DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə23/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   19   20   21   22   23   24   25   26   ...   99

buna  görə  də  onları  qırırdılar  ki,  maliyyələrindən  məhrum  etsinlər.  Bu,  sadəcə,  bir  talandı, 
çünki yəhudilərin əlində min tonlarca qızıl toplanmıĢdı.  
Bu gün Ġran niyə Ġsrailə qarĢı çıxır? O bilir ki, Ġsrail bir dövlət kimi qüdrətə çevrilsə Yaxın və 
Orta ġərqin maliyyəsində əsas aparıcı olacaq. Buna görə də indidən onunla mübarizə aparır.  
YaxĢı,  Ġran  elə  güclü  dövlətdirsə  niyə  xristianlara  qarĢı  müharibə  aparmır?  Yəhudilər  də bir 
Allahı  tanıyır,  islam  da.  Təkallahlılığın  özü  dinin  əsas  meyarıdır  və  islam  həmiĢə  təkallahlı 
dinlərə  hörmətlə  yanaĢıb,  Kitab  əhlinə  hörmətlə  yanaĢmağı  tövsiyə  edib.  Onda  Kitab  əhli 
olmayan  kommunistlərlə  Ġranın  dostluğu  niyə  bu  qədər  uzun  çəkir?  -  Qur’an  nədir,  Allah 
kimdir, peyğəmbər kimdir qanmırlar; bəs niyə onlarla dostluq edir? Bunlar hamısı siyasətdir - 
din  deyil,  məfkurə  deyil.  Bunlar  siyasət  xatirinə  oynanmıĢ  oyunlardır.  Allahı  tanımayan 
kommunistləri bağrına basıb öpürlər və bu gün də belədirlər. Necə oldu 6 il bundan qabaq 
Moskvada olan dinsizlər? Məsələn, Primakovu (elə bu da yəhudidir) niyə bağırlarına basırlar, 
niyə öpüĢürlər? Bunlar sadəlövh insanları aldatmaqçün təbliğatdır.  
Biz  xarici  siyasətimizi  onun  üstündə  qururduq  ki,  kim  bizə  dost  olacaqsa  biz  də  ona  dost 
olacağıq, bu Ģərtlə ki, o həm də demokrat olsun. Ona görə harada demokrat varsa biz onların 
yanındayıq, harada diktatura varsa biz ona qarĢıyıq.  
Mənə nə düĢmüĢdü ki, ġimali Koreyanın diktatorunu pisləyim? ġimali Koreya mənə nə edib 
ki? Mənə nə istisi, nə soyuğu? Məhz diktator olduğu üçün! Mən Səddam kimi vəhĢini görəndə 
Stalin  kimi qanlı bir diktator yadıma  düĢür.  Bunlar xalqın  baĢını kəsən  cəlladlardır.  Bunların 
hamısı  bir  tipdir.  Mən  eĢidəndə  ki  Səddam  ərəbin  dördünün  baĢını  kəsdi,  ərəbin  Ģairini 
öldürdü,  ərəbin  alimini  hovuza  atıb  boğdurdu,  Stalin  yadıma  düĢür  -  bizim  Ģairlərimizi, 
yazıçılarımızı da o, beləcə məhv edirdi. Eyni adamlardır bunlar. Mən onları sevə bilmərəm!  
Mən  dövlətin  xarici  siyasətini  bu  prinsipə  yönəldirdim.  Çinlə  siyasətimiz  soyuqdu.  Mən 
deyirdim ki, Çində 40 milyon türk var. Bəs niyə onlara azadlıq vermirsən? Vermirsənsə sənə 
düĢmənəm. Sən mənim millətimi zəlil etmisənsə mən səninlə necə dost ola bilərəm?  
Tehran  rejiminə  mən  niyə  düĢmənəm?  Çünki  30  milyon  Azərbaycan  türkünü  əzab-iĢgəncə 
içində saxlayır. Mən onunla necə dost ola bilərəm? Millətimin baĢını kəsən adamla dost olmaq 
mümkündürmü? Ona görə də deyirdim ki, bu dövlətlər bizə düĢməndir, onlarla o zaman dost 
olaram  ki,  mənim  millətimə  azadlıq  versin.  Niyə  Yaponiyayla  iĢim  yoxdur?  Çünki  o,  mənim 
türk millətimi əzmir, əsarətdə saxlamır, heç bir yerdə çıxıb demir ki, bu azərbaycanlı belədir, 
bu millətə müstəqillik lazım deyildi. Niyə də dostluq etməyim bu dövlətlə?  
Bir  də  var  bitərəf  ölkələr.  Onların  nə  dostluğu,  nə  düĢmənliyi  bəlli  olmadığından  belələrini 
zamanın  öhdəsinə  buraxıb  müəyyən  edəcəyik.  Diplomatik  əlaqəmiz  yaxĢı  olacaqsa  dost 
olacağıq. Yox, olmazsa elə bitərəf qalacağıq.  
Qəribədir,  biz  Ermənistanla  düĢmənik,  müharibə  aparırıq.  Yunanıstan  da  Ermənistana 
köməklik  edir.  Mən  onunla  -  düĢmənimi  müdafiə  edən  bir  dövlətlə  necə  dost  ola  bilərəm? 
Artıq  o,  mənim  düĢmənimdir.  Sadəcə,  çalıĢaq  ki,  düĢmən  olmayaq.  Buna  görə  də 
Yunanıstanla  mənim  münasibətim  həmiĢə  soyuq  olub.  Qoy  çıxıb  desin  ki,  bizimçün 


Ermənistan da, Azərbaycan da eynidir. Yoxsa bir tərəfi müdafiə edib, o biri tərəfi söyəcəksə, 
türkə düĢmənçilik edəcəksə onunla dostluğum tutmaz.  
Vaxtilə  mən  Bolqarıstanın  əleyhinəydim  -  bu  ölkəni  düĢmən  kimi  tanıyırdım.  Son  illərdə 
türklərlə  düĢmənçiliyi  atıb.  Onlara  imkan  yaradıb.  Vəssalam,  niyə  onunla  düĢmənçilik 
etməliyik?  Türklərlə  düĢmənçiliyi  yerə  qoyubsa  buyursun,  dostluq  edək.  Mən  Rumıniyaya, 
Bolqarıstana gələcək müttəfiq ölkə, dost ölkə kimi baxıram və gələcəkdə də bu istiqamətdə iĢ 
görməyin tərəfdarıyam. Moldovada vəziyyət çox mürəkkəbdir. Bu ölkədə 140 min qaqauz var 
ki,  onların  taleyi  həll  olunmayıb.  Bu,  keçmiĢ  Moldovada  beləydi.  Zaman-zaman  qaqauzlar 
özlərinin  məktəblərini  açıblar,  sərbəst  yaĢayırlar,  artıq  onları  tutmaq,  döymək,  həbsxanaya 
atmaq, "millətçilik etdin" deyən yoxdur. Onlara mədəni muxtariyyət verib, bütün məsələlərdə 
maliyyə yardımı verib. Vəssalam.  
Əbülfəz bəy, belə demək olarmı ki, Siz xarici siyasətə turançılıq ideyalarından yanaĢırsınız?
 
Tamamən yox. Bütün xarici siyasətlər milli mənafe baxımından həll edilir.  
Axı Çindəki türk azərbaycanlı deyil?
 
Türkdür  ki.  Mən  də  türkəm.  Turançılığın  bura  nə  dəxli  var?  Söhbət  milli  mənafedən  gedir. 
Söhbət  millətdən  gedir.  Belə  baxaq  -  almanlar  nə  üçün  Rusiyada  yaĢayan  2  milyon  almanı 
müdafiə edirlər? 
"Sovet  dövründən  qalmıĢ  sosial  psixologiyanı  məhv  etmək  hakimiyyətimizin 
baĢlıca məqsədlərindən birinə çevrilmiĢdi" 
Sosial sahədə ortaya çıxan hansı baĢlıca çətinliklər və qazanılan hansı nailiyyətlər vardı?
 
Bilirsiniz,  "sosial  sahə"  deyəndə  bizdə,  nədənsə,  dar  çərçivədə  düĢünülür.  Qocaların, 
tələbələrin  və  b.  təqaüdünün  artırılması  da  sosial  sahəyə  aiddir,  ancaq  həmin  sahənin  bir 
hissəsidir.  Bütövlüdə  götürdükdə  "sosial  sahə"  tamam  baĢqa  məfhumdur,  çox  geniĢ 
anlayıĢdır.  
Bir  örnək  götürək.  Ölkəmizdə  hansı  xalqlar  yaĢayır  və  bu  xalqların  bir-birinə  münasibəti 
necədir, bu münasibətlər necə qurulmalıdır? Bu, əvvəlcədən milli məsələ kimi tanınıb, onun 
digər tərəfisə sırf sosial məsələdir. Məsələn, biz azsaylı xalqlara mədəniyyət hüququ verdik. 
Yanılmıramsa  bu,  Sizin  azsaylı  xalqların  hüquq  və  azadlıqlarının  qorunması,  dil  və 
mədəniyyətinin inkiĢafına dövlət yardımı haqqında fərmanınızla oldu?
 
Bəli, sonradan da kürd dilində, talıĢ dilində, ləzgi dilində... qəzetlər çıxartdırdıq. Məhz həmin 
qəzetlərə pul buraxdıq. 
Bəy,  yeri  gəlmiĢkən  bir  Ģeyi  əlavə  etmək  istəyirəm.  Biz  1992-93-də  Təhsil  Nazirliyində  çox 
sürətlə həmin xalqlarçün ibtidai siniflər həcmində "Kürd dili", "Ləzgi dili", "TalıĢ dili", "Tat dili", 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə