DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə93/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   89   90   91   92   93   94   95   96   ...   99

polislər qadınlara əl vurur. Türkiyə məcbur olaraq qadınlardan polis dəstəsi yaratdı. Türkiyəni 
belə çıxılmaza saldılar. Bütün bunların hamısını mən fitnəkarlıq sayıram. 
Belə olduğu halda sual meydana çıxır: çadra gərəkdir, yoxsa deyil? Sualı Sizə verirəm, Ədalət 
bəy. 
ġəxsən mən çadraya adi bir geyim ünsürü kimi baxıram. Mənimçün onun heç bir əhəmiyyəti 
yoxdur. Qadın istəsə pencək geyər, istəsə geyməz. O, eynən bu cür - Ģəxsi arzusundan asılı 
olaraq istəsə çadra örtər, istəməsə örtməz. Mən məsələyə bu cür yanaĢıram.
 
Bəs yaylığa geyim ünsürü kimi baxmayaq? 
Yaylığa da eynilə yanaĢaq.
 
Bəs onda niyə məcbur edirik ki, pasporta Ģəkil hökmən yaylıqla çəkilsin? Məqsəd nədir? 
Bir çox adamlar inanır ki, dinin tələbi belədir.
 
Dinin tələbinə yanaĢanda da gərək doğru, gerçək yanaĢasan. Çadra örtmək, yaylıq bağlamaq 
din yolunda durmaq deməkdirsə bunu baĢa düĢdüm. Ancaq tutaq ki, biri çadra örtsə də nə 
namaz  qılır,  nə  oruc  tutur,  hələ  üstəlik,  araq  da  içir.  O  biri  xanımsa  baĢına  çadra  örtmür, 
amma islam dininin bütün kurallarına əməl edir - həyalı, abırlı geyinir, araq içmir, namaz qılır, 
oruc tutur. Nə üçün məhz bu adamları axtarmırıq, o birisini axtarırıq? Ġnsanları bu formalizmə 
aparmaq  onları  məhv  etmək  deməkdir.  Biz  çalıĢmalıyıq  ki,  insanların  formasından  yox, 
məzmunundan danıĢaq; öyrənək görək insanın ürəyində Allah sevgisi varmı, kim onu azdırıb, 
Allah yolundan niyə sapıb? Biz ona elm öyrətməliyik, Allahın yolunu göstərməliyik. Qur’anda 
deyildiyi kimi, elm hər bir kiĢiyə və qadına fərzdir, yəni Allahın buyruğuyla yerinə yetirilməli 
olan borcdur. Gəlin bundan danıĢaq. Uluğ bəy mədrəsəsinin baĢında bu ayəni yazdırıb qadın 
və  kiĢiləri  mədrəsəyə  cəlb  eləyib.  "Leyli  və  Məcnun"da  Məcnun  Leylini  harada  görmüĢdü? 
Məktəbdə. Onlar bir sinifdə oxuyurdular. BaĢqa sözlə, qız uĢağını oxutmalısan. Orta əsrlərin 
kitabları budur. Bəs indi nə oldu? Qızlarımıza Qur’anı öyrətməliyik, elm, sənət öyrətməliyik ki, 
heç kəsin əlinə baxmasın, gedib baĢqasına xidmətçi olmasın. 
Çadra  problemini  gündəliyə  gətirmək  yox,  qadınımızın  mənəviyyatı  uğrunda  mübarizə 
aparmaq gərəkdir. Ona məktəb açdırmaq, iĢ yeri açdırmaq, Ģərait yaratmaq lazımdır ki, gedib 
onun-bunun  qapısında  alçalmasın,  halbuki  gedib  xarici  firmalarda  xidmətçilik  edir.  Məsələni 
qəzetlər  də  böyüdürlər:  filankəs  yaylıqla  Ģəkil  çəkdirmək  istəyib,  qoymayıblar.  Ancaq 
imkansızlıqdan doğma uĢağını satanlar var, yüz minlərcə ac-yalavac, Ģikəst var. Bəs onlardan 
niyə yazmırlar? Bunlar fikri xırda Ģeylərə yönəltməklə böyük problemləri gizlətməyə çalıĢırlar 
təəssüf ki, bizlər də onlara yardımçı oluruq. Məsələnin mahiyyəti budur. 
GeniĢ  açıqlama  verdiyinizə  görə  çox  sağ  olun.  Bəy,  1813'üncü  ildən  üzübəri  fərqli 
ideologiyaların təsiri altında yaĢamıĢ "güney"lə quzeyin birləĢməsi cəmiyyət həyatında hansı 
problemlər yarada bilər və bu problemlərin qarĢısını necə almaq olar?
 


Bunun  üzərində  mən  çoxdan  fikirləĢirəm.  Mən  hələ  Universitetdə  iĢləyəndə  mübahisələr 
aparırdım. 
Moskvada  çıxan  kitablarda  dartıĢılır  ki,  azərbaycanlılar  ayrı  xalqdır,  yoxsa  bir  xalq?  Bəziləri 
deyir  ki,  bir  xalqdır,  çünki  geyimi  bir,  inancı  bir,  hətta  yeməkləri  bir,  dili  bir…  insanlardan 
ibarətdir.  Bu  zaman  bəziləri  baĢladı  ki,  onların  Ģüurları  fərqlidir.  Bizsə  bildirdik  ki,  bizdə 
qətiyyən ayrı Ģüur ola bilməz. Niyə? 
Birincisi,  hər  iki  yöndəki  ("güney"dəki  də,  quzeydəki  də)  müstəmləkə  xalqdır,  müstəmləkə 
xalqlarınsa  Ģüuru  həmiĢə  yaxın  olur,  çünki  ikisi  də  eyni  Ģəraitdədir:  biri  rusun,  o  biri  farsın 
müstəmləkəsindədir,  ikisi  də  azadlıq  və  demokratiya  uğrunda  mübarizə  aparır.  Səttar  xan 
hərəkatı  nədir?  Konstitusiya  uğrunda,  azadlıq  uğrunda  mübarizədir.  Rəsulzadə  hərəkatı  - 
müsavat  hərəkatı  da,  Xiyabani  hərəkatı  da,  PiĢəvəri  hərəkatı  da  həmin  Ģeydir.  Bunlar  çox 
böyük xalq hərəkatlarıdır. Bu xalq hərəkatları "demokratik-azadlıq hərəkatı" adlandırılır. Niyə 
"demokratik"?  Çünki  hər  hansı  hərəkatda  geniĢ  xalq  kütləsi  iĢtirak  edirsə  artıq  onun 
demokratik çaları var. Son 100 ildə bizim bütün hərəkatlarımız xalq azadlıq hərəkatı olub və 
onların  mahiyyəti  eyni  Ģüur  tərbiyə  edib.  Ġstər  o  hərəkat  Təbrizdə  baĢ  versin,  istərsə  də 
Bakıda - eyni Ģüurdur.  
Ġkincisi,  bizim  ədəbiyyatımız  və  mədəniyyətimiz  də  ayrılmayıb.  S.Vurğunu,  Sabiri  Təbrizdə 
necə  sevirlərsə  ġəhriyarı  Bakıda  Təbrizdəkindən  qat-qat  çox  sevirlər.  Biz  milli  Ģüurda, 
mənəviyyatda  ayrılmamıĢıq.  Əgər  birimiz  50  il  müstəqil,  digərimiz  müstəmləkə  olsaydıq 
aramızdakı fərq çox böyüyərdi. Bunlar eyni mühitdə yaĢamıĢ, eyni dərdli bir xalqdır. Millətin 
ümumi  istəyi,  dünyabaxıĢı  da  belədir:  azadlıq  olsun,  demokratiya  olsun,  insan  kimi 
yaĢayıĢımız olsun. 
"Biz  Avropanı  baĢa  düĢmürük.  …Asiyanı,  ġərqi  də  Avropa  həmiĢə  çətin  baĢa 
düĢüb" 
Bir  sual  da  vermək  istəyirəm:  sizcə,  Avropa,  ümumən  Qərb  bizi  düzgün  baĢa  düĢürmü? 
DüĢmürsə niyə?
 
Bu, mən deyərdim, dünyanın ən mürəkkəb suallarındandır.  
Biz Avropanı baĢa düĢmürük. Məsələn, ən ziyalı, ən intellektli, Fransanın tarixini gözəl bilən 
azərbaycanlı  Parisə  gedib-gələndə  Ģok  vəziyyətinə  düĢür.  Orada  Ģərait,  dünyagörüĢü,  əxlaq 
baĢqa cürdür. Asiyanı, ġərqi də Avropa həmiĢə çətin baĢa düĢüb.  
Yanılmıramsa Bestujev-Marlinski deyir ki, ġərqi, onun əhalisini biz yaxĢı bilmirik; onları baĢa 
düĢməkçün  gərək  onların  içində  olasan,  baĢına  Ģlyapa  yox,  papaq  qoyasan,  onların  yediyi 
yeməkdən və onlar kimi əllə yeyəsən. Onda baĢa düĢərsən ki, bu millətin mədəniyyəti heç də 
Avropa  mədəniyyətindən  geri  deyil,  gözəl  bir  mədəniyyətdir,  halbuki  biz  ona  gerilik  kimi 
baxırdıq. 
Mədəniyyətin dünyada çoxlu çalarları var. Bu mədəniyyətlər yavaĢ-yavaĢ bir-biriylə çulğaĢır. 
Amerikalılar bu məsələdə çox qabaqdadırlar. Onlar yeni bir mədəniyyət qururlar, çünki dünya 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə