3
ÖN SÖZ
Kitabın hazırlanmasında əsas məqsəd Yerin daxili quruluşunun
öyrənilməsi, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatında
geofiziki tədqiqat üsullarının: maqnit, qravitasiya, radioaktivlik,
elektrik, seysmik kəşfiyyatların tətbiqi haqqında tələbələrə ümumi
anlayış verməkdən ibarətdir.
Geofiziki kəşfiyyat üsulları Yer elmləri içərisində elmi-texniki
tərəqqinin geniş istifadə edildiyi bir sahədir. Hazırda kompüterləşdi-
rilmiş elektron – hesablama maşınlarının köməyi ilə,
avtomatlaşdırılmış rejimdə ölçülmüş fiziki sahələrin (elektrik,
seysmik, qravimaqnit və s.) nəticələrinə görə mütəxəssislər heç bir
dağ-mədən və quyuqazma işləri aparmadan Yerin dərin qatlarını
öyrənə bilər. Bu tədqiqatlar Yerin dərin qatlarında olan faydalı qazın-
tıların kəşfiyyatını asanlaşdırır, az sərmayə qoyuluşu ilə qoyulan
məsələləri həll etməyə imkan verir.
“Geofiziki kəşfiyyat’’ixtisası kursunun əsas məqsədi tələbələrə
xalq təsərrüfatında geoloji tədqiqatların rolu, hazırda dünyada mineral
xammalın mənbələrindən istifadə olunmanın miqyası, geofiziki üsul-
ların fiziki- geoloji əsasları, faydalı qazıntıların kəşfiyyatı işlərində
onların rolu, yeri və s. haqda məlumat verməkdən ibarətdir.
Geofiziki kəşfiyyat üsulları dəqiq elmlər sırasına daxildir, öyrənilən
fiziki sahələrin təhlili və interpretasiyasında riyazi üsullardan geniş istifadə
olunur.
Müəllif geofiziki axtarış üsullarının metodikasının izahını imkan
daxilində mürəkkəb düsturlarla, çətin oxunan radio-elektron sxemlərlə
yox, sadə mülahizələrlə verməyə çalışmışdır.
Kitab elə tərtib olunub ki, onun hər bir fəsil və ya bölməsi, sərbəst
xarakterə malikdir və ayrılıqda öyrənilə bilər.
Kursun geofizika ilə ilkin tanışlıq xarakteri daşımasına baxma-
yaraq, tələbələrdə gələcək ixtisasa maraq oyatmaq məqsədi güdür,
gəncləri xüsusi və fundamental ixtisaslara yiyələnməyə çağırır.
Kitabın oxunub düzəlişlər verilməsində mənə koməklik edən
həmkarlarıma təşəkkürümü bildirirəm.
4
FƏSİL I
GEOFİZİKANIN FİZİKİ ƏSASLARI
Geofizika Yer qabığında baş verən fiziki prosesləri və
bununla bağlı olan hadisələri öyrənən bir elmdir. Geofiziki tədqi-
qatlardan alınan nəticələr, demək olar ki, geoloji məsələlərin
həllində birbaşa istifadə olunan və Yerin dərin qatlarını, həmçinin
daxili quruluşunu öyrənənə yeganə məlumat mənbəidir ki, Yerin
dərin qatlarına girmədən oranı tədqiq etməyə imkan verir.
Geofiziki kəşfiyyat üsulları Yer qabığında yaranan süni və
təbii fiziki sahələrin öyrənilməsinə əsaslanmışdır. Yerin fiziki
sahəyə malik olması insanlara çox qədim zamanlardan məlum
olmasına baxmayaraq bu sahələrdən Yerin daxili quruluşunun
öyrənilməsində və faydalı qazıntıların axtarışında istifadə
olunmasına XVII əsrdən başlanmışdır. Əməli surtdə geofiziki
üsulunun geoloji məsələlərin həllində istifadə olunmasına XIX
əsrin sonları XX əsrin əvvəllərində- əldə olunan külli miqdarda
tədqiqat nəticələrinin toplanmasından sonra başlanmışdır. Həmin
dövrdə istər elmi, istərsə də ilkin iqtisadi şərtlər bu üsulun işlənib
hazırlanmasına tam təminat verirdi.
Geofiziki kəşfiyyat üsullarıyerdə öyrənilən fiziki sahələrin
müxtəlifliyinə görə bir sıra üsullara bölünür: Maqnit kəşfiyyatı,
Qravi kəşfiyyat, Elektrik kəşfiyyatı, Seysmik kəşfiyyat,
Radioaktiv elementlərin kəşfiyyatı. Zaman keçdikcə bu üsullar
inkişaf edib şaxələnməyə başlamışlar.
Maqnit kəşfiyyatı süxurlarda dəmir filizlərinin yaratdığı
maqnit sahələrini öyrənir. Qravimetrik kəşfiyyat üsulu süxurlarn
sıxlığına əsaslanaraq Yerin müxtəlif nöqtələrində cismin
sərbəstdüşmə təcilinin qiymətini öyrənir. Elektrik kəşfiyyatı
süxurlardan elektrik cərəyanı keçdikdə orada baş verən prosesləri
öyrənir. Seysmik kəşfiyyat üsulu süxurlarda elastik dalğaların
yayılma sürətini və xarakterini tədqiq edir. Radiometrik üsul
süxurlarda süni və təbii radioaktivliyi təyin etməyə əsaslanıb.
5
Dərin quyuların və quyuətrafı sahələrin tədqiqi ilə məşqul
olan geofiziki üsullara quyu geofiziki tədqiqatı deyilir.
Geofiziki üsullar müxtəlif şəraitlərdə tətbiq olunur: Yer sət-
hində, havada, kosmosda, dənizdə, quyularda dərin şaxtalarda və
müx
təlif- dağ mədən işləri aparılan ərazilərdə və s. Geoloji məsələ-
lərin daha səmərəli həlli üçün kompleks geofiziki üsullardan
istifadə olunması daha faydalı olur.
Geofiziki tədqiqat üsulların nisbətən gənc elm sahəsi
olmasına baxmayaraq onların böyük səmərəliliyi və istənilən
şəraitdə tətbiqi, istifadəsi faydalı qazıntı yataqlarının axtarışında
geniş istifadə olunmasına gətirib çıxarmışdır. Hazırda geofizika
elmi Yer səthinin geoloji xəritəyə alınmasında, faydalı qazıntıların
axtarışında, hidrogeoloji, dağ mühəndis geoloji məsələlərin
həllində geniş istifadə olunur.
Yer qabığı və ya geoloji obyektlərin geofiziki üsullarla aşkar
edilməsi o vaxt səmərəli olur ki, tədqiqat obyekti kəsiliş və sahə
boyunca ətrafdakılardan fiziki xassələrinə görə fərqlənsinlər. Belə
olan halda geofiziki tədqiqatlar zamanı Yer səthində fiziki
sahələrin müxtəlif qiymətləri və ölçüləri müşahidə ediləcəkdir.
Sahə dedikdə fəzada elə bir müstəvi nəzərdə tutulur ki, həmin
müstəvi daxilində insana nəsə təsir edir (məs. görmə sahəsi, istilik
sahəsi və s. fiziki sahələr).
Fiziki sahə materiyanın elə hissəsidir ki, maddənin tərkibində
olan hissəcikləri bir-biri ilə vahid sistemdə birləşdirir və hissəcik-
lərin təsirini birindən digərinə ötürür (yəni hissəciklər arasında
qarşılıqlı təsir yaradır).
Geofiziki üsullar vasitəsilə böyük ərazilər üçün Yer qabığının
qalınlığı və quruluşu təyin olunur. Bu isə axtarış işlərinin
istiqamətini inamla təyin etməyə imkan verir.
1.1.Yerin geoloji quruluşu haqqında qısa məlumat
Yerin daxili quruluşunu öyrənmədən faydalı qazıntıların kəş-
fiyyatının və axtarışının elmi əsaslandırılmış nəzəriyyəsini vermək
mümkün olmazdı.
Dostları ilə paylaş: |