DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə81/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   77   78   79   80   81   82   83   84   ...   99

Biz  çalıĢmalıyıq  ki,  birincisi,  qanunlarımız  müasir  olsun,  ikincisi,  o  qanunlara  əməl  edilsin, 
üçüncüsüsə, siyasi dustaqlar azadlığa buraxılsın.  
Azərbaycanda bu gün 900-ə qədər siyasi dustaq var. Ümumənsə zindanlarda 30 mindən artıq 
dustağın  saxlanıldığı  bəllidir.  Müqayisədən  ötrü  deyim  ki,  biz  hakimiyyətə  gələndə 
Azərbaycanda  14  min  dustaq  vardı.  Biz  onlardan  10  minini  buraxdıq  (amnistiyaya  saldıq), 
cəmi  4  min  dustaq  qaldı.  Bəli,  bizdən  qalmıĢ  4  min  dustaq  indi  30  mindən  çox  olub,  yəni 
Azərbaycanda  insanları  azadlıqdan  məhrum  etməyə  7  dəfədən  artıq  səy  göstərilib,  7  dəfə 
artıq  xərc  çəkilib,  deməli,  günasız  insanlar  həbsxanalara  doldurulub.  Biz  indi  çalıĢırıq  bütün 
siyasi  dustaqlar,  o  sıradan  110  nəfər  AXC  üzvü  azadlığa  buraxılsın.  Onları,  əlbəttə,  siyasi 
dustaq  kimi  həbs  etməyiblər  -  həyətlərinə,  maĢınlarına,  evlərinə,  ciblərinə,  deyək  ki, 
qumbara,  tapança,  patron,  baĢqa  silah  qoyublar,  çoxunu  dövləti  silahlı  yolla  devirməyə 
çalıĢmaq üstündə həbs ediblər. 
-Siz Kələkiyə təzə gedən vaxtlarda burada polis iĢçiləri müxalifətçiləri, məsələn, küçədə tutub 
deyirdilər  ki,  protokola  nə  yazaq  -  evindən  güllə  tapılmasını  istəyirsən,  yoxsa  anaĢa 
tapılmasını?  Təbii  ki,  onlar  anaĢadansa  gülləni  üstün  tuturdular.  Çox  təəssüf  ki,  bu  gülməli 
vəziyyət neçə-neçə mərd insanı ağlamalı günlərə salıb... 
 
-Bəli,  çox  düzdür!  "Yuxarı"dan  göstəriĢ  vermiĢdilər  ki,  Azərbaycanda  silahlar  yığılsın,  ancaq 
onu yığmağın formasını tapa bilmirdilər. Cəbhəçiləri tutub döyürdülər ki, səni ya tutacağıq, ya 
da öldürəcəyik; get, silah tap gətir, yoxundursa inəyini sat, silah alıb gətir. Bir çox adamlar 
həqiqətən  atlarını,  inəklərini  sataraq  oradan-buradan  silah  alıb  verdilər  ki,  iĢləri  bir  az 
yüngülləĢsin.  
Bizim Xalq Cəbhəsinin üzvlərinə sanki ayrıca qanun tətbiq edirlər. Məsələn, deyək ki, birinə 
qanunla  üç  il iĢ veriləndə bunun  iki  ilini  yatandan  sonra  onu  evə buraxa  bilirlər,  amma  bu, 
cəbhəçilərə Ģamil edilmir. Cəbhəçilər bir gün belə tez buraxılmır və çalıĢırlar ki, yeni maddələr 
tapıb onların buraxılmasının qarĢısını alsınlar. Bundan baĢqa, cəbhəçilər kiçik bir Ģeyə etiraz 
edən  kimi  o  saat  onu  rusca  "krıtı"  adlandırılan  yerə  göndərirlər,  iki-üç  il  orada  saxlayırlar. 
Həbsxananın özündəki karserlə və sair əzablarla cəbhəçilərə zülm edirlər. Bizim mübarizəmiz 
tək ona görə deyil ki, cəbhəçilər xilas olsun, həm də istəyirik ki, ümumiyyətlə, Azərbaycanda 
siyasət sahəsində çalıĢan adamlar öz görüĢlərinə görə həbslərə məruz qalmasınlar. 
Xüsusi  Təyinatlı  Polis  Dəstəsindən  də  300  nəfər  siyası  dustaqlar  sırasındadır.  Onların,  ola 
bilsin  ki,  böyükləri,  rəhbərləri  nəyəsə  göstəriĢ  veribdir.  Onlar  hakimiyyətdaxili  mübarizənin 
qurbanlarıdır.  
Dövlət tərəfindən qanuniləĢdirilmiĢ XTPD bunların hakimiyyətinə müxalif olub, onun rəhbərləri 
sıravilərə deyib ki, silahı əldə saxlayın, biz təslim olmayacayıq. Sonradan da, bəlli olduğu kimi
XTPD ağ bayraq qaldırıb və danıĢığa getmək istəyib.  
O zaman  AXC  də,  Müsavat  da,  baĢqa  partiyalar da təklif  etdilər ki,  iqtidarla  XTPD  arasında 
danıĢıqlarda  vasitəçiliyə  razıdırlar;  onlar  barıĢdırıcı  yol  tapmalıdırlar.  Buna  Əliyev  iqtidarı 
nəinki  imkan  vermədi,  əksinə,  məsələni  daha  da  qızıĢdırdı  və  nəhayət,  onların  baĢçılarını 
cismən  məhv  etdi,  əsgərlərisə  zindanlara  doldurdu.  Bu  əsgərlərin  bəzilərinə  demiĢdilər  ki, 


məsələn, silahı götür, dur qapıda, içəri heç kimi buraxma. Ġndi belələrinin də hamısı Cinayət 
Məcəlləsinin 57-ci maddəsiylə Vətənə xəyanətdə suçlandırılır. Ġndi onların valideynləri, insan 
hüquqlarını müdafiə  cəmiyyətləri haqlı  olaraq  mübarizə  aparırlar ki,  bu insanlar Vətən  xaini 
ola  bilməzlər,  çünki  3  il,  4  il,  bəziləri  5  il  Azərbaycanın  azadlığı,  torpaqları  uğrunda  könüllü 
vuruĢub və onların 200-ə qədəri yaralıdır.  
Bu  iqtidar  Çernobıl  qəzasında,  yaxud  ikinci  dünya  müharibəsində  iĢtirak  etmiĢ  adamlara 
güzəĢtə gedir, amma Azərbaycan uğrunda mübarizə aparan adamlara nəinki heç bir güzəĢt 
etmir, əksinə, onları ən ağır, dəhĢətli maddələrlə həbsxanalara atır. 
Bax,  bütün  bu  dustaqların  hüququnun  bərpası  uğrunda  mübarizə  aparılır.  Onların  siyahıları 
çıxarılaraq BMT-yə, Ġnsan Haqlarını Müdafiə Komitəsinə, xarici ölkələrə göndərilib ki, onlar da 
bu məsələdə iĢtirak etsinlər, onları buraxdırmaqçün hakimiyyətə təzyiq göstərsinlər. 
XTPD-dən  həbs  edilən  əsgərlərin  anaları  Prezident  Aparatı  qarĢısında  haqlı  çıxıĢ  edirlər  ki, 
fərarilər bağıĢlanılır, ancaq Azərbaycan uğrunda könüllü mübarizə aparanlara aman verilmir. 
Yaxud  Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü  rus  imperiyasının  çəkdirdiyi  sərhəd 
məftillərini  dağıtmaqdan  baĢlanır,  ancaq  bu  tarixi  hərəkata  ilk  vaxtlar  baĢçılıq  edənlərdən 
Fərəc Quluyev, Asəf Quluyev indi həbsxanadadır, 10 il, 12 il iĢ alaraq ağır iĢgəncələr altında 
çətin  vəziyyətdə  yaĢayırlar.  Və  onların  etdiyini  bu  iqtidar  utanıb-çəkinmədən  indi  öz  adına 
çıxır. 
"Doğrudanmı onlar düĢünmürlər və görmürlər ki, ...Stalinin, Beriyanın övladlarının 
baĢına  nə  gəldi,  bəzilərinin  müəllimi  və  himayəçisi  olmuĢ  Brejnevin  qızı  axırda 
əynindəki kürkünü satıb çörəyə verdi?!" 
-Ümumiyyətlə, Bəy, adamda istər-istəməz belə bir fikir yaranır ki, erməniyə kim güllə atıbsa, 
erməniylə kim vuruĢubsa o, bu saat ya zillətdə, ya da zindanlardadır, erməniylə vuruĢanların 
hamısından intiqam alınır. 
 
-Bu, belədir. Azərbaycanın azadlığı uğrunda mübarizə aparanlar həm Rusiyanı hesaba almır, 
ermənilərin  arasında  Rusiyanın  əsgərlərinə  qarĢı  vuruĢurdular,  həm  də  indiki  iqtidarın 
təslimçiliyini qəbul etmir və ona qarĢı çıxıĢ edirdilər. Ġndi bunlar - rus imperiyasının köməyiylə 
hakimiyyətə gələnlər fürsəti ələ keçirərək, Azərbaycanın azadlığı uğrunda mübarizə aparmıĢ 
həmin o "söz eĢitməyən", "qeyri-itaətkar" adamlardan qisas alırlar.  
Onlar  doğrudan-doğruya  əzilir  ki,  millət  yanında  baĢıaĢağı  olsunlar,  çünki  millət  onları 
qəhrəman  kimi,  vuruĢan  igidlər  kimi  tanıyır,  onların  Azərbaycanda  haqları  çoxdur.  Bu 
adamların haqqını tapdayırlar ki, onlar yenə də müti, itaətkar olsunlar və ölkədə onların yox, 
Azərbaycana xəyanət eləmiĢlərin, onun torpaqlarını satmıĢların ad-sanı ucalsın.  
Doğrudan  da,  nə  qədər  qəribədir  -  vaxtilə  Azərbaycanın  azadlığı  əleyhinə  səs  verənlər  indi 
özlərini bu azadlığın qurucusu, bizlərisə "Vətən xaini" adlandırır, vaxtilə Azərbaycanın azadlığı 
yolunda ən  böyük  əngəl  olanlar bu gün  onun  azadlıq bayramlarında süni  gülüĢlərlə  özlərini 
elə göstərirlər ki, guya sevinirlər. Əslindəsə bu bayramlar mahiyyətcə onlara yad olduğuna, 
özlərinin onun əldə edilməsində heç bir rolu olmadığına görə içlərində ona qarĢı bir nifrət var. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə