DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə6/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   2   3   4   5   6   7   8   9   ...   99

düĢməmiĢəm, get rektordan, prorektordan, qəbula düĢənlərdən al, onlar möhkəm yığıb. Bu 
sözləri bütün tələbələr əzbər eləmiĢdi. 
Sözünü deyən idi. Savadlı adamdı, dərsini yaxĢı keçirdi. Amma bunda bir qədər qəribəliklər 
vardı. Bir vaxt o da demiĢdi ki, Əbülfəz Don Kixotluq edir. Baxmayaraq ki, müəyyən Ģeylərdə 
fikir  bölüĢdürməsində  bir  olmuĢuq,  bəzi  söhbətlər  etmiĢik.  Sonra  o,  mənə  elə  gəlir  ki, 
universitetdəki mafiozluğun, rüĢvətxorluğun qurbanlarından oldu. 
Onun ölümündə, hər halda, bir siyasi motiv hiss olunurdumu?
 
Yox, orada siyasi motiv yoxdur. Yox, siyasi motiv yoxdur. O, siyasi motivə az gedirdi, bundan 
həmiĢə  çəkinirdi,  qorxurdu.  Dövlət  Təhlükəsizliyi  Komitəsindən  yaman  qorxurdu,  ehtiyat 
edirdi. 
Axı o, BMT-yə də müraciət etmiĢdi?
 
Hansı mənada? Mən bilmirəm. 
«Bu ölkədə yaĢamaq istəmirəm»…
 
Özünün yaĢayıĢ Ģəraiti çox ağır idi. Doğrudur, heç bir baĢqa gəlir yeri yox, maaĢı ilə yaĢaya 
bilmir. Psixi əzab keçirirdi. YaĢaya bilmirdi - evi yox, yurdu yox, ona görə də bezmiĢdi. 
Bəy,  indi  bir sual:  70-ci illərdə  -  sən  tutulan  vaxt,  ümumiyyətlə, respublikada  Azərbaycanın 
istər ziyalılarında, istər fəhlələrində ictimai-siyasi təfəkkür necə idi?Azadlıq arzuları, ideyaları 
ilə bağlı demək istəyirəm.
 
Bu iĢlər birdən-birə yaranmayıb. O zaman bir çox Ģeylərin - vətənpərvərliyin, milləti sevməyin 
hələ  ana  xətləri tamam  qırılmamıĢdı,  qalırdı,  onu  müdafiə  edirdilər.  Yəni  hiss edirdin  ki,  bu 
millət  özünü  müəyyən  qədər  qoruyur,  ziyalısı  onu  müdafiə  edir  (ya  gizli,  ya  açıq  Ģəkildə), 
özünüqoruma duyğusu qüvvətlidir. 
Birincisi,  Azərbaycan  dilinin  təbliğatı  geniĢlənirdi.  Azərbaycan  dili  müəllimləri  kitablar 
buraxırdılar,  hər  yerdə  çıxıĢ  edirdilər.  Heydər  Əliyevin  ən  böyük  iĢlərindən  birisi  bu  idi. 
Azərbaycanda iki  Ģeyi  görəndən  sonra  Əliyevə  münasibətim dəyiĢməyə baĢladı.  Birincisi, ilk 
dəfə  olaraq  bir  neçə  dilçi  alimə  (yeddi  nəfərdi,  ya  altı  nəfərdi)  bir  yerdə  dövlət  mükafatı 
verdirdi. 
Hə, dördcildlik «Müasir Azərbaycan dili» kitabına görə.
 
Bəli,  o  mükafatın  verilməsi  bu  demək  idi  ki,  Azərbaycan  dilçilərinin  nüfuzu  qalxır  və  onlar 
toxunulmaz olurlar. Axı millətin təfəkkürünü inkiĢaf etdirməyə dilçilər baĢlayır. Bu baxımdan 
mükafatın çox xeyri oldu. Mükafat verilən kimi dilimizin iĢlədilməsi geniĢlənməyə baĢladı. Bu, 
çox təbiidir; o zaman eləydi - nəyə mükafat verilsəydi həmin sahə inkiĢaf etdirilməliydi. 
«Yuxarıda belə məsləhət bilirlər»…
 


Bu, Heydər Əliyevin xidməti idi. Və bir də akademik Ziya Bünyadov’un «Azərbaycan Atabəylər 
dövləti»  əsərinə  dövlət  mükafatı  verdirməsi.  Bu  da  o  deməkdi  ki,  vaxtilə  Ziya  Bünyadova 
«millətçi», «Ģovinist» deyə hər cür damğalar vururdular və indi o, alimi bütün hücumlardan 
qorudu, yəni siz ermənilər ki həmiĢə Ziyaya «millətçi» deyirdiniz, indi alın - o, dövlət mükafatı 
laureatıdır. Vaxtilə Heydər Əliyev Ziya Bünyadovu tənqid etmiĢdi. Ermənilər bundan istifadə 
edib  yazırdılar ki,  hətta Azərbaycan  KP  MK-nın  birinci katibi  belə  onu  tənqid  edib  və Ziyanı 
beləcə  vururdular.  Bu  mükafatdan  sonra  isə  ermənilər  təzədən  yazdılar  ki,  Heydər  Əliyev 
millətçidir - o, millətçi Ziya Bünyadova dövlət mükafatı verdirib.  
Bax,  bu  Ģəkildə  hiss  olunurdu  ki,  hamı  öz  vətənini,  millətini  istəyir,  ancaq  sadəcə  olaraq, 
bunun müdafiə formalarını bilmir, hərə bir cür, öz bacardığı kimi müdafiə edir. Bu, bir xətt idi. 
Ġkincisi.  Bizim  xoĢbəxtliyimiz  onda  idi  ki,  dilçilərimizlə  ədəbiyyatçılarımız  təzyiqlərə  təslim 
olmayıblar,  Azərbaycan  ədəbiyyatını  və  dilini  həmiĢə  təbliğ  ediblər.  Bu  ikisi  bizdə 
vətənpərvərlik duyğularını saxlayıb, ölməyə qoymayıb. 
Birinci müdafiəyə qalxanlardan birisi rəhmətlik Mehdi Hüseyn idi. Xəlil Rza ilə Ġsa Hüseynov o 
zaman  bəzi  əsərlər  yazmıĢdılar.  Xəlil  Rzanın  vətənpərvər  Ģerləri  guya  millətçi  idi,  Ġsa 
Hüseynovu  «Tütək  səsi»  və  «Yanar  ürək»  əsərinə  görə  tənqid  etdilər  ki,  burada  zamanı 
qamçılayır,  «karatelni  otryadlar»ı,  dövrü,  mühiti  pisləyir.  Mehdi  Hüseyn  sonra  çıxıĢ  etdi  ki, 
onların  günahlarının  bir  qismi  də  biz  idarəçilərdədir,  yəni  məndədir  (o,  Yazıçılar  Ġttifaqının 
katibi idi) - biz gərək gənclərlə məĢğul olaq, onların müəyyən səhvlərini özümüz tənqid edib 
düzəldək. Yəni o, gəncləri himayəyə götürürdü ki, məsələlər geniĢlənib getməsin. 
60-ıncı illərdə ikinci bir dalğa gəldi. Bəxtiyar Vahabzadə’nin Ģerləri artıq hər yanda oxunurdu: 
«Gülüstan»  poeması  əldən-ələ  gəzirdi.  Rəsul  Rza’nın  yazıları,  xüsusən  «Qızılgül  olmayaydı» 
poeması  yeni  nəfəs  idi.  Düzdür,  o  zaman,  bir  növ,  güclü  ədəbiyyat  darğaları  da  vardı,  o 
darğalara qarĢı güclü mübarizə də. 
Sonra  Yusif  Səmədoğlu’nun,  Anar’ın,  Əkrəm  Əylisli’nin,  Elçin’in  yazıları  60-ıncı  illər 
ədəbiyyatında birdən qabağa çıxdı, onun böyük müsbət əhəmiyyəti oldu. 
Ancaq bunlar «dissidentlik» anlayıĢı ilə eyniləĢdirilə bilməz.
 
ġəksiz,  o  cür  qiymətləndirmək  olmaz.  Bunlara  o  zaman  rəhmətlik  Ġmran  Qasımov  da 
himayəçilik  edənlərdən  biri  idi.  Rəsul  Rza  ilə  Ġmran  Qasımov  bərk  müdafiə  edirdilər.  Sonra 
Heydər Əliyev də müəyyən qədər… 
…liberallıq elədi….
 
…liberallıq elədi, dəymədi. O, əvvəllər tənqid elədiyi adamların hamısına sonradan həm vəzifə 
verdi, həm də müdafiə etdi, həm Sosialist Əməyi Qəhrəmanı adı verdi və sair. Beləliklə də, 
«Azərbaycanda  yəni  bir  millətçilik,  bir  düĢmənçilik  var»  sözünü  götürtdü  (ab-havanı 
yumĢaltmaq məqsədi ilə). 
Ümumiyyətlə, Bəy, sən tutulan vaxt Azərbaycanda dissidentlik olub demək mümkündürmü?
 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə