Qobustan rayon Mədəniyyət və turizm şöbəsi Qobustan rayon Mərkəzləşmiş kitabxana sistemi



Yüklə 29,17 Kb.
tarix26.09.2017
ölçüsü29,17 Kb.

Qobustan rayon Mədəniyyət və turizm şöbəsi

Qobustan rayon Mərkəzləşmiş kitabxana sistemi



https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:and9gctt2l3wft9zzxquuc5mulzxh-t6vzv3kzzu5qxdwqrp9x5rq5nu

Mədinə Gülgün.

Mədinə Gülgün 90 illiyi ilə əlaqəli

Metodiki Məktub.

Qobustan 2016.

Həyat və yaradıcılığı

Bəzən qonar sevincimə qəm tozu,

Bəzən coşar, sevincim də çağlar hey.

Mən Təbrizə, Təbriz mənə tamarzı,

İki həsrət bu könlümdə ağlar hey…



Ürəyi susunca dilinin əzbəri Təbriz olan, əbədi yerini onun sinəsində görən, çeşmələrindəki bircə içim suyunu belə hər dərdin dərmanı sayan, qaranquşlardan müjdə, durnalardan görüş uman əməkdar incəsənət xadimi, şairə Mədinə xanım Gülgün Azərbaycan poeziyasının Vətən həsrətindən nəğmələr qoşan susmaz duyğulu bülbülü idi. Taleh ağacının ən nisgilli budağına qonaraq açılan səhərlərin ümüdinə boylanırdı. Ömrü boyu bircə yol seçmişdi “Vətənə sarı gedən yollar”. Dövrün və quruluşun amansızlığı bu yolun sarbanlarını elə çətinliklərlə, qəfil qəzavü-qədərlə, dayanacaqla üzləşdirmişdi ki, günlər bir göz qırpımında ötüb keçsə də, arzuların çiçəklənən yazı qışa dönmüşdü. Mədinə xanım min bir həvəslə, istəklə tutduğu “vüsal köçünü” Təbrizdə açmaq niyyəti ilə yaşayıb yaradırdı. 1926-cı il yanvarın 17-də Bakıda anadan olmuş Mədinə Gülgünün atası Nurulla kişi əslən Təbrizdən idi. Bir tikə çörək qazanmaq, ailəni dolandırmaq üçün Bakıya üz tutan Nurulla kişi burada onu nələr gözlədiyindən xəbərsiz idi. Mədinə Gülgünün ümüd bəslədiyi, xoşbəxt ailə sahibi olduğu bu şəhərdə onu sonralar hansı qovğalar gözləyəcəyini heç ağlına belə gətirməzdi. Çünki, Təbriz də, Bakı da əslində onun üçün doğma idi. 1937-ci ilin repressiyaları Azərbaycanı qanlı caynaqlarına alanda soy-kökü Cənubi Azərbaycanla bağlı olanların da qara günləri başladı. Onların da isti yuvalarına soyuq sular ələndi. Nurulla kişi də bir çox soydaşlarımız kimi ailəsi ilə birlikdə 1938- ci ildə Cənubi Azərbaycana deportasiya edildi. Onda balaca Mədinənin cəmi 12 yaşı var idi. Üzləşdikləri zillətlər getdikcə balaca qızcığazın ürəyində ağrılar yaradırdı. Bir müddət Mədinənin ailəsi Ərdəbildə, Təbrizdə yaşadı. Mədinə elə bu illərdən başlayaraq, haqsızlığa, ədalətsizliyə qarşı çıxdı. Bu səbəbdən də milli demokratik hərəkata qoşuldu. Tez-tez mətbuatda şeirləri dərc edildi, kitabları çap olundu. Onun ilk şeiri 1946-cı ildə Təbrizdə çap olunan “Vətən yolunda”adlı qəzetdə çap olundu. 1945-ci il, azadlıq uğrunda mübarizə aparan cənubi azərbaycanlıların, o cümlədən Mədinə Gülgünün də həyatında dönüş ili olur. Məşhur “21 Azər” hərəkatından sonra Mədinə işlədiyi karxanadan çıxıb azadlıq mübarizlərinin çap etdikləri “Azərbaycan” qəzetinin xüsusi müxbiri işləyir. Gənc şair qəzet müxbirliyi ilə yanaşı, təşkilati işlərdə də yaxından iştirak edirdi. Mədinə Gülgün o zaman Təbrizdə təşkil olunan “Azərbaycan Qadınlar Cəmiyyəti”nin, “Azərbaycan Yazıçılar və Şairlər Cəmiyyəti”nin və “Təbriz Teatr Cəmiyyəti”nin idarə heyətinin üzvü seçilmişdir. Cənubi Azərbaycanda milli hökumət yarandığı dövrdə Təbriz Dram Teatrında, “Azərbaycan” qəzetində, Təbriz qadınlar klubunda çalışmağa başladı. Ömrünün bahar çağında azadlıq carçısı olması bəxtəvər günlərini yenidən göy əskiyə bürüdü. Könlünü bağladığı Təbrizdə də doyunca yaşaya bilmədi. 1946-cı ildən məsləkdaşları ilə birlikdə Arazın bu tayına keçən Mədinə xanımın sevinci çox sürmədi. Çünki, onun anası Təbrizdə qalmışdı. Sonralar isə Mədinə xanım ailə qurdu, ana, nənə oldu. Lakin yenə də gözləri yolda qaldı. Varlığını əzən ana və Təbriz həsrəti onun dincliyini ömürlük əlindən aldı. Gözüm qaldı Arazda, Dedim, gəlləm bu yazda. Ana, səbr et bir az da, Söyləməyə üzüm yox. Gücünü torpaqdan alan, doğma Azərbaycanın hər qarışına məftun olan, səhərlərini ümüdlə açan Mədinə Gülgünün həsrəti ömründən uzun oldu. Zaman onun məmləkətini və millətini amansız sınaqlara çəkdi. Arzuları ömür yolunda çıraq olan Mədinə Gülgün Azərbaycan torpağının əsil nəğməkarı kimi neçə illər öz poetik qələmi ilə yeni söz sorağına düşərək bir-birindən sanballı, maraqlı əsərlər yaratdı. Qeyd etdiyimiz kimi Mədinə Gülgünün könül rübabının sarı simi Vətəndir. Bu mövzuda qələmə alınan şeirlər öz xəlqiliyi, el-obaya, torpağa bağlılığı ilə seçilib. Misralarındakı fikir tutumu, poetik deyim tərzi onu həmişə çox həmkarından fərqləndirib. Onun qələmə aldığı “Dəniz, sahil, mən”, “Bağların bar vaxtı”, “Payız”, “Göy-göl, “Ağ badam çiçəkləri” və digər bu qəbildən olan şeirlərindən dənizin “qəhqəhəsi” gəlir, ulduzdan mirvarisi, aydan tacı olan Göy-gölün ülvü gözəlliyi duyulur, ana torpağımızın ürək döyüntüsü eşidilir. Budur Mədinə xanımın oxucularının ürəyinə köçürdüyü doğma hisslər, ülvü istəklər! Və biz oxucular da bir daha Vətən məhəbbətinin böyüklüyü qarşısında baş əyirik. Şairə, əməkdar incəsənət xadimi Mədinə Gülgün 1991-ci il fevral ayının 17-də Bakı şəhərində vəfat etmişdir.

II. Yubiley tədbirlərinin keçirilməsi Mədinə Gülgün…Bu ad bizə hər şeydən əvvəl həsrət, ayrılıq, qürbət, Təbriz, Savalan, Səhənd sözlərini xatırladır. Mədinə Gülgünün poeziyası təpədən-dırnağa dərdin, həsrətin ifadəsidir. Onun poeziyasından söz düşəndə həmişə həzin, kövrək musiqi yada düşür. Bu musiqi ona görə həzindir ki, o, bir ana qəlbinin dərinliyindən süzülüb gəlir. “Həyat eşqi” ilə yazıb-yaradan şairənin ömrü həmişə vətən torpağına bağlı olmuşdur. Hər daşı yaqutla, inciylə dolu Bu doğma torpağın nəğməkarıyam. Köksü təravətli, qaynar, duyğulu O gözəl baharın nəğməkarıyam. Bu il Azərbaycanın həsrət nəğməli şairəsi Mədinə Gülgünün 85 yaşı tamam olur. Bu münasibətlə respublikamızın bir çox təhsil ocaqlarında, məktəblərdə, gimnaziyalarda, eləcə də uşaq kitabxanalarında tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına şairə xanımın yaradıcılığı ilə bağlı sərgiləri, oxucu konfransnı, səhərcikləri, kitab icmallarını, sual-cavab gecələrini, ədəbi-bədii gecə və görüşləri daxil etmək olar. İlk növbədə kitabxanada Mədinə Gülgünün yaradıcılığı ilə bağlı sərginin keçirilməsi məqsədəuyğun olardı. “Ruhumuzun şairi”, “Sənətkar ömrü davam edir”, “Susmayan rübab”, “Kaş yarıda qalmayaydı bu yollar”, Mədinə Gülgün-85” və s. adlı sərgidə Mədinə Gülgünün kitablarını nümayiş etdirmək olar. İndi isə “Mədinə Gülgün-85” adlı sərginin nümunəsini veririk.

1. Başlıq: “Mədinə Gülgün- 90”

2. Mədinə Gülgünün portreti.

3. Seçilmiş əsərləri.

4. Dövrü mətbuatda çap olunmuş məqalələrin kartotekası.

5. Görkəmli insanların Mədinə Gülgün haqqında söylədikləri sitatlar.

6. Kitablarının nümayişi. Gülgün M. Seçilmiş əsərləri. Gülgün M. Arzu da bir ömürdür. Gülgün M. Dünya şirin dünyadır. Gülgün M. Mən bu ömrü yaşadım.

7.Şeir parçası. Yenə pərvazlandı xəyalım mənim, Yenə şeirə döndü sözüm ey Vətən. Sənin daşındadır, torpağındadır, Bu sönməz alovum, közüm ey Vətən. Gülgün deyir: arzularım dənizdir, Məhəbbətim sular kimi təmizdir. Arxam ellər, fəxrim doğma Təbrizdir, Uçun, gedin vətən sarı, durnalar!...

Sitatlar:



  1. Sevgidə sədaqət, əhdə vəfa, həyat eşqi, insanın ucalığı, ana-qadın

qəlbinin minbir əsrarlı kəhkəşanı övlad məhəbbəti, sülh, əmin-amanlıq arzuları, vətəni qorumaq, doğma təbiətə heyran olmaq, gözəllik duyğusu və s. Mədinə Gülgünün şeirlərində həmişə öz əksini tapmışdır.

Bəkir Nəbiyev Professor



  1. Gülgün həmişə coşqun, həmişə kövrək, həmişə ilhamlıdır. Onun

qəlbində vətən həsrəti, analıq duyğuları, mübarizə eşqi bir vəhdət təşkil edir. Ürəyində belə gözəl duyğular yaşadan şairənin yolu daim yüksəlişədir!

Mirvarid Dilbazi Xalq şairi



  1. Mədinə xanım kövrək bir xanımdır. Bəlkə də, şeirlərindəki səmimilik belə

bir ürəyə sahib olduğundandır.

Nəriman Həsənzadə Xalq şairi

Ədəbiyyat siyahısı: Əsərləri:

1. Gülgün M. Seçilmiş əsərləri. Şeirlər və poemalar.- B.: Azərnəşr, 1986.- 304 s.

2. Gülgün M. Arzu da bir ömürdür. Şeirlər və poemalar.-B.: Gənclik, 1976.- 74 s

3. Gülgün M.Dünya şirin dünyadır.-B.: Gənclik, 1989.- 200 s.

4. Gülgün M.Mən bu ömrü yaşadım.Şeirlər.-B.: Tədris, 1997.- 87 s.
Əsərləri dövrü mətbiuatda:

1.Gülgün M. Azərbaycan : Respublika gününüz mübarək // Göy qurşağı.- 2010.- № 3(May-

iyun).- S.3

2.Gülgün M. Bir gün : Azəroğluna / M. Gülgün // Ədəbiyyat qəzeti.- 2009.- 27 fevral.- S.3.

3. Gülgün M. Səməd Vurğuna : şeir : 1966 // Ədəbiyyat qəzeti.- 2006.- 5 may.- S.1

4. Gülgün M. Süleyman Rüstəmə // Ədəbiyyat qəzeti.- 2007.- 24 avqust.- S.2.

5. Gülgün M. Şəhid balalara : şeir // Azərbaycan.- 2010.- 17 yanvar.- № 12.- S.5

6. Gülgün M. Tənhalıq ; Qoşa qalsın izlərimiz ; Qaldı : şeirlər // Ədəbiyyat

qəzeti.- 2006.- 27 yanvar.- S.3. Haqqında:

7. A. Aysel. Bu ömrü o yaşadı... Mədinə Gülgün-80 / A. Ab


Mədinə Gülgünün-90 illiyi ilə əlaqəli kitab sərgisi.

Şəkil




2.

http://legend.az/uploads/posts/2010-10/1286294378_kitabb.jpg


3.

http://legend.az/uploads/posts/2010-10/1286294378_kitabb.jpg


4.
http://legend.az/uploads/posts/2010-10/1286294378_kitabb.jpg

7.


http://legend.az/uploads/posts/2010-10/1286294378_kitabb.jpg



5.Sitat.


6.

http://legend.az/uploads/posts/2010-10/1286294378_kitabb.jpg


8.

http://legend.az/uploads/posts/2010-10/1286294378_kitabb.jpg

9.

http://legend.az/uploads/posts/2010-10/1286294378_kitabb.jpg

: front -> files -> libraries -> 1665 -> documents
documents -> Qobustan rayon Mədəniyyət və turizm şöbəsi Qobustan rayon Mərkəzləşdirilmiş kitabxana sistemi
documents -> " Novruz-2016" adlı Novruz bayram şənliyinin
documents -> Mәdәniyyәt haqqında azәrbaycan respublikasinin qanun 26 Noyabr, 2015
documents -> Multikulturalizm ILI
documents -> 2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur
documents -> Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
documents -> Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası
documents -> 2017-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
documents -> Azərbaycan qadınlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə