Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

 
 
63
 
vaxt  ərzində ilkin radioaktiv elementin atomlarının sayı iki dəfə 
azalır. 
Müxtəlif elementlərin qamma şüalanması qamma kvantın 
enerjisinə görə  fərqlənir. Hissəciklərin və qamma kvantın 
başlanğıc kinetik enerjisi elektron voltlarla /EV/ ölçülür.                               
1 EV-elektronun, gərginlik düşgüsü bir Volt olan elektrik 
sahəsində  hərəkət etməsi üçün lazım olan enerjidir. Radioaktiv 
elementlərin qamma şüalanmasının enerjisi milyon elektron voltla 
/MEV/ təsvir olunur. Radiumun maksimum enerji spektri 1,76; 
toriumun 2,62; kalium-40- 1,46 MEV-dir. Torium elementində 
cod  qamma şüalanma üstünlük təşkil edir.  
Süni radioaktivlik nüvə reaksiyaları  nəticəsində  əmələ  gəlir, 
bu  atomun nüvəsinə neytronla, yüklü alfa və betta hissəciklərlə, 
yaxud qamma kvantla təsiri etdikdə baş verir. Reaksiya iki 
mərhələdə gedir: 1) elementin atomunun nüvəsi radioaktiv 
şüalanmanın təsrilə  həyəcanlandırılır; 2) həyəcanlanmış nüvənin 
parçalanması  qamma kvant buraxmaqla başa çatır. Maddə 
tərəfindən qəbul olunan şüalanmanın dozasının gücü Amperin 
kiloqrama nisbətilə A/kq–la ölçülür. Ancaq praktikada saatda 
mikrorengen vahidi istifadə olunur (1mkr/s= 0,07 pA/kq). 
 
4.2. Radioaktivliyin öoçülməsi 
 
Radioaktiv  şüalar maddədən keçərək, onunla qarşılıqlı 
təsirdə olur və müxtəlif effektlər əmələ gətirir, bununla da şüalan-
manın dozası haqda mühakimə yürüdülür. Radioaktiv şüaları qeyd 
edən cihazlara radiometrlər deyilir. Radiometrin əsas hissəsi 
detektor, gücləndirici qeyd edən hesablayıcı və enerji mənbəyidir. 
Detektorun iş prinsipi şüalanma ilə maddənin müxtəlif formada 
qarşılıqlı təsirdə olmasına əsaslanır. Ən geniş istifadə olunanı qaz-
la doldurulmuş Heyger-Müller və sisintilyasiyon detektorlarıdır. 
Bu qaz doldurulmuş hesablayıcı silindrik kondensatordan 
ibarətdir, lövhələr arasında yüksək gərginlik yaradılır (şəkil 23). 
Hesablaycının içinə düşən qamma kvant, yaxud yüklü  hissə-
ciklər qazı ionlaşdırır və /FEK/  çıxışında impuls qeyd olunur. 
Sisintilyasiya hesablaycısı lüminafor-kristallardan və foto elektrik 


 
 
64
 
gücləndiricilərdən ibarətdir /FEK/ (şəkil 23b). Qamma kvant 
kristalın içinə düşərək işıq qığılcımı  əmələ  gətirir, bu da 
fotokatoddan elektronları vurub çıxarır. 
 
 
 
Şəkil
. 23. Qamma-kvant detektoru: a-qazla doldurulmuş      
Heyger-Müller hesablayıcısı; b-sisintilyasiyalı sayğac;       
1-anod; 2-katod; 3-şüşə balon; 4-FEK; 5-dinodlar; 6- anod; 
 7-fotokatod;  8-kristal sisintilyator.             
 
Dinoda ardıcıl olaraq müsbət potensial verməklə selə bənzər 
fotocərəyan alınır, FEK-in çıxışında elektrik impulsu yaranır, 
sonra oradan gücləndiricinin girişinə verilir. Ən sadə qeydedici 
kimi başa geyilən telefondan istifadə olunur, hər bir impuls 
zamanı telefonda operator şıqqıltı  eşidir. Bundan başqa  əqrəbi 
olan, özü yazan, yaxud rəqəmlə qeyd edən cihazlardan istifadə 
olunur. Şüalanmanın dozasının gücünü bir dəqiqədəki impulsların 
sayı ilə, yəni mkR/saat kimi hesablayırlar. 
 
 
4.3. Radiometrik üsullar 
 
Təbii radioaktiv şüalardan  ən çox keçicilik qabiliyyətinə 
malik olan qamma şüalarıdır. Buna görə  də qamma üsuldan 
süxurlarn və filizlərin radioaktivliyinin öyrənilməsində  və 
kəşfiyyat geofizikasında geniş istifadə olunur. Radiometrik 
üsullara aşağıdakılar daxildir: havadan, avtomobildən, Yer üstü 
qamma planaalmadan, quyuların qamma karotajı və nəhayət, süxur 
və filizlərin radiometrik analizi. 
Bu üsullarla aşağıda göstərilən məsələlər həll olunur: 
Radioaktiv filizlərin uran, radium və torium yataqlarının 
axtarışı qamma planaalmanın  əsasını  təşkil edir. Ən çox 


 
 
65
 
radioaktivliyə uran mineralları (uranit, yaxud uran qətranı, 
torbernit, otenit və s.) və torium (monsanit, torianit) malikdir. Uran-
radium yataqları mühüm sənaye əhəmiyyətinə malikdir. Uran radium 
filizləri energetikada, atom elektrik stansiyalarında xammal kimi 
istifadə olunur. Sənaye filizlərində uranın miqdarı 0,1- 0,01 % çatır 
Filiz kütlələri üzərində çox hallarda olduqca yüksək qamma anomali-
yalara malik ola bilərlər və bir neçə 100 mkR/saat-dan 1000 
mkR/saat sahəyə çata bilirlər.  
Qamma planaalmanın dərinliyinin artırılması  məqsədilə  
ölçmələri Yer səthindən dərinliyi 0,5-1 m-ə  qədər qazılan 
çalalarda aparırlar (buna bəzən dar boru qamma planaalma 
deyilir), yaxud da dərinliyi 25 m-ə qədər olan quyularda aparırlar.  
Nadir Yer elementləri yataqlarının axtarışı, appatitlər, 
fosforitlər, kalium duzu və digər faydalı qazıntılar qamma 
planaalmanın köməyi ilə effektli həyata keçirilir.  Berilliumlu, 
Nobeliumlu, tantallı, litiumlu filizlər, həmçinin bir çox qeyrimetal 
filizləri radioaktiv elementləri özlərində saxlaya bilirlər. Beləliklə, 
demək olar ki, torium elementi saxlayan süxurlar nadir torpaq 
elementləri, boksitlər və qalay yataqları ilə səciyyələnir. Berillium 
olan ərazidə tipik tantal, nobium, molibden, fosforit yataqları, bir 
çox digər polimetal yataqları, Kalium-40 anomaliyası isə daşduz 
yataqları ilə əlaqədardır.   
      Radiometrik üsul təkcə radioaktiv filizin axtarışında deyil, 
eyni zamanda kəşfiyyatında, işlənib hazırlanmasında və 
zənginləşdirilməsində geniş istifadə olunur. Filiz radiomeriyası 
aşağıdakı  məsələləri həll edir: filiz sərhədinin təyin edilməsində 
və karxanalardan çıxarılan filiz kütlələrinin keyfiyyətinin yoxlan-
ması və onun transpartyorlarda sortlara ayrılmasında və s. 
Bu və ya digər qamma anomaliyanın hansı radioaktiv 
elementlə  əlaqədar olduğunu izah etmək üçün onun gücünü, 
şüalanma dozasını  və eyni zamanda enerjisini ölçürlər. Bunun 
üçün qamma sahəni qeyd edən xüsusi dörd kanallı 
radiometrlərdən istifadə olunur. Məsələn: Torium üçün cod 
qamma  şüalarını qeyd edən, kalium üçün qamma şüalarının 
yumşaq komponentini qeyd edən, uran üçün isə bir neçə orta 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə