Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

 
 
70
 
radioaktiv elementlər aşkar olunmuşdur: kalium 4%, uran 2
⋅10
-
 
4
 
%, torium- 6,5 ⋅10
-4
 %. Yer şəraitində belə zənginlik yalnız qranit 
süxuruna məxsusdur. Anoloji olaraq Qaliley kometasının 
ətrafındakı kosmik şüalanmalar haqqında da məlumat alınmışdır 
 
4.4. Yer kürəsinin və onu təşgil edən süxurların yaşının təyini. 
Bu yalnız radioaktivlik kəşf olunandan sonra mümkün olmuşdur
Radioaktiv elementlərin nüvəsinin parçalanması sabit sürətlə baş 
verir və heç bir fiziki kimyavi şəraitdən asılı olmadan baş verir və 
eksponensial qanuna tabedir. 
n=n
o
e
-
λt 
 
Burada 
λ=0,693 T parçalanma sabiti və yarı parçalanma 
dövrü T ilə təyin olunur. Bu iki kəmiyyət dəqiq məlumdur; n və n

süxurun tərkibində ilkin və son radioaktiv elementin izotoplarının 
miqdarıdır, bunları tam təyin etmək mümkündür. 
Müasir dövrdə süxurun tərkibindəki radioaktiv elementlərin 
miq darı n radiometrik, radiokimyavi və başqa yollarla təyin oluna 
bilər. Tədqiq olunan obyektdə parçalanma nəticəsində yeni əmələ 
gələn stabil məhsulun köməyi ilə radioaktiv elementin izotopunun 
ilkin miqdarı n
o
 təyin olunur. Radioaktiv uranın, aktinouranın və 
torinin parçalanması zamanı qurğuşun izotopu və helium əmələ 
gəlir, uyğun olaraq 206,207 və 208 atom çəkisinə malikdir. 
Kalium-40-ın parçalanmasından arqon – 40 qazı əmələ gəlir. 
Nümunədə hansı sonuncu izotopun əmələ  gəlməsi ilə  əlaqədar 
olaraq mütləq geoxronologiya üsulu həmin adı alır (qurğuşun, 
helium, kali-arqon).  
Cavan geoloji süxurlarn yaşını  təyin etmək üçün karbon-14 
izotopunun radioaktiv parçalanmasından istifadə olunur. Bu üsul 
arxeloji işlərdə də tətbiq edilir. 
Radioaktiv üsulla yaşın düzgün təyin edilməsi üçün ana və 
qız parçalanma məhsullarının arasında radioaktiv tarazlığın olması 
əsas şərtdir 
Geoxronoloji ölçmələrin əsas nəticələri aşağıdakılardır: 


 
 
71
 
Müəyyən edilmişdir ki , Yerin yaşı 4,6
±1 milyard ildir. Ən 
qədim süxurlar Antarktidada Enderbidəki qranit və  şistlərdir. 
Onların yaşları 4 milyard ildir. Aydan gətirilmiş süxurların yaşı 
4,5 milyard il olması təyin edilmişdir. Daş metioritlərin yaşı da bu 
qədərdir. Buradan belə  çıxır ki, Günəş sistemi 5 milyard ilə 
yaxındır ki mövcuddur. Bizim qalaktikanın yaşı 10 milyard ildir. 
Okeanların, dənizlərin, göllərin dibinin süxurlarnın mütləq yaşını 
təyin edərək alimlər belə nəticəyə gəliblər ki, müasir okeanlar 150 
milyard ildir mövcuddurlar. İnsanların ən qədim əcdadı yerdə 40 
milyon il bundan öncə əmələ gəlmişdir. 
Radiogen istiliyin ölçülməsi qlobal proseslərin enerjiyə malik 
olması  səbəbini, maqmanın  əriməsini, Yer qabığı altında maddə 
axımını, Yer qabığının ayrı - ayrı qaymalarının hərəkətini və 
həmçinin Yerin dərin qatlarında istilik mənbəyinin təbiətini 
öyrənmək nüvə geotermiyasının əsas məsələlərindəndir. 
Radiogen istilik təbii radioaktiv elementlərin nüvələrinin 
parçalanması hesabına ayrılır. Müasir təsəvvürlərə görə 
planetimizin  əsas enerji mənbəyi radiogen istilikdir. Yer 
Günəşdən küllü miqdarda enerji alaraq, demək olar ki, hamısını 
geri, kosmik boşluğa  əks etdirir. Beləliklə, Yerin istilik rejimi 
mantiyanın bəzi layında zona ərimə prosesləri, onun səthində 
istilik enerjisinin paylanması, Yerin dərin qatlarında radioaktiv 
elementlərin parçalanmasının hesabına əmələ gəlir. U, Th və K-40 
izotoplarının yarıparçalanma dövrü o qədər böyükdür ki, buradakı 
elementlərin hesabına ayırılan istilik enerjisi praktiki olaraq 
tükənməzdir. 
 
4.5. Nüvə geofizikası üsulu ilə maddələrin tədqiqi 
 Süni  radioaktivlik  üsulundan süxurlarn, mineralların 
tərkibində qeyri - radioaktiv kimyavi mineralların zənginliyinin 
təyinində  və digər müxtəlif məsələlərin həllində geniş istifadə 
olunur. 
Məsələn, süxurlarn sıxlığının təyin edilməsi  şüaların tədqiq 
olunan maddədən səpilməsi hadisəsinə  əsaslanır. Qamma şüaları 


 
 
72
 
maddədən keçərkən zəifləməsi nümunənin vahid həcmində 
səpilən elektronun miqdarı və onun sıxlığı ilə mütənasibdir. 
Nüvə  sıxlıq ölçən cihazlarda qamma-şüalanma mənbəyi 
olaraq ağzı lehimli şüşə ampula içərisində kobalt-60, yaxud 
sezium-137 radioizotopundan istifadə edilr. İkinci səpilən, yaxud 
nümunədən keçib zəifləyən birinci qamma şüalanmanı qeyd 
etmək üçün qaz boşalmaları, yaxud da  sisintilyasiyalı detektorlu 
radiometrlərdən istifadə edilir. Qeydedici cihazlar iki cür olur, 
keçib gedən qamma sıxlıq ölçən; bu süxurdan keçən daha böyük 
birinci  şüalanmanı qeyd etməkdən və yaxud da qamma-qamma 
sıxlıq ölçmədən ibarətdir; bu cihazın detektoru ekranla birinci 
şüalanmadan müdafiə olunaraq ikinci səpilən qamma-şüalanma 
ölçülür (şəkil 27). 
 
 
 
Şək. 27.
 Səthə söykəmə yolu ilə sıxlıq ölçənin quruluş sxemi: 
bunun köməyi ilə Ayın səthi öyrənilib. 1-qamma şüalanma 
mənbəyi; 2-qoruyucu ekran; 3- Aya düşən aparatın içindən sıxlığı 
ölçən mexanizmi çıxaran; 4-qaz boşalması sayğacı; 5-Ay torpağı; 
6-birinci qamma şüası; 7-qamma şüalarının ikinci səpilməsi. 
 
Laboratoriyada, çöldə və quyuda istifadə olunan qamma sıxlıq ölçən 
cihazlar yalnız konstruksiyalarına görə bir-birindən fərqlənirlər. QQ sıxlıq 
ölçmə üsulu süxurlarn sıxlığını  əvvəlcədən dərəcələnən qrafik üzrə 1% 
nisbi xəta ilə  təyin etməyə imkan verir. Bir nümunənin ölçülməsinə 2 
dəqiqəyə yaxın vaxt sərf olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə