DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə74/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   70   71   72   73   74   75   76   77   ...   99

Yəni  onlar  o  qədər  ruh  adamlardır  ki,  hər  Ģeyi  ruhun  üstündə  saxlamıĢdılar;  hətta  ruhu 
candan buraxmağı da bacarırdılar. Bu danıĢdığım gerçəkdir ha, həmin sufinin adı da tarixdə 
bəllidir. Nəsimidə də o ruhun qovuĢması vardı.  
Füzulisə məsələyə bu cür yanaĢmır. O deyir ki, insan Tanrıdan qopub gəlibsə O’na qovuĢmaq 
daha  mümkün  deyil,  ancaq  bunun  həsrətində  qalıb  O’na  qovuĢmaqçün  yol  getməlidir  - 
insanın  gözəlliyi də, varlığının  ləzzəti  də O’na  qovuĢmağa doğru  getməkdədir,  o yoldadır,  o 
həsrətdədir.  QovuĢdusa  məsələ  qurtarır  -  ta  nə  həsrət  çəksin?  Onsuz  da,  Tanrıya 
qovuĢacağamsa niyə O’nun həsrətini çəkim, niyə O’nu istəyim, sevim? QovuĢduq, sevgi də o 
vaxt bitdi; sən O’nun hissəsiydin, indi O’nunla bütöv oldun.  
Füzulinin  düĢüncəsinə  görə,  Tanrıya  qovuĢmağa  gedən  yol  tükənməzdir.  Ömrün  boyu 
gedəcəksən. Sən yaxĢı ruhsansa, təmiz ruhsansa O’na doğru getməyə imkanın olacaq, O’na 
yaxınlaĢdıqca ləzzətini duyacaqsan, ancaq O’na çata bilməyəcəksən - çatmaq mümkün deyil. 
Yox,  pis  ruhsansa  sənin  uçmağın,  getməyin  mümkün  olmayacaq,  əzablarla  yaĢayacaqsan, 
buna görə də sən ruhunu təmizlə ki, O’na doğru gedəndə rahat olasan, yəni canın O’nunla 
birləĢməyə  meylli  olsun.  Axı  bu  can  Oradan  gəlib  girib  bədənə,  indi  O’na  birləĢə  bilməz, 
birləĢməkçün  bir  vasitəyə  ehtiyac  var.  Bu  vasitə  bülbülçün  güldür,  Məcnunçün  Leylidir, 
müridçün mürĢiddir... Bunlar insana sevgini öyrədirlər. Sevgini öyrənən insan Tanrı sevgisini 
dərk edir və ona doğru getməyə baĢlayır. Sevgisiz getməyəcək, çünki itirib özünü. Göydən - 
ana bətnindən gəlib; yəni bu ruh azar. MürĢidsə onu azmağa qoymur. Bülbülün ruhunu gül 
azmağa qoymur - cəh-cəh vurdurur, oxutdurur, sonra bunun vasitəsilə onu Tanrıya bağlayır. 
Təbiət elə iki hissəyə bölünür: bir hissə mürĢid, baĢqası mürid rolu oynayır. Hansı daha güclü
hansı  daha  əzizdir?  Müqəddəslikdə  gül  əzizdir,  Leyli  əzizdir,  mürĢid  əzizdir.  Fəlsəfədəsə 
üstünə  əsas  yük  düĢən  müriddir;  mürid  olmasa  mürĢidin  rolu  yoxdur  -  bülbül  olmasa  gülü 
kim sevəcək?  
Bu,  nə  sistemdir?  Bu,  Tanrının  sistemidir:  "Mən  insanı  ona  görə  yaratdım  ki,  o,  məni  dərk 
etsin və sevsin". Bax, mahiyyət budur. Əslində Tanrının bu dərketməyə və sevgiyə ehtiyacı 
yoxdur. O yaratmayıb ki, məni sevəsən, mənim xoĢum gəlsin. Bu yolla gəlirsən gəl, gəlmirsən 
gəlmə. O yolu tutub getdinsə xoĢbəxt oldun, getmədinsə, deməli, Tanrının yolunu itirmisən, 
azmısan.  
MürĢidin xeyri ondadır ki, on minlərlə yolunu azacaq insanı ətrafına toplayıb Allaha (c.c.) tərəf 
yönəldir  və  savab  yiyəsi  olur.  O,  savaba  ona  görə  çatır  ki,  bunları  öyrədir.  Bunlar  olmasa 
mürĢid nəyə lazımdır? Bu, bir-birini tamamlayan bütövdür. Bu fəlsəfəni öyrənmək lazımdır.  
Ancaq bu fəlsəfədə çox qəribə bir Ģey var - insanlar doğrudan-doğruya Tanrı ruhuna o qədər 
vurulurlar  ki,  onların  bu  dünyadan  əli  soyuyur.  Bu,  çox  qorxuludur.  Sufilər  bəzən  deyir  ki, 
sərxoĢam,  mey  içmiĢəm.  Bunu  Nizami də deyir:  gətir mey,  Tanrının  verdiyi  piyalədən  içim. 
Axırda da deyir ki, obiri Ģərabdan bircə damcı mənim dilimə dəyibsə bütün daddıqlarım mənə 
haram  olsun  -  deməli,  onunku  Tanrı  Ģərabı  -  sevgi  Ģərabı,  ruh  Ģərabıdır.  O  deyir  ki, 
"içmiĢəm".  Nə  içmisən?  -  Tanrının  verdiyi  meyi.  "SərxoĢam".  Nədən  sərxoĢsan?  -  Üzüm 
meyindən yox, Tanrının verdiyi meydən. Buna bəzən "platonik eĢq" - "əflatuni eĢq" deyirlər. 
Ancaq platonik eĢq deyil, sufiyanə, Tanrı ruhlu sevgidir.  


Türkiyədə Əbdülqadir Qaraxan adlı birisi vardı. O, Füzuli haqqında kitab yazmıĢdı. Deyirdi ki, 
Füzulinin dövründə qadınlarla, qızlarla görüĢmək o qədər çətindi ki, Füzulinin bioloji hissləri o 
qədər coĢmuĢdu ki, eĢq vurmuĢdu baĢına, yazırdı... Nə qədər gülməli və ağlamalı düĢüncədir! 
Axı  insani  eĢqin  Füzuliyə  nə  dəxli  var?!  Ondakı  böyük  Tanrı  eĢqidir!  Tanrı  eĢqi  əsasdır, 
dünyanın mahiyyəti bu sevgidədir. Yəni O, sevgini bizə ona görə verib ki, hər Ģeyi sevək. Bəli, 
insan  Tanrının  yaratdığı  hər  Ģeyi  sevməlidir  -  onu  nə  çəkirsə,  nə  gözəldirsə.  Bəzən  Hüseyn 
Cavid haqqında deyirlər ki, o, bu sözləri söyləməklə allahsızlıq edib: 
        Mənim Tanrım gözəllikdir, sevgidir...
 
Həmin Ģeydir, yəni Tanrının özü sevgi sistemidir. 
        EĢqdir mehrabı uca göylərin,
  
        EĢqsiz, ey dünya, nədir dəyərin?!.
  
Mənim bir yazım var: "Bizim Tanrı sevgimiz". Heyf ki, yarımçıq qaldı. Bir hissəsini qəzetdə çap 
elətdirdim,  sonra  bitirməyə  imkan  tapmadım...  Bu  fəlsəfənin  mahiyyətini  orada  açmaq 
istəyirdim. 
-Bəy, bu qədər geniĢ izahlarınıza görə Sizə minnətdaram, ancaq necə də arzulayardım ki, bu 
fikirlərinizi belə populyar Ģəkildə yox, sanballı bir elmi monoqrafiyanızda oxuyam. Ġnanıram ki, 
həmin əsər fəlsəfə elmimizə dəyərli hədiyyə olardı. 
 
Ġndisə  klassik  din  mövzusundan  aralanıb  çağdaĢ  problemlərimizlə  bağlı  bir  sual  vermək 
istəyirəm: Azərbaycanda islam fundamentalizmi güclənə bilərmi?
 
-Qətiyyən mümkün deyil! Azərbaycanda islam fundamentalizmi yer ala bilməz.  
Fundamentalizm lazım olsaydı peyğəmbərimiz (s.ə.s.) buyurardı ki, Tanrının hökmü belədir, 
buradan o tərəfə getməyin, qalın elə fundamentalizmdə.  
Fundamentalizm nədir? Yəni islam dininin əsasları üzərində dayanmaq - hər Ģeyi (dövləti də, 
idarəçiliyi  də,  bütünlüklə  cəmiyyət  həyatını  da)  islam  dininin  ilkin  kökündə,  yəni  Qur’an  və 
Ģəriət  üzərində  saxlamaq.  Deyir  ki,  mənim  millətim  72-73  yerə  bölünəcək;  bu  təriqətlərin 
hamısı  bir-birinə  qardaĢdır  və  onların  yolu  bircə  dənədir  -  Ulu  Tanrıya  gedən.  Buna  görə 
vaxtilə fundamentalizmin bir növü ortaya çıxdı.  
Vəhhabiliyin  özü  də  elə  fundamentalizmin  bir  tipidir.  18-ci  əsrdə  Səudiyyə  Ərəbistanında 
gördülər  ki,  sünnisi  var,  Ģiəsi  var,  müxtəlif  təriqətlər,  məzhəblər  var,  bir  yandandan  da 
xristianlar  gəlib  təbliğat  aparırlar,  cəmiyyəti  bir  yerə  toplamaq  olmur.  Götürüb  göstəriĢ 
verdilər:  Ģiəliyi  iranlılar  gətirib  yayıblar,  çünki  onlara  lazım  olub,  sünniliyi  də  sonradan 
osmanlılar  geniĢləndiriblər,  ərəbləri  burada  parçalayıblar,  ona  görə  də  biz  ilkin  islama 
qayıdırıq.  Nəyi  əsas  götürdülər?  Qur’anı,  bir  də  sünnələri.  Vəssalam  -  buradan  o  tərəfə 
getmək  olmaz!  Məqbərələri,  səcdəgahları  sökdülər.  Hətta  Məhəmməd  peyğəmbərin  (s.ə.s.) 
məqbərini  sökdülər  ki,  bu,  bütpərəstlikdir  -  Məhəmməd  peyğəmbər  daĢları  (bütləri)  yıxıb, 
indikilər də gətirib yeni daĢlar qoyurlar. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə