Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

 
 
26
 
Mürəkkəb strukturaya malik olan ərazilərdə müxtəlif geoloji, 
sənaye, texniki və s. kimi manelərin olduğu  ərazilərdə yalnız 
böyük ziddiyət təşkil edən böyük intensivlikli anomaliyaları 
ayırmaq mümkündür. 
Normal fiziki sahə  və geofiziki anomaliya nisbi xarakter 
daşıyır.  Şəkil 6–da Kimberlit borusu üzərində maqnit sahəsinin 
qrafiki veri lib. Bu almaz axtarışı üçün əlverişli obyektdir. Boru 
üzərində lokal maqnit anomaliyası massivdə Yerləşən  əsas 
süxurlarn fonunda özünü çox aydın göstərir. 
Geofiziki anomaliya yaradan geoloji və filiz kütlələrinə  hə-
yəcanlanmış obyekt deyilir. Geofiziki  anomaliyaların ölçüləri və 
yaratdığı sahələrin intensivliyi müxtəlif səbəblərdən ola bilər. 
Anomaliyanın sahəsi ərazidə həyəcanlanma yaradan obyektin 
ölçülərindən və Yer səthindən obyektə  qədər olan dərinlikdən 
asılıdır. Həyacanlanan obyekt Yerin səthinə yaxın olduğu zaman 
onun həcmi kiçik olduqda anomaliyaların intensivliyi çox kəskin 
fərqlənir (şəkil 7). Geofiziki anomaliyanın yaranmasında vacib 
şərt həyəcanlanmış obyektin və onu özündə Yerləşdirən süxurlarn 
fiziki xassələrinin bir-birindən kəskin fərqlənməsidir.  
Təyyarə  və avtomobillə planaalma zamanı ölçülən fiziki 
sahələrin yazılması cihazlarla diaqram lenti üzərində fasiləsiz 
qrafik şəklində birbaşa qurulur. 
 
 
 


 
 
27
 
                     
 
Şək. 6. Maqnit sahəsinin 
∆Τ qrafiki, profil üzrə geoloji kəsilişin 
sxemi və kimberlit partlayış borusunun kəsilişi /P.N.Menşikova görə/: 
1-kimberlit partlayış borusu; 2-diabaz daykaları; 3- karbonatlı süxurlar; 
4- və 5 kristallik bünövrənin əsas və qranit tərkibli süxurlar Aeromaqnit 
planaalmanın hündürlüyü-200 m.   
  
Əgər filiz kütləsinin sıxlığı onu özündə Yerləşdirən kristallik 
süxurlarn sıxlığından fərqlənmirsə, onda bunlar qravitasiya sahəsi 
ilə bir-birindən ayrıla bilməz.  Əgər filizin və filizi özündə 
saxlayan süxurun maqnit xassələri bir-birindən fərqlənmirlərsə, 
onda filiz yatağını maqnit sahəsi ilə  də  təyin etmək mümkün 
olmaz. Praktiki nöqteyi nəzərdən  ən çox bir-biri ilə ziddiyyət 
təşkil edən qanunauyğunluq çox vacibdir. Həyəcanlanmış obyekt  
və obyekti özündə Yerləşdirən mühit üzərində fiziki sahələrin 
fərqi nə  qədər çox olsa obyekt üzərində yaranan fiziki sahələr 
daha kəskin müşahidə olunar. Müasir geofiziki üsullarla süxurlarn 
və filizlərin fiziki xassələrinin oyrənilməsi çox müxtəlifdir. 
Planaalma zamanı geofiziki sahənin ölçülməsi paralel profillər, 
yaxud marşrutlar sistemində aparılır. Marşrutlar və profillər 
əvvəlcədən tədqiqat aparılan  ərazidə xüsusi topoqrafik iş 
aparmaqla seçilir. Profillər arasındakı məsafə və ərazidə müşahidə 
məntəqələri arasındakı  məsafə  nə  qədər kiçik olsa, planaalmanın 
miqyası bir o qədər böyük olur /cədvəl 2/.                                                      
 


 
 
28
 
                    
 
 
Şək. 7.Yerin müxtəlif dərinliyində  şaquli və dikinə yatan, 
maqnitlənən layın üst qatı üzərində maqnit sahəsinin  şaquli hissəsinin 
qrafiki I-maqnitlik. 
 
       Geofiziki müşahidələr zamanı alınan nəticələr hesab-
landıqdan və lazımi düzəlişlər verildikdən sonra ölçülən 
qiymətlərin profil üzrə  dəyişmə  əyrisi, yaxud izoxətlərin planı 
qurulur.  Aparılan geofiziki ölçmələrin qiymətlərindən geoloji 
nəticə  çıxarmaq üçün bu qiymətlər mütləq təhlil edilməlidir. 
Geofiziki vəsaitin təhlili (emalı), araşdırılması müstəqil aparılır və 
özünə  məxsus mürəkkəbliyə  məxsusdur. Həyəcanlanma yaradan 
obyektin ölçüləri,  forması haqda məlumat almaq üçün müşahidə 
olunan geofiziki anomal sahəni etalon anomaliyanın yaratdığı 
sahə ilə müqayisə edirlər. 8-ci şəkildə iki ölçülü müxtəlif 
həyəcanlanma obyektləri üzərində maqnit anomaliyaları 
göstərilmişdir Bu obyektlər sabit en kəsiyinə malik uzunsov 
kütlələrdən ibarətdir. Bu etalon kütlələrə  nəzər salsaq görərik ki
burada müəyyən qanunauyğunluq mövcuddur: a) maqnit 


 
 
29
 
həyəcanlanması yaradan kütlənin yatımına görə  məhdudiyyəti 
yoxdursa bu müsbət anomaliya yaradır, əksinə 
                                                           Cədvəl 2 
              Müxtəlif miqyaslı geofiziki planaalmada 
              müşahidə şəbəkəsinin sıxlığı  
                   Məsafə (m-lə) 
Planaalmanı
n miqyası 
Profillər 
arasında 
Nöqtələr arasında 
(planaalmanın addımı) 
1:200 000 
1:100 000 
2000 
1000 
200-500 
200-500 
1:50 000 
1:25 000 
500 
250 
100-200 
50-100 
1:10 000 
1:5 000 
100 
50 
20-40 
10-20 
1:2 000 
1:1 000 
20 
10 
5-10 
2-5 
   
         
 
    
Şək. 8. Müxtəlif en kəsikli ikiölçülü düzünə dik maqnitlənən cisim 
üzərində maqnit sahəsinin şaquli 
Ζ
a
 tərkib hissəsinin qrafiki. 
 


 
 
30
 
minimum yarandıqda (mənfi anomaliya yarandıqda) isə 
obyektin alt qatının Yerin səthindən çox drinlikdə Yerləşdiyini 
müşahidə edirik; b) simmetrik anomal obyektlər simmetrik 
anomaliyalara uyğun gəlir; v) obyektin en kəsiyi nə qədər çox olsa 
bir o qədər enli anomaliya yaradar. 
Bütün bu kütlələr üzərində maqnit anomaliyası dartılıb 
uzadılmış formadadır. Məslən, kürə formalı izometrik 
həyəcanlanmış obyekt planda izometrik anomaliya yaradır. 
Geofiziki kəşfiyyatda geofizikanın düz və  tərs məsələsi çox 
vacib məfhumlardandır. 
Geofizikanın düz məsələsi. Həyəcanlanmış obyektin məlum 
parametrlərinə görə anomal fiziki sahənin hesablanmasına gətirib 
çıxarır. Buraya layın qalınlığı, Yer səthindən alt və üst 
sərhədlərinin dərinliyi, düşmə bucağı, maqnitliyi, sıxlığı  və s. 
daxildir. Geofiziklər düz məsələni geofiziki işlərin layihəsinin 
hazırlanması zamanı aparırlar. Burada alınan amplituda, ölçülər və 
digər gözlənilən anomaliyaların təsviri müşahidələrin 
metodikasını və lazım olan ölçü cihazlarını seçməyə imkan verir. 
Geofizikanın tərs məsələsi çöl işləri aparılan zaman ölçülən 
geofiziki anomaliyanın köməyi ilə  həyəcanlanma yaradan 
obyektin parametrlərinin və Yerləşdiyi şəraitin hesablanmasından 
ibarətdir. Bu məsələni çöl vəsaitinin təhlili zamanı  həll edirlər. 
Çox hallarda bir məsələnin həllində bir neçə hal ola bilər. Fiziki 
sahənin hər hansı verilmiş paylanmasına nəzəri olaraq bir çox 
ekvivalent geoloji kəsiliş uyğun gələ bilər və belə bir hal 25- ci 
şəkildə  təsvir olunub. Buradan da geofiziki nəticələrin çox 
qiymətli təhlili və araşdırmaları meydana çıxır. Bu çatışmazlıqları 
digər asılı olmayan geoloji və geofiziki üsulların nəticələrindən 
istifadə etməklə aradan qaldırırlar. 
Düz və tərs məsələlərin hesablamaları müasir kompüterlərdə 
aparılır.                               
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə