndik.  Buradasa  hökmən  nöqsanlar, 
əyrilər,  çatıĢmazlıqlar,  yıxıntılar  olacaqdı.  Ancaq  yavaĢ-yavaĢ,  bir  neçə  ilə  hər  Ģey  qaydaya 
düĢəcək, hamı yeni mühitə öyrəĢəcəkdi.  
Sovet  dövründən  qalmıĢ  iyrənc,  betonlaĢmıĢ  aparatı  dağıtmaq  lazımdı.  Dağıtmaq  sadəcə 
sökmək deyil - gərək çoxlu qanunlar yaradılsın ki, o, ləğv edilsin. Yeni aparatın qurulmasıyçün 
də müxtəlif qanunlar verilməlidir. Deməli, iki iĢ eyni vaxtda görülməlidir. Özü də bu ağırlığın 
hamısı  parlamentin  üstünə  düĢür.  Parlamentimiz  bu  məsələ  üzərində  gecə-gündüz  iĢləyirdi, 
amma tam gücüylə iĢləyə bilmirdi - mane olanlar çoxdu; onlar keçmiĢ parlament üzvləriydi. 
KeçmiĢdə  bir  çox  millət  vəkillərini  parlament  fəaliyyətindən  uzaqlaĢdırdığımıza  görə  onlar 
müqavimət  göstərirdilər  ki,  parlamenti  yenidən  bərpa  etsinlər,  o,  "Milli  Məclis"  adıyla  yox, 
keçmiĢ Ali Sovet kimi fəaliyyət göstərsin. Bir tərəfdən, bu müqavimət normal iĢləməyə imkan 
vermirdi  və  biz  bu  sahədə  çətinlik  çəkirdik.  BaĢqa  tərəfdən,  yenini  qurarkən  ortaya  suallar 
çıxırdı:  biz  bunu  tələsik  edəkmi,  yoxsa  zamana  buraxaraq  tədricən  edəkmi?  Deyək  ki,  5  ilə 
görəcəyiksə ilk növbədə nələri etməliyik?  
Biz o zaman qərarlaĢdırdıq ki, 3 ilə bütün məsələləri qurtaracağıq. Yəni dövlət quruculuğunu 
baĢa  çatdıracağıq  -  keçmiĢ  dövlət  qurumları,  keçmiĢ  iqtisadi  məkanlar,  iqtisadi  sistemlər 
bütövlüklə yoxa çıxacaq, dağılacaq, yeni sistemlər yaradılacaq. Biz həm mədəniyyəti, həm də 
sosial  münasibətləri  yeni  sistemə  keçirməyi  düĢünürdük;  əsas  məsələ  ictimai  münasibətlər 
sistemidir. 
3  ilin  içində  bunları  yerinə  yetirəcəkdik  və  imkanlarımız  da  vardı.  Bunu  baĢqaları  da 
görürdülər.  Moskvadan  bizə  xəbər  verdilər  ki,  Azərbaycandakı  səfir  Ģifroqram  göndərib  ki, 
Azərbaycan bu xətlə, bu siyasətlə gedərsə 3 ilə Rusiyanın nüfuzundan tamam uzaqlaĢacaq, 
tam müstəqil bir dövlətə çevriləcək, baĢqa keçmiĢ sovet respublikalarına da nümunə olacaq 
və sonra biz onların heç birini saxlaya bilməyəcəyik; təcili tədbir görün. 
Bu  məsələni  Rusiyanın  Təhlükəsizlik  ġurasında  günlərcə  müzakirə  ediblər:  neyləyək  bu 
Azərbaycanla?  Buna  görə  də  bizi  əsasən  müharibəyə  cəlb  edirdilər  ki,  bəlkə  müharibədə 


çökək,  oturaq,  iqtisadiyyatımız  yeniləĢmələrə  imkan  verməsin.  Amma  biz  iqtisadi  gücümüzü 
qorumağı  bacarırdıq.  Heç  nəyə  baxmadan  var-dövlət  toplayırdıq  ki,  dövlətimiz  iqtisadi 
baxımdan  güclü  olsun.  Biz  büdcəyə  nəzarət  edirdik.  RüĢvətxorluğa,  oğurluğa  qarĢı  ciddi 
mübarizə aparırdıq; dövlətin bütün sərvəti nəzarətdəydi.  
Biz hakimiyyətə gələndə soruĢdum ki, Milli Bankda nə qədər pul var? Dedilər bir qədər dollar, 
10  milyon  rubl.  Mən  çığırdım  ki,  Allah  evinizi  yıxsın,  hərənizin  cibində  10  milyon  var.  Belə 
dövlətmi olar?!  
Sonra baĢladıq iqtisadi problemləri həll etməyə. Milli Banka da çoxlu pul gətirdik, büdcəni də 
artırdıq. Tək bircə ilin içində 150 milyon dollar pul topladıq.  
Prezidentliyə yenicə baĢlayanda soruĢdum ki, Azərbaycanda nə qədər kürü istehsal edirsiniz? 
Cavab  verdilər  ki,  2  ton.  Mən  dedim  ki,  2  tonu  bir  balıqçı  oğurlayır;  bəs  siz  nəylə 
məĢğulsunuz?  Bizim  hakimiyyətimizin  bircə  ilində  kürü  istehsalı  30  tona  qaldırıldı,  halbuki 
xalqın  həmin  var-dövləti,  malı  dağıdılırdı.  Biz  dağıtmağa  qoymadıq.  Hamısının  gəliri  gəldi 
banka, mərkəzə.  
Mən  Prezident  fondunu yaratdım.  Bu  fondda neçə  milyon  manat  və 10 milyon dollar vardı. 
Bunların  da  hamısını  prezident  xərcləməliydi.  Nəyə?  Elan  eləmiĢdik:  Azərbaycanda 
mədəniyyətin, elmin, təhsilin, səhiyyənin və b. inkiĢafına. Birdən gəlib Ģikayət edirlər ki, filan 
yerdə  xəstəxana  dağılır,  oraya  pul  buraxmaqda  problem  var,  ya  da  büdcədə  nəzərdə 
tutulmayıb.  O  zaman  Prezident  fondundan  yardım  edirdik.  Yaxud  Azərbaycanda  orkestrlər 
dağılırdı.  Fonddakı  vəsaitin  müəyyən  hissəsini  orkestrləri  qorumaq  məqsədiylə  buraxdıq, 
nəticədə  Azərbaycandan  cəmi  4  nəfərdən  baĢqa  heç  bir  musiqiçi  getmədi.  Onlar  da  qeyri 
millətlərdəndi və getmələri maddi amillə bağlı deyildi. Biz Azərbaycan orkestrlərində olmayan 
yeni  alətlər  üçün  də  pul  buraxdıq.  Polad  Bülbüloğluna  demiĢdim  ki,  mədəniyyətə  nə  qədər 
lazımdırsa pul qoyacağıq. 
Müharibə aparırdıq, bu tərəfdən hədsiz xərclər gedirdi. Siz təsəvvür edin ki, müharibənin bir 
günündə neçə-neçə milyon havaya gedir. Elə-belə deyil: barıtı, gülləsi, maĢını, topu, tankı var 
bunun. Deyək ki, 3 dənə tankın vurulmasıyla bir günün içində neçə milyon göyə sovrulur. 
Dövlətin büdcəsindən gedir... 
 
Əlbəttə, hamısı büdcədən çıxır. Alıb yerinə qoymasan düĢmən ölkəni dağıdar. Həmin vaxt biz 
müharibə apara-apara həm də müxtəlif yerlərdən silah gətirirdik, pulla alırdıq - özü də ucuz 
qiymətə yox. Bəzən elə olurdu ki, məsələn, bir yarım bahasına alırdıq - yoxdur, məcbursan, 
alacaqsan.  
Ordunu təzədən düzəltdik. Təsəvvür edin hansı Ģəraitdə və hansı çətinliklərlə. 54 min hərbi 
qüvvəmiz  vardı.  Biz  100  min  adamlıq  ət  və  baĢqa  qida  məhsulları  buraxırdıq.  Nəzərdə 
tuturduq  ki,  yaxın  gələcəkdə  ordumuz  100  minə  qaldırılacaq,  qoy  indidən  buraxaq  ki, 
əsgərlərimiz yaxĢı yaĢasın, ordumuz özünü yaxĢı hiss etsin. 
Əsgərlər konservi bəyənmirdilər.
 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə