DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə20/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   16   17   18   19   20   21   22   23   ...   99

Mən  Meydanda  da  dəfələrlə  deyirdim  ki,  müstəqil  olmaq  üçün  Azərbaycanın  ən  əsas  iki 
göstəricisi olmalıdır: birincisi - pulu, ikincisi - ordusu. Hətta bir dəfə Polyaniçko mənə dedi ki, 
sən  bu  Ģüardan  əl  çək.  Mən  onu  həmiĢə  təkrarladım,  çünki  söhbət  adi  bir  Ģüardan  yox, 
dövlətçilik  prinsipindən  gedir.  Ona  görə  də  biz  hakimiyyətə  gələn  kimi  puldan  və  ordudan 
baĢladıq.  
Birinci, pulumuzu buraxdıq. Paralel olaraq ordunu da yaradırdıq. O biri tərəfdən də Rusiyaya 
qarĢı  təzyiqlərə  baĢladıq  ki,  ordunu  buradan  yığıĢdır,  sərhəd  qoĢunlarını  da.  Xarici  ordunun 
ölkəmizdə  olması  artıq  müstəmləkə  olmağımız  deməkdir.  Xarici  ordunu  çıxardırsan,  öz 
müstəqil  ordunu  yaradırsan  -  onun  yerinə  oturur.  Xarici  pulu  çıxardırsan,  öz  milli  pulunu 
yaradırsan - onun yerində durur. Və olursan müstəqil dövlət.  
Ġndikilər bizi ittiham edirlər ki, ordu quruculuğu 1993-dən, 4 Ġyun qiyamından sonra baĢlayıb. 
Bizim dövrümüzdə ordu quruculuğunda həqiqi vəziyyət necəydi?
 
Axı bunu necə deyə bilərlər? Ġttiham edirlərsə ya bu ölkədə yaĢamırlar, ya da, doğrudan da, 
Ģərəfsizlik edirlər. Məhz Heydər Əliyev "Cəbhənin batalyonları" adı altında 33 batalyonu ləğv 
etdirdi. Bu nə deməkdi? Onlar Xalq Cəbhəsinin yox, Azərbaycan Ordusunun batalyonlarıydı. 
Bizim  vaxtımızadək,  lap  bizim  dövrümüzdə  də  həm  Cəbhə  batalyonları,  həm  də  könüllü 
batalyonlar vardı. Biz könüllü batalyonları ləğv elədik. Mən özüm ləğv elədim ki, nizami ordu 
olmalıdır.  "54  min  hərbi  qüvvə  vardı"  deyəndə  mən  nəyi  nəzərdə  tuturam?  Bunun  siyahısı 
var,  dəftəri  var  -  getsinlər  baxsınlar  hamısına.  Onların  heç  biri  Cəbhənin  batalyonu  deyildi. 
Sadəcə olaraq, əvvəldən könüllü yaranmıĢdılar, sonradan nizami orduya qəbul olunmuĢdular, 
içlərindəki yaĢlı adamlar da çıxıb getmiĢdilər. Nizami ordudan kənarda bir dənə də batalyon 
yoxdu. Kim nə deyir-desin. 
Biz nəinki ordumuzu və pulumuzu yaratdıq, həm də rus ordusunu ölkəmizdən çıxartdıq. 
Bəzilərinə elə gəlir ki, rus ordusu Azərbaycandan asanlıqla çıxıb.
 
Biz nə yaratmıĢıqsa, nə etmiĢiksə hamısı asanlıqla baĢa gəlib - elə-belə baĢ verib, Allah bizə 
göydən  yetirib.  Ġndi  demokratiyadan  dəm  vuran  bəziləri  onda  deyirdilər  ki,  azadlığı  biz 
almamıĢıq,  bizə  veriblər.  Guya  bu  xalq  havayı  yerə  Ģəhidlər  veribmiĢ,  havayı  yerə  qırğına 
gedibmiĢ!.. 
Siz  bu  yaxınlarda  Əlyazmalar  Ġnstitutundakı  görüĢdə  rus  ordusunun  çıxarılmasıyla  bağlı 
maraqlı faktlar açdınız. Bəlkə bəzi baĢqa Ģeyləri də deyəsiniz?
 
Biz hər Ģeydən öncə Azərbaycandakı rus qoĢunlarını imkan olan dərəcədə içəridən sarsıtmağa 
çalıĢdıq. Əsas məsələ bu idi ki, ordu özü içəridən aĢılansın. Gördük ki, onun böyük bir hissəsi 
rusdur, qalanlarsa ukraynalılar, azərbaycanlılar, qazaxlar, qırğızlar, özbəklər və baĢqa xalqlar. 
Biz  o  xalqların  nümayəndələrini  baĢladıq  dilə  tutmağa  ki,  sən  burada  niyə  xidmət  edirsən? 
Onları  dağıtmağa  baĢladıq.  Məsələn,  Qazaxıstandan,  Qırğızıstandan  gələnlər  əsgərlikdən 
qaçırdılar. Biz onların biletini alırdıq. Gətirib Bakıda 1-2 gün saxlayırdıq. Bəzən qaçanda paltarı 
da  olmurdu.  Biz  ona  paltar,  ayaqqabı  alıb  verirdik  ki,  çıxıb  evlərinə  getsinlər.  Bizə  Ukrayna 
millətçiləri də çox kömək edirdilər. Onların özləri buraya gəldilər. Lpinosun burada çox böyük 


xidməti var. O getdi Naxçıvanda, Lənkəranda, Bakıda olan batalyonlara girdi. Oradakı yüksək 
rütbəli Ukrayna zabitlərini çıxartdı ki, gedək Ukraynaya, sizə vəzifə verəcəyik - öz rütbənizdə 
qalacaqsınız.  Elçibəy  də  sizə  burada  müəyyən  hədiyyələr  verəcək  və  hətta  sizə  buradakı 
evinizin pulunu ödəyəcək ki, Ukraynada ev alasınız. Evinizdə hər Ģeylə təmin  olunacaqsınız. 
Rus səhər oyanırdı ki,  iki polkovnik  yoxa  çıxıb, gedib.  Komandir yox,  batalyon qalıb  baĢsız. 
Rus əsgərləri də qaçıb dağılıb küçələrə - Bakının küçələri o zaman doluydu rus əsgərləriylə. 
BaĢı açıq, yaxası açıq, nə bilim neyləyən. Bu, həmin ordunun içəridən dağılmasıydı. AĢağını 
da idarə etmək olmur, yuxarını da. Elə bir vəziyyət yaranmıĢdı ki, zabitlər gəlib deyirdilər ki, 
əsgərlər qaçıb gedib, arvadımı yazmıĢam qarovula, o da getmir, məcbur qalıb onun yerində 
dururam, onun da maaĢını alıram. Zarafata salıb deyirdim ki, iki maaĢ alırsan, sənə bəs edər. 
Amma hiss edirdim ki, Rusiyanın BaĢ KəĢfiyyat Ġdarəsi çevrilib mənə qarĢı. Mənə ən azı 4-5 
dəfə terror təĢkil ediblər. 
Bir qəsd də Gəncədə baĢ vermiĢdi...
 
Gəncədə lap açıq oldu. 
Onu da onlar təĢkil etmiĢdi?
 
Hamısı onların iĢiydi. Bunlar heç, keçib-gedib. Bir vaxt hər Ģeyi açacağam - hansı terror nəylə 
əlaqəliydi, nəydi.  
Sonra  mən  Yeltsinlə  danıĢanda  məsələni  qəti  qoyaraq  bildirdim  ki,  sizin  ordunuz 
Azərbaycandan çıxmalıdır, sərhədlərimizi də tərk etməlidir. Yeltsin mənə dedi ki, çıxmayacaq. 
Mən  dedim  çıxacaq.  Gördü  ki,  mümkün  deyil,  xahiĢ  etdi  ki,  bu,  mədəni  formada  həyata 
keçirilsin - qırğınla olmasın, heç olmazsa bir-iki il çəksin. Mən də gəldim bu mədəni formaya - 
üç-dörd ayın içərisində baĢa çatdırdım. 
Əbülfəz  bəy,  ordunun  çıxarılmasını  Yeltsinlə  müzakirə  etmək  Sizin  Ģəxsi  təĢəbbüsünüzdü, 
yoxsa dövlətin baĢqa rəhbərləriylə qabaqcadan məsləhətləĢmiĢdiniz?
 
Dövlətin  baĢqa  rəhbərlərinin  əksəriyyəti  bu  məsələnin  əleyhinəydi.  Mən  dedim  ki,  buna 
gedəcəyəm. Bəli, bu, mənim Ģəxsi təĢəbbüsümdü!  
Mən  donanma  məsələsində  də  güzəĢtsiz  mövqe  tutdum.  Dəniz  donanması  hərbi  dəniz 
donanması və mülki dəniz donanmasından ibarətdir. Mülki dəniz donanmasında katerləri də 
nəzərə almaqla 300-dən yuxarı dəniz nəqliyyat, yaxud yük vasitəsi vardı. O saat əlimi onların 
hamısının  üstünə  qoydum.  Elə  gəmi  vardı  gedib  qalmıĢdı  Murmanskda.  Bəli,  Azərbaycan 
gəmisi qalıb orada, axtaran da yoxdu. Biri Qara dənizdə ticarət edir - heç gəlməyib, biri qalıb 
Baltik dənizində.  
Bütün  bu  gəmiləri,  katerləri  və  b.  çəkdik  gətirdik  Azərbaycana,  saldıq  dəftərə,  verdik 
Azərbaycan Nazirlər Kabinetinin nəzarətinə ki, bunlardan mülki məqsədlərlə istifadə olunsun.  
Bundan  sonra  baĢladıq  hərbi  dəniz  donanmasına.  Buradakı  bütün  dəniz  donanmasında  75 
gəmi  vardı  -  Sovet  hökumətindən  qalma  gəmi.  Biz  də  bundan  payımızı  almalıydıq.  Bunun 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə