Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   20   21   22   23   24   25   26   27   28

 
 
103
 
 
 
Şək. 43. Muxanov yatağında su-neft təmasının və antiklinal 
 
strukturanın xəritəyə alınması. (M.F.Mirçinkaya,İ.Ya.Ballaxa görə). 
Kəsilişlər: a-geoloji; b-vaxta görə seysmik;1-qumdaşları; 2-hallogenli 
karbonat süxurlar; 3-karbonatlı hallogen süxurlar; 4-əhəngdaşları; 5-
qranitoidlər; 6-neftlə doymuş süxurlar; 7-süxurlararası  sərhədlərdən 
əksolunmalar; 8-neft-su təmasından əksolunmalar. 
Neftli layların sərhədlərində elastik dalğaların spektri kiçik 
tezlikli oblasta tərəf dəyişir, lakin seysmik enerjinin udulma 
əmsalı artır. Seysmik axtarışlarda bu yeni istiqamətin öyrənilməsi 
birbaşa strukturu məlum olmayan neft tələlərini aşkar etməyə 
imkan verəcəkdir. 
 
6.7.  Ayın daxili quruluşunun öyrənilməsi 
1977 - ci ildə Ayın səthində qoyulmuş seysmoqrafların 
köməyi ilə orada yazılar aparılıb və telemetrik ötürmələrlə alınan 
seysmik nəticələr Yerə göndərilmişdir. Ayda zəlzələlərin baş 
verməsi olduqca maraqlı böyük kəşflərdən hesab olunur. Bu 
zəlzələlər üç Yerə bölünür: a) titrəmə, Ayın səthinə meteoritlərin 
düşməsi hesabına yaranan zəlzələlər;    b)  Ay  daxilində 100 km 
dərinlikdə olan həyəcanlanma mərkəzləri hesabına yaranan zəlzə-
lələr; v) mərkəzi 800-1000 km dərinlikdə gedən proseslər nəticə-
sində yaranan zəlzələlər. Seysmik məlumatlara görə Ay qabığının 
qalınlığı 60 km-dən 100 km-ə qədər dəyişir (şəkil 42). Ay litosferi 
səthdən 400-500 km qalınlıqda üst hissədən ibarətdir. 
 


 
 
104
 
 
 
Şək. 42. Ayın daxili quruluşu (B.Balşakova görə) I-Seysmoqraflar; 
II-Ay silkələnmələri; 1-qabıq; 2-yüksək sürətli qat; 3-bazalt dənizi; 4-
mantiya; 5-az sürətli qat. 
 
Ayın Yer kimi nüvəyə malik olması  hələlik fərziyyə olaraq 
qalır. Əgər Ay maye nüvəyə malikdirsə, onun radiusu 350 km-dən 
çox olmamalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
FƏSİL VII 


 
 
105
 
QUYULARIN GEOFİZİKİ ÜSULLA TƏDQİQİ 
Quyularda Yer səthində aparılan geofiziki tədqiqat üsul-
larından istifadə olunur. Fərqi isə  işin özünəməxsus texnologiy-
asından ibarətdir. Quyuların geofiziki üsullarla tədqiqi (QGÜT) 
iki böyük qrupa bölünür: karotaj və quyu geofizikası. 
 Karataj üsulu. 
Quyularda geoloji kəsilişləri fiziki üsullarla 
öyrənir. Tədqiq olunan fiziki sahələrdən və ölçülən 
kəmiyyətlərdən asılı olaraq bu üsul elektrik, radioaktiv, maqnit, 
akustik və başqa növ karotajlara bölünür. Karotaj işlərinin yüksək 
geoloji əhəmiyyətliyi və səmərəli olması, quyudan süxur 
nümunəsi çıxarmadan qazma işinə keçməsi və geoloji kəsilişlərin 
daha etibarlı oyrənilməsindən irəli gəlir. 
 Quyu geofizikası. 
Dağ-mədən istehsal Yerləri arasındakı geoloji 
məkanın, o cümlədən quyular arası məkanın öyrənilməsində 
istifadə olunur. Müasir quyu geofiziki üsulun təsir dairəsi 100 
metrdən çox deyil. Bu üsul faydalı qazıntı yatağını əlverişsiz 
şəraitdə belə aşkar etməyə imkan verir. Məs, faydalı qazıntı yatağı 
müəyyən dərinlikdə və qazılmış quyudan kənarda Yerləşdikdə 
belə onu bu üsulla aşkaretmək mümkün olur. 
 
7.1. Karataj üçün cihazlar. 
Quyularda geofiziki tədqiqatlar xüsusi avtomatlaşdırılmış 
karotaj stansiyalarının köməyi ilə aparılır. Bəzi hallarda dərin 
olmayan quyuları  tədqiq etmək üçün əldə  gəzdirilən karotaj 
stansiyalarından istifadə edirlər. 
Karotaj stansiyaları yaxşı keçicilik qabiliyyətinə malik olan 
avtomobillərdə Yerləşdirilir. O quyu zondundan, ölçmə aparan 
laboratoriyadan və bunları birləşdirən xüsusi karotaj kabelindən 
ibarətdir (şəkil 44). Zondun quyuya endirilib qaldırılması elektrik 
mühərriki vasitəsi ilə  əldə olunur. Kabel quyuya mancalaqla 
yönəldilir. Zondu ağırlaşdırmaq üçün onun ucuna yük bağlanır. 
Zondu idarə etmək  elektrik, maqnit, radioaktiv və digər öyrənilən 
parametrləri yazmaq üçün çoxkanallı telemetrik cihazlardan 
istifadə edilir. Quyu zondlarının 


 
 
106
 
 
 
Şək. 44. Karotaj stansiyalarının blok sxemi və quyularda geofiziki 
tədqiqatlar aparmaq üçün ləvazimatlar: 1-yük; 2-quyu zondu; 3-karotaj 
kabeli; 4-kabellərin üzərinə qoyulan işarələr; 5-işarələri qeyd edən 
qurğu;6-blokun dövrlərini sayan sayqac; 7-balans bloku; 8-kabelin 
gərginliyini göstərən cihaz; 9-bucurğad; 10-kollektor; 11-idarə mərkəzi 
və  qeydedici stansiya. 
 
konstruksiyası  və karotaj kabeli stansiyanı yüksək təzyiq və 
temperaturda saz və davamlı  işləməsinə  zəmanət verir. Müasir 
karotaj laboratoriyası eyni zamanda 8 müxtəlif kəmiyyəti qeyd 
edir. Bunlardan ikisi diaqram şəklində, altısı isə rəqəm formasında 
qeyd edilir. Tədqiqatın dərinliyi 10 km-ə  qədərdir. Quyu 
zondunun enmə sürəti geoloji kəsilişdə  tədqiqatın dəqiqliyindən 
asılıdır və 10 km/saata qədər ola bilər. Hər bir parametrin ölçmə-
lərinin nəticələri gözlə müşahidə olunan karotaj diaqramı şəklində 
1:500-dən 1:50 (şəkil 45-49-a bax) miqyasında çəkilir. 
            
 


 
 
107
 
7.2. Karataj üsulları 
Elektrik karotajı (EK) yayılma imkanına,  genişliyinə  və 
modifikasiyasına görə olduqca müxtəlifdir. 
Cərəyan karotajı
 (CK) quyunun kəsilişində filiz kütləsi, 
qırılıb dağılmış zonalar və digər yaxşı elektrik cərəyanı keçirən 
intervalları  aşkar etmək üçün istifadə olunur (şəkil 45). 
Qidalandırıcı elektrodlardan biri, A-nın quyu boyu Yerini dəyiş-
dirirlər, ikinci elektrod isə Yerin səthində quyunun yanında Yerə 
çalınır. Qeyd olunan cərəyan süxurun elektrik müqavimətindən 
asılı olacaq, aralarda yaxşı keçiriciliyə malik olan əyrilərdə 
cərəyanın maksimum qiyməti qeyd olunur (şəkil 45). 
Müqavimət karotajı (MK) elektrik profilləməsi üsulu ilə 
eynidir. 
ρ

–in qiyməti quyunun divarı boyunca üç elektrodlu 
qurğu ilə  
 
 
 
Şək.45. Cərəyan karotajının diaqramı və  ölçmə sxemi. 
   
ölçülür. AM (şəkil 46). İkinci qidalandırıcı elektrod B quyunun 
yanında Yerin səthinə çalınır. MK-nın köməyilə geoelektrik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə