DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə5/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   2   3   4   5   6   7   8   9   ...   99

Əliyev mövzusuna sonra bir də qayıdarıq. Universitetdə iĢləmə dövründən söhbət getdi. Məni 
bir  Ģey  maraqlandırır  -  bax,  sən  tələbələrlə  iĢləyirdin,  onda  70-inci  illərin  baĢlanğcı  idi. 
Özünün  arxanda  elə  bir  mənəvi  dayaq  (istər  müəllimlərin,  istərsə  də  tələbələrin  içərisində) 
görürdünmü? Özünü Don Kixot vəziyyətində hiss etmirdin ki?
 
Çox  gözəl  sual  verirsən.  Bax,  bu  sualı  həmin  vaxtda,  tutulmamıĢdan  qabaq  kafedra 
müdirlərindən birisi (Aslan AtakiĢiyev) vermiĢdi. Çağırıb mənə dedi ki, bu iĢlərdən əl çək. Bir-
iki  dənə  yazı  yaz.  Hərəkətlərinə  görə  üzr  istə,  məsələ  qurtarıb  getsin.  Mən  rədd  cavabı 
verdim.  O  dedi  ki,  mən  sənə  kömək  etmək  istəyirəm,  istəyirəm  ki,  tutulmayasan,  ancaq 
tutacaqlar  (ola  bilsin  ki,  xeyirxahlıq  edirdi,  ola  bilsin  hökumət  tapĢırmıĢdı  -  onu  bilmədim). 
SoruĢdum ki, mən nədən yazmalıyam? Bildirdi ki, sən Türkiyəni çox tərifləyirsən. Təklif olunur 
ki, Türkiyənin əleyhinə bir məqalə yazasan. «Yox» cavabı verdim - yaza da bilmərəm, Türkiyə 
üzrə  mütəxəssis  də  deyiləm.  Qayıtdı  ki,  axı  Türkiyə  tarixindən  dərs  deyirsən?  Bildirdim  ki, 
bunun  iĢə  dəxli  yoxdur.  Dedi  ki,  məqaləni  yazıblar,  sən  təkcə  qol  çək.  Mən  qəti  boyun 
qaçırdım. Dedi ki, yaxĢı, ikinci mövzu - sosializm quruluĢunun müsbət cəhətləri, nə bilim, elm, 
nə  bilim  nə…  Bundan  da  yazıblar  məqaləni,  sən,  sadəcə  olaraq,  qolunu  çək,  biz  onu 
«Bakraboçi»də, «Pravda»da çap etdirəcəyik, bununla da məsələ qurtaracaq. Yenə qəti imtina 
etdim.  Onda  dedi  ki,  bilirsənmi  ki,  özün  Don  Kixot  vəziyyətinə  düĢə  bilərsən?  (Özü  də, 
mənimlə bir az ərklə danıĢırdı; dedi ki, məni bağıĢla, mən bu sözü iĢlətsəm acığın gəlməsin). 
Qabağında çox böyük stol vardı (kafedra müdiridir də). Dedi ki, bu stol böyüklükdə dəyirman 
daĢı olsa qaldırarsan? Cavab verdim ki, yox. Dedi ki, bəs niyə onun altına girirsən? Qayıtdım 
ki,  çatsa  da,  çatmasa  da,  məni  əzsə  də,  əzməsə  də  onun  altına  girməliyəm.  Baxdı-baxdı, 
«daha  sənə  kömək  etməyə  gücüm  yoxdur,  sonra  peĢman  olacaqsan»  dedi.  Dedim:  «Eybi 
yoxdur, Aslan müəllim. Qoy peĢman olum, bu, mənim yolumdur». 
O «Don Kixot» sözünü mənə bir neçə nəfər deyib. Hətta həbsxanadan çıxandan sonra da.  
Bir  dəfə  Özbəkistandaydıq,  akademik  Fərəməz  Maqsudov’la  ikimiz  ayrıca  mübahisə  edirdik 
(yanımızda  bir-iki  özbək  də  vardı).  Birdən  o  qayıtdı  ki,  ay  Əbülfəz  müəllim,  əl  çək  bu 
iĢlərindən,  bu,  Don  Kixotluqdur.  (Özbəklərin  arasında  da  təbliğat  aparırdım  ki,  bu  imperiya 
dağılmalıdır). 
Mən özümü heç zaman Don Kixot vəziyyətində hiss etməmiĢəm - heç zaman! 
Nəyə arxayın idin?
 
Həmin  vaxt  uĢaqlara  deyirdim  ki,  bu  imperiya,  mənim  hesablamalarıma  görə,  1985-86-cı 
illərdə  dağılacaq  (əsasən  86-cı  ili  götürmüĢdüm).  Dağılanda  isə  biz  hazır  olmalıyıq.  Mən 
demirəm ki, indi bir Ģey eləyək, indidən biz gizli təĢkilatlar yaradaq, həmin vaxta hazır olaq ki, 
xalqa lazım olanda üzə çıxaq, xalqı ehtiyacını müdafiə edək. O tələbələr qalır, o tələbələr indi 
də  mitinqlərə  gəlir.  Hamısı  da  indi  deyir  ki,  müəllim,  sənin  o  vaxt  dediklərini  biz  eləyə 
bilmədik. Məni müdafiə edən tələbələr vardı, baĢa düĢənlər vardı; artıq cəmiyyətimiz vardı: 
üçlük bir, beĢlik bir, yeddilik bir, doqquzluq bir. Ayrı-ayrı qruplar, yaratmıĢdım ki, bir-biri ilə 
əlaqəsi olmasın, çünki bilirdim ki, tez iliĢdirərlər. Bunlardan elə oldu - birisi iliĢdi, üç nəfərin iĢi 
açıldı, sonra bir yerdə beĢininki açıldı (bir nəfər satqın çıxdı, ya da döyülüb ələ alındı), daha 


geniĢlənib  bütün  tələbələri  əhatə  edə  bilmədi,  bütün  tələbələri  iĢə  qarıĢdıra  bilmədilər.  Bu, 
təbiidir, bilirdim ki, belə də olacaq. 
Don  Kixot  olmadığıma  inanmaqda  mənə  tarixçiliyim  də  kömək  edirdi  -  tutuĢdururdum, 
görürdüm ki, bu cür dövlətlər insanlığa ziddir, onlar yaĢaya bilmir, onların yaĢamaq qabiliyyəti 
yoxdur. 
Deməli, bugünkü günə inamın vardı?
 
Təbii! Mən deyirdim ki, o günü hökmən görəcəyəm. Ancaq doğrudan, arada Ģübhəli idim ki, 
bu  dövlət  dağılmağına  dağılacaq,  amma  mən  bəlkə  görməyə  də  bilərəm  -  öldürə  bilərlər, 
yolda  ölə  bilərəm,  kolda  ölə  bilərəm,  haradasa  ölə  bilərəm.  Ölüm  təbii  Ģeydir,  ancaq  mən 
bilirdim  ki,  imperiyanın  dağılması  günü  hökmən  yetiĢəcək.  Bunu  dərsdə  də  izah  edirdim, 
çünki dərsini keçirdik. Keçirik Osmanlı imperiyasını - möhĢətəm imperiya birdən-birə nə  cür 
olur dağılır? Sonra keçirik, məsələn, müstəmləkəçilik sistemini, nəhəng Britaniya imperiyasını. 
XIX əsrdə nə var - Ġngiltərənin əli var, nə var - ingilisin barmağı var, nə var - ingilis həll edir, 
hətta bütün dünyanın taleyini. Meydana gəlir, birdən-birə elə darmadağın olur ki, Ġngiltərə bir 
adada qalıb-qalmayacağı məsələsini bizim dövrümüzdə həll edə bilmir, hələ ətrafdakı adaları 
saxlaya bilmir, qaldı o imperiyanı. Və mən bilirdim ki, Rusiyanın özü də o yerə gəlib çıxacaq.  
Çox  qəribədir  ki,  mən  həbsxanadan  çıxandan  sonra  (1976-da  çıxmıĢam)  Bukovski  adlı  bir 
tarixçinin də öz yazılarında təxminən bu mövqedə durduğunu gördüm. Onu da tutdular. O da 
deyirdi  ki,  əgər  belə  getsə  bu  imperiya  dağılacaqdır  və  dağılmasının  əsas  səbəbkarlarından 
birisi də rus Ģovinizmidir - baĢqa xalqları o qədər sıxır ki, o xalqlar yığıĢıb, birləĢib buna qarĢı 
çıxacaq və dağıdacaq. Ġndi bu dövlətdə islahat aparılmasa gələcəkdə imperiya elə dağılacaq 
ki, Rusiyadan olsa-olsa balaca bir dövlət qalacaq, ancaq indi dağılsa heç olmasa böyük Rusiya 
qala bilər.  
Bu, əsl rus vətənpərvərliyidir. Bunu görənlər vardı, amma o zaman onlara, sadəcə olaraq, heç 
kəs qulaq asmırdı - onları tuturdular, sürgün edirdilər, qovalayırdılar. 
Bəy, sən tutulan ərəfədə (təxminən o illər idi) filosof Qəmbər müəllim də tutulmuĢdu, sonra 
onu güllələdilər…
 
Yox, mən çıxandan bir müddət sonra idi. Çıxandan sonra rəhmətlik Qənbərlə görüĢmüĢdüm. 
Qabaqlar da o adamla tanıĢlığın vardımı?
 
Bəli. 
Ümumiyyətlə, onun ölümünə, bu iĢə münasibət məni çox maraqlandırır.
 
Bu, çox mürəkkəb məsələdir. Qənbər müəllimlə biz tanıĢ idik. Rəhmətlik fikir söyləyən idi, bu 
mövcud  quruluĢun  əleyhinə  idi,  sistemdə  gedən  eybəcərlikləri  tənqid  edirdi,  xüsusən 
rüĢvətxorluğun əleyhinə hər yerdə danıĢırdı. Hətta universitetin qabağında qəbul imtahanları 
vaxtı  dilənçi  ona  əl  açanda  bütün  tələbələrin  içərisində  on  qəpik  verib  demiĢdi  ki,  qəbula 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə