Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

 
 
35
 
sahə onu yaradan sahənin  əksinə yönəlir. Misal üçün bir parça 
metallik vismutu nəlbəkidə üzən tıxacın üzərinə qoyub, ona sabit 
maqnitin istənilən qütbünü yaxınlaşdırdıqda tıxac bizdən  əks 
tərəfə üzəcək, yəni vismut parçası maqnit tərəfindən itələnəcək, 
çünki diamaqnetikdir. Diamaqnit xassəsinə kvars, qızıl, neft, 
daşduz, mərmər, mis və s. daxildir. Paramaqnitlər çökmə 
süxurlarnın çox hissəsi, maqmatik, metamorfik süxurlar aiddir və 
çox da böyük olmayan müsbət maqnit həssaslığına malikdir.  
Ferromaqnitlər çox böyük maqnit həssaslığına malikdirlər. 
Təbii yaranan minerallardan buraya yalnız maqnetit, 
titanamaqnetit, hematit və pirrotin daxildir. Ferromaqnit 
minerallar Küri temperaturuna qədər qızdırıldıqda özünün maqnit 
xassəsini itirərək paramaqnetikə çevrilir. Maqnetit üçün Küri 
temperaturu 578
o
 S-dir.  
Maqnit həssaslığının müxtəlif süxurlar üçün dəyişmə intervalı 
3-cü cədvəldə göstərilmişdir. Ferromaqnitlərin hamısı güclü 
maqnitlərə aiddir. Maqmatik süxurlarda maqnit həssaslığının 
artım ardıcıllığı turşdan (qranit) əsasa (qabro) doğru olmaqla 
ultraəsası (peridotitlər) süxurlarda daha böyükdür. Metamorfik 
süxurlar müxtəlif həssaslığa malikdirlər. Çökmə süxurlar bir 
qayda olaraq zəif maqnitliyə malikdir, kimyavi çökmə süxurlar isə  
(əhəngdaşları, dolomitlər) maqnitlənmə qabiliyyətinə malik 
olmurlar. 
Süxurlarn ikinci maqnit xassəsi onların qalıq maqnitlənməyə 
malik olmasıdır J

, hər  şeydən  əvvəl süxur əmələ  gələn zaman 
kənar sahənin təsir edib etməməsinə  baxmayaraq cismin 
maqnitlənməsini göstərir. 
 
2.4. Maqnit kəşfiyyatı üsulu ilə həll olunan məsələlər 
Bu və bundan sonra uyğun bölmələrdə  kəşfiyyat geofizi-
kasının praktikaya tətbiqi, xüsusuilə geoloji məsələlərin həllində 
istifadə məsələlərindən bəhs olunacaq. 
Yerin dərin qatlarının quruluşunun maqnit kəşfiyyatı üsulu ilə 
öyrənilməsi ferromaqnit mineralların Küri  nöqtəsinə  qədər 
qızdıqda özünün maqnit xassəsini itirməsilə  məhdudlaşır. Yer 


 
 
36
 
kürəsinin müxtəlif zonalarında bu proses müxtəlif dərinlikdə baş 
verir. 
Hesablama maşınlarında riyazi əməliyyatlar aparmaqla həya-
canlanmış  təbii maqnit obyektlərinin sərhədi haqda geofiziklərin 
dolayı yollarla aldığı vacib məlumatlar, planetin fəal dərin 
tektonik qata malik olmasını və qızmış qatın, astanosferin, Yerin  
səthinə daha yaxın Yerləşdiyi  əraziləri aşkar etməyə imkan 
verir. 
 
Mineral və süxurlarn maqnit həssaslığı Cədvəl 5 
      
 
 
Maqnit həssaslığının qiyməti 10
-5  
BS vahidi 
< 5 
5- 10  10-100  100-150 
>500 
 
 
 
Minerallr və süxurlar 
 
M
aqni
ti 
olmayan 
Çox z
əif 
maqnitli 

if 
maqnitli 
M
aqni
tli
 
Güclü 
ma
qn
itli 
Ferromaqnit  mineralları 
Maqnetit, titanomaqnetit, 
hematit, pirrotin 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
Maqmatik süxurlar: 
 
Peridotit, qabbro, diabaz,  
bazalt 
 
 
 
 

 
X     
 

Qranitlər, dioritlər, 
 Traxitlər 
 

 

 

 

 
Metamorfik süxurlar: 
Buynuz daşları, şistlər,  
Mərmərlər, kvarsitlər 

 

    
 
X    
 
 
 X     
 

 
 
 
Çökmə  süxurlar:  
Gillər,  
qumdaşları, qumlar,  
əhəngdaşları, dolomitlər        
  

X  
X   
 

 
X      
     
 

    
 
 


 
 
37
 
     Süxurların yaşının və Yer qabığı bloklarının hərəkət sürətinin 
və istiqamətinin təyini paleomaqnit tədqiqatların köməyi ilə 
həyata keçirilir. Qeyd etdiyimiz kimi, süxurlarn qalıq 
maqnitlənməsi I
n
, demək olar ki, süxurlarn əmələ  gəlməsilə bir 
zamanda baş verəcək. Ona görə süxurlar  əmələ  gəldiyi dövrdə 
Yerin maqnit sahəsinin qiymət və istiqamətini yaddaşında saxlayır 
bizə Yerin həmin dövrdə maqnit sahəsinə malik olduğunu və 
sahənin qüvvə  xətlərinin hansı istiqamətə yönəldiyini təyin 
etməyə imkan verir. İstiqamətli götürülmüş süxurlarn ardıcıl 
olaraq öyrənilməsi bizə paleomaqnit geoxronoloji şkalanı 
qurmağa imkan verir. Bu metodun köməyi ilə bir tərəfdən geoloji 
törəmələrin mütləq yaşını  təyin etmək, digər tərəfdən isə maqnit 
qütbün təyin olunan koordinatlarının köməyi ilə Yer kürəsi 
üzərində Yerin maqnit qütbünün müxtəlif geoloji dövrlərdə  fərz 
olunan hərəkəti, eyni zamanda maqnit qütb yerdəyişməsini yəni 
Yerin maqnit sahəsinin inversiyaya məruz qalmasını təyin etməyə 
imkan verir. Məsələn, hazırda mövcud olan Brüness epoxası artıq 
0,7 ml. ildir ki, müsbət qiymətə malikdir, yəni Yerin şimal maqnit 
qütbü Yerin coğrafi qütbü ilə eyni tərəfdədir. Bu epoxa özündən 
əvvəl mövcud olan mənfi Matuyama epoxasını  əvəz edib. XX 
yüzilliyin 60-cı illərində maqnit kəşfiyyatı  və paleomaqnetizm 
tədqiqatları sensasiya xarakterli yeni qlobal tektonika ideyasının 
meydana gəlməsinin əsasını qoydu. İngilis geofizikləri F.Vayn və 
D.Mıtyuz orta okean silsilələri boyunca uzanan müxtəlif 
istiqamətli zolaqlı maqnit anomaliyalarının orginal izahını 
vermişlər (şəkil 11).
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə