Veb saytları olmayan qht-lərə müjdə!



Yüklə 10,21 Kb.
tarix24.02.2018
ölçüsü10,21 Kb.

Veb saytları olmayan QHT-lərə müjdə!
Yaşadığımız zaman kəsiyində tanıtım və təbliğat prosesində virtual məkanın rolu mühüm və həlledicidir.

Bu baxımdan da veb saytlar dövlət, özəl və ictimai sektorun qarşılıqlı münasibətlərinin və vətəndaşlarla əlaqələrin qurulmasında, xidmətlərinin göstərilməsində mühüm rol oynayır.


Sözsüz ki, veb resursların yaradılması müəyyən vəsait tələb etdiyindən vətəndaş cəmiyyəti təşkılatlarının buna nail olması uzun müddət əlcatan olmamışdır.
Son zamanlar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələr çərçivəsində bir çox veb-resursların yaradılması üçün VCT-lərə dəstək verilib və xeyli sayda uğurlu elektron bazalar, saytlar və portallar yaradılmışdır.
Buna baxmayaraq, veb saytları olan QHT-lərə diqqət etsək, görərik ki, onların sayı cöx azdır.

QHT-lərin veb resursları azdırsa bundan belə qənaətə gəlmək olar ki, III sektor fəaliyyəti haqqında cəmiyyətə davamlı və dolğun informmasiya verməkdə çətinlik çəkir.


Bütün bu aspektləri nəzərə alaraq, “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində “E-vətəndaş cəmiyəti” – www.e-vc.az portalını qurdu.
Layihə rəhbəri Cəsarət Hüseynzadənin sözlərinə görə, E-vətəndaş cəmiyəti çox funksiyalı bir portal olaraq III sektor nümayəndələri üçün geniş imkanlar təqdim edir.
Beləki, Portal eyni vaxta 2 funksiyanı yerinə yetirəcək.
İlk növbədə portal QHT-lərə mustəqil subdomen verməklə, onlara öz saytlarını bu baza üzərindən yaratmağı təklif edir. Beləki www.e-vc.az ünvanında qeydiyyatdan keçən hər bir təşkilat öz saytlarını müstəqil formada hazırlayib və idarə edə bilərlər.
Məsələn: Milli İnkişaf Mərkəzi www.mim.e-vc.az sub domenini ödənişsiz qeydiyyatdan keçirib, təşkilat haqqında məlumatları bazaya yerləşdirərək bu sayta sahib ola bilər.

Bazada qeydiyyatdan keçmiş təşkilat öz veb saytlarına təşkilat haqqında informasiyaları, kordinatları, fəaliyyətləri haqqında xəbərləri, həyata keçirdiyi layihələr və tədbirlər haqqında materialları, foto və video informasiyaları, çap etdikləri nəşrlərin və hazırladıqları hesabatları elektron versiyalarını daxil etmək imkanına sahib olacaqdır.


Təşkilat ona məxsus şifrələrdən istifadə etməklə istənilən vaxt öz fəaliyyətləri haqqında yeni informasiyaları da bazaya daxil edə biləcək.

Qeydiyyata alınmış saytın ən böyük üstünlüyü isə ondan ibarətdir ki, təşkilatın bazasına daxil edilən xəbərlər, həm də sosial şəbəkə funksiyası kimi portalda da yayımlanır.


Bu funksiyaya sahib olmaq üçün Portal QHT-lərə standart və yaxud VİP üzvlük statusu təklif edir.

Üzvlük statusundan asılı olaraq, daxil edilən informasiyalar birbaşa və ya portal rəhbərinin icazəsi ilə xəbərlər bölməsində yayımlanacaq.



Bundan başqa QHT-lərin yaratdıqları saytlar və onlara daxil edilmiş informasiyalar Azərbaycan QHT-lərinin Elektron Bazasını formalaşdıracaq.
Bütün bu imkanlara ödənişsiz sahib olmaq üçün QHT-lər http://www.e-vc.az/index.php?action=member_form ünvanına dəvət edilir.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə