DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə19/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   15   16   17   18   19   20   21   22   ...   99

Bəli,  konservi  niĢan  götürüb  güllə  atırdılar.  Biz  əsgərlərə  sadə  siqaret  göndərmirdik  - 
əksəriyyəti xarici siqaretdi.  Xalq  da, cəmiyyətlər də bir tərəfdən  gətirib  batalyonlara  verirdi. 
Yeganə məqsəd ordunu saxlamaqdı. 
Hamı  bilir  -  biz  müharibə  aparsaq  da  1993-cü  ili  dövlət  quruculuğu  ili  elan  etmiĢdik. 
DüĢünürdük ki, nədən baĢlayacağıq? Ġlkin Ģərt quruculuq proqramı hazırlamaqdı. Birinci tələb 
parlamentin buraxılması, demokratik parlamentin seçilməsiydi. 
O nə vaxta nəzərdə tutulmuĢdu?
 
Yeni parlament seçkisi 1993-cü ilin oktyabr ayında olmalıydı. Ciddi hazırlıq gedirdi. Bununçün 
hətta  parlamentə  özünü  buraxmağı  təklif  etmiĢdik  -  belə  olsaydı  seçkiyə  yazda  da  baĢlaya 
bilərdik. Ancaq parlament razılaĢmadı. Milli Məclis dedi ki, millət vəkilləri bərk dayanıb. Biz də 
zorla  etmək  istəmirdik,  çünki  zorla  olanda  artıq  qanunsuz  olur.  Bu  adamlar  sonra  özləri 
dedilər ki, onda belə olsun - siz bizə vəzifələr verin, iĢ yerləri verin, yaĢayıĢ evləri verin, biz də 
yavaĢ-yavaĢ özümüz səs verək. 
Bunu fəaliyyətdə olan Milli Məclis üzvləri deyirdilər, yoxsa kənarda qalanlar?
 
Milli Məclisdə bizim əksimizə olan qrup - keçmiĢ kommunistlər. Bərk dirəĢmiĢdilər ki, biz istefa 
verəndə nə qazanacağımızı bilməliyik. Biz onlara vəzifə, iĢ, ev verməyə razılaĢdıq. Onlar da 
bu zaman razı oldular.  
Bəs niyə parlamenti buraxmadınız?
 
Deputatların  hamısı  razı  deyildi  axı.  Belə  razılaĢdıq  ki,  bunlar  iĢləsinlər,  avqustda  tətilə 
çıxanda buraxılsın. Sonra seçkiyə hazırlıq getsin, oktyabrda da seçki olsun.  
Yeni  parlament  seçilsəydi  bütün  problemlərimizin  böyük  qismi  həll  olunacaqdı.  Dövlət 
quruculuğu oradan baĢlanır - qanunvericilikdən. Qanunvericilik gərək hərtərəfli iĢlənilsin. Bir 
də  ki,  parlamentə  baxanda  hər  sosial  qrup  öz  adamını  orada  görməlidir.  Hər  qrupun,  hər 
partiyanın gücü çatacaq bir neçə adamı seçməyə. Hərə öz adamını görəndə bu parlamentin 
məhz onun parlamenti olduğuna inanacaq. 
Hökuməti parlamentə seçilmiĢ partiyaların formalaĢdıracağını nəzərdə tuturdunuz?
 
O  cür  yox.  Parlamentin  hökumətə  dəxli  yoxdur.  Amerikada  olduğu  kimi. Orada  parlamentə 
adi adamları seçirlər. Hər partiyadan var. Amma hökuməti formalaĢdırmaq onun iĢi deyil. Ġcra 
aparatını, hökuməti bütövlüklə prezident özü formalaĢdırır. Prezident həm dövlətin, həm də 
hökumətin baĢçısıdır. Biz də bu prinsiplə gedəcəydik.  
Sonra da məhkəmə sistemi tam demokratik yolla seçiləcəkdi. Biz rüĢvətlə məhkəmə hakimi 
təyin  etməyi  aradan  götürəcəkdik.  Nəticədə  nə  alınırdı  -  prezident  demokratik  yolla  seçilib, 
qanunverici orqan demokratik yolla seçilib, nəzarətçi orqan demokratik yolla seçilib. Belə bir 
dövlət istər-istəməz güclü olmalıdır. Bizim son məqsədimiz də elə buydu.  


Konstitusiya Məhkəməsi ideyası vardı?
 
Bəli, o da vardı. Hətta bir dəfə dedilər ki, Konstitusiya Məhkəməsinə Tofiq Qasımovu qoyaq. 
Mən  dedim  ki,  adama  gülərlər  -  Tofiq  Qasımov  hüququ  gözəl  bilsə  də  hüquqĢünas  deyil. 
Oraya peĢəkar hüquqĢünas gərəkdir. Bax, belə söhbətlər də getmiĢdi.  
Demək, dövlətin yuxarı qədəmələri demokratikləĢir. Bundan sonra keçmək lazımdır aĢağıya - 
bələdiyyə seçkisinə. 
Onu nə vaxta nəzərdə tuturdunuz?
 
Ġstəyirdik  ki,  parlament  seçkisi  qurtaran  kimi,  ondan  bir-iki  ay  sonra  bələdiyyə  seçkisi 
keçirilsin. 
"Dövlət  quruculuğu"  dedikdə  bunları  nəzərdə  tuturduq.  Dövlətin  bütün  iĢlək  mexanizmləri 
demokratik əsaslara söykənməlidir. Bundan sonra dövlət öz-özünə iĢləyəcək.  
Yeri gəlmiĢkən, mühüm bir qanun da hazırlayırdıq - məmurlar haqqında qanun. Türkiyədə və 
baĢqa  ölkələrdə  sədr  də  məmur  sayılır.  Siyasi  hakimiyyət  dəyiĢir,  sədr  dəyiĢilmir.  Siyasi 
hakimiyyət dəyiĢir, direktor dəyiĢilmir, çünki onu zavod seçib. Yaxud, deyək ki, məktəb müdiri 
dəyiĢdirilə  bilməz,  onun  siyasi  hakimiyyətə  dəxli  yoxdur.  Bu  məmurlar  hər  4  ildən  bir 
müsabiqə  yoluyla  seçilir.  Məsələn,  bir  məktəbin  direktorluğuna  10  nəfər  ərizə  verir, 
müsabiqədən keçən direktor olur. Daha onun siyasi hakimiyyətə dəxli yoxdur. O müəllimin, 
məktəb direktorunun siyasi xadimlərin mənafeyinə qulluq göstərməyə marağı olmur. Burada 
nə cür maraq ola bilər - sədr də, məmur da fikirləĢir ki, siyasi hakimiyyət dəyiĢir - dəyiĢsin, 
mənə  dəxli  yoxdur.  Mən  müsabiqəylə  gəlmiĢəm.  O,  özüyçün  çalıĢır  ki,  yaxĢı  müəllim  olum, 
yaxĢı direktor olum, yaxĢı alim, yaxĢı akademik olum, yaxĢı idarə edim ki, müsabiqədə 4 ildən 
sonra uduzmayım, yenə mən keçim. 
ARTIRMA 
"PeĢəkar məmur və qulluqçu təbəqəsinin yaranması və qorunması dövlətin iĢlək strukturunun 
ahəngdar fəaliyyətinin əsas Ģərtlərindəndir. Respublika rəhbərliyi bu sahədə mühüm addımlar 
atmaq niyyətindədir. [...] 
Prezident  Aparatında  bu  məqsədlə  hazırlanan  "Dövlət  qulluqçuları  haqqında"  qanun 
layihəsində  siyasi  və  inzibati  vəzifələrin  bölgüsü  nəzərdə  tutulmuĢdur.  Məqsəd  seçkilərdə 
hansı  siyasi  qüvvənin  qələbəsindən  asılı  olmayaraq  peĢəkar  məmur  və  qulluqçuların  iĢdən 
kənarlaĢdırılmasına yol verməməkdir. Müqavilə əsasında vəzifə və iĢlərə təyin edilən inzibati 
iĢçilər  siyasətlə  məĢğul  olmayacaqları  barədə  öhdəlik  götürməlidirlər"  ("Azərbaycan"  qəzeti, 
14 may 1993). 
Bu qanunun nə vaxt qəbul ediləcəyi gözlənilirdi?
 
1993-ün  sonunda  qərar  qəbul  olunacaqdı,  1994-də  bunun  həyata  keçirilmə  mexanizmi 
gerçəkləĢdiriləcəkdi. Bununçün müxtəlif komissiyalar yaradılmalıydı. 


Biz fikirləĢirdik ki, Amerikanın kiçik dövlət modelini Azərbaycanda quracağıq. 
Ancaq, yanılmıramsa, Bəy, nə vaxtsa demiĢdiniz ki, Azərbaycanda iqtisadi qurumçün Ġsveçrə 
modelini götürməliyik?
 
Yox,  Ġsveçrəni  iqtisadi  qurumçün  deyil,  milli  münasibətlərçün  örnək  götürməyin 
tərəfindəydim. Mən bu düĢüncələri həbs olunan zamanlarda yazmıĢdım. Məhkəmədə də onu 
oxudular.  
Ġsveçrəni biz iki xətdə götürürdük. Birincisi, milli münasibətlərdə. Ġsveçrə dövlətində 3 iĢlək dil 
var. Kim hansında istəyir danıĢsın, yazsın. Yəni dillərə azadlıq verilir. Dövlət dili hansı olacaq - 
ona hələ sonra baxacağıq. Bu, çox maraqlıdır. 
Ġkincisi, bitərəflik məsələsində. Biz də qabaqlar istəyirdik ki, Asiyanın Ġsveçrəsi olaq - heç kim 
bizə dəyməsin, heç bir müharibəyə qoĢulmayaq. Bu, çox ciddi problemdir. Bu məsələni mən 
hələ  Meydanda  qoymuĢdum.  Türkmənistan  belə  bitərəf  dövlət  oldu.  O,  bloklara  qoĢulmur. 
Sonra  fikirləĢdim  ki,  bu  model  bizə  yaraĢmır  -  azadlıq  mübarizəsi  aparırıq,  Azərbaycanın 
Güney məsələsi var. Bu model bizə o zaman əl verər ki, Azərbaycan bütöv olsun, sonra onu 
tətbiq edək...  
Nəysə.  Rəhmətlik  Turqut  Özal  bizim  dövlət  quruculuğu  planlarımızla  tanıĢ  olandan  sonra 
mənə bir neçə dəfə bunları demiĢdi: sizin seçdiyiniz yol düzdür, bundan əl çəkməyin; biz indi 
görürük  ki,  o  cür  qurumlu  dövlətlər  daha  geniĢ  qərar  qəbul  edir,  daha  fəallaĢır.  Biz  artıq 
Türkiyəni keçmiĢ formada (Ġngiltərə formasında) qurmuĢduq. Prezident təqribən oradakı kral 
rolunu oynayır, ancaq hər Ģeyi baĢ nazir idarə edir. Ġndi bu quruluĢdan imtina etmək bizə çox 
çətindir  -  gərək  onda  bütün  strukturları  neçə  illərə  dəyiĢək.  Sizsə  elə  bu  baĢdan  düz  yolla 
gedirsiniz.  
Bunu deməkdə məqsədim odur ki, təcrübəsiz olmağımıza baxmayaraq, dövlət quruculuğunda 
götürdüyümüz xətti çoxları bəyənirdi. Açıq bildirirdik ki, Amerika tipli dövlət qurmaq istəyirik. 
Sadəcə, bizdə parlamentin iki palatası olmayacaqdı - kiçik dövlətdə buna ehtiyac yoxdur. Biz 
dövlət katibi strukturunu ona görə tətbiq etmiĢdik. Gələcəkdə onu inkiĢaf etdirib həm xarici 
iĢlər  nazirini,  həm  də  dövlət  katibini  qovuĢdurmaq  niyyətindəydik  .  Sonra  vitse-prezidentlik 
haqqında düĢünürdük. Vitse-prezident seçkilərini bələdiyyə, yaxud parlament seçkiləriylə bir 
yerdə keçirmək olardı. 
1993-də  dövlət  quruculuğuyla  bağlı  ən  mühüm  qərarları  qəbul  edəcəkdik,  yeni  parlament, 
bələdiyyələr, məhkəmələr seçiləcəkdi. Qalır, məsələn, məmur məsələsi (o, böyük müsabiqələr 
tələb edir), o da 1994-də yerinə yetiriləcəkdi. 
"Rus ordusunu ölkəmizdən çıxardıq" 
Bəy,  bunlar  baĢlanılmıĢ  çox  dəyərli  iĢlərdi.  Siz  indiyədək  dövlət  quruculuğundan  danıĢdınız, 
ancaq baĢqa sahələrdə də bir ildə xeyli iĢ görüldü. Məsələn, Azərbaycanın Milli Ordusu hədsiz 
çətinliklər bahasına təĢəkkül tapmağa baĢladı.
 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə