DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə80/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   76   77   78   79   80   81   82   83   ...   99

Sonra elə oldu ki, Azərbaycanda hərbi vəziyyət kəskinləĢdi. Belə Ģəraitdə Xalq Cəbhəsi daha 
kəskin və sərt çıxıĢ etməliydi. Buna görə də Ġcraiyyə Komitəsinə Fərəc Quluyevi gətirdik. O, 
hərbçilərlə açıq və sərt danıĢa bilirdi. Müdafiə naziri də, daxili iĢlər naziri də onunla ehtiyatlı 
danıĢırdılar. Fərəc bəy onları yerində oturda bilirdi, çünki həm də millət vəkilidi. O, birinci dəfə 
olaraq Rəhim Qazıyev və Surət Hüseynov haqqında bəyanat verdi. Biz bu sərtliklə getsəydik 
daha düzgün hərəkət etmiĢ olardıq, ancaq, təəssüf ki, mövqeyimizi yumĢaltdıq. Bu adamların 
ikisi də hələ  onda həbs  olunmalıydı.  Ancaq  mən  dedim  ki,  yoxlamamıĢ, istintaq aparmamıĢ 
onları cinayətkar adlandırmaq  olmaz  -  yenə  də qanuna  dayandım. Əslində  belə  etməsəydik 
dövlətimizin  elan  etdiyimiz  prinsiplərindən  özümüz  imtina  etmiĢ olardıq.  Mən  silahdaĢlarıma 
bildirirdim  ki,  Sovet  dövründən  qalma  "vətən  xaini"  ifadəsini  az  iĢlədin,  çünki  o,  elə  bir 
damğadır ki, onu sonra hamıya vura bilərlər, buna görə də çox qorxulu simptomdur - hətta 
qonĢusundan məiĢət zəminində Ģikayət edən də onu "vətən xaini" adlandırır. 
Ümumiyyətlə,  həm  Ġcraiyyə  Komitəsinin,  həm  də  indiki  Rəyasət  Heyətinin  iĢindən  razıyam. 
Mən 4 il burada yoxdum, ancaq Bakıda qalan arxadaĢlarım partiyanı dağılmağa qoymadılar. 
AXCP-yə  qarĢı  ən  qəddar  hücumlar  olub,  televiziya,  radio,  qəzet  -  hər  Ģey  və  hər  kəs 
əleyhimizə  iĢləyib,  fərd-fərd  hamımızı  təhqir  ediblər,  sıradan  çıxarmağa  can  atıblar.  Bütün 
bunlara  baxmayaraq,  AXCP  özünü  qoruyub  saxlaya  bildi,  parlament  seçkisinə  də  getdi  (o 
hətta bu cür antidemokratik seçkinin özündə belə 15 yer götürmüĢdü, ancaq ona cəmi 3 yer 
verdilər). Ġndi bizim parlamentdə 4 millət vəkilimiz var - parlament partiyasıyıq, hüququmuz 
daha çoxdur. Bu qələbəni avtoritarizm mühitində qazana bilmiĢiksə, demək, iĢimizi, o sıradan 
Rəyasət Heyətinin də iĢini müsbət qiymətləndirə bilərik. 
-Qurultayın idarəetmədə yenilik edəcəyi gözlənilirmi?
 
-Elə  bir  yenilik  olacağını  qabaqcadan  deyə  bilmərəm.  Belə  edərəmsə  cəbhəçilər  mənim 
təsirim altında qərar çıxara bilərlər. Həzrət peyğəmbərdən (s.ə.s.) soruĢurlar ki, səndən sonra 
xəlifə kim olacaq? Cavab verir ki, indidən desəm Ģuranın qərarı pozular; Ģuranı çağıracaqsınız, 
o seçəcək. Mən də nüfuzumdan istifadə edib qabaqcadan yön verməyə, istiqamət verməyə 
çalıĢmıram. Qoy qurultay özü kimi seçəcəksə seçsin, nə cür seçəcəksə seçsin. Vacibi odur ki, 
iki günə iĢini yekunlaĢdırıb gərəkli qərarlar çıxarsın. 
-Bugünkü "Yeni Müsavat" qəzetində partiyalarımızın birləĢməsi haqqında məlumat verilib. Siz 
bu iki qardaĢ partiyanın birləĢməsinə necə baxırsınız?
 
-Mənə elə gəlir ki, bunlar Müsavat Partiyasının yuxarı səviyyəsində gedən söhbətlərdir. Hələ 
bəlli  deyil  ki,  partiyanın  Divanı  buna  razıdır,  yoxsa  bu,  2-3  nəfərin  fikridir.  Bu,  fikir  kimi 
meydana  atılıb  və  haqqında  düĢünmək  olar.  ġəxsən  mənə  qalanda  bu  partiyaların 
birləĢməsinin  tərəfdarı  deyiləm;  onlar  Azərbaycanda  iki  ən  aparıcı  partiyalardır  və  o  qədər 
iriləĢiblər ki, onları təzədən bir qazana yerləĢdirmək olmaz. Mən istəyirəm ki, onlar öz ətrafına 
baĢqa partiyaları da cəlb etsinlər, böyüsünlər və Amerikadakı kimi iki aparıcı partiya olsunlar. 
Amerikada da xeyli  partiya var, ancaq  onlardan  yalnız  ikisi aparıcıdır.  Azərbaycanda da 40-
dan  çox  partiya  içərisində meydanda iki  ən  nüfuzlusunun  olması Ģəraiti  normallaĢdırır.  Mən 
dəfələrlə  demiĢəm  ki,  AXCP  və  Müsavat  ən  ləyaqətli  siyasi  müttəfiq,  dost  və  ən  ləyaqətli 
siyasi rəqibdirlər. Ona görə ki, hər iki partiya inkiĢaf etmək və aparıcı sözü demək istəyir; özü 
də bu, ziddiyyət yox, yarıĢ formasındadır. Bir qədər səbir edib 2-3 il buna dözsək mən deyən 


gəlib  yerini  tutacaq.  Onda  xırda  partiyalar  görəcək  ki,  müstəqil  yaĢamalarının  bir  nəticəsi 
yoxdur və birləĢməyə baĢlayacaqlar. 
-ġəxsən məndə müĢahidələrim nəticəsində belə fikir yaranıb ki, Müsavata nisbətən Cəbhəylə 
mülayim  rəftar  olunur,  daha  doğrusu,  Müsavat  Partiyası  qəsdən  sıxıĢdırılır  ki,  cəmiyyətdə 
iqtidarın  bu  iki  partiya  arasında  fərq  qoyması,  Cəbhənin  iqtidara  yaxın  olması  haqqında 
ictimai rəy yaransın; bununla da iki qardaĢ partiyanın münasibətlərini pozmaq istəyirlər.
 
-Bəli, əsas məqsəd də budur ki, iki partiyanın arasını vursunlar. Çox təəssüf ki, bəziləri buna 
aldanır,  deyirlər  ki,  Cəbhəyə  güzəĢt  olunur.  Nəyi  bizə  güzəĢtə  gedirlər?  Belədirsə  hər  Ģey 
oyana,  qərargahımız  hanı?  Rayon  Ģöbələrimizin  də  qərargahlarını  alıblar,  qaytarmırlar. 
Noyabrın 17-sində Azərbaycanın DirçəliĢ bayramını keçirməyə də AXCP-yə yer vermədilər. 
"Bizdən  qalmıĢ  4  min  dustaq  indi  30  mindən  çox  olub,  yəni  Azərbaycanda 
insanları azadlıqdan məhrum etməyə 7 dəfədən artıq səy göstərilib, 7 dəfə artıq 
xərc çəkilib" 
-Cəbhəçi  yoldaĢlarımızın  bir  çoxu  dustaqdır.  Vaxtilə  Vətən  torpaqlarımızı  qorumuĢ  Xüsusi 
Təyinatlı Polis Dəstəsinin üzvləri, xalqımızın bir sıra baĢqa yurdsevər övladları da zindanlara 
atılıb.  XahiĢ  edirəm  bu  məhbusların  azad  edilməsinə  AXCP-nin  göstərdiyi  və  göstərəcəyi 
təĢəbbüslər haqqında danıĢasınız.
 
-Bu  gün  məsələyə  bir  neçə  yöndən  yanaĢmaq  olar.  Birincisi,  ümumiyyətlə,  Azərbaycanda 
məhbusların  vəziyyəti  hansı  Ģəkildədir?  Biz  çalıĢırıq  ki,  Azərbaycanda  məhbuslarla  və  ya 
məsuliyyətə cəlb olunanlarla davranıĢ qanun  çərçivəsində olsun. Bu, indi çox kobud Ģəkildə 
pozulur. Ġkincisi də, biz istəyirik ki, ölkədə məhbusların yaĢayıĢ Ģəraiti sovet dövründən "islah 
əmək düĢərgələri" adlanan yerlərdə Avropa standartlarına uyğun olsun. Avropada 4 məhbus 
bir  otaqda  qalır,  hər  cür  Ģəraitləri  də  var.  Orada  insanlar,  sadəcə,  azadlıqdan  məhrum 
olunurlar;  vətəndaĢ  hüquqları,  baĢqa  hüquqları qalır  və  qorunur  -  azadlıqdan  məhrumetmə 
yalnız müəyyən məhdudiyyətlərin yaradılması deməkdir. Avropa həbsxanalarında dustağın ad 
günü  keçirmək,  qohumlarla  görüĢmək,  dostları  ad  gününə  dəvət  etmək  ixtiyarı  var 
(toplaĢaraq  böyük  dəstəylə  məhbusun  ad  gününü  keçirirlər).  Azərbaycandasa  10  nəfərlik 
otağa 40 nəfər doldururlar, məhbuslar növbəylə yatır, yer üstündə dava gedir. Azərbaycanda 
son  dörd  il  yarımda  çoxlu  haqsız  həbslər  olmuĢdur.  Daha  doğrusu,  prokurorluq  və  polis 
orqanları harınlıq edib və "yuxarı"dan kiminsə (deyək ki, dövlət baĢçısının) sifariĢiylə yüzlərcə, 
minlərcə  günahsız  adam  həbsxanaya  atılıb.  Gələcəkdə  bu  haqsız  məhkəmələrin  də  sorğu-
sualı olacaq, o məhkəməni aparanların özünə də məhkəmə qurulacaq.  
Deməli,  bizdə  bütövlükdə  hüquq  qaydaları  dəyiĢdirilməlidir.  Mövcud  qanunların  özləri  də 
gözlənilmir,  pozulur  və  ölkədə  qanunsuzluq  baĢ  alıb  gedir.  Ona  görə  də  məsələni  birtərəfli 
yox,  bütöv  həll  etməliyik.  Birinci,  Azərbaycanda  güllələnmənin  ləğv  edilməsinə  çalıĢmalıyıq; 
bu, əsas məsələdir, çünki Avropa ġurasına daxil olan ölkələr güllələnməni aradan götürürlər, 
halbuki bizim cinayət məcəlləmizdə güllələnmə cəzası düĢən 12 maddə var. 
Ġkincisi, indiki həbsxanalar müasirləĢdirilməli, Avropa standartlarına uyğunlaĢdırılmalıdır.  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə