54
ölçmələr vaxtı qravimetrlər möhkəm özüllər üzərinə qoyulur.
Ağırlıq qüvvəsini dənizdə uçan aparatlarda ölçməyin mümkün-
lüyü problemi də müvəffəqiyyətlə həll olunub. Hazırda dənizin
dibi üçün uzaq məsafədən idarə olunan qravimetrlərdən geniş
istifadə olunur. Aeromaqnit planaalmaya başlanmasından cəmi
iyirmi ildən az vaxt keçməsinə baxmayaraq bu üsulun tətbiqindən
böyük nəticələr əldə edillmişdir. Müasir aeroqravimetrlər ağırlıq
qüvvəsi sahəsinin qiymətini 0,4 mQal orta kvadratik xəta ilə
ölçməyə imkan verir.
Qravi kşfiyyatın praktiki tətbiqləri.
Qravimetrik
kəşfiyyatın köməyi ilə həll olunan geniş miqyaslı praktiki
məsələlər yalnız seysmik üsulla müqayisə oluna bilər. Yerin
formasının təyini, kosmik gəmilərin trayektoriyalarının
hesablanması, Yer kürəsinin daxili quruluşunun tədqiqi: nəhəng
struktur elementlərin sərhədlərinin ayrılması (litosfer plitələrin,
platformaların, qırışıqlıq qurşaqlarının, dərin qırışıqlıq zonaları və
s.) neft və qaz ehtiyatı ola bilən strukturaların və digər faydalı
qazıntı yataqlarının axtarışı işində qravikəşfiyyatın böyük
əhəmiyyəti var.
3.5. Yer Ay və Günəş sistemlərinin digər planetlərinin
formalaşmasının öyrənilməsi
Bizim planetin kürə formasında olması insanlara çox qədim
zamanlardan məlumdur. Yunan alimi (bizim. e. ə. 276-196-ci
illərdə) ilk dəfə olaraq Yerin meridianının uzunluğunu ölçmüş və
tamamilə düzgün qənaətləndirici nəticə almışdır. İ.Nyuton
ümumdünya qanununu kəşf etmiş və onu Yerin formasını təyin
etmək üçün tətbiq etmişdir. O, sübut etmişdir ki, bizim planetimiz
kürə formasında deyil, fırlanan ellipisvarı formadadır və onun
sıxılmasının qiymətini hesablamışdır. Sonralar isə planetin
hamarlanmış səth məfhumunu daxil etdilər. Bu səth hər nöqtədə
təsir edən ağırlıq qüvvəsinə perpendikulyardır.
Süni peyklərin və kosmik gəmilərin meydana çıxması ilə
bunların traektoriyalarının hesablanması üçün Yerin təsir
sahəsinin sərhədini bilmək vacibdir. Kosmik qravimetriya və
55
geodeziya üsulları Yerin, Ayın, Marsın və digər planetlərin
öyrənilməsi üçün beynəlxalq əməkdaşlıq meydanına çevrilmişdir.
Yer geoid formasındadır, hərfi mənası “Yerə bənzər”, geoidin
forması hər hansı həndəsi fiqur kimi, riyazi olaraq təsvir edilə
bilməz. Geoidin səthi okeanın səthinə uyğun gəlir, quruda onun
vəziyyətini yalnız təxmini olaraq Yerin qravitasiya sahəsi ilə təyin
etmək olar.
Yerin ağırlıq qüvvəsinin planetdə nə dərəcədə düzgün dəqiq
paylanmasının bizə məlum olduğu, yerdən buraxılan süni
peyklərin, kosmik gəmilərin və planetlərarası stansiyaların
orbitlərinin yüksək dəqiqliklə hesablanması buna sübutdur.
3.6. Yerin daxili quruluşunun tədqiqi
Qravikəşfiyyatın aldığı nəticələrə görə Yer kürəsinin cazibə
qüvvəsinin təsiri altında yaranması güman olunur. Məhz qravitasi-
yanın hesabına ağır elementlər planetin daxili dərin qatlarında,
yüngül elementlər isə üst qatlarda toplanıb. Yer qabığının konsen-
trik quruluşa malik olmasının səbəbi ağırlıq qüvvəsidir. Yerin
daxilində maddələrin sıxlığının dəyişmə qrafiki ağırlıq qüvvəsinin
qabarma variasiyasının analizi nəticəsində qurulub. Yer kürəsi
daxilində sıxlığın düzgün paylanması ehtimalı 19-cu şəkildə gös-
tərilmişdir.
56
Şək.19. Yerin daxilində ağırlıq qüvvəsinin və sıxlığın paylanması
Sıxlığın qiyməti Yer qabığının alt qatının sərhədində
sıçrayışla dəyişir. Belə keçid nüvədə maye zona ilə bərk zona
arasında da mövcuddur. Əgər oxucu bir və 19-cu şəkilləri
müqayisə etmiş olsa, onda Yerin daxili quruluşunun müasir
təsəvvürlərə əsasən düzgün izah olunduğunu başa düşər.
Yer qabığının quruluşunun öyrənilməsi hazırda əsasən
qravimetrik seysmik üsulların köməyi ilə aparılır. Yer qabığının
alt qatı Maxoroviçiç sərhədini ilk dəfə Yuqoslaviya alimi təyin
etmişdir. Bu sərhədə həmin alimin şərəfinə onun adı verilmişdir.
Yer qabığının ən qalın hissəsi Yer kürəsinin quru hissəsində
yüksək dağ sistemləri altında qeyd olunmuşdur. Qitələrin altında orta
qalınlıq 30 km, bəzi ərazilərdə isə 50-70 km-ə çatır (şəkil 20).
Beləliklə, demək olar ki, Yer qabığının alt səthi güzgü kimi
üst relyefin böyüdülmüş orta qiymətə gətirilmiş əksidir. Bu sübut
izostaziya fərziyyəsilə yaxşı izah olunur, mənası da aşağıdakına
gətirib çıxarır. Yer qabığı ayrı-ayrı bloklar formasında qabığın alt-
ında Yerləşən plastik maqmaya batmış kütlə hesab olunur. Bloklar
57
elə bil maqmada üzür, bu da Arximed qanununa tabedir, üstdən
hansı blok çox yüklənibsə, onun alt hissəsi daha dərinə çökübdür.
Nəticədə səthdə olan artıq kütlə aşağıda çatışmayan hissəsi ilə
tarazlaşır. Bu tarazlaşma xüsusən qravitasiya anomaliyasının
paylanmasında özünü göstərir və Yer səthində Yerləşən
kütlələrdən olduqca zəif asılıdır.
Ərazinin indiki dövrdə regional geoloji öyrənilməsi hökmən
qravikəşfiyyat üsulunun tətbiq olunması ilə aparılır. Hər bir
nəhəng geotektonik ərazinin qravitasiya sahəsi özünəməxsus
xüsusi xarakterə malik olmaqla, Yer səthinin quruluşunun
xüsusiyyətlərini və Yer qabığının dərin qatlarının quruluşunu
özündə yüksək dərəcədə əks etdirir.
Qravikəşfiyyatla dəniz səviyyəsindən aşağı
səviyyələr
platformalardan ayrılır. Bunlar arasındakı sərhəd tez-tez
anomaliya şəklində qravitasiya pillələri kimi xəritəyə alınır və bu
səviyyələr sərbəstdüşmə təcilinin kəskin fərqlənməsi ilə qed
olunur. Qravitasiya pillələri adətən Yer qabığının dərin qatlarına
uyğun gəlir və dərinlik qırılmaları ilə bir-birindən ayrılırlar.
Qırılmalarla sərhədlənən çökmə və başqa süxurlardan ibarət olan
Yer qabığı blokları şaquli hərəkətlərlə qalxmaya, enməyə məruz
qalırlar.
Dəniz səviyyəsindən aşağı səviyyələr qurşaqlar mənfi
anomaliya ilə, ağırlıq qüvvəsi 100 mQal amplituda ilə qeyd olunur.
Bu Yer qabığının artmasını və bunun hüdudunda Yer qabığının alt
qatlarında sıxlığı çox olan kütlələrin, qırışıqlıq dağ sistemlərinin qatları
altına girməsini göstərir. Platforma ərazilərində ağırlıq qüvvəsinin
qiyməti normal sahənin qiymətinə yaxındır. Bu fonda lokal
∆g
anomaliyalar aşkar olunur və bu 10 mQal-dan çox olmur. Bu
əsasən üç səbəblə: kristallik özülün üst qatının relyefindən (şəkil
21a), özülün qeyri bircinsli tərkibindən (şəkil 21b) çökmə süxur
qatının quruluşundan və tərkibindən irəli gəlir (şəkil 22). Şəkil 21
əyani olaraq geofiziki tədqiqatların çox qiymətli olduğunu
göstərir, bizim misalda isə qravikəşfiyyatın nəticələrinin bir
qiymətli təyin olunmadığı görünür. İki
Dostları ilə paylaş: |