Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   2   3   4   5   6   7   8   9   ...   28

 
 
20
 
           
1.8. Dəniz geoloji-geofiziki kəşfiyyat üsulları 
 Dəniz geologiya və geofizikası okeanların öyrənilməsilə 
əlaqədar olaraq son vaxlarda  meydana gəlmişdir. Belə hesab 
olunurdu ki, burada ənənəvi olaraq mineral xammalların axtarışı 
üçün geofizikanın bütün üsullarından istifadə etmək mümkün 
olacaqdır. Lakin son zamanlar dənizkənarı akvatoriyanın 
öyrənilməsində məlum axtarış ləvazimatları və metodları əsasında 
yeni dəniz axtarış geoloji-geofiziki üsullarının yaranmış ehtyacı 
meydana çıxdı. Məsələn, geoloqlar dənizin dibini müşahidə edə 
bilmədikləri üçün dərin sualtı cihazlardan istifadə etməyə 
başlamışlar, ona görə  də quyu qazanların köməyindən istifadə 
etməli olublar. Okeanda qazma işlərini dərin su qatı çətinləşdirir. 
Buna sadə bir misal: quyu qazmaçısı baltanı yenisi ilə əvəz etmək 
üçün  suyun altında yeni baltanın quyuya istiqamətləndirilməsi 
texniki cəhətdən çətinlik törədir. Maqnit qravi və digər geofiziki 
kəşfiyyat üsullarının dəniz  şəraitində aparılması olduqca 
çətinləşir. Bunların aparılması üçün iki məsələni həll etmək lazım 
gəlir: geofiziki cihazları uzaq məsafədən idarə etmək üçün tele-
metrik idarə mərkəzi yaratmaq, ikincisi, həmin cihazlara  su dol-
maması üçün yüksək germetiklik tələb olunur. Bütün bunların 
hamısı  dəniz geoloji-geofiziki üsulun müstəqil sahə olduğuna 
sübutdur. Böyük ölkələr dəniz və okeanların dibini tədqiq etmək 
üçün müasir cihaz və texniki vasitələrlə  təchiz olunmuş 
elmitədqiqat gəmiləri düzəltmişlər.  Bu  da  dəniz və okeanların 
dibində yeni geofiziki üsullarla faydalı qazıntı yataqlarının 
kəşfiyyatı və axtarışı üçün geniş imkanlar yaratmışdır. 
Qeyd etmək lazımdır ki, kompleks üsulların birlikdə  tətbiqi 
geoloji-geofiziki işlərin səmərəliliyini artırır. 
 
1.9. Geoloji axtarış işlərinin aparılmasının növləri və miqyası 
Faydalı qazıntıların  axtarışının mürəkkəb bir proses olduğu 
məlumdur. Bu bir taya otun içində itən iynəni tapmaqdan daha 
çətindir (hər iki haldan görünür ki, sabit maqnitdən istifadə edərək 
məsələnin həllini tezləşdirə bilərik). 


 
 
21
 
Mütəxəssislər  əvvəlcə geologiya elminin əldə etdiyi təcrübə 
və nailiyyətlərdən istifadə edərək ümumidən xüsusiyə doğru 
prinsipinə  əsasən planlı surətdə  ərazini tədqiq edirlər. Bu yol, 
demək olar ki, ən  əlverişli yoldur. Əvvəlcə  ərazinin geoloji 
xüsusiyyətləri öyrənilərək, geoloji xəritə tərtib edilir geoloji xəri-
tədə  əhəmiyyət kəsb edən  əraziləri qeyd edirlər, və bu sahələrdə 
kəşfiyyat işlərinin aparılmasının vacib olub-olmadığını müəyyən 
edirlər. Sənaye əhəmiyyətinə malik olan ərazilərdə yenidən dəqiq 
axtarış işləri aparılmağa başlanır. 
İstehsal sahələrini səmərələşdirmək məqsədilə yatağın 
Yerləşdiyi sahəni öyrənmək, eyni zamanda Yerin alt qatlarında 
olan ehtiyatlar haqqında geniş məlumatlar almaq zərurəti yaranır. 
Geoloji axtarış  işləri geoloji xəritə alma, geofiziki, geokimyavi 
tədqiqatlar, dağ-mədən Yerləri və digər işlər bir-birini əvəz edən 
mərhələlərlə aparılır: 
I mərhələ. Ərazinin geoloji öyrənilməsində məqsəd Yerin alt 
qatlarının quruluşu haqda məlumat almaqdır. Bu tədqiqatlar 
kompleks geoloji-geofiziki planaalma işləri ilə başlayır və iki 
mərhələdə aparılır:  əvvəlcə miqyas 1:1000 000, sonra 1:200 000 
seçilir. Xəritə almanın miqyası marşrutlar arasında orta məsafədən 
asılı olaraq təyin edilir. Bizim şərh etdiyimiz halda isə bu məsafə 
10 və 2 km–dən ibarət olur. Aparılan regional işlərin nəticəsində 
Dövlət geoloji xəritəsi tərtib olunur və miqyası göstərilir. Bu 
xəritələrdə  ərazilərin daxilində bu və ya digər faydalı qazıntı 
kütlələrinin ehtimalı gözlənilir. Qeyd etmək lazımdır ki, neft, təbii 
qaz, boz- daşkömür, xörək və kalium duzları çox qalın çökmə 
süxurlar daxilində əmələ gəlir. Qurğuşun, sink, qalay, uran, qızıl, 
turş maqmatik süxurlarn Yerləşdiyi  ərazidə  təzahür edir. Kobalt, 
nikel, xrom, vanadium, qranit,  dioritlərdə, platin isə qabrolarda, 
peridotitlərdə, piroksenit və başqa ultra əsası süxurlarda sənaye 
əhəmiyyətinə malikdirlər. 
II mərhələ.  Ümumi axtarış üzrə geoloji xəritə almanın 
miqyası  1:50 000 olur. Bu işlər ərazinin dəqiq öyrənilməsi, filiz 
kütləsinin əmələ gəlməsi üçün əhəmiyyətli geoloji şəraiti olmayan 
ərazilərin sərhədinin qeyd olunması, faydalı qazıntının mövcud 


 
 
22
 
olması üçün ümumi əlamətin və onun ehtiyatının hansı 
kateqoriyaya aid olduğunu dəqiqləşdirmək məqsədilə aparılır. Bu 
işlərin nəticəsi olaraq öyrənilən ərazi üçün 1:50 000 miqyaslı bir 
sıra Dövlət geoloji-geofiziki xəritələri tərtib olunur. 
III mərhələ.  Axtarış  işləri: geoloji-geofiziki anomaliyaları, 
filiz təzahür edən  əraziləri, minerallaşma  əlamətlərini bilavasitə 
aşkar etmək məqsədilə aparılır. Bunların hər biri kəmiyyətcə 
təsvir olunur və proqnoz kateqoriyaları R
1
,
 
 
yaxud
       
R
2    
ilə təyin 
olunur. 
IV mərhələ. Qiymətləndirici axtarış işləri, filiz təzahürü olan 
əraziləri yataq kimi qəbul etməyə  əsas olub-olmadığı sualına 
cavab vermək üçün aparılır. Aşkar edilmiş  ərazinin sənaye 
əhəmiyyətliyini sübut etmək üçün, orada faydalı qazıntı yatağı 
ehtiyatının hansı kateqoriyaya aid olduğunu və  gələcəkdə 
kəşfiyyat işlərini aparmaq üçün ayrılan sahələrin seçilməsi elmi 
əsaslandırılmalı və sübut olunmalıdır. 
V mərhələ. Hazırlıq üçün kəşfiyyat. Bu mərhələyə yeni aşkar edilən  
yatağın sənaye  əhəmiyyətli olduğunu qiymətləndirmək, filiz yatağının 
forma və həcminin aydınlaşdırılması, filizin tərkibində faydalı və zərərli 
komponentlərin olmasını, onların ehtiyat kateqoryasının təyini üçün 
aparılan işlərdən  ibarətdir . 
VI mərhələ. Dəqiq kəşfiyyat. Yüksək sənaye əhəmiyyətli B və A 
kateqoriyalı ehtiyata malik olmanın qiymətləndirilməsi, və yatağın bir 
hissəsinin sənaye istismarına verilməsi üçün hazırlıq işlərinin aparıl-
masından ibarətdir. 
 
1.10. Geofiziki axtarışlar haqqında ümumi məlumat 
Geofiziki kəşfiyyat (buna bəzən tətbiqi geologiya elmi 
deyilir). Fiziki üsulların köməyi ilə Yerin üst qabığının 
quruluşunu və orada Yerləşən faydalı qazıntı yataqlarının 
kəşfiyyatı və axtarışını aparmaq məqsədi güdür. 
Beləliklə, geofiziki kəşfiyyat üsullarının tədqiqat obyekti Yer 
qabığı  və orada Yerləşən faydalı qazıntı yataqlarıdır. Geofizika 
tətbiqi xarakter daşıyır, bütövlüklə geologiyaya xidmət edir. 
Kəşfiyyat geofizikası üsulları özünəməxsus xüsusiyyətə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə