DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə88/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   84   85   86   87   88   89   90   91   ...   99

Ġkincisi,  H.Əliyev  deyir  ki,  Moskvada  Siyasi  Büroda  türk  xalqları  içərisindən  yeganə  mən 
olmuĢam  və  bu,  mənim  öz  bacarığım  sayəsində  baĢ  verib.  O,  niyə  baĢqalarını  inkar  edir? 
Ondan  çox-çox  qabaq  Siyasi  Büroya  Brejnevin  yaxın  dostu  Dinmühəmməd  Kunayev 
seçilmiĢdi.  ġərəf  RəĢidov  da  ondan  qabaq  Siyasi  Büro  üzvlüyünə  namizəd  idi.  Daha  sonra 
türklərin  azsaylı  tofalar  xalqının  nümayəndəsi  Çernenko  isə  Heydər  Əliyevdən  də  yuxarı 
çıxaraq MK'nın BaĢ katibi olmuĢdu. 
Hər Ģey göz qabağındadır. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda indiyədək aparılan 
mübarizəni  bu  gün  bolĢevikcəsinə  danaraq,  M.Ə.Rəsulzadə’nin  adının  çəkilməsinə  belə 
qısqanclıq  göstərərək  müstəqilliyimizlə  bağlı  hər  Ģeyi  öz  adına  çıxarmaq  istəyən  məgər 
H.Əliyev deyil? 
Doğrudanmı  Siz  baĢda  olmaqla  indiki  müxalifət  liderləri  indiyədək  sağ  qaldığınıza  görə 
H.Əliyevə minnətdar olmalısınız?
 
Heydər  Əliyev  sağ  qalması  üçün  mənə  minnətdarlıq  etməlidir.  Onun  Bakıya  gəlməsinin  də, 
Bakıdakı  mühafizəsinin  də,  Naxçıvana  getməsinin  də,  Naxçıvanda  Ali  Sovetin  sədri 
seçilməsinin də səbəbkarı mənəm. Bunlara mən kömək eləmiĢəm. H.Əliyev bunları bilməlidir 
və bilir.  
H.Əliyevin  Naxçıvan  Ali  Sovetinin  də,  Azərbaycan  Ali  Sovetinin  də  sədri  seçilməsindəki 
həlledici rolunuzu indi səmimi Ģəkildə deyirsiniz. Buna bu gün peĢmansınız, ya yox?
 
Bu məsələnin nə qədər xeyirli, nə qədər ziyanlı olmasını mən hələ də ölçüb-biçirəm. Orada 
elə məqamlar var ki, bəli, mən hökmən o addımı atmalıydım, özü də, o addımı məcburi yox, 
Ģüurlu  Ģəkildə  atırdım.  Düzdür,  mövcud  Ģərait  də  adamı  vadar  edir  ki,  müəyyən  addımı 
atmalısan.  
Mən düĢünürdüm ki, H.Əliyevin gəlməsi onun ətrafındakı qüvvələrin sakitləĢməsinə və onların 
bizimlə birləĢərək Azərbaycanın problemlər girdabından çıxarılmasına səbəb olacaq.  
Mən müxtəlif siyasi qüvvələri Azərbaycan naminə birləĢdirmək istəyirdim. Vəzirova da, onun 
adamlarına  da,  Mütəllibova  da,  onun  adamlarına  da,  Əliyevə  də,  onun  adamlarına  da 
demiĢdim  ki,  gəlin,  Azərbaycanın  müstəqilliyi,  gələcəyi  yolunda  əl-ələ  verək,  belə  etsək  bir 
neçə  ayın  içində  ən  ciddi  problemlərimizi  də  həll  edə  bilərik  -  xalqın  gücü,  iradəsi  ilə.  Mən 
hətta  Vaqif  Hüseynovu,  Rəhim  Qazıyevi,  Surət  Hüseynovu  da  Vətən  uğrunda  mübarizəyə 
qoĢmaq istəyirdim. Təəssüf ki, bütün bu adamların həm iddiaları, həm də müxtəlif qüvvələrin 
təsiri altında olması onların vahid gücə çevrilməsinə imkan vermədi.  
Bu gün onların da hamısı əzab-əziyyət içərisindədir, mən də, xalq da. Bu gün Heydər Əliyevin 
özünün də vəziyyəti yaxĢı deyil və onun sonu necə qurtaracaq - bunu qarĢımızdakı yaxın tarix 
göstərəcək. 
Bakı-Ceyhan  neft  kəmərindən  danıĢarkən  H.Əliyev  onun  çəkiliĢinin  yalnız  Azərbaycandan 
deyil, 11 xarici Ģirkətdən də asılı olduğunu, onların qarĢısına vəzifə qoyduğunu bildirir.
 


Bu  bir  cümlədə  onun  məntiqsizliyi  tam  üzə  çıxır;  gah  deyir  ki,  məndən  yox,  11  Ģirkətdən 
asılıdır, gah da deyir ki, onların qarĢısına vəzifə qoymuĢam. Onlar tam müstəqil Ģirkət olduğu 
halda, qarĢılarına nə vəzifə qoya bilərsən? 
H.Əliyev  burada bir  gülləylə  iki  dovĢan  vurmaq  istəyir  -  birinci,  Türkiyəyə  demək  istəyir  ki, 
mən bu boru xəttini dəstəkləyirəm, ancaq hər Ģey məndən asılı deyil, ikinci də, baĢ tutası olsa 
deyəcək ki, mənim Ģirkətlərin qarĢısına vəzifə qoymağım nəticəsində hər Ģey yoluna düĢdü. 
Türkiyə, bunu sənin xatirinə məhz mən etdim.  
Əbülfəz  bəy,  bu  gün  AXCP-Müsavat  münasibətlərini  pozmaq  istəyənlər  çoxdur.  Onlara 
sözünüz?
 
Bu meyl əvvəllər daha çox idi. Belə fəaliyyəti iqtidar qəzetlərindən həmiĢə gözləyir və adi Ģey 
kimi  qarĢılayıram.  Təəssüf  ki,  müxalifət  qəzetlərində  də  belə  Ģeylər  vardı,  ancaq  getdikcə 
azalır.  "Azadlıq"da  da,  "Cümhuriyyət"də  də,  "Yeni  Müsavat"da  da,  baĢqalarında  da  belə 
Ģeylərə rast gəlmək olurdu. Onlar qızıĢdırıcı materialları verməyi hətta qəzetin yaxĢı satılması 
ilə  izah  edirdilər.  Ancaq  görünür,  baĢa  düĢdülər  ki,  onların  belə  mövqeyi  siyasi  partiyalar 
arasında  çox  zərərli  nəticələrə  gətirib  çıxara  bilər,  ona  görə  son  vaxtlar  belə  yazılar  xeyli 
azalıb.  Ancaq  iki müxbir  hələ  də dediyindən dönmür  -  biri "Avrasiya"da Ülkər Ġsmayılqızı,  o 
biri  isə  "Hürriyyət"də  Ləman  ƏliəĢrəfqızı’dır.  Bu  xanımlar,  nədənsə,  partiyalar  arasında 
münaqiĢələr yaratmaq yolunda fəaliyyətlərini hələ də davam etdirirlər. Mənə elə gəlir ki, onlar 
da bir gün bunun özləri üçün də xeyirli olmadığını dərk edərək yanlıĢ yoldan çəkiləcəklər. 
  
 
 
 
 
 
 
 
 
 
 
 


 
"TÜRK TARĠXĠNDƏ DƏ, DÜNYA TARĠXĠNDƏ DƏ ÖZ SÖZÜMÜZÜ DEYƏCƏYĠK"  
Azərbaycan milli azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının 
və Bütöv Azərbaycan Birliyinin sədri Əbülfəz Elçibəy’lə onun mətbuat katibi 
Ədalət Tahirzadə’nin söhbəti ( 5 Mart 1999 ) 
 
"Biz həmiĢə birləĢmək haqqında düĢünmüĢük" 
Əbülfəz bəy, Bütöv Azərbaycan Birliyinin yaranması hansı zərurətdən doğdu?
 
Azərbaycan  xalqı  birləĢməyin  arzusunda  həmiĢə  olub.  Ġki  misal  çəkəcəyəm.  Xalq 
yaradıcılığından götürdüyüm bir bənd bütün millətin sözüdür, hansısa Ģairin yox. 
    
Gedin deyin Xançobana,
  
    Gəlməsin bu il Muğana;
  
    Muğan batdı nahaq qana - 
 
    Apardı sellər Saranı.
  
Xalq  yaradıcılığından  gələn  bu  sözlər  sübut  edir  ki,  biz  həmiĢə  birləĢmək  haqqında 
düĢünmüĢük. 
Bu  Ģer  o  vaxta  təsadüf  edir  ki,  Rusiya  imperiyası  gəlib  Muğanı və  Azərbaycanı  tutdu,  Arazı 
sərhəd  edib  Azərbaycanı  iki  yerə  böldü.  Həmin  Xançobansa  Nəbati’nin  təxəllüsüdür. 
Xançoban - Nəbati də öz tayfasıyla Qaradağda yaĢayırdı. Bunlar həmiĢə Muğana gəlir, qıĢlağı 
burada keçirirdilər. Bu Ģeri ona görə yazıb ki, "Muğan batdı nahaq qana, apardı sellər Saranı". 
Xalq öz dərdini bu cür ifadə edib. 
Ġkinci bənd Araza aiddir. 
    
Arazı ayırdılar,
  
    Qum ilə qayırdılar
  
    (Ya da: Qan ilə doyurdular). 
 
    Mən səndən ayrılmazdım,
  
    Zülm ilə ayırdılar!
  
Bax,  bu  da  dərdin  bir  ifadəsidir.  Azərbaycan  xalqı  bir  olmağı  həmiĢə  arzulayıb,  ancaq 
imperiyalar  buna  imkan  verməyib.  Buna  baxmayaraq  biz  mənən  və  ruhən  ayrılmamıĢıq. 
Sadəcə  olaraq,  soğrafi,  inzibati  baxımdan,  iki  dövlətin  zülmü  və  iĢgəncəsi  nəticəsində  ayrı 
salınmıĢıq. Ġndi Azərbaycanın quzeyində müstəqillik yaranıb. Ġstədik bu müstəqillik mərkəz və 
güney bölgələrimizdə də olsun. 
Hətta  Meydan  hərəkatı  baĢlayanda  da  "Bakı-Təbriz!"  Ģüarları  vardı.  Bir  Ģeyi  xatırladım. 
Meydanda bir gün insanlar iki-üç saat "Təbriz!", "Təbriz!" Ģüarları qıĢqırdılar. Mən o zaman 4 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə