Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   2   3   4   5   6   7   8   9   ...   28

 
 
6
 
Qədim zamanlardan başlamış indiyə kimi istər Yerin dərin 
qatlarında, istərsə  də  səthində arası  kəsilmədən faydalı qazıntı 
yataqlarının əmələ gəldiyi dövr mürəkkəb proseslərin baş verdiyi 
müəyyən edilmişdir. Bu mürəkkəb proseslərə filiz zonalarının, 
neft, qaz və kömür yataqlarının  əmələ  gəldiyi  əraziləri misal 
gətirmək olar. Yerin daxili qatlarının quruluşu ilə faydalı qazıntı 
yataqlarının paylanması arasında mövcud olan əlaqənin 
öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Bu isə faydalı qazıntı 
yataqlarının axtarışını  məqsədyönlü  və kifayət qədər səmərəli 
aparmağa imkan verir. 
Yerin plastik kürə formasında olmasını  qədim yunan 
pifaqorçuları söyləmişlər, lakin onun halqavari qeyri-bircinsli 
müxtəlif fiziki xassəli qatlardan ibarət olmasını yalnız XX əsrdə 
müəyyən edilmişdir. Bu konsepsiya geofiziki tədqiqatlar hesabına 
istər nəzəri, istərsə  də praktiki cəhətdən diqqətə layiq əhəmiyyət 
kəsb edir. 
Beləliklə, müəyyən edilmişdir ki, Yer kürəsi daxili və xarici 
qatlardan ibarətdir. Bu qatlar geosfera, atmosfera, hidrosfera, Yer 
qabığı, mantiya və nüvədən ibarətdir. (şəkil 1). 
                            
 
            
       
 
   


 
 
7
 
Şək. 1. Yerin daxili quruluşunun sxemi: 
       1-Yer qabığı; 2-üst mantiya; 3-Orta mantiya /Qolitsin qatı;  
        4-alt mantiya; 5-xarici nüvə; 6-nüvə aralığı zona 7-daxili nüvə.     
 
    
Yer qabığının qalınlığı okean altında 5 km-dən, 
materiklərdə 70 km-ə kimi dəyişir.                         
 Mantiya bir neçə halqavarı qatlardan ibarətdir. Yer qabığının 
altında bilavasitə substrat Yerləşir, bu qatlarda  seysmik dalğaların 
sürətinin azalması müşahidə olunur və üst mantiyanı astnasfera ilə 
birləşdirir. Mantiyanın substratı ilə Yer qabığına birlikdə litosfera 
deyilir, yunan dilindən tərcüməsi, Yerin daş  təbəqəsi deməkdir. 
Orta mantiya Qolitsin qatı adlanır burada seysmik dalğaların 
sürəti və süxurlarn sıxlığı artır. Bunun alt hissəsi 900 km 
dərinlikdən başlayır /şəkil 1/. 
Orta mantiyanın altında 2900 km dərinlikdə Yerləşən qat alt 
mantiya adlanırr. Yerin nüvəsi bütün daxili hissəni əhatə etməklə 
5100 km–ə qədəri xarici nüvə, qalanı isə daxili nüvə adlanır (şək. 
2-yə bax). Ehtimal olunur ki, xarici nüvə maye halındadır, belə ki, 
buradan eninə seysmik dalğalar keçmir. 
Yerin səthi asimmetrik quruluşa malik olaraq yarımkürənin 
bir hissəsi okeanlardan, digər hissəsi isə qurudan ibarətdir. 
Materik və okean çökəkliyi Yer qabığının  ən böyük tektonik 
elementləridir. Okeanın altında Yer qabığı nazikdir və iki qatdan 
ibarətdir: çökmə qatı  və onun altında bazalt qatı. Yer qabığı 
materikdə çökmə  və bazalt qatları arasında qranit qatının olması  
hesabına qalınlaşmışdır. 
Qranit  qatının alt hissəsinə Konrad sərhədi, bazalt qatının alt 
sərhədinə isə Maxoroviçiç, sadəcə olaraq Moxa deyilir. Bu 
qatların hər ikisində  sıxlığın və seysmik dalğaların sürətinin və 
digər fiziki xassələrin sıçrayışla dəyişdiyi müşahidə olunur. 
Materiklər qədim nüvəli platformalardan və  qırışıqlıq zolaq-
larından ibarət olduğundan  mürəkkəb geoloji quruluşa malikdir-
lər. 
Platforma Yer qabığının sabit və az hərəkətə məruz qalan his-
səsidir, kristallik bünövrənin hamarlanmış üst səthi qalın çökmə 


 
 
8
 
süxurlar ilə örtülmüşdür. Lakin bir çox Yerlərdə qədim platforma 
özülünün səthi açılmışdır. Cəmi on bir platforma ayrılır: Afrika, 
Şərqi Avropa, Sibir və s. (şəkil. 2). 
Qədim  platformaların nüvələri hərəkətdə olan qırışıqlıq qur-
şaqları ilə bölünürlər. Ən mütəhərrik olan qurşaqlardan biri Sakit 
okean qurşağıdır (şəkil 3-ə bax). Bu mütəhərrik  qırışıqlıq 
qurşaqları  dərinlik qırımları ilə bir-birindən ayrılırlar. Bunlardan  
ən böyükləri dərin qırışıqlar formasında yüz kilometrlərlə uzunlu-
ğa malik olan və kökü mantiyaya çatan qırımlardırlar. Qırılmalar 
qalın süxur təbəqə lərini ayrı-ayrı bloklarına bölür. 
 
    
 
 
Şək. 2. Yerin tektonik quruluşu sxemi:(E.V.Xainə görə, sadələş-
miş) I-platformalar; II-qədim qırışıqlıq zonaları; III-cavan qırışıqlıq 
qurşaqları; IV-Okeanlar; Qədim platformalar: 1-Şərqi Avropa; 2-Sibir; 
3-Hindistan; 4-Çin-Koreya;  5-Cənubi Çin;  6-İndoneziya; 7- Şimali 
Amerika; 8-Cənubu Amerika; 9-Afrika;10-Avstraliy; 11-Antarktida 
qırışıqlıq qurşağı; 12-Sakit okean; 13-Aralıq dənizi; 14-Ural-monqol;15-
Atlantika; 16-Arktika. 
 
Süxurlar əmələ gəlməyə başladığı andan müxtəlif qüvvələrin 
təsirinə məruz qalırlar. Onların kövrəkliyindən (sərtliyindən) asılı 


 
 
9
 
olaraq bu qüvvələrin təsiri altında Yer qabığı ya plastik qırışıqlı 
deformasiyaya məruz qalır, ya da dərin çatlarla parçalanırlar. Ən 
çox iki tip qırışığa rast gəlinir:-günbəzvarı (antiklinal), bu halda 
layın  əyilməsi zamanı qabarıq tərəf Yerin səthinə    tərəf yönəlir,  
təknəvari-(sinklinal) layın  əyilməsi zamanı qabarıq aşağı Yerin 
mərkəzinə doğru yönəlir. 
Hazırda yeni qlobal tektonika nəzəriyyəsi mürəkkəb geoloji 
məsələlərin həllində geniş nüfuz qazanmışdır.  İlk dəfə olaraq 
A.Veqener tərəfindən irəli sürülmüş  kontinentlərin dreyfi 
nəzəriyyəsi  yeni faktiki elmi məlumatlarla təsdiq edilmişdir. Bu 
fərziyəyə görə, Yer qabığı bir neçə bərk litosfer plitlərə bölünüb 
həmin plitlər mantiya üzərində üfüqi istiqamətdə  hərəkət edirlər. 
Yer qabığında 9 nəhəng litosfer plitəsi ayırırlar (şəkil 3). 
 
 
 
Şək.3.Əsas litosfer plitləri:1-Sakit okean; 2-Afrika; 3-Avrasiy; 
4-Şimali Amerika; 5-CənubiAmerika; 6-Antraktida;  7-Hindistan; 8-
Naska; 9-Flippin; (S.A.Uşakova görə), I-plitələrin aralanan sərhədləri II-
plitlərin toqquşma  sərhədləri; III-planetar sıxılma qurşaqları. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə