DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə78/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   74   75   76   77   78   79   80   81   ...   99

-Ġndiyədək  əleyhdarlarınız  xalqda  belə  təsəvvür  yaratmağa  çalıĢıblar  ki,  Əbülfəz  bəy 
qətiyyətsizdir  (bu  haqda  artıq  söhbət  etmiĢik).  Siz  ikinci  dəfə  prezident  seçilsəniz  (Ģəxsən 
mən  bunu  ürəkdən  arzulayıram)  əvvəlki  səhvlərdən  nəticə  çıxararaq  bütünlüklə  yeniləĢmiĢ 
Əbülfəz bəy olaraq özünüzü yenilməz prezident kimi təsdiqləyə biləcəyinizə əminsinizmi?
 
-Birincisi, mən çox qətiyyətli adamam. Ġkincisi də, mənim qətiyyətsizliyim haqqındakı fikirləri, 
Sizin  də  göstərdiyiniz  kimi,  məhz  düĢmənlərim  beyinlərə  yeridiblər.  Onlar  xalqı  baĢqa 
məsələlərdə olduğu kimi bu məsələdə də aldadıblar.  
Mənim  haqqımdakı  böhtanları  təkcə  bizim  xalqın  arasında  yox,  dünya  miqyasında  yayıblar. 
Avropalılara  belə  deyiblər  ki,  Əbülfəz  islam  fundamentalistidir  -  dindən  danıĢır,  məscidlər 
açdırır və s. Ġrandasa bəyan edirlər ki, Əbülfəz Avropanın agenti və dinsizdir. Kimin Ġsraildən, 
yəhudidən xoĢu gəlmirsə deyir ki, Əbülfəz yəhudilərin agentidir, sionistdir. Görürsünüz ki, hər 
damğanı vururlar.  
Hərəkat baĢlamamıĢdan qabaq mənim adımı "millətçi", "baĢqa millətlərə qarĢı nifrət toxumu 
səpən",  "eqoist",  "Hitleri  yamsılayan,  onun  yoluyla  getmək  istəyən"  və  s.  qoymuĢdular. 
Zaman keçdi, Xalq hərəkatı baĢlandı. Ġlk baĢlanğıcdan mənim adım "ekstremistlər" cərgəsinə 
düĢdü.  Yanvar  hadisəsindən  sonra  rus  hərbi  qərargahı  böyük  bir  xəritə  düzəltmiĢdi.  Bu 
xəritədə elə çəkmiĢdilər ki, guya bu "ekstremistlər"in mərkəzində duran mənəm. Guya həmin 
"ekstremistlər"in  sol  qanadı,  sağ  qanadı,  mərkəzi  qanadı,  mötədil  qanadı  var  və  bizsə 
millətçilərik, bizi də buna görə tutublar. Bax, həmin prinsipdir.  
Mən  bu  ittihamların  heç  birini  qəbul  etmirəm.  Azərbaycan  xalqına  bircə  bunu  bildirmək 
istəyirəm ki, prezident adam tutdurmaz, prezidentin insanları həbs etdirməyə ixtiyarı yoxdur - 
bütün dünyada qanun buna icazə vermir. Bu ancaq diktatorların, avtoritarların iĢidir. Bununla 
polis,  məhkəmə  orqanları  məĢğul  olmalıdır.  Əgər  adam  doğrudan  da  cinayət  edibsə  onun 
cəzası  verilməldir.  Beynəlxalq  qanunlara  əsasən,  məhkəmə  cinayəti  sübuta  yetirib  hökm 
verməyincə  heç  kəsə  cinayətkar  demək  olmaz,  ancaq  bizdəsə  hətta  dövlət  baĢçısı  birbaĢa 
televiziyada deyir ki, filankəs cinayətkardır. 
-"Vətən xainidir"...
 
-Bəli, o, "vətən xaini", "cinayətkar" adlandırır, məhkəmələr də onun qərarını təsdiqləyir, yerdə 
qalanlar  da  baĢını  vururlar.  Yəni  xalq  istəyir  ki,  mən  də  belə  "qətiyyətli"  olum?  Əlbəttə, 
istəsəydim mən də baĢqa cür edərdim - özüm çox yumĢaq olub üç-dörd baĢkəsən gətirərdim 
hakimiyyətə;  birini  qoyardım  daxili  iĢlər  naziri,  birini  milli  təhlükəsizlik  naziri,  birini  də  baĢ 
prokuror. Deyərdim ki, kəsin bu xalqın baĢını, özüm də qalardım kənarda. Bu nə deməkdir? 
Bu nə dövlət idarə etməkdir?!  
Dövlət  və  xalq  yalnız  və  yalnız  humanizm  və  ədalətlə  idarə  olunmalıdır.  Hər  Ģey  ədalət 
prinsipinə  dayanmalıdır.  Mənə  kimsə  deyə  bilməz  ki,  o,  ədalətsizdir.  Deməli,  düzgün 
iĢləmiĢəm. Nə dəxli var ki, yumĢağam, gülürəm, danıĢıram, insanların baĢını sığallayıram? Siz 
mənim ədalətimə baxın, görün millətin, xalqın, ayrı-ayrı vətəndaĢların haqqını pozmuĢammı? 
Heç  kəs  deyə  bilməz  ki,  Əbülfəz  bir  ildə  nədəsə  ədalətə  xələl  gətirib,  haqqı  tapdalayıb. 
Məsələyə, bax, bu prinsipdən yanaĢmaq lazımdır. 


-Və prezidentin ədaləti də ölkənin inkiĢafına səbəb oldu. 
 
"Azərbaycan Xalq hərəkatı  hələ davam edir; o, dinamik Ģəkildə inkiĢaf edib milli 
azadlıq hərəkatına çevriləcəkdir" 
-Bəy, Siz Xalq hərəkatının yetirməsisiniz, əslində Xalq hərəkatı da Sizin yetirmənizdir, çünki ilk 
gündən  onun  baĢında duranlardansınız.  Sizcə,  Azərbaycan  Xalq  hərəkatı  artıq  dünənki  tarix 
sayılmalıdır, yoxsa, o hələ davam edir? Davam edirsə indiki mərhələdə onun inkiĢafını necə 
səciyyələndirirsiniz?
 
-Azərbaycan Xalq hərəkatı hələ yarımçıqdır. Mən Səttar xan hərəkatını da yarımçıq sayıram, 
ona  görə  ki,  Bütöv  Azərbaycanı  əhatə  etmirdi.  Bizim  hərəkatımız  milli  azadlıq  səviyyəsinə 
çatmırdı,  xalq  azadlıq  mübarizəsiydi.  O,  bütövlükdə  Azərbaycanı  əhatə  etsəydi  onda  milli 
azadlıq hərəkatı sayıla bilərdi. Ancaq Azərbaycan Xalq hərəkatı hələ davam edir; o, dinamik 
Ģəkildə  inkiĢaf  edib  milli  azadlıq  hərəkatına  çevriləcəkdir.  Məsələ  ondan  sonra  bitmiĢ  hesab 
olunacaq. Bu yol çox uzun və Ģərəfli yoldur, hələ xeyli davam edəcək.  
-Azərbaycanın qarĢıdakı 5 ilinə Siz nikbin, yoxsa bədbin baxırsınız?
 
-Siz Quzey Azərbaycanı, yoxsa Bütöv Azərbaycanı nəzərdə tutursunuz? 
-Hələlik Quzeyi.
 
-Yaxın  5  ilə  nikbin  baxıram.  2-3  ilə  kimi  Azərbaycanda  demokratik  vəziyyət,  demokratik 
dövlət, demokratik idarəçilik hakim olacaq - buna heç kim Ģübhə etməsin. Neftdən və baĢqa 
sərvətlərdən  gələn  gəlir xalqın  arasında düzgün bölünsə  bir-iki  ilin  içərisində sosial vəziyyət 
də yaxĢılaĢar. Biz bu gün hakimiyyətə qayıtsaq 6 ayın içərisində böhranların çoxunun qarĢısını 
ala bilərik; heç olmazsa maaĢları 2-3 dəfə artırarıq. 
-Ġndi özəlləĢdirmə adı altında dövlətin və xalqın sərvətinin böyük bir hissəsi açıq-aĢkar talanır.
 
-Biz  partiya  olaraq  bununla  əlaqədar  bəyanat  vermiĢik  ki,  Azərbaycanda  özəlləĢdirmə  yox, 
talançılıq gedir. Amma bu tərəfini də deyirik ki, hər necə olsa, sovet sosialist mülkiyyətindən 
imtina etməyin özü mütərəqqidir. 
-Bu  talançılıq  nəticəsində  xalqın  sərvəti  azsaylı  bir  qrupun  əlində  cəmləĢib.  Bəs  demokratik 
qüvvələr hakimiyyətə gələndə vəziyyət necə olacaq? Axı bir çox adamlar özəlləĢdirməyə xeyli 
sərmayə qoyublar və təbii ki, onu itirmək istəməyəcəklər.
 
-AĢağıdan yuxarıya qədər hamı qanun qarĢısında məsuliyyət daĢıyır. Qanun pozulubsa ədalət 
bərpa  edilməlidir.  Quldurluğun  qarĢısı  yalnız  qanunun  bütün  sərtliyi  gözlənilməklə, 
məhkəmələrlə alınmalı, haram yığılanlar qanuni yiyəsinə - xalqa qaytarılmalıdır. Hüquqi dövlət 
deyiriksə, qanunun aliliyi deyiriksə hər Ģey qanun əsasında olmalıdır. Bunu prezident yox, baĢ 
nazir  yox,  dövlət  aparatı  təĢkil  etməli,  fərdlərin  istəyindən,  əhli-kefliyindən  heç  nə  asılı 
olmamalıdır. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə