DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə84/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   80   81   82   83   84   85   86   87   ...   99

erməni iĢğalçılarından təmizlənməsini də öz adına çıxır və burada Siz baĢda olmaqla iqtidarın 
heç bir baĢçısının rolu olmadığını bəyan edir.
 
Mən  Surət  Hüseynovun  həm  «Space»,  həm  də  dövlət  televiziyasındakı  çıxıĢlarına  baxmıĢ, 
çıxıĢın  mətnini  «Xalq  qəzeti»ndə  diqqətlə  oxumuĢam.  S.Hüseynov  orada  yalnız  bir  məqsəd 
güdüb - indiki iqtidarın istəyinə və sifariĢinə uyğun olaraq bizi gözdən salmaq. Bu məqsədlə 
o, bütün faktları saxtalaĢdırıb, bizim ünvanımıza bol-bol böhtan və iftiralar yağdırıb. 
Goranboy  və  Ağdərə  rayonlarının  azad  edilməsi  məsələsinə  gəlincə,  S.Hüseynov  baĢdan-
ayağa  yalan  danıĢır.  Goranboy  və  Ağdərəni  azad  edənlər  əslində  həmin  rayonlardakı  yerli 
özünümüdafiə  dəstələri  idi.  Onlara  müəyyən  qədər  hərbi  qüvvələr  və  polis  də  köməklik 
göstərirdi.  Burada  daha  çox  Azərbaycanın  Milli  Qəhrəmanı  MaĢallah  Abdullayev’in  baĢçılıq 
etdiyi qüvvələrin qəhrəmanlığını xüsusi qeyd etmək gərəkdir. Onların gördüyü iĢi heç kəs öz 
adına çıxa bilməz.  
Həmin əməliyyatlarda yerli döyüĢçülər xeyli Ģəhid verib. O rayonların azad olması da həmin 
Ģəhidlərin xidmətidir, Surət Hüseynovun yox; o yalnız bəzi əməliyyatları sursatla təchiz edib 
ki,  bu  sursatı  da  dövlət  göndərmiĢdi.  Goranboyun  hansı  sakinindən  soruĢsanız  mənim 
dediklərimi təsdiqləyər. 
S.Hüseynov  Ali  BaĢ  Komandan  kimi  Sizin  Laçın  dəhlizini  bağlamaq  haqqında  əmr 
verdiyinizdən  danıĢarkən  bu  əmrin  yerinə  yetirilməməsinin  səbəbini  batalyon  komandirinin 
Laçının  yaxınlığında  həlak  olması  və  bütün  döyüĢçülərin  onun  yasına  getməsi  ilə  izah  edir. 
Bildirir  ki,  briqada  komandiri  Nüsrət  Namazov  bu  hücum  üçün  heç  bir  lazımi  tədbir 
görməmiĢdi...
 
S.Hüseynov yenə doğru danıĢmır. Əməliyyat vaxtı o, orada yoxdu və döyüĢdə iĢtirak etmirdi. 
Bəlli olduğu kimi, ġuĢa və Laçın hələ bizim hakimiyyətədək ermənilərin əlinə keçmiĢdi. Bəli, 
mən  əmr  vermiĢdim  ki,  Laçın  dəhlizi  nəyin  bahasına  olursa-olsun  bağlanmalıdır.  Bundan 
sonra  biz  ġuĢanı  azad  etmək  fikrində  idik  və  Laçın  dəhlizinin  bağlanması  bunu  təmin 
edəcəkdi. 
Bizim  qoĢunlar  Laçın  Ģəhərinin  düz  üstünə  qədər  gedib  çıxmıĢdılar,  onun  kəndlərini  azad 
etmiĢdilər.  Bu  iĢdə  ordumuzun  əsgərləri  ilə  yanaĢı  yerli  özünümüdafiə  qüvvələri  də  iĢtirak 
edirdi.  Oradakı  qüvvələr  ikicə  gün  də  dayansaydılar  biz  Laçını  geri  qaytaracaqdıq.  Ancaq 
müəyyən  qüvvələr  yenə  xəyanət  etdilər,  hücumun  gediĢi  müddətində  dağlara  çəkildilər. 
Rusiyanın  Ermənistandakı  qoĢun  hissələri  də  ermənilərlə  birgə  Laçına  hücum  etdi  və 
bizimkilər onların qarĢısında dura bilməyərək məğlub oldular. 
Məsələ bu cürdür. 
Yeri gəlmiĢkən, həmin  ərəfədə mən Laçınla telefon əlaqəsi saxlayırdım və mənə bildirirdilər 
ki,  artıq  Ģəhərin  astanasındayıq,  çox  tezliklə  buranı  azad  edəcəyik.  Ancaq  dediyim  kimi, 
xəyanət və rusların hücumu bu planı pozdu. Surət də həmin xəyanətkarları çox gözəl tanıyır, 
bəs niyə onların adını çəkmir? 


Özünün  vəzifədən  uzaqlaĢdırılmasının  səbəbini  Surət  Hüseynov  bunda  görür  ki,  Seyfəlidə  5 
minlik  qoĢun  hazırlanaraq  2  aylıq  təlimdən  sonra  döyüĢ  vəziyyətinə  gətirilib.  Oradakı  hərbi 
hissələrin  təlim  baxıĢından  çəkilən  lentə  Sizin  iĢ  otağınızda  baxılarkən  guya  deyilib  ki,  bu 
cavan oğlanın əlində qoĢun, təyyarə, vertolyot var, o nə vaxt istəsə respublikada çevriliĢ edə 
bilər. Məhz elə orada da onun vəzifədən uzaqlaĢdırılması qərara alınıb.
 
Bu deyilən də həqiqətdən uzaqdır.  
Mən Seyfəlidəki yalnız hava qüvvələrimizin yaranması və təlimi haqqında lentə baxmıĢam və 
xeyli sevinmiĢəm. FərəhlənmiĢəm ki, bizim bu cür hava desantımız var. Ağ paltarlı, möhkəm 
can-cüssəli, mübariz ruhlu desantçılarımızı görəndə adamın ürəyi açılırdı. Mən bu qüvvələrin 
daha da möhkəmləndirilməsi üçün hər cür Ģərait yaradılmasına göstəriĢ vermiĢəm.  
Onu da deyim ki, bu baxıĢdan sonra mən hətta R.Qazıyev’ə öz təĢəkkürümü də bildirmiĢəm, 
çünki  bu  məsələ  ona  aid  bir  iĢ  idi  və  Surət  Hüseynova  dəxli  yoxdu.  S.Hüseynov  deyən  5 
minlik qoĢun haqqında lenti isə mən görməmiĢəm.  
Surət Hüseynovdan biz o vaxt aralanmağa baĢladıq ki, onun Rusiya generalı ġerbakla yaxın 
əlaqədə olduğunu öyrəndik. ġerbak bizim hərbi məsələlərdə çox mənfur rol oynayıb.  
S.Hüseynov  ġerbakla  əlaqəyə  girərək  onun  yanında  iĢləyən  bir  generala  döyüĢ 
əməliyyatlarımızın xəritələrini göstərir, onunla məsləhətləĢirdi. Biz bunu bildik və ona həmin 
adamlardan  uzaqlaĢmağı  əmr  etdik.  Sonralar  gördük  ki,  həmin  əməliyyat  xəritələri 
Ermənistana  satılıb.  Artıq  heç  bir  Ģübhə  qalmamıĢdı  ki,  Surət  Rusiyanın  BaĢ  KəĢfiyyat 
Ġdarəsinin əlinə keçib, buna görə də onun vəzifədən uzaqlaĢdırılması labüd idi.  
Təsadüfi deyil ki, ġerbak Surət Hüseynovu özünün dostu adlandırır və bu dostluqda heç bir 
qəbahət görmədiyini bizə söyləyirdi. 
Ümumiyyətlə,  Sizin  S.Hüseynovu  vəzifədən  uzaqlaĢdırmaq  qərarınızla  kabinetinizdəki  həmin 
lentə baxıĢ arasında nə qədər zaman fasiləsi olub? 
 
Vəzifədən  uzaqlaĢdırılma  qərarı  lentə  baxılandan  çox  sonra  olub.  Bu  qərara  biz  Ağdam 
əməliyyatı  zamanı  gəldik.  Ağdamda  Fərrux  təpəsini  və  Vəngin  üstündəki  təpələri 
götürəcəkdik.  Bu  əməliyyat  ən  yəksək  səviyyədə  hazırlanmıĢdı.  Əməliyyat  planını  Surət 
Hüseynov  əvvəlcə  15  gün  yubatdı,  sonra  yenə  15  gün  gecikdirdi,  halbuki  əvvəlcə  bizə  hər 
Ģeyin hazır olduğunu demiĢdi. Mən öyrəndim ki, o, kimlərləsə məsləhətləĢir. Nəticədə bizim 
hücumumuz pozuldu. Doğrudur, müəyyən təpələri aldıq, acaq onları əldə saxlaya bilmədik.  
Daha  sonra  Surət  «təmir»  adı  altında  texnikanı  oradan  geri  çəkdi.  Bunun  üçün  razılıq 
sənədinə  o,  bizdən  xəbərsiz  BaĢ  Qərargahın  rəisi  Nurəddin  Sadıqov’a  qol  çəkdirmiĢdi.  Mən 
texnikanın  niyə  geri  çəkildiyini  soruĢduqda  N.Sadıqovu  zərbə  altında  qoydular.  Surətin 
xəyanət etdiyi artıq bəlli oldu. Bundan sonra onu vəzifədə saxlamaq mümkün deyildi. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə