DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə22/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   18   19   20   21   22   23   24   25   ...   99

Bax, xarici siyasət belə qurulur. Elə-belə, nağılla iĢ keçmir. Qaldı müqavilə bağlamağa - 100 
yox, 500 müqavilə bağlamaq olar, ancaq gərək onlar iĢləsin axı. Müqavilənin arxasında hər iki 
dövlətin  maraqları  dayanmalıdır.  Yoxsa  sən  get  Amerikaya,  de  ki,  gəl  səninlə  dostluq 
müqaviləsi bağlayaq - baĢ üstə, insanlıq müqaviləsi bağlayaq - baĢ üstə; sonra da heç bir Ģey 
etməyəcək. 
O vaxt bizim iqtidarı tənqid edirdilər ki, Amerika 907'ci düzəliĢi Elçibəy dövründə qəbul eləyib. 
Ancaq bizdən sonra 4-5 il də vaxt keçib, həmin düzəliĢi nəinki ləğv etməyiblər, hətta üstünə 
Dağlıq  Qarabağa  birbaĢa  yardım  da  əlavə  olunub.  Bəs  burada  Amerikanın  hansı  marağını 
təmin etmədik?
 
907'ci  düzəliĢi  tətbiq  edərkən,  ola  bilsin  ki,  Amerikanın  baĢqa  yolu  yoxdu.  Nəyə  görə? 
Ermənistanla müharibədə Ermənistanı tamam blokadaya salmıĢdıq, onu tamam iflic etmiĢdik. 
Amerikasa  bizə  müharibə  elan  edə  bilməz,  birbaĢa  təzyiq  edə  bilməz.  Bu,  bizə  dolayısı 
təzyiqin  bir  formasıydı.  ĠĢ  burasındadır  ki,  Ermənistan  da  bizi  təcrid  etmiĢdi  və  burada 
Rusiyanın əli vardı. Bizim marağımızdaydı ki, qatarlar Naxçıvana da iĢləsin, Ermənistana da, 
çünki  dəmiryolunun  bağlanmasını  istəmirdik.  Ancaq  Rusiya  onu  Ermənistanın  əliylə 
bağlatdırdı.  Əvəzində  biz  də  Ermənistana  gedən  baĢqa  yolları  kəsdik.  Qazax  -  Ġcevan  və 
baĢqa maĢın yollarını bağlatdırdıq ki, sən də getmə. Bu da bizim cavab təzyiqimizdi. Amerika 
da onu bizə bağıĢlamadı. Mən o zaman prezident BuĢla danıĢdım ki, bu düzəliĢi niyə qəbul 
edirsiniz?  O,  mənə  dedi  ki,  onu  götürməyə  mənim  gücüm  çatmaz,  çünki  blokada  tətbiq 
eləmisiniz.  Biz  ədalətli  olaraq  elan  etdik  ki,  Ermənistanla  birgə  Naxçıvan  da  blokadadadır  - 
Naxçıvanı  da  yaddan  çıxarmadıq.  Bu  düzəliĢi  götürmək  xahiĢimə  BuĢ  bildirdi  ki,  bunu 
götürməkçün bir neçə məsələ var. Ən vacibi budur ki, demokratiyanın inkiĢafını belə davam 
etdirsəniz  -  demokratik  parlament  seçkisi  keçirsəniz  məsələ  birdəfəlik  həll  olunar.  Biz  də 
1993'ün oktyabrında yeni parlament seçkisi keçirməyə hazırlaĢırdıq. 
Heydər Əliyev dövründə parlament seçkisi keçirildi axı. Bəs niyə 907'ni götürmədilər?
 
Bu parlament demokratik yolla seçilmədi axı! Ġstəyirsən 10 dəfə seç. Seçkinin özü demokratik 
olmalıdır.  Xaricilər  də  deməlidir  ki,  demokratik  seçildi,  biz  də  onu  tanımalıyıq.  Ancaq  bu 
parlamentsə Heydər Əliyevin siyahısıyla təĢkil edilib. 
Deməli, bizim hakimiyyətimizə beynəlxalq aləmdə inam vardı. 
 
Bəli, özü də çox böyük inam. 
Bizə gələn məktublardan birində BuĢ mənə belə  yazırdı ki, sizin inqilabi demokratiyanızı biz 
müdafiə edirik və bəyənirik. Ancaq çox təəssüf edirik ki, jurnalistlərin birini daxili iĢlər naziri 
döyübdür, bunu da nöqsan kimi qeyd edirik. 
Axı Siz jurnalistin döyülməsinə görə prezident olaraq üzr istədiniz. Amma indi jurnalistin gözü 
çıxarılır, heç kəsin tükü də tərpənmir.
 
Bilirlər ki, bunlar demokrat deyillər, ona görə də heç kəs heç nə ummur.  


Nəysə,  qayıdaq  yenə  xarici  siyasət  məsələsinə.  Rusiya  da,  Ġran  da  bizə  müstəmləkə 
siyasətiylə yanaĢır. Deməli, onlara yox, Avropaya yaxınlaĢmalıyıq. Neçə illərdir demokratik bir 
cəmiyyətə keçmək istəyirik. Ancaq nə Rusiyada demokratiya var, nə də Ġranda. Deməli, biz 
özümüz  birbaĢa  çıxmalıyıq  demokratiyanın  beĢiyinə.  Buydu  xarici  siyasətdə  dövlətlərə 
yanaĢma  sistemi.  Sual  doğa  bilər  -  bəs  baĢqa  ölkələrə  hansı  meyarla  yanaĢılsın?  Məsələn, 
mən  Liviyanın  baĢçısı  Qəzzafiyə  gəncliyimdə  müsbət  baxırdım  -  elə  bilirdim  ki,  bu,  bir 
inqilabçıdır. Sonra gördüm ki, yox, bu, baĢqa cəmiyyətin adamıdır və qəddar bir insandır. Bir 
neçə  dəfə  məni  Liviyaya  çağırdı,  dedi  ki,  nə  kömək  istəyirsiniz  eləyim.  Ancaq  mən  bu 
təkliflərdən imtina etdim, çünki əməkdaĢlıq edəcəyim dövlət gərək demokratik olsun.  
Məni Ġran da, Səddam Hüseyn hökuməti də, Livan da rəsmi səfərə dəvət etdi, ancaq bildirdim 
ki, o cür yırtıcı, irticaçı dövlətlərə getmərəm - bu, mənə yaraĢmaz. Deyək ki, getdim Ġraqa, 
Səddam Hüseyn də məni yaxĢı qarĢıladı. Hətta yardım da etdi. Bəs Səddamın günahsız məhv 
etdirdiyi  minlərcə  adamın  ailələri  deməzmi  ki,  sən  də  namərd  oldun?  Bəs  onların  ah-naləsi 
necə olsun?!  
Deyirlər  dövlət  siyasətidir.  Dövlət  siyasəti  deyil  -  hər  Ģeydən  irəlidə  xalq  var,  insan  var, 
humanizm var. Budur ən baĢlıca məsələ! Amma, məsələn, Misirdə də sərt rejim var, ancaq 
orada  dünyəvi  dövlətdir  -  qanun  var,  parlament  var,  baĢqa  demokratik  institutları  iĢləyir. 
Deyirdim  ki,  hə,  Misrə  gedəcəyəm,  Ġsrailə  gedəcəyəm.  Doğrudan  da,  Ġsraildə  güclü 
demokratik cəmiyyət var. 
Siz hakimiyyətə gəlməzdən də Ġsrailə rəğbətiniz vardı.
 
Bu rəğbətin kökü nədədir? Hər bir xalq azadlıq mübarizəsi aparır. Yəhudi xalqı da min illərdir 
yurdundan,  yuvasından  dağılmıĢ  haldadır.  Ġsrail  onun  ana  vətənidir.  Niyə  gəlib  burada 
məskunlaĢmasın?  YaxĢı,  gəlib  burda  məskunlaĢır  və  deyir  ki,  bura  mənimdir.  Sən  niyə  onu 
məhv etməlisən? 
Axı o, indiki mövcud ərəb torpaqlarını alır.
 
Yox, mövcud ərəb torpaqlarını almır, sadəcə, deyir ki, mənim ərazim buradır. Nə cür oldu - 
1948'də  elan  etdilər  ki,  Fələstin  bir  muxtar  dövlət,  Ġsrail  bir  muxtar  dövlət  olaraq  ikisi  də 
yaĢasın.  Fələstin  dedi,  yox,  mən  bunu  qəbul  etmirəm  -  mən  müharibə  aparacağam.  Onda 
dedilər ki, qoy konfederal dövlət olsun. Gördülər ki, bu konfederal dövlət də baĢ tutmur, Ġsrail 
özünü  müstəqil  dövlət  elan  etdi.  Uzun  müddət  baĢladı  mübarizəyə,  mövqeyini 
möhkəmləndirməyə.  Ġsrail  SüveyĢ  kanalına  qədər  böyük  bir  ərazini  tutmuĢdu.  Ancaq  sonra 
qaytardı verdi, ona görə ki, yəni mənim ərazim budur - sən məni tanı, mən də sənin ərazinə 
gəlmirəm. BaĢqa sözlə, yəhudilər öz müqəddəratını təyin edən xalqdır.  
Çoxları  deyir  ki,  yəhudi  xalqı  islama,  xristianlığa  düĢməndir.  Bu,  tamam  boĢ  fikirdir.  O  nə 
islamın,  nə  də  xristianlığın  düĢmənidir.  Sadəcə  olaraq,  yəhudilər  dünya  kapitalında  həmiĢə 
çox  fəal  rol  oynayıblar.  Əllərinə  böyük  kapital  yığıblar.  Bir  çox  ölkələrin  kapitalına 
yiyələndiklərinə görə inhisar da bunların əlinə keçibdir. O inhisarı məhv etməkçün yəhudilərə 
qarĢı müharibə elan ediblər. Bunu bir vaxt Ġngiltərə etdi. Sonra Almaniyada elədilər. Təkcə bu 
dövlətlərdə  yox,  PolĢada,  Rusiyada,  Çexoslovakiyada  da  maliyyə  yəhudilərin  əlindəydi.  Elə 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə