Yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər Heydər Əliyev məhz belə bir liderdir



Yüklə 10,26 Kb.
səhifə1/3
tarix23.12.2023
ölçüsü10,26 Kb.
#154499
  1   2   3
Heydər Əliyev^

  • Tarixdə adı dövlətçiliyin rəmzinə çevrilən çox az siyasi liderə rast gəlmək mümkündür. Nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, 
  • yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər
  • Heydər Əliyev məhz belə bir liderdir.
  • Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailə-sində dünyaya gəlmişdir. 1939cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən
  •  sonra Azərbaycan sənaye İnstitunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa
  •  çatdırmağa imkan verməmişdir.
  • O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən,101 illik tarixi olan müstəqil Azərbaycanın
  •  siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan
  •  və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir.

Azərbaycan təhsilinin intibahı

  • Müasir Azərbaycanın dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il milli tariximizə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı kimi daxil olmuşdur və həmin ildən başlanan tarixi mərhələ Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin intibah dövrü kimi dəyərləndirilir.
  • Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaratmışdır.
  • Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan iqtisadi inkişaf tempinə görə regionda lider ölkəyə çevrilmiş, siyasi sabitlik və iqtisadi inkişaf təhsil sisteminin təşəkkülünə və islahatların aparılmasına da zəmin yaratmış, bu sahədə əsaslı nailiyyətlərin əldə edilməsinə səbəb olmuşdur.
  • Heydər Əliyev tərəfindən yaradılmış etibarlı iqtisadi zəmin və siyasi sabitlik əsasında təhsilin inkişafı ilə bağlı mühüm strategiya və proqramların qəbul edilməsi mümkün olmuş, nəticədə dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artmış, 2003-cü ilə nisbətən 9 dəfədən çox artaraq cari ildə 2.3 milyard manata çatdırılmışdır.

Yüklə 10,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə