58
Şək. 20. Yapon adaları ərazisində en dairəsi profili boyunca qitə (I)
və okean qabığının quruluşu (II) (X.Kunoya görə):
1-qranitlər, çökmə və metamorfik süxurlar; 2-qabro; 3-peridoditlər; 4-
zəlzələ ocaqları; 5-Yer qabığı; 6-mantiya; 7- Moxo sərhədi.
Şək. 21. Ağırlıq qüvvəsinin kristallik özülün səthinin quruluşundan
(a) və süxurun tərkibindən (b) asılılığı. Süxurlar: 1-çökmə örtüyü; 2 və 3
kristallik özülün qabro və qranitləri.
müxtəlif geoloji kəsiliş üzərində sərbəstdüşmə təcilinin
dəyişmə qrafiki eynidir. Bu halda qravitasiya anomaliyasının
geoloji təbiəti haqda inandırıcı nəticə çıxarmaq üçün digər
geofiziki üsulun köməyi ilə obyekt haqda məlumatı olmalıdır.
59
Seysmik kəşfiyyat ilə özülün üst qatının vəziyyəti haqda
məlumat ala bilərik. Qranit massivlərində sərbəstdüşmə təcilinin
kiçik qiymətə malik olması haqda alınan göstəricilər obyekti
özündə Yerləşdirən süxurun bir qayda olaraq böyük sıxlığa malik
olmasını göstərir. İntruziv, qabro, peridoditlər ağırlıq qüvvəsinə
görə müsbət anomaliyalarla xəritəyə alınır. Bu və ya digər
qravitasiya sahəsi yarada bilən obyekt dərinlikdə Yerləşirsə, Yerin
səthində geniş aydın olmayan qravitasiya anomaliyası yaradır.
Neft və qaz yataqlarının axtarışı.
Qravikəşfiyyat qarşısında
duran ən vacib məsələlərdəndir. Qravikəşfiyyat dolayı yollarla da
olsa seysmik kəşfiyyatla birlikdə bu problemi səmərəli həll edir.
Geofiziki üsullar çökmə süxurlarda günbəzvarı strukturaları çox
dəqiqliklə aşkar edir, lakin onun neftli-qazlı olub olmaması
sualına cavab verə bilmir. Adətən günbəzin üzərində müşahidə
olunan ağırlıq qüvvəsinin müsbət anomaliyasının amplitudu bir
neçə on mQal–a çatır (şəkil 22). Bu günbəzin sıxlığının onu örtən
çökmə süxurun sıxlığından çox olmasını göstərir. Günbəzvari
strukturaları təşkil edən süxurlarn tərs qiymətində, yəni günbəzin
sıxlığı azaldıqda bunun üzərində ağırlıq qüvvəsinin kiçik qiymətli
mənfi anomaliyası müşahidə olunur (şəkil 22).
Bu, xüsusilə duz günbəzləri üzərində aydın müşahidə edilir.
Daşduz az sıxlığa malik olduğuna görə kütlə çatışmazlığına
gətirib çıxarır (şəkil 22v, cədvəl 3).
Filiz yataqlarının axtarışı.
Dəmirxrom, polimetallar, mis və
nikelin axtarışları qravikəşfiyyatla çox müvəffəqiyyətlə aparılır.
Filiz yataqları böyük sıxlığa malik olmasına baxmayaraq,
həcminin kiçik olması nəticəsində az əlavə kütləyə malik olur,
neft-qaza əlverişli olan strukturlarla müqayisədə filiz yataqları
üzərində çox da böyük olmayan ağırlıq qüvvəsinin anomaliyası
müşahidə olunur. Bunun amplitudası mQal-la ölçülür.
60
Şək. 22.
Dərin geoloji strukturların planaalınmasında
qravikəşfiyyatın istifadə olunması: a-bünövrənin üst hissəsinin
qalxması; b-antiklinalın qübbəsində yüngül gilli süxurlarn qalınlığının
artması; v-duz günbəzi (diapir struktur):1-gilli-qumdaşlı çöküntülər; 2-
gibs anhidrit qatı; 3-karbonat süxurlar; 4-daşduz; 5-gil; 6-kristallik
bünövrənin səthi.
Buzlaqlıqların tədqiqi
. Qrenlandiya və Arktikanın buz
qatlarının qalınlığı və bunun altında ana süxurlarn relyefinin
öyrənilməsi qravikəşfiyyatla çox asan və dəqiqliklə tədqiq oluna
bilir. Buzun sıxlığı 0,9 q/sm
3
, süxurun sıxlığı 2,6-3 q/sm
3
yaxındır. Beləliklə, buz layında effektli kütlə çatışmazlığı, yəni
sıxlıq fərqi (1,7-2,1) q/sm
3
çatır ki, bu da qarşıya qoyulan
məsələni həll etmək üçün əlverişli şərait yaradır.
Dənizkənarı və dənizin dibinin qravikəşfiyyat üsulu ilə
tədqiqi orada neft-qaz və filiz yataqları ehtiyatına malik olan
strukturaları aşkar etmək məqsədilə aparılır. Eyni zamanda orta
okean silsilələrinin və okean dibi Yer qabığının strukturunun
öyrənilməsi istiqamətində müvəffəqiyyətlə tətbiq edilir. Gəmi və
sualtı qravimetrik ölçmələr seysmik kəşfiyyatla birlikdə aparılır.
61
FƏSİL IV
NÜVƏ GEOFİZİKASI
4.1. RADİOAKTİVLİK
Atomun mürəkkəb quruluşa və parçalanma qabiliyyətinə
malik olduğu haqda ilk dəfə olaraq ingilis fiziki E.Rezerford
1891-ci ildə məlumat vermişdir. İxtiradan sonra 1896-cı ildə
A.Bekerl tərəfindən uranın təbii radioaktivliyi aşkar edildi, az
sonra radiumun, toriumun və poloniumun radioaktivliyi P.Küri və
M.Skladovskaya Küri tərəfindən açıldı, yeni era başlandı, bunu
təbii olaraq atom erası adlandırdılar.
62
Təbii radioaktivlik.
Bir neçə elementin qeyri stabil
izotopunun özbaşına parçalanmasına deyilir və müxtəlif tip: alfa,
betta, qamma kvant buraxmaqla müşayiət olunur.
Səthdə radioaktiv şüalanmaları müşahidə etməklə xeyli
dərinlikdə filiz kütlələrini aşkar etmək olar. Radiometrik və nüvə
geofizikası üsulunun əsas ideyası bundan ibarətdir.
Müxtəlif tipli radioaktiv şüalanmanın praktiki əhəmiyyəti
geologiyada birqiymətli deyil. Alfa şüası ağır hissəciklərdir,
helium atomunun nüvəsidir, havanı çox güclü ionlaşdırır və çox
zəif keçmə qabiliyyətinə malikdir. Nazik dəmir falqa, yaxud kağız
vərəqi praktiki olaraq
α hissəciyini tam ekranlayaraq qarşısını alır.
Betta şüalanma
β, elektron axınıdır, bunun keçmə qabiliyyəti α
hissəciyinin keçmə qabiliyyətindən yüksəkdir, lakin bu da çöl
geofizikasında geniş tətbiq oluna bilmir. Əsas səbəb odur ki, betta
şüalanma mürəkkəb enerji spektrinə malikdir. Ona görə də
tərkibində bir neçə izotop olan geoloji obyektləri öyrəndikdə
bunların hər birinin ayrılıqda betta aktivliyini seçib təyin etmək
çox çətinlik yaradır, cihazlar bunu cəm betta aktivliyi kimi təyin
edir.
Alfa və betta şüalanması əsasən laboratoriya şəraitində süxur
və filizlərin tədqiqində istifadə olunur, süxur əvvəlcədən toz
halına salınır.
Qamma şüalanma
. Bu kvant selidir, yüksək enerjili
elektromaqnit şüalanmasına və yüksək keçicilik qabiliyyətinə
malikdir. Qamma kvantın havada keçicilik qabiliyyəti 100 metrə,
süxurlarda isə yarım metrə çatır. Bu da qamma şüalarının Yer
səthində, havada təyyarədən, yaxud vertolyotdan qeyd edilməsinə
imkan yaradır. Qamma planaalmanın praktiki cəhətdən dərinliyi
bir neçə metrdir. Filiz kütləsi onun üstünü örtən boş çöküntülərdə
radioaktiv elementlərin təkrar oreal səpələnməsini əmələ gətirir.
Təbiətdə təbii radioaktivlik mənbəyi uran elementi sırasına
daxil olan elementlərdən ibarətdir- radium, torium, aktinouran
(aktinium), kalium-40 izotopu. Birinci üç radioaktiv ailənin hər
birinin 15-18 müxtəlif parçalanma dövrlü radioaktiv izotopu
hesablanmışdır. Yarıparçalanma dövrü T elə zamandır ki, həmin
Dostları ilə paylaş: |