DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə15/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   11   12   13   14   15   16   17   18   ...   99

Əbülfəz bəy, sizcə, bizim iqtidarın (təhsil nazirinin müavini olaraq özüm də hökumətdə təmsil 
olunduğuma görə onu "bizim" adlandırıram) tarixcə çox qısa zaman - vur-tut bir il içərisində 
qazandığı  ən  önəmli  nailiyyətlər  hansılardır  və  ümumiyyətlə,  bu  hakimiyyət  xalqımıza  nə 
verdi?
 
Birincisi,  sualın  əsas  məğzinə  cavab  vermək  istərdim.  Məsələnin  bütün  mahiyyəti  Quzey 
Azərbaycan xalqının rus imperiyasından tam azad olması uğrunda mübarizədədir.  
Bütün  Meydan  boyu  xalqa  aĢılayırdıq  ki,  Azərbaycan  müstəqil  olacaq  və  demokratik  dövlət 
qurulacaq. Mahiyyət bunun üstündəydi. Çox adam bunu baĢqa cür yozur, baĢqa cür fikirləĢir. 
Biz  bunun  dərslərini  Meydanda  baĢlamıĢdıq  və bununçün  də  nümunəni  göstərmiĢdik.  Xarici 
ölkələrdən  gələnlər  deyirdilər  ki,  siz  müsəlman  ölkəsisiniz,  demokratiyadan  çox  aralısınız  - 
islam dini demokratiyaya ziddir. Bizsə onlara sübut edirdik ki, heç də belə deyil. 1918-ci ildə - 
Azərbaycanın  quzeyində  islam  dininin  ən  güclü,  ən  qatı  vaxtında,  Azərbaycanda  babilər, 
bəhailər  hərəkatı  tüğyan  etdiyi  bir  zamanda  Məmmədəmin  Rəsulzadənin  baĢçılığı  altında 
Azərbaycan xalqı demokratik cümhuriyyət qurub. Bu dövlətin adı iki cür səslənir: "Azərbaycan 
Xalq  Cümhuriyyəti",  yaxud  avropalıların  dili  ilə  ifadə  edilərək  "Azərbaycan  Demokratik 
Respublikası".  O,  xalq  cümhuriyyətiydi.  Bilirsiniz  Cəbhəmizin  adını  niyə  Azərbaycan  Xalq 
Cəbhəsi qoyduq? Çünki xalq cümhuriyyəti qurmaq uğrunda mübarizəyə gedirdik. Yoxsa onun 
adını qoyardıq "Azərbaycan Demokratik Cəbhəsi", "Azərbaycan Liberal Cəbhəsi", "Azərbaycan 
Mübarizə  Cəbhəsi"  və  s.  Bəli,  Azərbaycan  Xalq  Cəbhəsi  adını  ona  görə  qoymuĢduq  ki, 
qurduğumuz  dövlətin  Azərbaycan  xalqının  dövləti  olacağına  dair  mövqeyimizi  o  zamandan 
müəyyənləĢdirmiĢdik.  Ġndi  də  bizə  deyirlər  ki,  niyə  "liberal"  yox,  niyə  "mötədil"  yox,  məhz 
"xalq"? Axı biz xalq partiyasıyıq. Azərbaycan xalqının mövqeyini hər yerdə müdafiə edəcəyik.  
Azərbaycan  xalqının  mövqeyi  nədədir?  Birincisi,  o,  kölədir.  Onu  köləlikdən  azad  edəcəyik. 
Bunun  uğrunda  mübarizə  aparacağıq,  xalqı  buna  hazırlayacaq  və  buna  səsləyəcəyik.  Bu 
gediĢin  özündə  isə  xalqa  baĢa  salacağıq  ki,  qurduğumuz  bu  dövlət  eyni  zamanda  xalq 
demokratik dövləti  olacaqdır.  "Xalq dövləti"  demək  elə  "demokratik  dövlət"  deməkdir. Yenə 
təkrar  edirəm:  "Azərbaycan  Xalq  Cümhuriyyəti",  "Azərbaycan  Demokratik  Respublikası" 
terminlərində  "xalq"  və  "demokratik"  sözləri  eyni  mənada  iĢlədilib.  Xalq  uğrunda  mübarizə 
demokratiya  uğrunda  mübarizədir,  yəni  demokratiya  uğrunda  mübarizə  xalq  uğrunda 
mübarizənin içərisindədir. Tarixdən misallara baxaq - Səttar xan hərəkatı demokratikdi, yoxsa 
yox?  Bəli!  Xalqın  azadlıq  uğrunda  mübarizə  aparan  hissəsinin  iĢtirak  etdiyi  hər  hansı  bir 
hərəkat demokratik hərəkatdır. 
Bəlkə xalqın iĢtirak etdiyi hərəkat dini məzmun daĢıdı?
 
Dini  məzmunlu  böyük  xalq  hərəkatının  özündə  də  demokratik  mahiyyət  var.  Məsələn, 
Xomeyni  Ģah  diktaturasını  yıxarkən  xalqın  hərəkatı  dini  məzmunda,  dinin  egidası  altında 
gedir,  hərəkat  isə  demokratik  səciyyə  daĢıyırdı;  sonra  onun  hansı  məcraya  dönməsi  baĢqa 
məsələdir - bu, sonrakı hakimiyyətdən asılıdır. 
Biz Meydanda birdəfəlik bildirdik ki, xalq hərəkatını baĢlamıĢıq, azadlığımızı əldə edəcəyik və 
söz veririk ki, demokratik cəmiyyət quracağıq. Bu, bizim hərəkatın mahiyyətidir. 


Bu  yolda  mübarizə  apararkən  Qorbaçovun  verdiyi  demokratikləĢməylə  razı  deyildik.  Onun 
məqsədi Sovet Ġttifaqını bir qədər yeniləĢdirmək və bununla da qorumaqdı; onun mahiyyətini 
saxlayıb  formasını  dəyiĢdirməyə  çalıĢırdılar.  Bizsə  bütünlükdə  mahiyyəti  dəyiĢdirmək 
istəyirdik.  Ona  görə  də  bizim  "demokratiya"  anlayıĢımızla  Qorbaçovunku  tamam  fərqliydi. 
Nəticədə  nə  cür  oldu?  Uğrunda  Qorbaçovun  mübarizə  apardığı  demokratikləĢmə  baĢ  verdi 
(bunu imtina etmirik) - məsələn, əvvəlki sistemdən imtina Türkmənistanda, Özbəkistanda da 
baĢ  verdi.  Ancaq  onlarda  bizdəki  kimi  olmadı  -  bizdə  bütün  xalq  hərəkətə  gəldi,  azadlığını, 
demokratiyanı  xalq  özü  öz  qanıyla  qazandı.  Gəlin  mahiyyətə  indi  yenidən  baxaq  - 
Türkmənistanda, Özbəkistanda bu gün bircə dənə də müxalifət qəzeti çıxmır. 
Heç müxalifət də yoxdur...
 
Ola da bilməz! Axı orada heç bir demokratik institut qurulmayıb, çünki bu demokratiyanı xalq 
özü  almamıĢdı,  onu  Qorbaçovun  yuxarıdan  göstəriĢiylə  vermiĢdilər.  Sabah  Rusiya  bir  də 
güclənsə əlini atan kimi Türkmənistan onun qoltuğuna girəcək, Özbəkistan da buna gedəcək 
- verilən pay geri alınacaq. Ancaq Azərbaycandan heç kim heç nə ala bilməz, çünki azadlıq 
Azərbaycan xalqının öz sərvətidir, öz qazancıdır. Mahiyyət, bax, bundadır!  
Xanım  Tetçer  Bakıda  olarkən  küçələri  gəzdi  ki,  xalqla  danıĢsın.  O,  mənə  dedi  ki,  küçələrdə 
adamlarla  söhbətimdə  onların  azadlığı  dərk  etdiyini  və  sevdiyini  gördüm;  özüm  küçəni 
dəyiĢdim  ki,  bəlkə  bunlar  öyrədilmiĢ  insanlardır,  gözlənilmədən  baĢqalarıyla  danıĢdım, 
gördüm ki, onlar da eyni sözü deyir. Mən inandım ki, Azərbaycan xalqı azadlıq ideyasını tam 
mənimsəyib. Demokratiya idealını da tam mənimsəsə onda bu xalqa zaval yoxdur. Ġndi xalqı 
məhz demokratiyaya yiyələndirmək gərəkdir. 
Bu, bir məktəbdi, dərsdi.  
Məni  çox  vaxt  qınayırlar  ki,  sən  nə  bilirdin?  Mən  Meydanda  üç  vəzifə  yerinə  yetirirdim. 
Birincisi,  müəllimlik  edirdim,  xalqa  siyasi  bilikləri,  siyasi  dünyagörüĢünü  aĢılamaqçün 
müəllimlik  etməyə  məcbur  olurdum.  Ġkincisi,  müxalifətin  siyasi  rəhbəri  kimi  çıxıĢ  edirdim. 
Üçüncüsü də, Azərbaycanın tam azadlığı, demokratik hakimiyyət qurmaq uğrunda mübarizə 
gedirdi və hazırlaĢırdıq ki, hakimiyyətin yüksək qədəmələrini ələ alıb dövlət adamı kimi xalqı 
təmsil edək.  
Çox  ağır  bir  gediĢdi.  Mənim  yoldaĢlarım  da  bu  ağırlığın  altında  çalıĢdı.  Xalqa  siyasi  maarif 
öyrədirdik.  Mustafa  Kamalın  müdrik  sözü  var  ki,  xalq  azadlığa  hazır  deyilsə  azadlığı  əldə 
etməzdən  öncə  onu  azadlığa  hazırlaĢdırmalısan;  hazır  olmadan  ona  azadlıq  versən  də 
itirəcək. 
Biz  də  ikiyönlü  iĢ  görürdük  -  həm  azadlığa  hazırlaĢırdıq,  həm  də  azadlığı  yetiĢdirirdik. 
Məmmədəminin  sözləriylə  desək,  məqsədimiz  xalqa  azadlığı  dadızdırmaq  idi.  Bunun  da 
öhdəsindən müəyyən qədər gəldik və bu gerçəkliyi heç kəs inkar edə bilməz.  
Mübarizəmiz  mahiyyətcə  nəylə  nəticələndi?  Xalqımız  doğrudan-doğruya  azadlıq  idealını 
mənimsədi. Sadəcə misallara baxın. Rus ordusunu öz ərazisindən yalnız Azərbaycan çıxardı. 
Nəyə  görə?  Çünki  Azərbaycan  xalqı  artıq  azadlığa  yiyələnmiĢdi,  yoxsa  heç  cür  mümkün 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə