erməni iĢğalçılarından təmizlənməsini də öz adına çıxır və burada Siz baĢda olmaqla iqtidarın
heç bir baĢçısının rolu olmadığını bəyan edir.
Mən Surət Hüseynovun həm «Space», həm də dövlət televiziyasındakı çıxıĢlarına baxmıĢ,
çıxıĢın mətnini «Xalq qəzeti»ndə diqqətlə oxumuĢam. S.Hüseynov orada yalnız bir məqsəd
güdüb - indiki iqtidarın istəyinə və sifariĢinə uyğun olaraq bizi gözdən salmaq. Bu məqsədlə
o, bütün faktları saxtalaĢdırıb, bizim ünvanımıza bol-bol böhtan və iftiralar yağdırıb.
Goranboy və Ağdərə rayonlarının azad edilməsi məsələsinə gəlincə, S.Hüseynov baĢdan-
ayağa yalan danıĢır. Goranboy və Ağdərəni azad edənlər əslində həmin rayonlardakı yerli
özünümüdafiə dəstələri idi. Onlara müəyyən qədər hərbi qüvvələr və polis də köməklik
göstərirdi. Burada daha çox Azərbaycanın Milli Qəhrəmanı MaĢallah Abdullayev’in baĢçılıq
etdiyi qüvvələrin qəhrəmanlığını xüsusi qeyd etmək gərəkdir. Onların gördüyü iĢi heç kəs öz
adına çıxa bilməz.
Həmin əməliyyatlarda yerli döyüĢçülər xeyli Ģəhid verib. O rayonların azad olması da həmin
Ģəhidlərin xidmətidir, Surət Hüseynovun yox; o yalnız bəzi əməliyyatları sursatla təchiz edib
ki, bu sursatı da dövlət göndərmiĢdi. Goranboyun hansı sakinindən soruĢsanız mənim
dediklərimi təsdiqləyər.
S.Hüseynov Ali BaĢ Komandan kimi Sizin Laçın dəhlizini bağlamaq haqqında əmr
verdiyinizdən danıĢarkən bu əmrin yerinə yetirilməməsinin səbəbini batalyon komandirinin
Laçının yaxınlığında həlak olması və bütün döyüĢçülərin onun yasına getməsi ilə izah edir.
Bildirir ki, briqada komandiri Nüsrət Namazov bu hücum üçün heç bir lazımi tədbir
görməmiĢdi...
S.Hüseynov yenə doğru danıĢmır. Əməliyyat vaxtı o, orada yoxdu və döyüĢdə iĢtirak etmirdi.
Bəlli olduğu kimi, ġuĢa və Laçın hələ bizim hakimiyyətədək ermənilərin əlinə keçmiĢdi. Bəli,
mən əmr vermiĢdim ki, Laçın dəhlizi nəyin bahasına olursa-olsun bağlanmalıdır. Bundan
sonra biz ġuĢanı azad etmək fikrində idik və Laçın dəhlizinin bağlanması bunu təmin
edəcəkdi.
Bizim qoĢunlar Laçın Ģəhərinin düz üstünə qədər gedib çıxmıĢdılar, onun kəndlərini azad
etmiĢdilər. Bu iĢdə ordumuzun əsgərləri ilə yanaĢı yerli özünümüdafiə qüvvələri də iĢtirak
edirdi. Oradakı qüvvələr ikicə gün də dayansaydılar biz Laçını geri qaytaracaqdıq. Ancaq
müəyyən qüvvələr yenə xəyanət etdilər, hücumun gediĢi müddətində dağlara çəkildilər.
Rusiyanın Ermənistandakı qoĢun hissələri də ermənilərlə birgə Laçına hücum etdi və
bizimkilər onların qarĢısında dura bilməyərək məğlub oldular.
Məsələ bu cürdür.
Yeri gəlmiĢkən, həmin ərəfədə mən Laçınla telefon əlaqəsi saxlayırdım və mənə bildirirdilər
ki, artıq Ģəhərin astanasındayıq, çox tezliklə buranı azad edəcəyik. Ancaq dediyim kimi,
xəyanət və rusların hücumu bu planı pozdu. Surət də həmin xəyanətkarları çox gözəl tanıyır,
bəs niyə onların adını çəkmir?
Özünün vəzifədən uzaqlaĢdırılmasının səbəbini Surət Hüseynov bunda görür ki, Seyfəlidə 5
minlik qoĢun hazırlanaraq 2 aylıq təlimdən sonra döyüĢ vəziyyətinə gətirilib. Oradakı hərbi
hissələrin təlim baxıĢından çəkilən lentə Sizin iĢ otağınızda baxılarkən guya deyilib ki, bu
cavan oğlanın əlində qoĢun, təyyarə, vertolyot var, o nə vaxt istəsə respublikada çevriliĢ edə
bilər. Məhz elə orada da onun vəzifədən uzaqlaĢdırılması qərara alınıb.
Bu deyilən də həqiqətdən uzaqdır.
Mən Seyfəlidəki yalnız hava qüvvələrimizin yaranması və təlimi haqqında lentə baxmıĢam və
xeyli sevinmiĢəm. FərəhlənmiĢəm ki, bizim bu cür hava desantımız var. Ağ paltarlı, möhkəm
can-cüssəli, mübariz ruhlu desantçılarımızı görəndə adamın ürəyi açılırdı. Mən bu qüvvələrin
daha da möhkəmləndirilməsi üçün hər cür Ģərait yaradılmasına göstəriĢ vermiĢəm.
Onu da deyim ki, bu baxıĢdan sonra mən hətta R.Qazıyev’ə öz təĢəkkürümü də bildirmiĢəm,
çünki bu məsələ ona aid bir iĢ idi və Surət Hüseynova dəxli yoxdu. S.Hüseynov deyən 5
minlik qoĢun haqqında lenti isə mən görməmiĢəm.
Surət Hüseynovdan biz o vaxt aralanmağa baĢladıq ki, onun Rusiya generalı ġerbakla yaxın
əlaqədə olduğunu öyrəndik. ġerbak bizim hərbi məsələlərdə çox mənfur rol oynayıb.
S.Hüseynov ġerbakla əlaqəyə girərək onun yanında iĢləyən bir generala döyüĢ
əməliyyatlarımızın xəritələrini göstərir, onunla məsləhətləĢirdi. Biz bunu bildik və ona həmin
adamlardan uzaqlaĢmağı əmr etdik. Sonralar gördük ki, həmin əməliyyat xəritələri
Ermənistana satılıb. Artıq heç bir Ģübhə qalmamıĢdı ki, Surət Rusiyanın BaĢ KəĢfiyyat
Ġdarəsinin əlinə keçib, buna görə də onun vəzifədən uzaqlaĢdırılması labüd idi.
Təsadüfi deyil ki, ġerbak Surət Hüseynovu özünün dostu adlandırır və bu dostluqda heç bir
qəbahət görmədiyini bizə söyləyirdi.
Ümumiyyətlə, Sizin S.Hüseynovu vəzifədən uzaqlaĢdırmaq qərarınızla kabinetinizdəki həmin
lentə baxıĢ arasında nə qədər zaman fasiləsi olub?
Vəzifədən uzaqlaĢdırılma qərarı lentə baxılandan çox sonra olub. Bu qərara biz Ağdam
əməliyyatı zamanı gəldik. Ağdamda Fərrux təpəsini və Vəngin üstündəki təpələri
götürəcəkdik. Bu əməliyyat ən yəksək səviyyədə hazırlanmıĢdı. Əməliyyat planını Surət
Hüseynov əvvəlcə 15 gün yubatdı, sonra yenə 15 gün gecikdirdi, halbuki əvvəlcə bizə hər
Ģeyin hazır olduğunu demiĢdi. Mən öyrəndim ki, o, kimlərləsə məsləhətləĢir. Nəticədə bizim
hücumumuz pozuldu. Doğrudur, müəyyən təpələri aldıq, acaq onları əldə saxlaya bilmədik.
Daha sonra Surət «təmir» adı altında texnikanı oradan geri çəkdi. Bunun üçün razılıq
sənədinə o, bizdən xəbərsiz BaĢ Qərargahın rəisi Nurəddin Sadıqov’a qol çəkdirmiĢdi. Mən
texnikanın niyə geri çəkildiyini soruĢduqda N.Sadıqovu zərbə altında qoydular. Surətin
xəyanət etdiyi artıq bəlli oldu. Bundan sonra onu vəzifədə saxlamaq mümkün deyildi.
Dostları ilə paylaş: |