İtm iqtisadiyyat müəllimləri üçün metodiki seminar keçirib



Yüklə 39 Kb.
tarix14.09.2018
ölçüsü39 Kb.
#68696

İTM iqtisadiyyat müəllimləri üçün metodiki seminar keçirib

2007-ci ilin qış tətilində İqtisadi Tədqiqatlar Mərkəzinin ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurasının metodiki və maliyyə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə "İqtisadiyyatın tədrisinin aktiv metodları" mövzusunda həyata keçirdiyi seminarda ökəmizin müxtəif bölgələrini təmsil edən 25-dək orta və ali məktəbin müəllimləri iştirak edib. Seminarın gedişində "iqtisadiyyat fənni hansı şəkildə tədris edilməlidir" sualına cavab axtarııb. Bu mövzuda müzakirələr hələ qərb ölkələrində iqtisadiyyat orta məktəblərə yenicə ayaq açandan başlasa da, bitib-tükənmir. Elə o vaxtdan nəşr edilən çoxlu proqram, metodiki göstəriş və dərsliklər iqtisadiyyatın tədrisinin müxtəlif üsullarını özündə əks etdirir. Məsələ burasındadır ki, iqtisadiyyatın tədrisi pilləkən kimi qurulmalıdır. Hər pillədə öyrənilmiş materiala yenidən qayıdılmalı, məsələnin qoyuluşu genişləndirilməli, öyrənilən biliklər dərinləşdirilməli və yeni problemlər qaldırılmalıdır. Ona görə də müəllimin əsas üstünlüyü nə vaxtsa qismən öyrənilmiş problemə yenidən qayıtmaq, təkrara yol verməmək, şagirdlərin önündə fənnin mahiyyətini açmaq üçün hansı vasitələrdən istifadə etməsindən asılı olur. Tədrisin uğuru hansı metodu seçməyə çox bağlıdır. Seminarın nəticələrini şərh edərkən ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurasının metodist-təlimçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Q.Bayramov bildirib ki, tədrisin aktiv üsullarının seçilməsi, xüsusən də modelləşdirmə və işgüzar oyunlar şagirddə təkcə fənnə maraq yaratmır, üstəlik dərsə orijinallıq çaları gətirir, qısa zaman kəsiyində dinləyicilərin müxtəlif iqtisadi situasiyalara düşmələrinə, fərqli vəziyyətlərdə optimal qərarlar çıxarmalarına və uyğun biliklərə yiyələnmələrinə imkan verir. Ona görə də məşğələlərdə seminar iştirakçılarına iqtisadiyyatın tədrisinin aktiv və interaktiv metodları nümayiş etdirilmişdir. Bu məqsədlə birgə tədris və modelləşdirmə üsullarına üstünlük verilib. Modelləşdirmə məsələləri arasında "Birja", "Bazar", "Pitsa ap" oyunları dinləyicilərin daha çox rəğbətini qazanıb. Seminarın gedişində dinləyicilərin pedaqoji qabliyyətini qiymətləndirmək üçün mikrodərslər təşkil olunub və bütün dərslər videolentə köçürülüb. Sonradan dərslərə baxış prosesində hər bir dərs ayrıca təhlil olunub və onun üstün, çatışmayan cəhətləri fərqləndirilib. Seminarda dinləyicilərin bilikləri məşğələnin əvvəlində pre-test, sonda isə post-testlə qiymətləndirilib.
Yüklə 39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə