DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə82/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   78   79   80   81   82   83   84   85   ...   99

Elə buna görə də bu bayramlar zamanı bayramı yaradanların, bu uğurda qanını axıdanların, 
canını qurban verənlərin heç birinin adı da çəkilmir və bu azadlıq oğruları çalıĢırlar ki, həmin 
adlar tarixin yaddaĢından birdəfəlik silinsin, bu da mümkün deyil, çünki azadlıq mücadiləsində 
min  adam,  iki  min  adam  yox,  on  minlər,  yüz  minlər  iĢtirak  edib.  Bu  həqiqəti  heç  zaman 
gizlətmək mümkün deyil. 
 
Düzdür,  hələlik  haqsızlıq  haqq  üzərində  ötəri  qələbə  qazanıb,  ancaq  gec-tez  haqq  qalib 
gələcək,  hər Ģey  aydınlaĢacaq.  Bundan  qabaq  da  belə  Ģeylər çox  olub,  total yalanlar,  tarixi 
saxtalaĢdırmalar  tüğyan  edib.  Leninlərin,  Stalinlərin,  Mircəfər  Bağırovların  uydurduğu 
yalanların  da,  onların  özlərinin  də  sonunu  gördük.  Yalan  üstündə  qurulmuĢ  Sovet 
hökumətinin  Bakıya  təyin  etdiyi  katibləri  də  gördük.  Sonları  nə  oldu?  Sovet  hökumətinin 
özünə baĢçılıq edən Brejnevin axırı nə oldu? Bunların hamısı göz qabağındadır.  
Tarix  belə  haqsızlıqları  və  amansızlıqları  bağıĢlamır  və  o  amansızlıqlara  görə  amansız  da 
intiqam alır. Elə olur ki, amansız yalançının nəsli yer üzündən, adı tarixdən birdəfəlik silinir! 
Doğrudanmı  həmin  amansız  yalançılar  özlərindən  qabaqkıların  taleyindən  ibrət  götürmür?! 
Doğrudanmı onlar düĢünmürlər və görmürlər ki, bir zaman dünyanın ən böyük və ən güclü 
imperiyasının  ağaları  Stalinin,  Beriyanın  övladlarının  baĢına  nə  gəldi,  bəzilərinin  müəllimi  və 
himayəçisi olmuĢ Brejnevin qızı axırda əynindəki kürkünü satıb çörəyə verdi?! Çox qəribədir 
ki, bu amansız yalançılara bunların heç biri dərs olmur - görünür, düĢünürlər ki, mən öləndən 
sonra lap Nuhun tufanı da qopsun...  
Bu cür amansız yalançılar, manyaklar, xəstələr, insanlığa düĢmən olan quduzlar demokratik 
cəmiyyətdə hakimiyyətə gələ bilməzlər. Vay onda ki, bunların əlinə hakimiyyət düĢsün - artıq 
bir-iki  nəfəri  öldürmür,  yüzləri,  minləri  fəlakətə  sürükləyir,  öldürür,  məhv  edir  və  bundan 
sadistcəsinə ləzzət alırlar.  
Bunlar  insan  qanı  içən  vampirlərdir.  Demokratik  cəmiyyətdə  belələrinə  heç  zaman  qabağa 
çıxmağa imkan verməzlər; onlar burada, sadəcə, oğruya, quldura çevrilə bilərlər. Buna görə 
də  bəĢəriyyət  demokratiya  uğrunda  mübarizə  aparır  ki,  belə  qaniçicilərin  hakimiyyətə 
gəlməsinin qarĢısını alsın, cəmiyyətin canını onlardan birdəfəlik qurtarsın.  
O  zamanlar  da  mən  deyirdim  ki,  Stalin,  Hitler,  Mussolini,  Franko  kimi  cəlladlar,  məsələn, 
Ġngiltərə  və  Amerikada  hakimiyyətə  gələ  bilməzdilər,  çünki  həmin  vaxtda  Ġngiltərə  və 
Amerikada  möhkəm  demokratik  cəmiyyət  vardı.  Doğrudur,  Ġngiltərə  və  Amerikada  da  o 
təbiətli  adamlar  ola  bilərdi,  amma  onları  hakimiyyətə  buraxmazdılar.  Ġndi  Almaniyada  elə 
demokratik mühit yaranıb ki, Hitler artıq burada hakimiyyətə gələ bilməz. Rusiyadasa hələ o 
qorxu  qalır.  Amma  beĢ-on  il  də  belə  keçsə  Rusiyanın  özündə  də  bu  cür  adamların 
hakimiyyətə yiyələnməsi mümkün olmayacaq. 
"Rusiya  çox  gözəl  bilir  ki,  Azərbaycan  tam  müstəqil  dövlət  olarsa  bütün  Qafqaz 
onun əlindən çıxar" 
-Bəy,  Qarabağ  məsələsinin  həlli  yollarını  necə  görürsünüz?  Bütün  xalqımızı  maraqlandıran, 
narahat edən, içərisini didən sual budur ki, Qarabağ problemi nə vaxt həll olunacaq, axı bu 
sual hər birimizin özünün, ailəsinin taleyiylə bağlıdır. Ümumiyyətlə, indiki iqtidarın bu düyünü 


çözəcəyinə inanırsınızmı və üç, yaxud beĢ ildən sonra Qarabağ məsələsinin mənzərəsi Sizin 
gözünüzdə necə görünür?
 
-Qarabağ məsələsi adıyla Azərbaycanın müstəqilliyinə Rusiya imperiyasının birbaĢa iĢtirakı və 
qurmasıyla təcavüz edilir. Deyək ki, Moskva Yanvar qırğınını törətdi. Azərbaycan xalqı buna 
dözdü və Rusiya imperiyasına qarĢı mübarizəsini davam etdirdi. Sonra Xocalı qırğınını törətdi, 
bu  da  Azərbaycan  xalqının  müqavimətini  gücləndirdi,  rus  ordusunu  Azərbaycandan 
uzaqlaĢdırdı. Rusiya buna dözmədi, əvvəlcədən qızıĢdırdığı Ermənistanın  əliylə Azərbaycanın 
quzeyinin  20  faizini  iĢğal  altına  aldı;  guya  bunu  Dağlıq  Qarabağ  erməniləri  etdi.  Sözsüz  ki, 
Dağlıq  Qarabağda yaĢayan  100 min  erməninin  buna  gücü  çatmazdı (hətta  arxasında duran 
Ermənistanla  birgə  də).  Burada  separatçılarla  Ermənistanın  və  Rusiyanın  qüvvələri 
birləĢdirildi,  üçlükdə  bu  məsələni  həll  etdilər,  xarici  ölkələrdən  də  güclü  dəstək  aldılar  (çox 
təəssüf ki, burada Ġranın da əli oldu).  
Rusiya çox gözəl bilir ki, Azərbaycan tam müstəqil dövlət olarsa bütün Qafqaz onun əlindən 
çıxar. Ermənistan da fikirləĢir ki, Azərbaycan müstəqil olsa vaxtilə bütün Sovetlər Birliyində at 
oynadan ermənilərin heç Qafqazda da nüfuzu qalmayacaq. Ġran da düĢünür ki, Azərbaycan 
müstəqil  olsa  Güneyin  də  müstəqilliyi  uğrunda  mübarizə  aparılacaq  ki,  bu  da  Ġranın  tale 
məsələsidir. Bax, buna görə də onların hamısı bu məsələyə quduzcasına giriĢiblər və heç bir 
Ģeylərini əsirgəmədən bu yolda qoyurlar.  
Bizsə  bu  mübarizədə  təkləndik,  bizə  az-çox  yaxın  olan  Türkiyəsə  bir  qardaĢ  kimi  ürəkdən 
istəsə də erməni - rus - fars üçlüyünün içərisinə girərsə iliĢə biləcəyini gördü - o, münaqiĢəyə 
qoĢulsaydı  Türkiyənin  öz  taleyi  çox  acınacaqlı  ola  bilərdi,  o,  bu  dövlətlərin  arzuladığı 
müharibəyə cəlb oluna bilər və sonradan, ola bilsin, Rusiya da bundan yararlanaraq Suriya, 
Yunanıstan  və baĢqa  dövlətləri (hətta  Bolqarıstanı da)  onun  əleyhinə  qaldıra  bilərdi.  Rusiya 
əslində bunu gözləyirdi. Ona görə də Türkiyə məsələyə olduqca ehtiyatla yanaĢmağa məcbur 
oldu və ordusu, hərbi qüvvələri olmayan Azərbaycan təkləndi, torpaqları iĢğal edildi. Ġndi bu 
məsələ beynəlxalq problemə çevrilibdir.  
Azərbaycan  indi  çox  pis  durumdadır.  Vəziyyətdən  çıxmaqçün  Ermənistan  -  Rusiya  -  Ġran 
üçlüyünə  qarĢı  baĢqa  üçlük  düzəltməliydik.  Ona  görə  də  hakimiyyətimiz  dövründə  biz 
daxildəki  ermənilərə  qarĢı  güc  təĢkil  etdik  və  onların  müqavimətini  sındırdıq.  Qarabağın 
ətrafındakı  bölgələrdə  (məsələn,  Goranboy,  Ağdərə  və  baĢqa  bölgələrdə)  ermənilərin 
müqavimətini  qırdıq;  onlar  geri  çəkildilər.  Hətta  elə  vəziyyət  yaratdıq  ki,  Ermənistan  artıq 
Xankəndini  boĢaltmaq,  əhalini  ordan  çıxarmaqçün  tədbir  tökürdü.  Bu  əlveriĢli  durumdan 
yararlanıb belə qərara gəldik ki, Minsk qrupunda üçlük olsun - heç kim Qarabağ məsələsinin 
həllində yekun söz sahibi sayılmasın, özünü ağa göstərərək burnunu hara gəldi soxmasın.  
Türkiyə  Azərbaycanın  mövqeyini  müdafiə  edən  qüvvədir,  Rusiya  Ermənistanın  tam 
tərəfindədir,  deməli,  onların  münasibətləri  bir  tarazlıq  yaradır  və  Amerika  da  bu  tarazlıqda 
iĢtirak  edir,  məsələni  sülh  yoluyla  həll  etməyə  çalıĢır.  Həmin  zaman  bu  diplomatik  xətt 
xeyirliydi - Rusiya əleyhimizə hər hansı bir təĢəbbüsdə bulunsaydı Türkiyə diplomatiyası onu 
sıxıĢdırardı və bu məsələdə Amerika daha çox bitərəf mövqe tutmağa çalıĢardı.  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə