DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə14/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   10   11   12   13   14   15   16   17   ...   99

ehtiyaclarını  tam  ödəməliyik.  Ancaq  Azərbaycan  torpağının  bir  qarıĢının  belə  alınmasından 
söhbət gedirsə bu münasibət, təbii ki, kəskin dəyiĢə bilər. 
Bəy, indiyədək o xalqların hüquqları həqiqətən tapdalanıb. Ancaq bu, ilk növbədə Azərbaycan 
türklərini  də  əzən,  hətta  onun  adını  belə  əlindən  alan  kommunist  rejiminin  təqsiridir. 
Azərbaycan  türkləri  azsaylı  xalqlara  həmiĢə  qardaĢcasına  yanaĢıb,  onlara  öz  sevgisini 
göstərib.  Biz  ruslara,  yəhudilərə  də  hər  vaxt  hörmətli  münasibətdə  olmuĢuq.  Yerdə  qalan 
müsəlman  xalqları  (talıĢlar,  ləzgilər,  tatlar,  avarlar,  saxurlar,  kürdlər  və  b.)  ilə  qaynayıb-
qarıĢmıĢıq, elə birləĢmiĢik ki, əti dırnaqdan ayırmaq mümkün olmadığı kimi bizi də ayırmağa 
çalıĢmaq baĢ tutmayan iĢdir. Ancaq Azərbaycanda xüsusi diqqət istəyən bir xalq var - udilər. 
Qəbələ və Oğuz rayonlarında yaĢayan vur-tut 7 min nəfərlik bu xalqa münasibət hamıda eyni 
cür deyil…
 
Ədalət  bəy,  mən  sənin  udilərlə  bağlı  gördüyün  bütün  iĢlərlə  tanıĢam.  Xalqımızın  bu  ağır 
günündə heç olmasa iki rayonda sabitlik yaranmasına çalıĢdığına görə sənə minnətdaram. 
Udiləri biz Azərbaycanda saxlamalıyıq. Niyə? 
Birincisi, onlar bu torpaqda doğulduqlarına görə bu torpaqda yaĢamağa haqları var. 
Ġkincisi,  bu  saat  bütün  dünyanın  gözü  Azərbaycandadır.  Udilərə  bir  Ģey  olsa,  xüsusən 
ermənilərin fitvası və yardımı ilə, yer üzünün kütləvi məlumat vasitələri hay-küy salacaq ki, 
Azərbaycanda dünyanın ən qədim və vur-tut 7 minlik bir xalqına gün vermədilər. Bunun da 
nə  ilə  nəticələndiyini  təsəvvür  etmək  çətin  deyil.  Bax,  Sumqayıt  hadisəsində  ermənilərin 
özünün  də  əməlli-baĢlı  əli  oldu.  Onu  niyə  törətdilər?  Dünyada  xalqımızın  vəhĢi  obrazını 
yaratmaq  üçün!  Yaratdılar  da.  Bu  gün  məhz  Sumqayıt  təbliğatının  təsiri  altında  dünya 
ictimaiyyəti  az  qala  Xocalı  qırğınına  belə  göz  yumur,  ancaq  iki  erməni  ölən  kimi  bizim 
əleyhimizə qalxır. Ermənilər torpağımızda bizimlə müharibə aparır, bizi qırır, ancaq dünyanın 
erməniyə yazığı gəlir. Bu gün beynəlxalq müqavilələr bağlamaq üçün gedilən məclislərdə də 
Sumqayıt  tənəsini  eĢidirik.  Ġndi  erməniyə,  bütün  düĢmənlərimizə  yeni  bir  bəhanə  verməyə 
dəyərmi? 
Üçüncüsü,  udilər  qədim  Qafqaz  Albaniyası  mədəniyyətinin  bu  gün  sağ  qalan  yeganə 
xaçpərəst varisləridir. Ġndi istər dağlıq, istər aran Qarabağda, Azərbaycanın baĢqa guĢələrinə 
səpələnmiĢ alban kilsələrinə, digər alban abidələrinə ermənilər sahib durmaq istəyirlər.  
Erməni akademiki Manandyan isə yazır ki, yer üzündə bir nəfər də udi yaĢadıqca ermənilər 
Qafqaz  Albaniyası  mədəniyyətinə  yiyə  çıxa  bilməyəcəklər.  Ona  görə  də  ermənilər  həmiĢə 
çalıĢıblar ki, udiləri məhv edib tarix səhnəsindən çıxarsınlar, özü də türklərin əli ilə. Ġndi gəlin 
papağımızı qabağımıza qoyub fikirləĢək; udilərin getməsi bizə sərfəlidir, yoxsa qalması? 
Qəbələnin  Nic  kəndindəki  udilərin  ermənilərlə  eyni  dini  məzhəbə  -  qriqoryanlığa  mənsub 
olması,  onlardakı  erməni  təəssübkeĢliyi  bir  çoxlarını  narahat  edir.  Həm  də  xüsusən  yaĢlı 
nəslin xatirindən 1918-20-ci illərdə onlarla baĢ verən qanlı vuruĢmalar hələ getməyib…
 


Bütün  Avropa,  Amerika  bizə  sübut  etməyə  çalıĢır  ki,  sizinlə  ermənilər  arasındakı  dava 
xaçpərəst-müsəlman  müharibəsidir.  Biz  isə  deyirik  ki,  yox,  ermənilər  bizdən  torpaq  istəyir, 
ona  görə  vuruĢuruq;  bu,  dini  davadırsa  bəs  niyə  ermənilərdən  savayı  heç  kimlə  iĢimiz 
yoxdur?  Təəssüf  ki,  siyasətimiz  zəif  olduğuna  görə  hətta  ermənilərlə  eyni  dini  məzhəbdə  - 
qriqoryanlıqda olan udilərə həqiqətən mehriban münasibət bəslədiyimizi dünya səviyyəsində 
nümayiĢ etdirə bilməmiĢik, halbuki bu fakt bizim xeyrimizə çox güclü bir təbliğat mövzusuna 
çevrilə bilər. Bu, məsələnin bir tərəfi. 
Ġkinci  tərəfdən,  ağlım  kəsmir  ki,  udilər  bir  daha  azərbaycanlılarla  vuruĢmaq  fikrində  olsun, 
çünki bu, onların Nici tərk etməsi, baĢqa sözlə, udi milli varlığının tarixdən birdəfəlik silinməsi 
demək olardı. Doğrudanmı, bu aydın məntiq kimdəsə Ģübhə doğuracaq? 
Üçüncü  tərəfdən,  mümkündür  ki,  udilərin  arasında  da  araqızıĢdıranlar,  «millət  qəhrəmanı» 
olmaq  üçün  xalqı  bada  verməyə  hazırlaĢanlar  var,  belələri  ilə  biz  yox,  özləri  bacarmalıdır. 
Həm  də  onlarla  bağlı  hər  hansı  mübahisəli,  ciddi  vəziyyət  yaransa  bunu  yalnız  dövlət 
səviyyəsində həll etmək gərəkdir. Bu iki xalqı üz-üzə qoymağa çalıĢmaq cinayətdir. 
Fikrimcə,  Azərbaycanda  bizim  arzuladığımız  demokratik  cəmiyyət  qurulsa  respublikamızın 
baĢqa azsaylı xalqları kimi udilərin də problemsiz yaĢayıĢı həll olunacaq. 
Bax, belə-belə məsələlərdə istəyirlər ki, Azərbaycanı dünyada gözdən salsınlar. Bunun üstünə 
bir də qayıda bilərsən, bu məsələdən bir daha yaza bilərsən. 
Bəy, bir də çox sağ ol, minnətdaram! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
"BÜTÖV AZƏRBAYCAN UĞRUNDA MÜBARĠZƏ HƏYATIMIN MƏNASIDIR"  
 
Əbülfəz Elçibəy’lə Ədalət Tahirzadə’nin söhbəti ( Dekabr 1997  ) 
 
1992'nin  yazında  olduğu  kimi,  1997'nin  qıĢındakı  bu  söhbətimiz  də  qardaĢı  Almurad  bəyin 
Yasamaldakı  evində  keçdi.  O  çağdan  bu  çağa  çox  Ģey  dəyiĢib  -  söhbətdaĢım  onda 
prezidentliyə  namizəddi,  indisə  keçmiĢ  prezident;  onda  Ģöhrətin  zirvəsindəydi,  indisə  həmin 
zirvəyə  Kələki  və  Heydər  qınaqlarının  arxasından  boylanır;  onda  ona  üz  çevirənlər  çoxdu, 
indisə  arxa  çevirənlər;  onda  saqqalında  ağ  tüklər  də  görünürdü,  indisə  qara  tüklər;  onda 
Azərbaycan ayaq üstündəydi, indisə dizi üstə; onda xalq hamıya inanırdı, indisə heç kəsə... 
DəyiĢməyənsə  ikicə  Ģeydir  -  elə  onda  olduğu  kimi  qalan  həmin  kasıb  otaq  və  elə  ondakı 
həmin böyük ürək!  
1992'də  olduğu  kimi  indi  də  həmin  köhnə  taxtın  üstündə  əyləĢib  söhbətə  baĢladıq.  Onunla 
son dəfə ötən ilin mayında Kələkidə görüĢüb iki gecə "dərdləĢmiĢdim". Onda vaxtın azlığından 
ürəyimdəki  sorğuların  çoxunu  Bakıya  özümlə  cavabsız  qaytarmıĢdım.  Ġndi  məni  də,  yüz 
minlərcə soydaĢımızı da içəridən didən, narahat edən həmin sualların geniĢ, əhatəli cavabını 
eĢitmək istəyirdim. Beləcə söz sözü çəkib gətirdi, mətləb mətləbi. Bir də gördük ki, nağıllarda 
deyildiyi  kimi,  yeddi  gün-yeddi  gecədir  ki,  üz-üzə,  göz-gözə,  diz-dizə  oturmuĢuq.  Bəlkə  də 
indiyədək heç bir jurnalist onu belə amansızcasına istismar etməmiĢ, onun lütfkarlığından bu 
qədər sui-istifadədə bulunmamıĢdı, ancaq o, məni sıradan bir media mənsubu yox, yaxın dost 
və  məsləkdaĢ  saydığından,  hər  Ģıltağıma  səbirlə  dözdü.  Mənsə  bu  iltifatdan  yararlanaraq 
çoxqatlı  Elçibəy  dünyasının  dərinliklərinə  gücüm  yetdiyi  qədər  nüfuz  etməyə  çalıĢdım. 
Söhbətimizin  bütün  soydaĢlarımızçün  maraqlı  olacağını  göz  önünə  alaraq  yanımıza  diktofon 
qoymağı  da  unutmadım.  Azərbaycan  jurnalistikası  tarixində  bəlkə  də  ən  böyük  müsahibə, 
bax, bu cür öz-özünə meydana çıxdı. 
Birinci söhbət. ELÇĠBƏY HAKĠMĠYYƏTĠ XALQIMIZA NƏ VERDĠ?
 
Yaratdıqlarımız  içərisində  bir  zümrə  də  vardır  ki,  onlar  insanları  haqq  yolla  aparır,  haqqı 
rəhbər tutaraq [onlar arasında] ədalətlə hökm edirlər.
 
(Qur’an, "Əraf" surəsi: 181)
 
Söhbətə məhz bu sorğuyla baĢlamağımız təsadüfi deyildi - axı Bəyə tuĢlanmıĢ bütün dost və 
düĢmən qınaqlarının, danlaqlarının az qala hamısı onun hakimiyyət dövrüylə bağlıdır. Özü də, 
Ģəxsən  məni incidən  budur ki,  adamların  böyük  qismi  bu bir illik dövrün  gerçəkdən  inqilabi 
səciyyəli nailiyyətlərini ya danır, ya özünü görməzliyə vurur, ya da onlardan bilgisi olmadığına 
görə  bacarıqlı  dirijorun  idarəsi  altındakı  ümumi  xorun  içində  "onları  gördük  də"  nəqəratını 
oxuyur... 
"Biz müstəqil siyasət yürüdürdük" 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə