Elə buna görə də bu bayramlar zamanı bayramı yaradanların, bu uğurda qanını axıdanların,
canını qurban verənlərin heç birinin adı da çəkilmir və bu azadlıq oğruları çalıĢırlar ki, həmin
adlar tarixin yaddaĢından birdəfəlik silinsin, bu da
mümkün deyil, çünki azadlıq mücadiləsində
min adam, iki min adam yox, on minlər, yüz minlər iĢtirak edib. Bu həqiqəti heç zaman
gizlətmək mümkün deyil.
Düzdür, hələlik haqsızlıq haqq üzərində ötəri qələbə qazanıb, ancaq gec-tez haqq qalib
gələcək, hər Ģey aydınlaĢacaq. Bundan qabaq da belə Ģeylər çox olub, total yalanlar, tarixi
saxtalaĢdırmalar tüğyan edib. Leninlərin, Stalinlərin, Mircəfər Bağırovların uydurduğu
yalanların da, onların özlərinin də sonunu gördük. Yalan üstündə qurulmuĢ Sovet
hökumətinin Bakıya təyin etdiyi katibləri də gördük. Sonları nə oldu? Sovet hökumətinin
özünə baĢçılıq edən Brejnevin axırı nə oldu? Bunların hamısı göz qabağındadır.
Tarix belə haqsızlıqları və amansızlıqları bağıĢlamır və o amansızlıqlara görə amansız da
intiqam alır. Elə olur ki, amansız yalançının nəsli yer üzündən, adı tarixdən birdəfəlik silinir!
Doğrudanmı həmin amansız yalançılar özlərindən qabaqkıların taleyindən ibrət götürmür?!
Doğrudanmı onlar düĢünmürlər və görmürlər ki, bir zaman dünyanın ən böyük və ən güclü
imperiyasının ağaları Stalinin, Beriyanın övladlarının baĢına nə gəldi, bəzilərinin müəllimi və
himayəçisi olmuĢ Brejnevin qızı axırda əynindəki kürkünü satıb çörəyə verdi?! Çox qəribədir
ki, bu amansız yalançılara bunların heç biri dərs olmur - görünür, düĢünürlər ki, mən öləndən
sonra lap Nuhun tufanı da qopsun...
Bu cür amansız yalançılar, manyaklar, xəstələr, insanlığa düĢmən olan quduzlar demokratik
cəmiyyətdə hakimiyyətə gələ bilməzlər. Vay onda ki, bunların əlinə hakimiyyət düĢsün - artıq
bir-iki nəfəri öldürmür, yüzləri, minləri fəlakətə sürükləyir, öldürür, məhv edir və bundan
sadistcəsinə ləzzət alırlar.
Bunlar insan qanı içən vampirlərdir. Demokratik cəmiyyətdə belələrinə heç zaman qabağa
çıxmağa imkan verməzlər; onlar burada, sadəcə, oğruya, quldura çevrilə bilərlər. Buna görə
də bəĢəriyyət demokratiya uğrunda mübarizə aparır ki, belə qaniçicilərin hakimiyyətə
gəlməsinin qarĢısını alsın, cəmiyyətin canını onlardan birdəfəlik qurtarsın.
O zamanlar da mən deyirdim ki, Stalin, Hitler, Mussolini, Franko kimi cəlladlar, məsələn,
Ġngiltərə və Amerikada hakimiyyətə gələ bilməzdilər, çünki həmin vaxtda Ġngiltərə və
Amerikada möhkəm demokratik cəmiyyət vardı. Doğrudur, Ġngiltərə və Amerikada da o
təbiətli adamlar ola bilərdi, amma onları hakimiyyətə buraxmazdılar. Ġndi Almaniyada elə
demokratik mühit yaranıb ki, Hitler artıq burada hakimiyyətə gələ bilməz. Rusiyadasa hələ o
qorxu qalır. Amma beĢ-on il də belə keçsə Rusiyanın özündə də bu cür adamların
hakimiyyətə yiyələnməsi mümkün olmayacaq.
"Rusiya çox gözəl bilir ki, Azərbaycan tam müstəqil dövlət olarsa bütün Qafqaz
onun əlindən çıxar"
-Bəy, Qarabağ məsələsinin həlli yollarını necə görürsünüz? Bütün xalqımızı maraqlandıran,
narahat edən, içərisini didən sual budur ki, Qarabağ problemi nə vaxt həll olunacaq, axı bu
sual hər birimizin özünün, ailəsinin taleyiylə bağlıdır. Ümumiyyətlə, indiki iqtidarın bu düyünü