DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə75/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   71   72   73   74   75   76   77   78   ...   99

-Onların deməsinə görə, yalnız sitayiĢ olunası Ģey qalmalıydı?
 
-Bəli. Yəni Tanrı insanın ruhunda olur, bizsə əĢyalara sitayiĢ edirik, fikrimiz Tanrıdan yayınır, 
Onun  birliyi düĢüncəsindən  uzaqlaĢırıq  -  biri pirə  sitayiĢ edir,  baĢqası məscidə,  fikir  yayınır, 
təktanrılıqdan  aralanıb  bütpərəstliyə  qayıdırıq;  buna  görə  fundamentalist  islama,  yəni  köklü 
islama  qayıtmalıyıq.  Bunun  da  kökündə  o  durur  ki,  Qur’an’ı  oxu,  hədisi  oxu,  duanı  oxu, 
namazını qıl, vəssalam.  
Ancaq bu düĢüncə geniĢ yayıla bilmədi. Ġndi həmin Ģeyi Ġran tətbiq etmək istəyir, amma Ģiə 
təriqətinin  əsasında.  Qəti  baĢ  tutan  Ģey  deyil,  çünki  binasından  çürükdür.  Lazımdısa  bunu 
gərək  fərq  qoymadan  edəydilər  -  Ģiəliyi,  sünniliyi  bir  qırağa  atıb  təkcə  Məhəmməd 
peyğəmbərin  (s.ə.s.)  dediyini  götürəydilər,  çünki  sünni-Ģiəlik  peyğəmbərdən  sonrakı 
bölünmədir. 
-Azərbaycanda fundamentalizm niyə baĢ tuta bilməz?
 
-Çünki,  birincisi,  Ģiəlik  burada  Ġrandakı  qədər  qatı  və  qəddar  deyil.  Ġkincisi,  Azərbaycanda 
həmin ilkin dini sistem nə cəmiyyətdə qalıb, nə də dövlətdə. Doğrudur, din var, ancaq yayğın 
haldadır,  sistem  halına  düĢməyib  -  o  gərək  piramida halında ola.  Məsələn,  baĢda  gərək  bir 
Ģeyx, onun ətrafında da yenə 30 Ģeyx ola, 30 Ģeyxdən aĢağıda 500 nəfər iri ruhani, axund, 
onların  da  ətrafında  bir  10  min  molla  ola.  Piramida  halında  olanda  quruluĢ  olur; 
fundamentalizm bundan sonra yürüyə bilər.  
Digər tərəfdən, fundamentalizm islam dinində islahatın bir növüdür - islamda geriyəqayıtma 
islahatıdır.  O  islahatı  apara  biləcək  böyük  alimlər,  müctəhidlər  lazımdır,  axı  hər  adam  buna 
giriĢə bilməz ki. Məgər Azərbaycanda bu iĢi bacara biləcək qüvvə var?!  
Biz  indi  Sovet  tarix  metodologiyasından  çıxmaq  istəyirik,  ancaq  bacarmırıq,  çünki  gərək 
bununçün  yeni  metodologiya  hazırlayasan,  bundan  ötrüsə  yeni  təfəkkürlü,  dünyaya  yeni 
gözlə baxan, köhnə metodologiyanın təsiri altında olmayan, amma onu yaxĢı bilən ən azı bir 
100  mütəxəssis  lazımdır.  Onlar  yoxdur  deyə  Sovet  ideologiyasından  imtina  etsək  də  yenə 
"sinfi mübarizə"dən dəm vururuq. Məsələn, guya tarix yazırlar: filanıncı ildə kəndlilər üsyan 
edib  kəndxudanı  öldürdülər.  Kəndxudanı  öldürmək  üsyan  deyil  axı,  biz  buna  "üsyan"  adı 
qoyuruq  -  sadəcə  olaraq,  hansı  səbəb  üzündənsə  kəndxudadan  bezərək  onu  vurub 
öldürüblər.  Buna  o  saat  sinfi  mübarizə  baxımından  yanaĢırıq,  çeviririk  üsyana.  Yaxud 
"üsyanda  20  nəfər  kəndli  öldürüldü".  Sən  demə,  "kəndli  qiyamı"  da  baĢ  veribmiĢ!  Bəli, 
konkret kimə qarĢısa konkret Ģəxsin, yaxud Ģəxslərin davası "sinfi mübarizə" adlandırılır. 
Yaxud  orta  əsrlərdə  Azərbaycanda  feodalizm  cəmiyyətinin  varlığı  haqqında  müddəaları 
götürək. BoĢ düĢüncələrdir - hanı o feodalizm? Xanlar, bəylər feodal deyil ki, onların baĢçılıq 
etdiyi  cəmiyyət  quruluĢu  da  "feodalizm"  adlansın.  Azərbaycanda  hansı  feodaldan  söhbət 
gedir? Torpaq sahibidir - bir, bəydir - iki, ordusu var - üç. Bu, tamam baĢqa sistemdir. Avropa 
sisteminə baxıb onu eynilə öz cəmiyyətimizə tətbiq etmək istəyirik; düz gəlmir axı.  
Və yaxud ilk dövlətlərin quldarlıq cəmiyyətində yaranması haqqında fikrə baxaq. Bəli, Marks 
deyib ki, dövlət sinifli cəmiyyətin məhsuludur, ibtidai icmasa sinifsiz cəmiyyətdir, deməli, ilk 


dövlət  quldarlıqda  yarana  bilər.  Kökündən  yanlıĢ  müddəadır  -  dövlətin  tipləri  var:  quldar 
dövlət,  feodal  dövlət,  bəli.  Ancaq  bunlardan  baĢqa  tipləri  də  var  axı.  Yəni  marksizm  hansı 
xətti cızıbsa ondan o tərəfə keçə bilməzsən. Buna görə də axtarırıq ki, görəsən, ġumerdəki 
dövlət  nə  cür  dövlətmiĢ:  quldarlıq,  yoxsa  qeyri-quldarlıq?  ġumerdə  iri  tikililərin  inĢasında 
qulları  iĢlədirdilər;  hə,  deməli,  orada  quldarlıq  dövlətiymiĢ.  Niyə  quldarlıqdır  ki?  Tikintidə 
kəndlini də iĢlətmək olar. Məsələn, kəndliləri yığıb məscid tikirdilər. O, qul deyil axı, kəndlidir. 
ġumerdəki  o  böyük  məbədləri  tikənlər  kəndlilər  də  ola  bilərdi.  Bəs  onda  hansı  dövlətə  aid 
edəcəkdik  -  feodalizmə?  Mən  belə  düĢüncələrin  əleyhinəyəm.  Ancaq,  təəssüf  ki,  onlar 
indiyədək  yaĢamaqdadır.  Niyə?  Çünki  sovet  dünyagörüĢündən  tam  qurtulmuĢ  və  milli 
ideologiyaya dərindən yiyələnmiĢ tarixçi alimlərimiz hələ yetərincə deyil. Təsəvvür edin - türk 
milli tarixini yazan alimlər hələ yoxdur. Hamı istəyir ki, ümumtürk tarixi yazılsın, ancaq yazan 
yoxdur. Kim yazacaq? Ümumtürk ədəbiyyatı yaratmaq istəyirik. Türkiyə də, Azərbaycan da, 
Orta Asiya da qurultaylar, simpoziumlar, konfranslar keçirir, amma hələ heç bir cildi də üzə 
çıxmayıb. 
Bütün bunları niyə xatırlatdım? Azərbaycanda 70 il boyunca ciddi elm mərkəzləri, çoxlu tarixçi 
alimlər  yetiĢə-yetiĢə  bu  gün  biz  mütəxəssis  yoxluğundan  Ģikayətləniriksə  din  institutunun 
ümumən  mövcud  olmadığı  (beĢ-on  məscidlə,  bir-iki  xırda  dini  məktəblə,  beĢ-on  savadlı 
ruhaniylə,  pirlərlə,  ocaqlarla  din  institutu  yaranmaz)  ölkəmizdə  fundamentalizmin 
gerçəkləĢməsi  möcüzə  olardı.  BaĢqa  yöndən  götürsək,  Azərbaycan  əhalisinin  bir  bölümü  - 
quzeylilər  çağdaĢ  Avropa  təfəkkürlü  olduqlarına  görə  islam  dinini  məhz  bu  təfəkkürlə 
mənimsəyəcək. Bu insan orta əsrlər təfəkkürüylə ona təqdim olunanları qəbul etməyəcək. 
-Ya da dindən tamam üz çevirəcək.
 
-Bəli, qəbul etməyəcək, çünki o təqdimatı həzm edə bilmir, götürmür. Nəyə görə musiqimizi 
çağdaĢlaĢdırdılar?  Üzeyir  bəy "Leyli və Məcnun"  operasını niyə  yazırdı?  Çünki  baĢa  düĢürdü 
ki, böyük sistem yaratmaqçün artıq opera sisteminə keçmək lazımdır. Hamının acığı gəlirdi ki, 
bu  Avropa  musiqisini  niyə  yeridirsən  beynimizə?  Ancaq  indi  hamı  oturub  "Leyli-Məcnun"a 
baxır, ləzzət alır. Niyə? Çünki o, avropalaĢdırılmayıb, yalnız təqdimatı çağdaĢlaĢdırılıb.  
Mirzə Fətəli niyə dram yazırdı? Çünki dram çağdaĢ təfəkkürün bir formasıdır. Və yaxud, deyək 
ki,  orta əsrlərdə  bizdə  roman  yoxdu (düzdür,  nəzmlə  yazılmıĢ romanlar  var, amma  mənsur 
roman yoxdu). Yusif Vəzir Çəmənzəminli, Məmmədsəid Ordubadi Avropa üslublu belə əsərləri 
ortaya  qoydular  və  indi  biz  "Ġki  od  arasında"  (yaxud  "Qan  içində"),  "Qılınc  və  qələm", 
"Dumanlı Təbriz" kimi romanları sevə-sevə oxuyuruq. Niyə götürməyək bu yeniliyi?  
Deməli, çağdaĢlığın təqdimatından, formasından, eləcə də onu təqdim edənlərin bacarığından 
da çox Ģey asılıdır.  
Ġndi  bəs  islam  dinini  Azərbaycana  çağdaĢ  təfəkkürlə  kim  təqdim  edəcək?  Mən  hələlik  onu 
görmürəm. 
-Bu da əslində cəmiyyətimizin qüsurudur.
 
-Çox böyük qüsurudur. Buna görə də din inkiĢaf etməyəcək. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə