Əlyazması hüququnda



Yüklə 0,59 Mb.

səhifə1/25
tarix14.09.2018
ölçüsü0,59 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   25


 

1

                 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

MAGİSTRATURA MƏRKƏZİ

 

 

Əlyazması hüququnda 

 

 

 

 

  

 

 

                                  Emil Əhmədov Rafael oğlu_

 

 

 

                                                 

Magistrin ad , soyad  v  atas n n ad  

 

“_Azərbaycan dövlət büdcəsinin xərclərinin səmərəliliyinin  

artırılması yolları_



 

 

 

 

  

 



 

 

    mövzusunda 



 

 

 

 

MAGİSTR DİSSERTASİYASI 

 

 

 

İxtisasın şifri və adı: 

 _060403_   

    Maliyy _  

    

 

 

İxsisaslaşmanın  adı: 

_Maliyyə  nəzarəti  və  audit__      

 

 

 

 

Elmi rəhbər: 

 

 



                              Magistr proqramının  rəhbəri: 

  

prof.Xankişiyev B.A   

                                  prof.Kərimov A.M

 

 



 

 

 



 

    

Kafedra müdiri 

 

i.e.d. prof. H s nli M.X  



 

 

                                                                                             

 

 

 

BAKI  - 2015 


 

2

MÜNDƏRİCAT  



 

Magistr  dissertasiyasının  adı:  Azərbaycan  dövlət  büdcəsinin  xərclərinin 

səmərəliliyinin artırılması yolları 

 

GİRİŞ…...……………………………………………………………...……3 

FƏSİL 

I 

DÖVLƏT 


BÜDCƏSİNİN 

XƏRCLƏRİNİN 

NƏZƏRİ 

METODOLOJİ ƏSASLARI…………………….…………………………………6 



1.1 . Dövlət büdcə xərclərinin mahiyyəti və təsnifatı…………………….…6 

1.2 . Dövlət büdcə xərclərinin maliyyələşmə forması və metodları…………15 

1.3.Dövlət büdcə xərclərinin–borcların ödənilməsi mənbəyi kimi…………23 

 FƏSİL 



II 

DÖVLƏT 


BÜDCƏ 

XƏRCLƏRİNİN 

 

SƏMƏRƏLİ 



XƏRCLƏNMƏSİNİN TƏHLİLİ…………………………………………………26 

2.1. Büdcə xərclərinin səmərəli istifadə edilməsində xəzinədarlığın rolu…26 

2.2.

 

Dövlət büdcə  xərclərinin proqramlaşdırılmasının  təhlili……………36 



2.3. Dövlət büdcə xərclərinin iqtisadi inkişaf baxımından 

qiymətləndirilməsi …………………………………………………………42 



FƏSİL  III  DÖVLƏT  BÜDCƏ  XƏRCLƏRİNİN  SƏMƏRƏLİLİYİNİN 

ARTIRILMASI YOLLARI………………………………………………………47 

3.1. Dövlət büdcə xərc noromativlərinin təkmilləşdirilməsi………………47 

3.2. Büdcə xərclərinin informasiya axınının avtomatlaşdırılması…………61 

3.3. Dövlət büdcə xərclərinin səmərəliliyinin artırılması istiqamətləri……65 

NƏTİCƏ VƏ TƏKLİFLƏR...........……………………………………….…74 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT …..………………………………….78 

ƏLAVƏLƏR……………………………………………………………….79 

REZÖME…………………………………………………………………...83 

SUMMARY………………………………………………………………..84 

 

Magistrant          ____Əhmədov Emil Rafael oğlu_____ 

Elmi rəhbər         ________prof. Xankişiyev B. A _____

                 




 

3

GİRİŞ  

 

Mövzunun  aktuallığı.  Artıq  bir  neçə  ildir  ki,  Azərbaycan  Respublikası 



müstəqil  bir  dövlət  kimi  özünün  yeni  siyassi  və  iqtisadi  inkişaf  yolunu  keçmiş  və 

inzibati  idarəetmə  ideyalarından  imtina  etmişdir.  Bu  da  iqtisadi  və  sosial  həyatda 

zəruri dəyişikliklərə səbəb olmuş, respublikada bazar iqtisadiyyatına keçidi və azad 

sektorun  inkişaf  etdirilməsi  şəraitini  yaratmışdır.  Bu  isə  dövlət  büdcəsinin 

əhəmiyyəti  və  rolunu  heç  də  azaltmır,  lakin  onun  bazar  iqtisadiyyatı  və  sosial 

şəraitə  uyğun  olaraq  bazar  iqtisadiyyatı  tələblərinə  cavab    verə  biləcək  səviyyədə 

inkişaf etdirilməsi zərurətini irəli sürür. 

Hal-hazırda  respublikamızda  büdcə  xərclərinin  çox  geniş  şəbəkəsi  fəaliyyət 

göstərir.  Olduqca  zəruri  olan  geniş  istiqamətdə  mövcud  olan  ən  ciddi  problem 

büdcədən maliyyələşdirilmədə qarşıya çıxan çətinliklərdir.  

Azərbaycan  Respublikasının  dövlət  büdcə  xərcləri  2014-cü  ildə  20,063 

milyon  manat  proqnozlaşdırılmışdır  ki,  bu  da  2013-cü  ilin  xərclərindən  10,4  % 

artıqdır. 

Müasir  şəraitdə  bazar  iqtisadiyyatı  şəraitində  zəruri  maliyyə  vəsaiti  üçün 

mənbələr  tapılmasında  ciddi  manelər  meydana  çıxır.  Eyni  zamanda  büdcə 

xərclərinin  səmərəliliyinin  təkmilləşdirilməsi  və  həmin  vəsaitlərin  xərclənməsinə 

maliyyə nəzarətinin gücləndirilməsi və yenidən qurulması zərurəti yaranır.  

Bazar iqtisadiyyatı və elmi-texniki tərəqqinin getdikcə sürətlənməsi şəraitində 

büdcə  idarə  və  təşkilatların  fəaliyyətin  keyfiyyətinin  yüksəldilməsi,  inkişafının  və 

idarə  olunmasının  habelə  ümumi  problemin  özəyində  duran  büdcə  xərclərinin 

təkmilləşdirilməsi məsələsi son dərəcədə böyük əhəmiyyətə malikdir.  

İndiki şəratidə ölkənin milli-ictimai inkişafı prosesində yeni mərhələlər, bəzən 

çətin dərk edilə bilən,lakin mütləq və zəruri proseslər meydana çıxır ki, bunların da 

həlli ölkənin sosial və iqtisadi səviyyəsindən aslıdır. Dövlət büdcəsi bu proseslərin 

hər  biri  ilə  əlaqədardır.  Belə  ki,  məlum  olduğu  kimi  respublikada  bütün  sosial-

mədəni  tədbirlər,  idarəetmə  aparatı,  elmin  inkşafı  və  sair  idarə  və  təşkilatlar  hal-






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə