Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

 
 
66
 
enerjili və ümumintiqral enerji şüalarını qeyd edən cihazlardan 
istifadə olunur. 24-cü şəkildə qamma spektrometriya planaalması 
ilə boksit yatağının axtarışı zamanı necə istifadə olunduğu 
göstərilmişdir. Boksit alüminium istehsalı üçün qiymətli xam-
maldır. 
 
Şək.24. Boksit yatağının aeroqamma spektrometrik planaalma ilə 
ayrılması (V.P.Vorobyova görə, sadələşdirilmiş formada). Xəritələr a- 
geoloji; b- kaliumun miqdarına görə; v-toriumun miqdarına görə; 1-
yatağın Yerləşdiyi gilli şistlər; 2-əhəngdaşları; 3-qumdaşlı gil karst 
çöküntüləri; 4-boksit filizi.  
  
Boksit daşıyan qalın lay kalium anomaliyası ilə çox aydın qeyd 
olunur və boksiti özündə Yerləşdirən gilli şistlər isə torium 
mənşəli radioaktiv anomaliyalar yaradır. 
Aerogeofiziki stansiyalar adətən maqnit kanalı ilə  təmin 
olunur. Bu geoloji xəritə almada aerogeofiziki planaalma işlərinin 
imkanını  nəzərə çarpacaq dərəcədə genişləndirir və süxurlar 
maqnit sahəsinə görə  fərqləndirməklə  bərabər, süxur kütlələrin 
radioaktivlik dərəcəsi və xüsusiyyətlərinə görə də fərqləndirməyə 


 
 
67
 
imkan verir. Karbonat çöküntüləri, kvars qumları  əsasi və 
ultraəsasi maqmatik
 
süxurlarn çox hissəsi praktiki olarak radioaktiv deyil. Yüksək 
radioaktivliyə bir neçə tip gillər, dəniz lilləri və mineral duzlarla 
doymuş qranitlər malikdir. Minerallaşmanın tipindən asılı olaraq 
qranitlər, uran, torium və kalium mənşəli radioaktivliyə malikdir. 
       Müasir  qamma  spektrometrlərin yüksək dəqiqliyə malik 
olması  zəif filizsiz klark miqdarı adlanan radioaktiv elementləri 
təyin etməyə imkan verir. 
Müntəzəm olaraq Yer atmosferinə daxil olan kosmik şüalar 
əsasən proton, alfa hissəciklərdən və az miqdarda neytronlardan 
ibarətdir. Günəşdə güclü partlayışlar baş verəndə neytronların 
miqdarı artır. Yerin maqnit və elektrik sahəsi sayəsində kosmik 
şüaların təsiri nəticəsində bizim planetin ətrafında radiasiya 
təbəqələri  əmələ  gəlir (şəkil 25). Bu təbəqələr kosmik gəmilərin 
və süni peyklərin köməyi ilə aşkar edilmişdir. 
 
    
 
 
Şək. 25. Yerin radiasiya sahəs. 1-daxili; 2-xarici; 3-üst qabığı.      
  
Geomaqnit sahəsi və radiasiya qurşağı bütün canlı aləmi 
birbaşa Günəşdən gələn zərərli kosmik şüalanmalardan qoruyur. 
Lakin ikinci kosmik şüalanma, Yer atmosferinin maddi atomları 
ilə qarşılıqlı  təsirindən yaranaraq Yerin səthinə  gəlib çatır. 
Geofizikləri bu ikinci şüalanmanın cod myumezondan ibarət olan 
hissəsini necə istifadə etmək problemi düşündürür. Bu şüalar 


 
 
68
 
Yerin daxilində 3 km dərinliyə qədər keçə bilir. Bu kosmik şüalar 
dağ-mədən istehsal Yerlərində quyularda radiometrik cihazının 
köməyilə qeyd olunur, bu üstə Yerləşən süxur laylarının geoloji 
quruluşunun öyrənilməsində istifadə edilə bilər. Polimetal, dəmir 
və digər yüksək sıxlıqlı süxurlar ekran rolunu oynayaraq hiss 
olunacaq dərəcədə kosmik şüaları  zəiflədir, süxurlarda qırılıb 
dağılan zonaların  əhəngdaşlarında karst boşluqları özlərinə 
məxsus pəncərə əmələ gətirir ki, buradan kosmik şüalar nisbətən 
zəifləyərək keçir və radiometrik anomaliya yaradır. 
Zəlzələlərin  əmələ  gəlməsinin  əvvəlcədən xəbər verilməsi 
xalq təsərrüffatı üçün böyük əhəmiyyət kəsb edir. Bu problemin 
həlli məqsədilə müxtəlif üsullardan və o cümlədən radiometrik 
üsuldan istifadə edirlər. 
Zəlzələdən  əvvəl elastik deformasiya nəticəsində minerallar 
arasında əlaqə pozulur, süxurlarn məsaməliliyi artır. Əmələ gəlmiş 
məsamələrə radon qazı toplanır. Bu qaz radiumun parçalanma 
məhsulu olaraq suda çox yaxşı  həll olur. Radonla zənginləşmiş 
Yeraltı suların üzə  çıxmasına  əsaslanaraq zəlzələlərin proqnozu 
haqqında mülahizə söyləmək olar (şəkil 26). 
Yeraltı sular eyni zamanda həm helliumla, həm də arqonla 
zənginləşir, bu da planetin nəfəs aldığı qazın tərkibinə daxildir. 
Yeraltı  təkanlardan sonra gərginliyin azalması ilə  bərabər, 
süxurlarda məsamələrin azalması  və radonun miqdarı Yeraltı 
suların tərkibində azalmasına gətirib çıxarır. 
Ayın, Zöhrə ulduzunun və başqa planetlər üzərində qamma 
planaalma işlərinin nəticələri göy cisimlərin quruluşu haqqında 
çox vacib məlumatlar verir. 
İlk dəfə 1966-cı ildə « Luna-10» sovet planetlərarası 
stansiyasının iki ay müddətində Ayın  ətrafında uçuşu zamanı 
tədqiqat aparılmışdır. Ayın  ətrafında atmosferin olmaması  nə-
ticəsində  həmişə kosmik şüalar oranı atəşə tuturlar. Bu kosmik 
mənşəli izotopların yaranmasına səbəb olur və Ayda süxurlarn 
təbii radioaktivliyini artırır. Bu artım Yerlə müqayisədə 1,5-2 dəfə 
çox olur. Qamma spektrometrik cihazları  tətbiq etməklə Yer və 
Ay süxurlarnın tərkibini bir-birindən ayırmaq mümkün oldu. 


 
 
69
 
 
 
 
Şək.26. Daşkənd Mineral hövzəsinin termal sularında radonun 
miqdarının dəyişməsi (nöqtələr) və yeraltı təkanların intensivliyi (şaquli 
xətlər V.N.Ulamova görə).  
 
 Qamma  sahənin ölçülməsi göstərdi ki, Ayın səthi  əsasən 
bazaltla və olvin tərkibli ultraəsasi süxurlarla örtülüdür. Sonradan 
bu nəticələr Aydan gətirilən süxurlarn birbaşa öyrənilməsi ilə 
təsdiq olundu. Bu süxurlar Amerikanın kosmik gəmiləri “Apolon-
11”, “Apolon-12”-nin kosmonavtları  tərəfindən və avtomatik 
stansiya “Luna-10”-la gətirilmişdir. 
Əgər kosmik gəmi Ayın səthinə üç sutka ərzində çatırsa, bizə 
ən yaxın olan Zöhrə planetinə (300 min km) gedib çatmaq üçün 
keçmiş sovet planetlərarası avtomat stansiyası “Venera-8” 4 aya 
gedib çata bilər. Zöhrə planetinin səthində temperaturun 500
o
 S 
olduğundan  radiometrin qəbuledicisi cihazın daxilində Yerləşdi-
rilmiş və o enerjisi 0,3 MEV-dən başlanan qamma şüalarını qəbul 
etmişdir. Qamma şüalarının yumşaq hissəsi cihazın divarları 
tərəfindən udulduğuna görə qeyd olunmamışdır. Təcrübə 
nəticəsində Zöhrə ulduzunun səthində  aşağıdakı  tərkibdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə