DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə76/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   72   73   74   75   76   77   78   79   ...   99

-Ümumiyyətlə, Azərbaycanda bugünkü dini təbliğatın səviyyəsi yəqin ki, Sizi razı salmır.
 
-Din təbliğ olunmur. Sadəcə olaraq, aĢağıda bir təbəqə - yarımsavadlı molla, yaxud mollacıq 
özünün dolanıĢığından ötrü dindən istifadə edir. Əhalinin də dinə ehtiyacı var  - birinin yası, 
birinin toyu (kəbin) olur, hökmən gedib molla gətirir. Molla da yarımsavadlı. 
-"Yasin"dən baĢqa heç nə bilmir.
 
-Bir tərəfdən rahat olursan ki, "Yasin" oxuyur, cənazəni götürür; bu, cəmiyyəti rahatlandırır. 
Molla,  necə  olsa  da,  əhalini  Allaha  (c.c.),  o  dünyaya  -  axirətə,  cənnətə,  cəhənnəmə 
inandırmağa çalıĢır. Bütövlükdə o, cəmiyyəti rahatlandırıcı bir amildir (ümumən inancı təmin 
olunanda  cəmiyyət  rahatlanır).  Amma  molla  məclisdə  birdən  baĢlayır  söhbət  etməyə: 
Süleyman  peyğəmbər  bir  gün  xəstəydi,  bir  bülbül  gəldi,  oxudu...  Gedib  çıxdı  miflərə, 
əfsanələrə.  Bu  daha  din  deyil,  nağıldır;  onu  məktəbdə  uĢağa  öyrədərlər.  Dini  mədrəsə 
uĢağına belə öyrədirlər ki, nağıllarla, miflərlə, məsələn, peyğəmbərləri dərk etsin - sonra daha 
mürəkkəb  mövzular  gələcək,  sırf  dinə  keçiləcək,  daha  sonra  da  baĢlanır  Allahın  (c.c.)  dərk 
edilməsinə. Cahil molla oturub nağıl danıĢır, məclisdəki savadlı adamlar da qulaq asa bilmirlər 
ona, əsəbiləĢirlər. Yəni belə ruhanilərlə dini təbliğ etmək, onu camaata aĢılamaq, insanların 
ruhuna yeritmək olmaz.  
Ruhanilərin savadından baĢqa, onların Ģəxsiyyəti də təbliğatda mühüm rol oynayır. Məsələn, 
bir hadisə baĢ verir, polis gəlib birini tutur, haqsız yerə döyür, incidir. Belə yerdə gərək ruhani 
Ģəxs el ağsaqqalı kimi qabağa dura ki, ay oğul, bunu niyə döyürsən? Ancaq bizdə bir nəfər 
ruhani səsini çıxarmaz, özünü pis kiĢi eləməz. Yəni ruhani bir yerin din adamı olmaqla yanaĢı, 
həm  də  elin  ağsaqqalı  ola  bilməlidir.  Gərək  bu  sistemi  saxlayasan,  ancaq,  təəssüf  ki,  biz  o 
sistemi qoruya bilməmiĢik. Məsələn, bir məclisə icra baĢçısı gələn kimi hamı durur ayağa, o 
rayonun ruhanisi də ayağa qalxır. Olmaz bu. Sən dinin yüksəlməsini istəyirsənsə ruhanini icra 
baĢçısının ayağına aparmamalısan, əksinə, gərək o icra baĢçısı ruhaninin ayağına gəlib onunla 
görüĢsün.  Yoxsa  axund  da  onun  ayağına  gedəndə  onun  özünün  nə  hörməti  qalacaq, 
dediklərinə kim inanacaq?  
Əmir  Teymurla  ġeyx  Sədrəddinin  görüĢünü  mən  həmiĢə  misal  çəkirəm.  Teymur  gəlib 
Ərdəbildən keçəndə (Anadolunu iĢğal edəndən sonra) deyir ki, gedin ġeyx Sədrəddinə deyin, 
Əmir Teymur gəlib.  O da Ģeyxdir də, qabaqcadan  xəbəri var ki,  Teymur gəlir. Ancaq  onun 
Əmirin  ayağına  getməsi  yaramaz.  Getməsin  deyə  namaza  oturur.  Gəlib  çağırırlar:  "Ģeyx, 
Ģeyx" - çönüb eləmir, namazını qılır; "Ģeyx, Əmir Teymur səni gözləyir" - səsini çıxarmır (axı 
namazda danıĢmaq, bədəni, yaxud üzü yana çevirərək qiblədən yayındırmaq olmaz). Əslində 
heç  bir  irad  tutula  bilməyəcək  bu  hərəkətiylə  Əmir  Teymura  baĢa  salır  ki,  sən  məni 
gözləməlisən,  mən  səni  yox.  Teymur  deyir  ki,  mən  Allah  qonağıyam,  Ģeyx  mənim  qarĢıma 
çıxmalıdır.  Onda  Ģeyx  qapıya  çıxıb  soruĢur  ki,  məni  çağıran  Allah  qonağı  kimdir?  Deyirlər: 
Əmir Teymur. Bunda dillənir ki, buyursun Allahın qonağı. Əmir Teymur atdan düĢüb deyir ki, 
Ģeyx,  məni  saya  salmırsan,  axı  mən  hökmdaram,  hökmdarınsa  ayağına  gələrlər.  ġeyx 
Sədrəddin  deyir  ki,  mən  Tanrıya  ibadətlə  Onun  ziyarətindəydim,  Tanrısa  hökmdardan 
böyükdür. Bax, sistem budur, ruhani böyüklüyü budur, Ģeyxlik budur.  


Əmir Teymur da ġeyx Sədrəddini dəyərləndirərək əmr edir ki, ona dəyməyin - böyük Ģeyxdir. 
Nə  istədiyini Ģeyxdən  soruĢur (bunların  hamısı gerçək  tarixi  faktdır),  Ģeyx  də  onun  apardığı 
əsirləri buraxmağı xahiĢ edir ki, bu iĢ Allaha (c.c.) xoĢ gedər. Əmir Teymur onların hamısını 
buraxır. Həmin o azadlığa buraxılan müridlərdən bir hissəsi çıxıb gedir Anadoluya, bir hissəsi 
də  (subay  gənclər)  deyir  ki,  Ģeyx,  sən  bizi  qul  olmaqdan  azad  etmisən,  sənin  yanından 
getmirik. ġeyx Sədrəddinin ordusu oradan yaranır. Kimdi onlar? ġamlular Suriyadan gətirilən 
əsirlərdir  -  türk  əsgərləridir,  rumlular  da  Rumelidən  gətirilənlərdir.  Bəli,  Ģamlular,  rumlular, 
ustaclılar  -  bu  tayfaların  hamısı  Teymurun  azadlığa  buraxdığı  əsirlərdir.  ġeyx  Sədrəddinin 
xahiĢiylə  Xoca  Mirəli...  (Əbülfəz  bəy ġeyx  Sədrəddin xəttiylə öz  ulu babalarından  olan  Xoca 
Mirəliyə çatanda, nədənsə, fikrini yarımçıq qoyub - Ə.T.). ġeyxin yanında qalanlar baĢladılar 
öz tayfalarıyla əlaqə yaratmağa, sonra Anadoluya gedənlərin tayfaları da Ģeyxə itaət etdilər 
ki, bizim övladlarımızı əsirlikdən sən buraxdırmısan. Həmin tayfalar axınla ġeyx Sədrəddinin 
yanına  gəldilər.  Bundan  sonra  onun  müridləri  bütün  Anadolunu  bürüdü.  Daha  sonra 
Səfəvilərin ayağı yer aldı, hərbi gücə çevrildilər. Onların qılınc vuranlarının hamısı müharibədə 
tutulmuĢ,  sonra  buraxılmıĢ  həmin  adamlardı.  Bunlar  hərbi  hissə  yaratdılar  və  Ģeyxlik  də 
yavaĢ-yavaĢ hərbi sistemlə qovuĢmağa baĢladı və ġah Ġsmayılla hakimiyyətə də yiyələndi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yeddinci söhbət. "MÜBARĠZƏ BU GÜN DƏ VAR, YARIN DA..." 
Onlarla  vuruĢun  ki,  Allah  sizin  əlinizlə  onlara  əzab  versin,  onları  rüsvay  etsin,  sizə  onların 
üzərində qələbə çaldırıb möminlərin ürəklərini fərəhləndirsin.
 
(Qur'an, "Tövbə" surəsi: 14)
 
Soyağacı ən azı miladın on beĢinci yüzilinə gedib çıxan və müqəddəs Ģeyxlərdən nəĢət tapan 
seyid  Əbülfəz  Elçibəy  özünü  Məhəmməd  peyğəmbərin  (s.ə.s.)  ruhunun  himayəsində  sayır. 
Ruhən və mənən ona həddən artıq bağlı olan Bəy həyatının ən çıxılmaz anlarında məhz Tanrı 
elçisinin (rəsulullahın) ruhunun onu xilas etdiyini xatırlayır. 
Bu  sufi  təbiətli  insanın  gözündə  həyat  sadəcə  cismani  mövcudluq  aktı  kimi  yox,  ruhi  və 
mənəvi  ehtiyacları  ödəməyə  aparan  yol  kimi  dəyərləndiyinə  görə  o,  siyasi  çarpıĢmalara  da 
materialistcəsinə deyil, sırf idealistcəsinə yanaĢır. Bu üzdən də, o, siyasi rəqibləri üzərindəki 
(bu  rəqiblər  döyüĢ  meydanına  çox  vaxt  Ģəxs  kimi  deyil,  ideya,  yaxud  ideologiya  kimi  atılır) 
qələbələrdən əldə edəcəyi qazanc içərisində keçici özəl gəlirlərini yox, qalıcı milli mənfəətləri 
(hər Ģeydən qabaq - azadlıq ruhunun yüksəliĢini) önə çəkir. Bəyin bütün siyasi rəqiblərindən 
üstünlüyü də əslində elə burasındadır. Məncə, onunla indiyədək olan söhbətlərimiz oxucunu 
bu  deyilənlərin  doğruluğuna  inandıra  bilib.  BaĢlığına  Rəsul  Rzanın  məĢhur  misrasını 
çıxardığımız bu yekun söhbətsə bugünkü və sabahkı mübarizəmizə Azərbaycan milli azadlıq 
hərəkatının  lideri  Əbülfəz  Elçibəyin  hansı  yönlərdən  yanaĢdığını  öyrənmək,  eyni  zamanda, 
onun peyğəmbər himayəsindən ilhamlanan bitib-tükənməz nikbinliyini göz önündə sərgiləmək 
üçündür.  
"Mənim bu təklifimə lağ edənlər bir gün ağlayacaqlar" 
-Bəy,  xalqımızın  ölümdən,  güllədən  qorxmadığının  dəfələrlə  Ģahidi  olmuĢam.  Ancaq  çox 
qəribədir  ki,  bir  vaxt  dünya  xalqları  içərisində  mübarizliyinə  görə  "ilin  xalqı"  adlandırılmıĢ 
xalqımız  son  5  ildə  sanki  etirazetmə  qabiliyyətini  itirib,  halbuki  bu  müddətdə  onun  iqtisadi 
durumu dözülməz dərəcədə ağırlaĢıb, rüĢvətxorluq və korrupsiya cəmiyyət və dövlət həyatını 
taun  kimi  bürüyüb,  ölkənin  bütün  maddi  sərvətləri  məhdud  klan  tərəfindən  talanır,  6 
rayonumuz  bir  əldə  düĢmənə  təslim  edilib  və  s.  Bəs  xalqın  susmasına  səbəb  nədir?  Onun 
indiki  iqtidara  inamımı,  sevgisimi,  diktaturaya  və  diktatorlara  meylli  olmasımı,  yoxsa 
demokratiyaya inamının itməsi, ya da tamam baĢqa amillər?
 
-Sualı çox geniĢ qoydunuz - bir sualın içərisində əslində 3-4 sual gedir.  
Birinci ondan baĢlayım ki, xalqın susması hələ onun təslim olması, yaxud Ģəraitlə barıĢması 
demək  deyil.  Heç  zaman  belə  ola  bilməz.  Bu,  həmin  xalqdır  ki,  Sovet  hökumətinin  gur-gur 
guruldayan  vaxtında  Brejnev  televiziyaya  çıxanda  deyirdi  ki,  bu  qoca  nə  vaxt  öləcək  ki, 
xalqların  da  canı  dincəlsin?  Nəticədə  nə  oldu?  Qazaxıstanda  katibi  dəyiĢdirərək  yerinə  rus 
qoydular,  qazax  xalqı  ayağa  qalxaraq  vuruĢdu,  onları  qan  içində  boğdular.  O  zaman 
Azərbaycanda  bəziləri  dedi  ki,  bizdə  elə  hadisə  olsaydı  biz  qalxmazdıq  -  görürsünüz,  onlar 
mübarizdir,  bizsə  yox.  Mən  belələrinə  dedim  ki,  çox  səhv  edirsiniz  -  hər  xalqın  içərisində 
azadlıq və mübarizə idealı, istəyi var. Siz bunu görəcəksiniz. Biz çox sevinirdik ki, qazax xalqı 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə