DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə79/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   75   76   77   78   79   80   81   82   ...   99

-Kələkidən  dönəndən  sonra  Demokratik  Konqresdəki  və  AXCP-dəki  durumdan,  qüvvələr 
nisbətindən yetərincə tanıĢ ola bilmisinizmi? Demkonqresin gələcəyini necə görürsünüz?
 
-Mən Bakıya qayıdan kimi həm AXCP-nin, həm də Demkonqresin iĢiylə daha yaxından tanıĢ 
oldum.  Gördüm  ki,  AXCP-nin  içərisində  müəyyən  kiçik  qruplar,  narazılıqlar  var  və  bunu 
aradan götürdüm - onlar artıq yoxdur.  
Tez-tez  deyirdilər  ki,  AXCP  parçalanacaq.  Mən  bilirdim  ki,  parçalanmayacaq;  sadəcə,  fikir 
ayrılıqları  müəyyən  ziddiyyətlər  yaratmıĢdı.  Mən  bu  ziddiyyətləri  aradan  götürdüm,  fikir 
ayrılıqlarısa  hələ  də  qalır,  bu  da  demokratiyanın  tələbidir  -  hər  partiyanın  daxilində  fikir 
çəkiĢmələri  olmalıdır.  Əgər  fikir  dartıĢmalarına  imkan  verməsək  onda  bizim  partiya  da 
quruyacaq,  adlarını  çəkmədiyim  bəzi  təĢkilatlara  çevriləcək,  bizsə  bunu  istəmirik,  çünki 
inkiĢafımızda maraqlıyıq.  
Demkonqresdə  də  belədir.  Orada  səsvermə  konsensusa  əsaslanır  -  heç  kim  heç  kimə  təsir 
edə  bilməz,  bir  nəfər  səs  verməsə  təklif  keçmir,  qərar  qəbul  olunmur.  Məhz  demokratik 
prinsiplər əsasında qurulduğuna görə də Demkonqres yaĢayır və fəaliyyət göstərir.  
Mən  bu təĢkilatda struktur dəyiĢiklikləri etməyi  düĢünürdüm  ki,  qərarları daha  çevik  Ģəkildə 
qəbul edək. Ancaq hələ hamı buna razı deyil; görünür, müəyyən vaxt lazımdır ki, inandıraq, 
təlqin  edək,  mövqelərimizi  yaxınlaĢdıraq.  Əminəm  ki,  Demkonqresdə  müxalifətin  uğurlu 
fəaliyyətinə gözəl Ģərait yaranacaq və avtoritarizmlə dəyanətlə çarpıĢmağa gücümüz olacaq. 
-Demkonqresin yaradılması Sizin ideyanızdır?
 
-Bəli,  mənim  ideyamdır.  Ancaq  mən  onun  adını  əvvəlcə  "Demokratik  Konqres"  yox, 
Hindistandakı kimi "Milli Konqres" düĢünürdüm - o da klassik Xalq Cəbhəsinin bir formasıdır. 
"Milli Konqres" adını təklif edənlər də oldu, ancaq mən fikirləĢdim ki, o getdikcə öz ətrafına 
baĢqa partiyaları da toplayacaq (artıq 3-4 partiyadan deyirdilər ki, ora gəlmək istəyirik), ona 
görə "Demokratik Konqres" adlanmasını təklif etdim.  
-QarĢıdan AXCP-nin növbəti qurultayı gəlir. Sizcə, o, Azərbaycandakı demokratik hərəkata nə 
verəcək?
 
-Elə partiyalar var ki, qurultaylarını 6 saata qurtarırlar, bizimkisə 2 gün davam edəcək. Biz bir 
daha göstərəcəyik ki, Azərbaycanda AXCP adlı necə demokratik bir partiya var. Orada ciddi 
və açıq Ģəkildə mübahisələr aparılacaq. Tam demokratik seçki keçiriləcək, kimi istəsələr onu 
sədr seçəcəklər. Biz cəmiyyətə, əvvəlki qurultaylarımızda olduğu kimi, yenə bir demokratiya 
nümunəsi göstərəcəyik.  
Baxın, YAP partiya adı daĢıyır, amma keçmiĢ kommunist partiyasından heç nəylə fərqlənmir; 
onun  özəklərinin  rəhbərləri  rayonların  icra  baĢçılarına,  iri  müəssisələrin  baĢçılarısa  öz 
tabeliyindəki  təĢkilatlara  xüsusi  sifariĢ  verirlər  ki,  rayonda,  yaxud  müəssisədə  iĢləyənlərin 
hamısı  YAP-a  girsinlər,  girməsə  iĢdən  çıxaracağıq.  Buna  görə  də  ona  ucdantutma  "abunə" 
gedir.  Bu,  partiya deyil  -  bu, insanları zorla,  döyə-döyə,  məsələn,  bir stadiona  yığmaq kimi 
Ģeydir. Partiya olaraq YAP-ın qurumları arasında birlik yoxdur, orada böyük təfriqələr yaĢanır. 


Bu partiya yalnız bir adama bağlıdır - Heydər Əliyevə. Sabah o, hakimiyyətdən uzaqlaĢan kimi 
partiya  da  dağılacaq.  Belə  partiya  yaĢaya  bilməz,  çünki  o,  Əliyevin  yuxarıdan  qurduğu 
avtoritar  sistemdir.  Ancaq  AXCP  özünün  qurultaylarıyla  cəmiyyətin  demokratikləĢməsinə, 
ictimai Ģüura əsaslı təsir edir. O, sözün əsl mənasında demokratiya institutudur. Ġnanıram ki, 
qarĢıdakı prezident seçkilərində də AXCP bir daha öz qüdrətini göstərəcək, xarici ölkələrdə də 
onun nüfuzu artacaq. 
"Biz bu sərtliklə getsəydik daha düzgün  hərəkət etmiĢ olardıq, ancaq təəssüf ki, 
mövqeyimizi yumĢaltdıq" 
-AXC(P)-nin  idarəetməsində  bir  sıra  mərhələlər  olub:  Ġdarə  Heyəti,  Ġcraiyyə  Komitəsi,  Ali 
Məclisin  Rəyasət  Heyəti.  Ġstərdim  ki,  bunları  səciyyələndirəsiniz  və  qarĢıdakı  qurultayda 
idarəetmədə yenilik olub-olmayacağını açıqlayasınız. 
 
-Xalq Cəbhəsində üç elə qurum olub. Ġdarə Heyəti çox ağır Ģəraitdə iĢləyirdi - bizə qarĢı hər 
yerdən  təzyiqlər  vardı.  QarĢımızdakı  vəzifə  də  ağırdı  -  Azərbaycan  xalqının  hərəkatını  təĢkil 
etməliydik,  xalqı  meydanlara  yığmalıydıq.  Hakimiyyətdəki  amansız  kommunist  qüvvələrinə 
qarĢı  çox  mərdliklə  mübarizə  aparırdıq,  xalqın  gücünü  bir  yerə  toplaya  bilirdik.  Bu  məhz 
ozamankı Ġdarə Heyətinin əməyinin nəticəsiydi. Əlbəttə, Məclisin də fəaliyyətini danmırıq - o 
da gərəkli qərarlar çıxarmaqda həmiĢə düzgün hərəkət edirdi.  
O zaman bizi tənqid edirdilər ki, hadisələrin dalınca sürünürsünüz. Amma indi Siz "Meydan: 4 
il 4 ay" kitabınızda yazırsınız ki, Azərbaycan Xalq Cəbhəsi o vaxt hadisələrin önündə gedirdi 
və  xalqı  arxasınca  aparırdı.  Bəli,  sonra  elə  bir  zaman  gəldi  ki,  bu  böyüklükdə  qüvvə  birgə 
yaĢaya  bilmədi.  Mən  o  vaxt  da  dedim  ki,  AXC  uzun  zaman  vahid  qüvvə  halında  qalarsa 
kommunist  partiyasının  tayı  olar;  belə  mövcudluq  demokratiyaya  ziddir.  Dedim  ki,  çox 
çəkməyəcək,  Xalq  Cəbhəsinin  içərisindən  yeni  partiyalar  çıxacaq  (plüralizmin  əsas  xətti 
budur), bu partiyalar inkiĢaf edəcək və Azərbaycanın ağır vaxtında onlar birləĢib klassik Xalq 
Cəbhəsi yaradacaq. Ġndi Demokratik Konqres həmin klassik Xalq Cəbhəsinin bir növüdür. 
Yenə sualınızın cavabına qayıdıram. AXC Ġcraiyyə Komitəsininsə vəziyyəti həm yüngüldü, həm 
də ağır.  
Biz  hakimiyyətə  gəlməzdən  azacıq  öncə  Ġdarə  Heyətinin  yerində  Ġcraiyyə  Komitəsi  yarandı. 
Cəbhənin bütün yetkin qüvvələri hakimiyyət qurumlarında iĢə getdi, Ġcraiyyə Komitəsi də, Ali 
Məclis  də  zəiflədi  (ancaq  buna  baxmayaraq,  vəzifəlilərin  bir  hissəsi  Məclisin  üzvü  olaraq 
qaldı).  Mənsə  sədr  olsam  da  birbaĢa  Cəbhənin  iĢiylə  məĢğul  ola  bilmirdim;  sadəcə  olaraq, 
Ġcrakomun  sədriylə  bir  neçə  dəfə  görüĢdüm,  vəssalam.  Çox  vaxt  (elə  indi  də)  tənqidlər 
eĢidirəm ki, icrakomun sədri Tofiq Seyidov və baĢqaları düzgün iĢləməyib. Ancaq o, zamanına 
görə düzgün iĢləmiĢdi - gücü ora qədərdi.  
Ġcraiyyə  Komitəsi  iĢləyəndə  biz  hakimiyyətdəydik  və  ona  təzyiq  yoxdu;  bundan  yaxĢı 
faydalanmaq  olardı,  lakin,  təəssüf ki,  bunu  edə bilmədi.  Biz adamları Cəbhəyə total Ģəkildə 
yazdırmaq  istəmirdik.  Ġcraiyyə  Komitəsi  deyirdi  ki,  Cəbhəyə  girməkçün  kütləvi  halda  ərizə 
yazırlar. Mən bildirdim ki, onlar ideyaya gəlmirlər - Cəbhəyə yalnız vəzifə almaq vasitəsi kimi 
baxırlar.  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə