DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə3/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   2   3   4   5   6   7   8   9   ...   99

Hər halda, kərpiclər qoyula-qoyula gəlir…
 
Bizim universitet mühitimiz də pis olmayıb. 
Orta  məktəbdə  oxuyanda  fikirləĢirdim  ki,  mən  nə  olmalıyam,  harada  oxumalıyam?  Bir  vaxt 
düĢünürdüm  ki,  ən  yaxĢı  sənət  həkim  olub  insanları  sağaltmaqdır.  (Bəlkə  də  anamın  məni 
dərman otları yığmağa göndərməsinin təsiri idi bu). Elə hey deyirdim ki, həkim olacağam. Nə 
isə, 8-inci sinifdə fikrim dəyiĢdi. Nizami’ni oxuyanda bildim ki, o, farsca yazıb, Xaqani farsca 
yazıb.  FikirləĢdim  ki,  farscanı  öyrənəcəyəm,  onları  öz  yazdıqları  dildə  oxuyacağam.  Sonra 
Füzuli’ni oxumağa baĢladım; 9-uncu sinifdə Füzulini baĢa düĢmək çətindir axı. Onda iĢlədilən 
sözləri öyrənmək istəyirdim.  
Mən  10-uncu  sinifdə oxuyanda eĢitdim  ki,  ədəbiyyat  fakültəsində üç  Ģöbə açılıb:  türk,  fars, 
ərəb. Məktəbi qurtaran kimi dedim ki, sənədlərimi ərəbə verəcəyəm. Dedilər ki, ərəb Ģöbəsi 
çox çətindir. Nə isə, verdim. 90-dan çox adam idik. 
Neçənci ildə?
 
1957-də. 
Orta məktəbi necə qurtardın, Bəy?
 
Bizdən bir il qabaq məktəbdə xeyli qızıl və gümüĢ medal vermiĢdilər Naxçıvanda. Hətta elə 
olmuĢdu  ki,  bir  sinifdə  oxuyan  30  nəfərdən  25-i  medal  almıĢdı,  səsi  çıxmıĢdı.  Ona  görə 
nazirlikdən  xüsusi  göstəriĢ  gəlmiĢdi  ki,  bu  il  qızıl-gümüĢ  söhbəti  olmayacaq.  Mən  qızıla 
düĢmürdüm,  ancaq  düĢəsi  yoldaĢlarım  vardı,  mənə  gümüĢ  verə  bilərdilər.  Qiymətləri  zorla 
aĢağı saldılar. Qızıl medal alasılara zorla «4» yazdılar… 
Nə isə, gəldin ərəb Ģöbəsinə…
 
Ərəb Ģöbəsinə 11 nəfər qəbul vardı. Müsabiqə çox güclü idi. Onu da deyim ki, mən çox da 
yüksək  qiymətlərlə  qəbul  olmadım.  Rus  dilindən  səsli  imla  yazdırırdılar,  mən  də  bu  dili  pis 
bilirdim; birtəhərlə «3» aldım. Tarix imtahanında müəllimlər heç qulaq asmırdılar. Lap axırda 
birdən-birə çöndülər, iki sual verdilər, birini bilmədim. Dedilər ki, hə, sən səhərdən danıĢırsan, 
bəlkə elə gop edirsənmiĢ? Yaman pərt oldum, dedim ki, baĢqa suallar verin. Verdilər. Bundan 
da «3» yazdılar. Sonra ədəbiyyat yazıdan «4», Ģifahidən «5» aldım, girdim. 
Mən, girənlərin içində orta səviyyəli idim. Məndən qabaq yüksək qiymət almıĢ doğrudan da 
savadlı uĢaqlar qəbul olunmuĢdu, heç bir üzgörənlik edilməmiĢdi. 
Həmin Ģöbəni qurtaranların içərisindən 3 elmlər doktoru çıxıb. 
Kimlərdir?
 
Rəhmətlik professor Malik Mahmudov, fəlsəfə elmləri doktoru Zakir Məmmədov və filologiya 
elmləri  doktoru  Aida  Ġmanquluyeva.  Elmlər  namizədi  Nərmin  Sultanlı  ĢərqĢünaslıq 
fakültəsində ərəb ədəbiyyatından dərs deyir. 


Bizim tələbələrin əksəriyyəti əla oxuyurdu. Yadımdadır - SSRĠ üzrə zərbəçi əmək briqadasıdır-
nədir,  bir  Ģey  vardı,  o  adı  respublikanın  bütün  ali  məktəbləri  üzrə  bizim  sinfə  vermiĢdilər, 
çünki tələbələrimizin hamısı çox yaxĢı oxuyurdu. BeĢ nəfər qırmızı diplomla qurtardı. 
Sən də onların içindəydin?
 
Yox, mən elə də güclü deyildim. Ən qüvvətlimiz Malik Mahmudov idi. Sonra universitetin ərəb 
dili  müəllimi  Malik  Qarayev  (o,  xaricə  çox  getdi,  dərs,  güzəran  baĢını  qatdı,  müdafiə  edə 
bilmədi, ancaq çox gözəl dərs deyir). 
Rəhmətlik Rəna xanım həyatdan tez getdi. Bütün dərslərini «5»lə oxuyardı. Son dərəcə gözəl 
insan  idi.  ġərqĢünaslığın  tələbələrindən  soruĢsanız  deyərlər  -  bütün  qızlar  onun 
davranıĢından,  hərəkətindən  nümunə  götürərdilər.  Elza  xanım  radioda  ərəb  veriliĢləri  üzrə 
diktordur. Balaxanım müəllimə indi orta məktəbdə ərəb dili müəllimidir. 
Beləliklə,  sinif  çox  güclü  idi.  Hətta  elə  olurdu  ki,  müəllimlər  bəzən  «gileylənirdilər»  ki, 
hamınıza «5» vermək olmaz axı, razılaĢın, kiməsə «4» yazaq. 
Bəs müəllimləriniz necə idi?
 
Deyirəm  də,  bizim  bəxtimiz  gətirib  ki,  müəllimlərimiz  həmiĢə  seçmə  olub.  Məsələn,  bizə 
lirikadan  dərs  deyib  rəhmətlik  Mir  Cəlal.  Dərs  deyib  Məmməd  Cəfər  Cəfərov,  dərs  deyib 
Həmid  Araslı.  Bunlar  ədəbiyyatdan  deyib.  Dilçiliyi  isə  Nəsir  Məmmədov,  müəyyən  hissələri 
Ağamusa  Axundov  (o  vaxt  o  ya  aspirant  idi,  ya  da  yenicə  müdafiə  etmiĢdi)  keçib.  Rus 
ədəbiyyatını  elmlər  doktoru  Fəridə  Vəzirova  deyirdi.  Bu  cür  müəllimlərimiz  vardı.  Dildən 
qrammatikanı bizə professor Əlövsət Abdullayev öyrədib.  
Unuda bilməyəcəyim bir nəfər də var - bizə xeyli əziyyət çəkmiĢ ərəb dili müəllimimiz Ələsgər 
Məmmədov.  Onun  ilkin  qrupu  idik  deyin  hələ  kitab  da  yox  idi  (kitabı  sonra  o,  özü  yazdı). 
Ələsgər  müəllim  ərəb  dilini  öyrətməkdə  bir  nömrəli  mütəxəssisdir.  Dərsin  ortasında 
tələbələrdə yorğunluq hiss edirdi, keçirdi zarafata. Hətta ərəb atmacaları deyirdi. Bizi məcbur 
edirdi  ki,  evdə  Molla  Nəsrəddindən,  baĢqalarından  azərbaycanca  lətifələr  öyrənib  ərəbcəyə 
çevirək - hələ ikinci kursda. O, Azərbaycanda ərəbĢünaslıq məktəbi yaratdı. 
Özü də, deyəsən, onun əsl ixtisası alman dilidir?
 
Hə,  alman  dilidir.  Onun  ərəbĢünaslıq  məktəbini  qurtaranlar  içərisindən  fəlsəfə,  ədəbiyyat, 
tarix  üzrə  çoxlu  alim  çıxıb,  onlarca  mütəxəssis xarici  konsulluqlarda,  səfirliklərdə  iĢləyir.  Biz 
xaricdə  olanda  deyirdilər  ki,  Bakıda  qurtaran  ərəbĢünaslar  ərəb  dilini  SSRĠ-nin  bütün 
yerlərində  oxuyanlardan  əla  bilir.  Moskvanı,  Leninqradı  bitirib  bizimlə  bir  yerdə  çalıĢan 
tərcüməçilər də deyirdilər ki, siz bu dili bizdən çox yaxĢı bilirsiniz. 
Siz xaricə neçənci ildə getmiĢdiniz?
 
1962-ci ildə universiteti qurtardım. 63-64-üncü illərdə xaricdə oldum (63-ün yanvarından). 


Universiteti  qurtaran  kimi  təyinatımı  xaricə  tərcüməçi  kimi  vermiĢdilər  -  Əsvan  bəndində, 
Misirdə  tikilən  baĢqa  bəndlərdə  iĢləmək  üçün.  Amma  xaricə  birbən-birə  getmək  olmurdu, 
layihə  institutuna  tərcüməçi  mühəndis  adı  ilə  götürdülər.  Həmin  layihə  institutunda  7-8  ay 
qaldıq (məĢq edirdik), sonra oradan 5-6 nəfər xaricə getdik. 
Bəy,  çox  adam  bilmir,  sən,  səhv  etmirəmsə,  iki  il  kommunist  olmusan.  Bu,  xaricə  getmək 
məcburiyyətindən irəli gəlməyib ki?
 
Yox, yox! Mən kommunist olmuĢam 1973-75-inci illərdə.  
Bu, belə oldu - o zaman birdən-birə baĢladılar ki, universitetin tarix, hüquq, elmi kommunizm
fəlsəfə,  ümumiyyətlə,  ideologiya  ilə  bağlı  müəllimlərinin  gərək  hamısı  kommunist  ola;  necə 
ola  bilər  ki,  ideya  iĢçisi  kommunist  olmasın?  Sonra  dedilər  ki,  kim  kommunist  olmasa 
universitetdən çıxarılacaq. Mən də çıxmaq istəmirdim - ona görə yox ki, iĢ tapmağa çətinlik 
çəkərdim,  sadəcə  olaraq,  tələbələrdən  ayrılmaq  istəmirdim.,  çünki  tələbələrin  içəriçində 
təbliğat  aparmağa  güclü  imkan  vardı.  Mən  bu  imkandan  əl  çəkmək  istəmirdim.  Məni  neçə 
dəfə ora-bura çəkdilər, yaxın dostlarım da dilə tutdular ki, partiyaya girmək gərəkdir, təzyiq 
etdilər.  Bizim  kafedrada  Nəriman  Həsənzadə  adlı  bir  müəllimimiz  vardı,  dedi  ki,  gəl  səni 
partiyaya  keçirək,  özü  də  zəmanəti  özüm  verəcəyəm.  Ġki  dəfə  zəmanət  yazdılar,  itirdim. 
Üstündən  bir il keçdi,  yenə  yazdılar.  Dilə  tutdular ki,  keçməsən  universitetdən  çıxaracaqlar. 
Mən də deyirdim ki, onsuz da, çıxaracaqlar. Beləcə axırda məni partiyaya keçirdilər. Nəriman 
müəllim Allah Ģahididir… 
O, Ģair Nəriman Həsənzadədir?
 
Yox,  indi  universitetdə  kafedra  müdiridir.  Aramız  yaxın  idi.  Dedim  ki,  axı  məni,  onsuz  da, 
tutacaqlar.  Cavab  verdi  ki,  tululsan  da  kommunist  kimi  tutulacaqsan,  bu  isə  çətin  olacaq. 
Kommunisti tutmaq üçün Mərkəzi Komitə də iĢə qarıĢacaq; səni elə-belə tutmaq olmayacaq, 
bunu dünya da biləcək. 
Tutulanda kommunist idin?
 
Hə. 
Bəs nədən bilirdin ki, tutulacaqsan?
 
Axı  bu  iĢlərin  bir  sonu  vardı  -  tutulmaq.  Bunu  tələbə  yoldaĢlarım  da  bilirdilər.  Biz  söz 
qoymuĢduq ki, bu yolda sonadək mübarizə aparaq. 
Nə vaxt tutuldun, Bəy? XahiĢ edirəm günü ilə, ayı ilə, ili ilə deyəsən.
 
1975-inci il yanvar ayının ya 15-i idi, ya da 17-si… 
Necə tutdular? Bəhanə nə oldu?
 
Bəhanəsi olmadı. Əvvəl məni çağırmıĢdılar - ondan hələ bir il qabaq, 1974-üncü ilin əvvəlində 
(yanvar,  ya  fevral  idi)  iki-üç  dəfə  Dövlət  Təhlükəsizliyi  Komitəsinə  çağırmıĢdılar  ki,  sən 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə