bizdən 3 qat az yığıblar. Bunların ağlı gedib sovet dövrünə - hərbi polis diktaturasıdır,
küçədən, yeməkxanadan camaatı zorla, döyə-döyə aparacaqsan pambıq tarlasına. Bu, qul
əməyiydi. Bizsə qul tərbiyə etmək istəmirdik. Əksinə, milləti qul olmaqdan qurtarmağa
çalıĢırdıq. Buna görə də eybi yoxdur - bu gün dövlət 10 min ton pambıq zərərinə düĢə bilər,
amma bununla o, normal sosial münasibətlər formalaĢdırar. Azad Ģagird pambığa
getməyərək oturub dərsini oxuyacaq, azad müəllim gündəlik dərsini deyəcək. Hərə öz iĢini
görəndə kəndçi də pambığı özü yığmalı olacaq, əməyinin də qədrini biləcək. Müəllimin nə iĢi
var pambıq yığmaqda, taxıl yığmaqda?
Əməyi düzgün qiymətləndirmək lazımdır. Biz öncə səhv edərək pambığa az pul qoyduq -
sovet dövründəkinə nisbətən iki qat az. Amma pambığın müəyyən hissəsi yığılandan sonra
baĢa düĢdük ki, camaatın marağı azdır. Sonra 1 kilosunun yığım qiymətini 3 qat artırdıq,
maraq çoxaldı. Amma artıq gecdi - payız bizi yaxaladı. Deməli, artımı əvvəlcədən eləməliydik.
O zaman Pənah bəylə danıĢdıq ki, pulun qiyməti dəyiĢilə bilər, gəl dollarla hesablayaq ki, 1
ton pambığın qiyməti, məsələn, 50 dollar olsun; camaat haqqın dəyiĢmədiyini görəndə (onda
inflyasiya gedirdi) pambığı daha həvəslə yığacaq.
O zaman müəyyən nailiyyət əldə etdik, amma bir çox yerlərdə maaĢları verə bilmədik,
yubatdıq, bəzi yerlərdə də pulu alıb qoydular ciblərinə, camaata vermədilər. Bunların hamısını
tənzimləyə bilmədik - tənzimləyici, nəzarətedici aparatımız yoxdu. Ġkinci ildə onu hökmən
yaradacaqdıq.
Biz hakimiyyətə gələndə Azərbaycandan yığılan taxıl onun cəmi 3 ayını görürdü. Biz obiri il
əkin əkdik, yayda yığanda 6 ayını görəcəkdi.
"ÖzəlləĢdirmənin qaydası var..."
Bizim dövrümüzdə bol məhsul olmuĢdu...
Bəli, üzümüzə gələn ilsə 3 ay da artıracaqdıq - taxılımız ölkənin 9 aylıq ehtiyacını görəcəkdi.
Üçüncü ildəsə Azərbaycan özü-özünü taxılla təmin edəcəkdi. Bu
gərək mərhələ-mərhələ olsun
- birdən-birə bunların hamısı mümkün deyil. Ġstəyirdik ki, kənd təsərrüfatını özəlləĢdirək. Biz
onu niyə yubatdıq? ÖzəlləĢdirmənin qaydası var. Torpağın özəlləĢdirilməsi üçün əsas Ģərt
nədir? Sən kolxozları və sovxozları ləğv edir və özəl təsərrüfata keçirsənsə baĢlanğıcda özəl
təsərrüfatçının onu iĢlətməyə heç bir imkanı yoxdur. Bəs nə etməli? Birinci, böyük bank
yaratmaq, pul yığmaq lazımdır ki, kredit verə bilsin, istənilən adam oradan kredit götürsün.
Digər tərəfdən, böyük texniki baza yaradılmalıdır. Yəni özəl təsərrüfatçının traktor, gübrə və
b. zəruri Ģeylərə ehtiyacını ödəmək imkanı olmalıdır. Biz məhz bunların hamısından sonra
islahata baĢlamaq istəyirdik. Baxın, bunlar islahata gediblər, ancaq ortada heç nə yoxdur,
çünki hazırlıqsızdır.
Yazıq camaat torpağı geri qaytarmaq istəyir...
Bu cür olmaz. Torpaq islahatını Avropada yüz yerdə keçiriblər; onların dərsləri var, o
dərslərdən öyrənilməlidir. Onun Ģərtləri var - torpağı götürürsənsə gəl, məsələn, beĢ illiyə
kreditini götür, traktorunu götür, gübrəni götür, apar, torpağı ək, becər. Sonra bu qədər
dövlətə verəcəksən, qalanını da bazara çıxaracaqsan - bunun kimsəyə dəxli yoxdur. Amma
bazara hökmən məhsul çıxarmalısan, yoxsa torpağı götürməyin nə mənası?
Bəli, məhsul yarat, qazan. 3-5 ildən sonra da dövlətin kreditini qaytarıb verəcəksən,
vəssəlam. 5 illik möhlət çox böyük güzəĢtdir. Onu adətən 2-3 il müəyyənləĢdirirlər. Biz 5 il
nəzərdə tutmuĢduq.
Torpağı xalqa vermək istəyirdiniz. Bəs sənaye müəssisələrinin özəlləĢdirilməsi necə
aparılacaqdı?
Sənaye müəssisələrinin özəlləĢdirilməsini indi tamam səhv aparırlar. Bunun dünyada gözəl
nümunələri var. Birinci məiĢət xidməti sahələri - kiçik obyektlər (ayaqqabı dükanı, bərbərxana
və b.) özəlləĢdirilir. Bunların yiyələri kasıb adamlardır. Oradan baĢlayırlar müstəqil təsərrüfatı
idarə etməyə. Ġndiyə qədər onun köĢkünü yuxarıdan hansısa bir məmur idarə edirdi, indisə
özü idarə edir, bilir qazancı nədir, çıxarı nə. Bəlkə gecə də iĢləyəcək - özü bilər. Orada əlinə
bir
az maya gəlir, qazanır.
Bundan sonra orta səviyyəli dövlət mülkiyyəti özəlləĢdirilir ki, onu kasıblar
ala bilsin, varlıların,
yuxarıda oturan rüĢvətxorların əlinə keçməsin. Məhz buna görə biz öncə evləri özəlləĢdirdik,
xüsusiləĢdirdik, sonra taksilərin özəlləĢdirilməsi haqqında qanun çıxardıq, daha sonra da
keçəcəkdik avtobusların, marĢrutların özəlləĢdirilməsinə (filan yoldan filan yola qədər).
ÖzəlləĢdirmə aĢağıdan olmalıdır ki, yoxsul, yaxud azca pullu insanlar nisbətən varlansınlar,
iĢdə fəallaĢsınlar. Onların mülkiyyəti almaq qabiliyyəti olmalıdır ki, o, baĢqasının əlinə
keçməsin. Bundan sonra orta təbəqə yaranır və iri müəssisələrin özəlləĢdirilməsi mərhələsi
baĢlayır. Amma elə böyük müəssisələr (məsələn, ağır sənaye, neft sənayesi müəssisələri) var
ki, onları tam özəlləĢdirmək mümkün deyil, yoxsa dağılıb gedər, buna görə də onların ən azı
20-25 faizi dövlətin əlində qalmalıdır. Neft maĢınqayırmasını necə özəlləĢdirəsən? Bu mümkün
deyil axı - özəlləĢdirib kimə verəcəksən? Gərək orta təbəqə yarana, sonra o, müəyyən qədər
Ģərik ola bilər.
Səhmdar cəmiyyətlər də.
Bəli, səhmdar cəmiyyətlər də dövlətlə Ģərik ola bilər, amma səhmdar cəmiyyətə 49 faiz
verilməli, dövlətə 51 faiz qalmalıdır.
"Həyatımın ən ləzzətli anları testə görə sadə vətəndaĢların bitməz-tükənməz
təĢəkkürlərini eĢidərkən olub"
Bəy, bizim hakimiyyət dövründə elm, təhsil, mədəniyyət və səhiyyə sahələrində hansı
islahatlar aparılmıĢ və hansıları aparmaq nəzərdə tutulmuĢdu? Ümumiyyətlə, bunlarda hansı
nailiyyətlər qazanılmıĢdı?
Özüm o zaman gördüm və duydum ki, Sovet imperiyası dağılanda ən çox zərər çəkən elm,
təhsil və mədəniyyət oldu. Hər bir hökumət özünü qorumaqla - hərbi
qüvvə yaratmaqla, daha
nə bilim nəylə məĢğuldu. Amma elm, təhsil, mədəniyyət buraxılıb baĢlı-baĢına.