DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə96/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   91   92   93   94   95   96   97   98   99

Avropa  kitablarının  heç  birində  türklər  türk  kimi  təqdim  olunmur.  Yazırlar  ki,  filankəs  Orta 
Asiyalıdır.  Ay  balam,  bu,  türkdür  axı.  Məsələn,  Təbriz  Miniatür  Mərkəzi  dünya  miniatür 
məktəbinin Ģahıdır, ancaq hər yerdə gedir "Ġran mədəniyyəti", "fars mədəniyyəti". QardaĢ, axı 
bunu  türk  yaradıb!  Yaxud 
Əbdülqadir  Marağayi
,  Səfiəddin  Urməvi  dünya  səviyyəsində 
musiqinin klassikləridir, amma onlar da baĢqa millətin adına yazılır. S.Urməvinin musiqiyə aid 
ərəbcə yazdığı əsərin adı "Kitab əl-ədvar əl-mufassələ"dir. Ərəb dilində bir var kök hərflər, bir 
də var zəif hərflər. Zəif hərfləri atırsan, həmin əsərin adında oxunur: do, re, mi, fa, sol, lya - 
indi  də  tətbiq  edilən  notlar!  Belə  kitab  ruslarda,  ingilislərdə,  almanlarda  olsaydı  indi  ona 
heykəl ucaltmıĢdılar...  
Türk  kimliyi  Avropaya  yalnız  türkün  öz  mədəniyyətinə  sahib  çıxmasından  sonra  təqdim 
olunacaq.  Türklər  baĢqa  millətlərə  türk  kimliyinin  özünü,  mədəniyyətini,  tarixini  öyrənərək 
yenidən  təqdim  etməlidir.  Vaxtilə  bu  türklük,  tutalım,  bir  vərəqdə kömürlə  yazılmıĢdısa  indi 
biz onu gözəl, çağdaĢ texnika vasitəsilə həkk etməliyik. SoydaĢlarımız öz xalqını tanıdıqca, öz 
millətinin keçmiĢini, mədəniyyətini öyrəndikcə, təbii ki, qürur duyacaq. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Ġkinci bölüm 
 "SƏN DEMOKRATĠYANI POZARAQ MĠLLƏTÇĠ OLMAYACAQSAN" 
Bəy,  hətta  bizimlə  yaraqdaĢ  olan  adamların  da  bir  çoxu  deyir  ki,  biz  "türkçülük"  yox, 
"azərbaycançılıq"  Ģüarı  irəli  sürməliyik.  Sizin  "türkçülük"  və  "azərbaycançılıq"  anlayıĢlarına 
münasibətiniz?
 
Belə  fikirlər ola  bilər və buna  heç  kim etiraz etmir. Mən  Azərbaycanda,  Bakıda çoxlu  ruslar 
görmüĢəm  ki,  deyir  mən  bakılıyam  və  bununla  fəxr  edirəm,  heç  zaman  moskvalı  olmaq 
istəmərəm. Yaxud Bakıda çoxlu yəhudilər var, deyirlər ki, mənim millətim ikidir - bir millətim 
yəhudidir,  biri də Bakı; Bakısız  yaĢaya bilmərəm.  O adam  Bakını  özünə  millət  kimi götürür. 
Yəni bu, yerə, torpağa, Vətənə məhəbbətdən irəli gəlir. Azərbaycanda yaĢayan ləzgilər onlara 
"azərbaycanlı" deyilməsini xoĢlayırlar, Azərbaycanla qürur duyurlar.  
Bu,  çox  normaldır.  Mən  bunun  əleyhinə  çıxmıram  və  heç  kim  də  çıxa  bilməz.  Ancaq  bir 
incəliyi gözdən qaçırmamalıyıq - bir var Azərbaycan - Vətən və ondan doğan qurur, bir də var 
millətdən  duyulan  qürur.  Mən  öncə  millətimdən  qürur  duyuram.  Amma  bu  qürurları  bir-
birindən ayırıb qarĢı-qarĢıya da qoymaq olmaz.  
Ġnsan nə yurdsuz insan olur, nə də millətsiz; bunların ikisi də olmalıdır. Mən qəbul edirəm ki, 
təbii  olaraq,  bir  qırğız  türkü  Qırğızıstanı  daha  çox  istəyəcək,  nəinki  Azərbaycanı,  çünki  o, 
Qırğızıstanda böyüyüb, oranın havası, suyuyla boya-baĢa çatıb.  
Bəzən  deyirlər  ki,  Vətən  nə  Azərbaycandır,  nə  də  Qırğızıstan  -  Vətən  böyük  Türküstandır. 
Bəlkə də bir zaman Aralıq dənizindən Uzaq ġərqə qədərki Böyük Türküstan, Turan yaranacaq 
və  onda  deyəcəklər  ki,  hə,  vətən  Turandır,  Türküstandır.  Ancaq  hələ  Türküstan  vətəni, 
Türküstan məfkurəsi yaranmayıb.  
Çox vaxt bizim opponentlərimiz belə fikir irəli sürürlər ki, guya həm Ģəxsən Əbülfəz Elçibəy, 
həm Azərbaycan Xalq Cəbhəsi Partiyası, həm də baĢqa demokratik qüvvələr Azərbaycandakı 
milli azlıqların hüquqlarını tapdalamağa meyllidirlər; onlar yalnız türk mənafeyini önə çəkirlər. 
Ancaq  Ģəxsən  mənim  özüm  bu  düĢüncəni  tam  yanlıĢ  sayıram.  Niyə?  Çünki  Azərbaycanda 
yaĢayan  vur-tut  7  min  udidən  ötrü  Sizin  prezidentliyiniz  dövründə  orta  məktəblərdə 
keçməkçün  "Udi  dili"  dərslikləri  hazırlandı  və  nəĢr  edildi.  Eyni  münasibət  ləzgilərə,  talıĢlara, 
kürdlərə... də göstərildi - bu gün onlar da orta məktəblərdə öz dillərindəki dərsliklərdən ana 
dillərini öyrənirlər. 1992'nin sentyabrında Sizin ilk fərmanlarınızdan biri milli azlıqlara hərtərəfli 
qayğı göstərilməsiylə bağlıydı. 
 
Bizim  hamımız  "azərbaycanlı"  adlandırılmaqla  fəxr  edirik,  ancaq  Azərbaycanda  yaĢayan 
çoxmilyonlu  türklərə  "azərbaycanlı"  deyilməsi  nə  dərəcədə  uyğundur?  Ümumiyyətlə, 
"azərbaycanlı" termini haqqında nə deyərdiniz?
 
-"Azərbaycanlı"  termini  Azərbaycanda  yaĢayan  bütün  vətəndaĢlara  aiddir.  Ancaq  o,  heç 
zaman etnik, milli məna kəsb eləmir.  


Biri  var  "rus",  biri  də  var  "rusiyalı".  Moskvada  yaĢayan  tatara  sən  "rus"  deyə  bilməzsən;  o 
deyəcək ki, mən rusiyalıyam, amma tataram. Azərbaycanda doğulub Azərbaycanda böyüyən 
Ģəxs  də  deyəcək  ki,  mən  azərbaycanlıyam.  Bəs  nə  deməlidir  ki?  Azərbaycanda  doğulsun, 
Azərbaycanda  böyüsün,  sonra  da  desin  ki,  mən  fransalıyam?  Deməz  axı.  Ona  görə  də  bu, 
torpağa, məkana bağlı addır. "Türk"sə millətlə bağlı, etnik addır, ona görə də millətimizin adı 
kimi "türk" götürülməlidir.  
BaĢqa  bir  məsələ  də  var.  Siz  bunu  tez-tez  iĢlədirsiniz,  deyirsiniz  "bizim  opponentlərimiz". 
XahiĢ edirəm bundan sonra o məsələyə diqqət yetirəsiniz. Mən "opponentlər"lə "düĢmənlər"i 
ayırmaq istəyirəm. Onların çoxu opponent sözü deyil, düĢmən sözüdür.  
Bu gün ləzgilər, avarlar aĢağı siniflərdə öz dillərində dərs keçirlər və o dərsi keçəndə bizə dua 
edirlər  ki,  nə  yaxĢı  bu  kitabları  bizə  verdilər,  dilimizdə  əlifba  buraxdılar.  Hollandiyada, 
Belçikada, Ġsveçrədə vəziyyət nə cürdür? Hər bir xalq gəlib orada yaĢasa deyəcəklər ki, get 
məktəb  aç,  oxu.  Orada  hökumət  bəlkə  kömək  edir,  bəlkə  də  etmir.  Bizsə  hökumət  olaraq 
kömək də edirdik, yəni demokratiyanın, insan haqlarının Ģərtlərini nəzərə alırdıq.  
Gələcəkdə  də  Azərbaycanda,  türk  mənəviyyatı  dairəsində  yaĢayan  azsaylı  xalqların  həyatını 
biz qurmalıyıq, onların mədəniyyətini qorumalıyıq, mədəniyyətlərini inkiĢaf etdirməkdə onlara 
yardım göstərməliyik.  
Əbülfəz  bəy,  sizcə,  çağdaĢ  dünyamızda  "demokratiya"  və  "millətçilik"  anlayıĢları  necə 
çulğaĢır, yaxud çulğaĢmalıdır? 
 
Mən  deyərdim  ki,  ölkənin,  xalqın  inkiĢafından  ötrü  ən  normal,  aparıcı  xətt  budur.  Bu  gün 
ġərqdə  sosial-demokratiya  yeriyə  bilməz,  çünki  mümkün  deyil.  Gözümüzün  qabağında 
kommunizm  yerimədi;  kommunistlər  milyonlarla  insanı  vurdular,  qırdılar,  əzdilər,  ancaq 
kommunizmi yeridə bilmədilər.  
Xalq  müstəqil,  azad  olmalıdır.  Biz  hələ  azadlıq  uğrunda  mübarizə  aparırıqsa  sosial-
demokratiyadan  danıĢmaq  olmaz.  Azadlıq  məfkurəsi  bütün  qüvvələri  birləĢdirir.  Azadlıq 
məfkurəsi milli mənada daha üstünləri bütövləĢdirir və millət öz müqəddəratını həll eləyir.  
Millət  öz  müqəddəratını  həll  etməyincə  ayrıca  bir  Ģəxs  öz  müqəddəratını  həll  edə  bilməz. 
Milyonumuz  da  millətə  aidik;  milyonumuz  müqəddəratımızı  birgə  həll  etməmiĢiksə  onu  fərd 
necə həll edə bilər? Ona görə bu müstəvidə birinci millətçilik gedir.  
Millətçiliyin  metodları  var.  Millətçilik  faĢizm  formasında  da  aparıla  bilər,  kommunizm 
formasında  da,  hansısa  bir  Ģovinizm  formasında  da  (məsələn,  fars  Ģovinizmi  formasında). 
Millətçilik  Ģovinizmə  getməsin,  irqçiliyə  yuvarlanmasın  deyə  onun  qabağına  demokratiyanı 
qoydular.  
Bəli, bu gün sən demokratiyanı pozaraq millətçi olmayacaqsan. Demokratik qayda-qanunları 
gözləyəcək,  demokratik  dəyərləri  sındırmayacaq,  əksinə,  onları  mənimsəyərək  millətçiliklə 
demokratiyanı məfkurədə çulğaĢdıracaqsan və olacaqsan millətçi demokrat. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə