DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə77/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   73   74   75   76   77   78   79   80   ...   99

mübarizəyə qalxdı, axı onlara deyirdilər ki, "Orta asiyalılar", "yatmıĢlar", "bədbəxt türklər"... 
Amma o göstərdi ki, yox, mən sən deyən deyiləm.  
Nəhayət, hadisələr gəlib çıxdı Azərbaycana. Azərbaycan xalqı da özünü göstərdi - birdən-birə 
meydanlara doldu. 1988-in noyabrın 22, 23, 24, 25-i təkcə Bakıda yox, bütün Azərbaycanda - 
bütün  Ģəhər  və  kəndlərdə  xalqımız  meydanlara  tökülmüĢdü.  Biz  bəzən  "bir  milyonluq 
Meydan" deyirdik, əslindəsə yeddi milyon xalqın yeddi milyonu da küçələrdəydi; hər rayonda 
qadınlı-uĢaqlı  mitinqlər  gedirdi.  Bax,  xalq  onda  görsəndi.  Hamı  baĢladı  ki,  "xalqıma  qurban 
olum",  "əĢi,  bu  nə  igid  xalqmıĢ",  "bəs  biz  deyirdik  ki,  yuxudayıq"...  Hamı  təzədən  xalqına 
vuruldu, sevənlər daha artıq sevdilər, sevməyənlərsə sevməyə baĢladılar.  
Ġndi  Azərbaycanda  avtoritar  rejim  var.  O,  xalqın  geri  çəkilməsindən,  müəyyən  parçalanma 
meyllərindən  istifadə  edib  təzyiq  edir.  Xalq  zaman-zaman  qüvvəsini  toplayacaq,  bu  rejimə 
qarĢı çıxacaq, onu ləğv edəcək və ölkədə demokratik rejim bərqərar olacaq. Bu xalqın gücünü 
hamı bir daha görəcəkdir. 
-Ümumiyyətlə, Azərbaycandakı çağdaĢ durumu necə səciyyələndirərdiniz?
 
-Bugünkü Azərbaycan gerçəkliyini səciyyələndirmək çox böyük problemdir. Tam aydın olsun 
deyə məsələni sadələĢdirək, ona dövlətin daxili və xarici siyasət xətlərindən yaxınlaĢaq.  
Azərbaycanda  heç  bir  daxili  siyasət  yoxdur  -  bir  ölkədə  əhalinin  95  faizi  ac-yalavac, 
yarımdilənçi  halındadırsa  daxili  siyasətdən  danıĢmaq  gülüncdür.  Quldurluq,  rüĢvətxorluq, 
korrupsiya baĢ alıb gedir, heç kim də qabağını almır. Günün günorta çağı insanları öldürürlər, 
terror  edirlər,  heç  kəsin  tükü  də  tərpənmir.  Ziya  Bünyadov  kimi  görkəmli  bir  alimi,  əsl 
akademiki, Sovet Ġttifaqı Qəhrəmanını, nadir Ģəxsiyyəti günün günorta çağı vurub öldürürlər, 
cinayətkar  yoxdur  ortada.  Son  4  ildə  2  min  adam  terrorun  qurbanı  olubsa  hansı  daxili 
siyasətdən danıĢacaqsan?  
O  ki  qaldı  xarici  siyasətə,  burada  da  tamam  uğursuzluqdur.  Lissabon  sammitini  necə 
təmtəraqla göylərə qaldırdılar. Dedik ki, belə etməyin, o, yalandır, orada cüzi uduĢ var, qalan 
hamısı  məğlubiyyətdir.  Nəticəsi  nə  oldu?!  Ġndi  keçdi  Kopenhagen  sammitinə.  Yenə  də 
tamamilə  məğlubiyyət  -  ortada  ürəkaçan  heç  nə  yoxdur.  Kopenhagendə  ermənilər  nə 
dedilərsə  hamı  əlini  qaldırdı,  heç  bir  sənəd  də  qəbul  olunmadı.  Xarici  siyasətin  də  nəticəsi 
budur.  
Bu  gün  Amerika,  Avropa  dövlətləri  bizə  geridə  qalmıĢ  ölkə  kimi  baxır.  Bilirsiniz  ki,  Amerika 
Dövlət Departamentinin hesabatına Gürcüstan azad xalqlar, Ermənistan və Azərbaycan qeyri-
azad  xalqlar  sırasında  düĢüb,  halbuki  biz  hakimiyyətdə  olanda  Azərbaycan  azad  xalqlar 
sırasındaydı. Bu da xarici siyasətin nəticəsi - xalqımızı dünyaya belə tanıtdılar.  
Xarici  ölkələrin  səfirləri  daha  dözə  bilməyərək  bəzən  diplomatik  etiketlərdən  də  yan  keçir 
(çünki  diplomatiya  hər  sözün  açıq  deyilməməsini  tələb  edir)  və  açıq  Ģəkildə  bildirirlər  ki, 
Azərbaycan  rüĢvətxorluğun,  korrupsiyanın,  talançılığın  içərisində  olduğuna  görə  dövlətimiz 
bura investisiya, sərmayə qoymağa qorxur. Bu da xarici siyasətin nəticəsi.  


Bu  iqtidar  Azərbaycanın  iĢğal  olunmuĢ  torpaqlarıyla  bağlı  indiyədək  xaricdə  heç  bir  sənəd 
qəbul  elətdirə  bilməyib.  Amma  biz  BirləĢmiĢ  Millətlər  TəĢkilatında  Kəlbəcərin  iĢğalıyla  bağlı 
822 saylı qətnaməni qəbul etdirdik. Doğrudur, biz istəyirdik ki, orada iĢğalçı sözü qarĢısında 
"Ermənistan" adı yazılsın, ancaq Fransa və Rusiyanın təsiri altında BMT Təhlükəsizlik ġurası 
Kəlbəcəri "etnik ermənilər"in iĢğal etdiyini yazdı. BMT Tġ erməni qoĢunlarının iĢğalını kəskin 
pisləyir  və  onların  Kəlbəcərdən  təcili  çıxarılmasını  tələb  edirdi.  Biz  hakimiyyətdən 
devrilməsəydik  18  iyunda  onlar  çıxmalıydılar.  Ağdama  da  heyət  göndərmiĢdik,  xarici 
müĢahidəçilər  də  artıq  məsələni  hazırlayırdı  və  birdən  iĢlər  dayandırıldı.  Ġyunun  7-si,  ya  8-i 
mən zəng etdim ki, bəs Kəlbəcərdən ermənilər niyə çıxmır? Mənə nə cavab versələr yaxĢıdır? 
BirbaĢa  Amerikadan  dedilər  ki,  biz  Ermənistanla  ayın  18-inə  məsələni  həll  etməyi  danıĢdıq, 
onlar  dedilər  ki,  biz  indi  bilmirik  kiminlə  danıĢaq  -  qiyamçı  ordu  baĢçılarıyla,  yoxsa  Əbülfəz 
Elçibəylə,  axı  Azərbaycanda  ikihakimiyyətlilikdir;  hələ  bir  az  gözləyək.  Məsələ  aydındı.  Bizi 
devirdilər və məsələ də yatdı.  
Azərbaycanda indi vətəndaĢlar arasına elə bir nifrət və nifaq toxumu səpiblər ki, o toxumun 
köklərini çıxarıb atmaqçün mübariz qüvvələrə neçə il vaxt lazım olacaq. Ona görə də Bakıya 
gələn  kimi  vətəndaĢ  sülhü  məsələsini  ortaya  atdım  ki,  gəlin  vətəndaĢ  sülhü  yaradaq,  bu 
nifrət,  nifaq  toxumunu  tullayaq,  xalqımız  gələcəkdə  bəlalara  düĢməsin.  Bunu  da  yenə 
eĢitmirlər və istehzayla baxırlar. Amma mənim bu təklifimə lağ edənlər bir gün ağlayacaqlar. 
Mən buna inanıram.  
-QarĢıda  növbəti  prezident  seçkiləri  gözlənilir.  Sizcə,  həmin  seçkilər  demokratik  keçirilsə 
orada demokratik qüvvələrin qələbə qazanmaq imkanı varmı? 
 
-Seçkidə baĢqa partiyalarla yanaĢı AXCP, Müsavat, ADĠP də iĢtirak edəcək. Onların üçünün də 
nümayəndəsi  bir  məntəqədə  nəzarət  edəcək  ki,  saxtalaĢdırmalara  imkan  verilməsin.  Bu, 
saxtalaĢdırmanın qabağını almaqçün bir üsuldur.  
Sonra belə fikir var ki, seçkidə xarici dövlətlərin nümayəndələri də iĢtirak etsinlər. Bu, ikinci 
üsuldur. Hətta çalıĢacağıq ki, mümkün olsa seçkidə barmaq izlərindən istifadə olunsun. Tələb 
edəcəyik ki, Azərbaycanda seçkilərdən qabaq seçicilərin sayı müəyyənləĢdirilsin, neçə adam 
iĢtirak edəcəksə onların siyahısı tərtib olunsun; axı bir milyondan çox seçicimiz respublikadan 
kənardadır. Onu da tələb edəcəyik ki, radioda, dövlət televiziyasında çıxıĢ etməyə bizə imkan 
versinlər. Əminəm ki, buna nail ola biləcəyik. Bələdiyyə seçkisi prezident seçkisindən qabaq 
olarsa biz orada bir məktəb keçib təcrübə və nailiyyət qazanacağıq. Bundan sonra prezident 
seçkisində tam uğur əldə edə bilərik.  
-Ümumiyyətlə, Bəy, belə bir ideal vəziyyət təsəvvür edək ki, tam demokratik seçkilər keçirilir. 
Ancaq... Heydər Əliyev qələbə çalır...
 
-Axı  nə  üçün  həmiĢə  pis  ehtimalı  götürürsünüz?  Mən  bilmirəm,  Siz  onun  əmioğlususunuz, 
yoxsa mənim? (Gülür).  
Əhalinin 95 faizi ac-yalavacdır. Bu 95 faiz indiki Heydər Əliyevə səs verəcəksə onda bu xalq 
birdəfəlik batmalıdır; mənsə xalqın Ģüurluluğunu bilirəm və arxayınam ki, bu əzabları çəkən 
insanlar ona səs verməyəcək. Bu xalq onu ac qoyan adama səs verərmi? Qətiyyən yox!  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə