DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə94/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   91   92   93   94   95   96   97   98   99

mədəniyyətini qəbul edir. Asiya mədəniyyəti özünə çərçivə cızır, çünki mühafizəkardır  - çox 
Ģeyi  qəbul  etmir.  Ancaq  Amerika  mədəniyyəti  yeni  yarandığına  görə  mühafizəkarlıqdan 
uzaqdır,  qapıları  açıqdır.  O  artıq  açıq  mədəniyyətdir.  Heç  kim  bir-birinə  lağ  eləmir.  Bu 
mədəniyyət  özünə  hədd  cızmayıb.  Bizim  küçədə  biri  hind  paltarı  geysə  hamı  dönüb  ona 
baxacaq, amma Amerikada heç kim ona fikir verməz. 
Yaponiya filmləriylə Amerika filmləri artıq çulğaĢmaqdadır. Hətta elə Amerika filmləri var ki, 
orada 3 sistem birləĢir: yapon sistemi, amerikan sistemi və amerikan-zənci sistemi. Amerikan 
cəmiyyəti  budur,  orada  sintezləĢmə  gedir.  Sovet  dövründə  bunu  süni  surətdə  həyata 
keçirməyə çalıĢdılar, elə bir Ģey alınmadı. 
Ümumiyyətlə,  Əbülfəz  bəy,  mən  görürəm  ki,  Avropa,  Amerika  bizim  demokrat  ola 
biləcəyimizə inanmaqda çətinlik çəkir.
 
Axı Avropa, Amerika bizi yaxĢı tanımır. Tanıdıqca inamları artacaq. 
Bir  Ģeyi  xatırladım.  Sumqayıt  hadisəsindən  sonra  haqqımızda  çox  pis  fikir  yaranmıĢdı: 
Sumqayıtdakılar  vəhĢidir,  baĢkəsəndir  və  s.  Ancaq  almanlar  gəlib  Sumqayıtda  konsert 
verdilər,  camaat  toplaĢdı,  çox  təsirli  keçdi.  Almanlar  hər  Ģeyi  yaxından  gözləriylə  görəndən 
sonra  bildirdilər  ki,  bu  insanlar  ki  musiqiyə  bu qədər  həvəskardır,  musiqiyə  ekstazla gülüb-
ağlayırlar, onlar yalnız humanist ola bilərlər.  
Çox düzgün tapıblar - Ģerə, poeziyaya, musiqiyə vurğun millət qəddar ola bilməz. Yəni dünya 
bu cür gördükcə, tanıdıqca bizi baĢa düĢəcək, fikirlərini dəyiĢəcəklər. 
Azərbaycan  insanı  çox  mədəni,  yüksək  Ģüurlu,  hədsiz  humanist  və  azadlıqsevər  dünya 
insanlarından  biridir.  Biz  bunu  üzə  çıxarmalıyıq.  Məsələn,  Azərbaycan  kəndlisi  dünyanın  ən 
ağıllı,  ən  tədbirli,  ən  zəhmətkeĢ  insanlarındandır.  Azərbaycan  fəhləsi  dünyanın  ən  ailəcanlı, 
onun  yolunda  özünü  fəda  edən  insanlardandır  (ola  bilsin  ki,  gəliri  azdır,  ixtisas  səviyyəsi 
aĢağıdır). 
Azərbaycan insanının çox əhatəli dünyagörüĢü var. Bəlkə də bu, bizim coğrafi Ģəraitimizdən 
irəli gəlir. Çünki  Azərbaycan  dünyanın  mərkəzindədir;  eyni zamanda Ġranı da, Türkiyəni də, 
Rusiyanı da, Orta Asiyanı da… görür.  
Bizim məlumat dairəmiz də mərkəzdə olduğumuza görə çox geniĢdir. Ġstədiyiniz kəndə gedin. 
Görün sadə kəndli sizinlə necə danıĢır. Bu sualı verin fransız aliminə.  
Bu,  çox  qəribə  və  mühüm  hadisədir  -  elə-belə  danıĢmıram.  Bizim  savadsız  qocamız  da 
müdrikdir, məlumatlıdır. Bu savadsız qoca Aristoteli bilir, Loğmanı bilir, bütün dünya həkimləri 
haqqında nə qədər rəvayət var, hamısını bilir. 
Alman alimlərindən biri belə yazmıĢdı ki, ən böyük mədəniyyət insanların insan kimi yaĢaması 
və  davranmasıdır;  bu  baxımdan  türklərə  çatacaq  baĢqa  millət  yoxdur  -  bunu  etiraf  edirik, 
çünki türk ağacı da sevir, torpağı da, daĢları da, insanı da, onların hamısına sevgiylə yanaĢır. 
Bu da türk böyüklüyündən irəli gəlir. 


Bunu almanlar yazıb. Onlar kənardan gözəl müĢahidə edə biliblər. Özümüzsə özümüzə hələ 
yaxĢı  bələd  deyilik.  Belə  olduqda  baĢqalarının  bizi  yaxĢı  tanımamasından  inciməməliyik. 
Borcumuz özümüzü həm özümüzə, həm də dünyaya tanıtmaqdır. 
Müsahibəyə görə çox sağ olun! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


"MƏN QURTULUġÇUYAM"  
Əbülfəz Elçibəy’lə Ədalət Tahirzadə’nin söhbəti ( 27 May 1999 ) 
Birinci bölüm  
"TÜRK BĠRLĠYĠNĠN ĠLKĠN YOLU AZƏRBAYCANIN BĠRLĠYĠNDƏN KEÇĠR" 
Əbülfəz  bəy,  millətçilik  nədir?  Siz  onu  necə  təsəvvür  edirsiniz?  Ümumiyyətlə,  millətçilik 
anlayıĢı haqqında fikirlərinizi bilmək maraqlı olardı.
 
Millətçilik  haqqında  məndən  öncə  çox  adam  danıĢıb.  Ancaq  ən  ümumiləĢmiĢ  və  mənim 
xoĢuma gələn fikir budur ki, millətçilik də din kimi müqəddəs bir inamdır. Necə ki, insanlar 
dinə  inanırlar,  o  dini  müqəddəs  sayırlar,  millətçilik  də  müqəddəs  bir  inancdır.  Və  insan 
millətini  sevərkən,  millətinə  qovuĢarkən  ölümsüzlüyə  qovuĢur,  çünki  insan  millətinin  bir 
hissəciyidir -onunla bütövləĢir; onunla bütövləĢəndə millət ölməzdir deyə insan da ölməzliyə 
qovuĢur.  
Ġkincisi, insan  fikirləĢir ki,  onun  düĢüncələri, əməlləri kimə  qalacaq,  nəyə  qalacaq  və yaxud 
boĢ qalacaq. Amma millətçi olanda fikirləĢirsən ki, onun irsi millət üçün, xalq üçün qalacaq, 
ona  görə  də  millətinə  bağlı  olmaq  insanı  həm  güclü,  həm  xoĢbəxt  edir,  onu  müqqədəs  bir 
inamla yaĢadır. 
Oxuduğum  kitablarda  bütün  dünyada  türk  millətinə  qarĢı  olan  böyük  düĢmənçiliklə 
qarĢılaĢdım.  Baxdım,  gördüm  ki,  Rusiya  imperiyasının,  fars  Ģovinizminin,  onlara  qoĢulmuĢ 
erməni Ģovinizminin, yunan Ģovinizminin türkçülüyə qarĢı böyük düĢmənçiliyi var... 
Avropanın  da  uzun  müddət  türklərə  ögey  yanaĢması,  onlarla  müharibələr  aparması,  ġərq 
məsələsinin  300  il  meydanda  olması  məndə  bu  haqsızlıqlara  qarĢı  nifrət  yaradıb.  Məni 
düĢündürür: türkün haqqı niyə tapdanır, onun haqqında Ģər, böhtan deyilir? Mənim millətim 
haqqında niyə bunu deyirlər?  
Mən  türk  millətçisiyəm  və  bununla  fəxr  edirəm.  Ancaq  bizim  türk  millətçiliyimiz  Ģovinizmə, 
irqçiliyə  qarĢı  olan  bir  ideyadır.  Bizim  millətçiliyimiz  milli  özünümüdafiə,  türk  milli  ruhunun 
qorunması,  onun  dirçəldilməsi,  dünyaya  çatdırılması  və  türk  birliyinə  nail  olmaq  uğrunda 
mübarizədir.  Türk  birliyininsə  ilkin  yolu  Azərbaycanın  birliyindən  keçir  -  türk  birliyinə 
yetiĢməkçün öncə Azərbaycanın birliyinə nail olmaq lazımdır. QarĢıda duran məsələlərdən biri 
budur.  
Əbülfəz bəy, biz indiyədək "millət nədir?" sualına cavab verəndə həmiĢə Sovet məktəblərində 
bizə öyrədilən dördkomponentli Stalin tərifindən çıxıĢ etmiĢik.  Bəs Siz "millət" deyəndə nəyi 
düĢünürsünüz? Millətin millət olmasıyçün hansı Ģərtlər lazımdır? Və bizim millətimiz hansıdır? 
Çünki  onu  bildirməkçün  ən  müxtəlif  terminlər  iĢlədilir:  'Azərbaycan  milləti",  "azərbaycanlı 
milləti", 'türk milləti', hətta 'azəri milləti" və b. 
 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə